Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   109   110   111   112   113   114   115   116   ...   120

 
338 
xırda  hissələrə  parçalanıb,  Bohemiyaya  qaçmağa  məcbur  oldu.  Mayın  12-də 
daşmış  Dunayı  çətinliklə  keçdikdən  sonra  fransızlar  Vyanaya  gəldilər.  Ershersoq 
öz qüvvələrini yenidən qruplaşdırdı, Dunay çayını yenidən keçib Esslinqdə özünə 
mövqe  tutdu.  Napoleon  onu  burada  yaxaladı,  lakin  daşmış  çay  körpüləri 
uçurduğundan silah və baqajı ilə birlikdə öz qoşunlarının bir hissəsini tərk etməyə 
məcbur  oldu.  Mayın  22-də  onun  qüvvələrindən  sayca  çox  olan  düşmənlə  döyüşə 
girməli oldu. 
Vuruş iki gün davam etdi. Avstriyalılar ilk görüşündə düşməni darmadağın 
etmək  şansına  malik  idi  və  öz  cəhdlərini  zəiflətmirdi.  Fransızlar  nəticədə 
parçalanıb  geri  çəkildilər,  döyüş  meydanında  19  min  adam  itirmişdilər. 
Avstriyalıların itkiləri çox idi, lakin ilk dəfə idi ki, Napoleon meydanı tərk etməyə 
məcbur  olmuşdu.  Altı  həftə  ərzində  hər  iki  tərəf  öz  yaralarını  sağaltdı.  4-dən  5 
iyula  keçən  gecə  ərzində  leysan  yağışda  fransızlar  tələsik  tikdikləri  iki  körpünün 
üstü  ilə  Dunayı  yenidən  keçdilər.  Avstriyalıların  dispozisiyasının  güclü  nöqtəsi 
Vyana yaxınlığındakı Vaqram idi. Hücum iyunun 6-da dan yeri söküləndə başladı 
və  itkilər  olduqca  böyük  idi.  Fransız  artilleriyası  döyüşün  nəticəsində  başlıca  rol 
oynadı,  düşmənin  ordusunun  mərkəzini  bombalayırdı,  flanqlarını  isə  Davu  və 
Massenanın  süvariləri  rəhmsiz  qaydada  geri  oturdurdu.  Günorta  saat  2-də 
ershersoq  Karl  Lüdovik  geri  çəkilmək  əmrini  verməyə  məcbur  oldu.  Hər  iki 
tərəfdən itkilər olduqca yüksək idi. Bütünlükdə 60 min əsgər öldürülmüşdü. İki ay 
ərzində,  Esslinqdə  həlak  olanları  da  daxil  etməklə  döyüş  meydanlarında  120 
mindən artıq adam ölmüşdü. 
14  oktyabrda  Şönbrunn  sarayında  imzalanan  sülh  Avstriyadan  Salsburqu, 
Qalisiyanı  və  Karniolanın,  Karinfianın,  Xorvatiyanın,  Friulinin  bir  hissəsini  və 
Triesti kəsib ayırdı, onlar fransız imperiyasının ayrı-ayrı əyalətlərinə əlavə edildi.  
Napoleonun  münasibəti  mülayimlikdən  xali  idi.  İki  gün  öncə  gənc  alman 
Fridrix Stars və rahib tərəfindən onun həyatına sui-qəsdi cəhdi edilmişdi. Bundan 
əlavə  1809-cu  ildə  Recensburq  döyüşündə  o,  muşket  gülləsi  ilə  ayağından 
yaralanmışdı.  Elə  bu  vaxt  Fransada  Fuşenin  artan  populyarlığı  və  nüfuzu  onun 
səltənətinin  gələcəyi  barədə  əcnəbiləri  əmin  etməyə  çətinliklə  uyğun  gəlirdi.  O, 


 
339 
vəliəhdə möhtac idi. O, özü imperiya idi, əgər o, ölsəydi hər şey süqut edəcəkdi. O, 
artıq bir qədər əvvəl qərara almışdı ki, o, Jozefinanı boşamalıdır. Polşada Mariya 
Valevskaya ondan olacaq uşağının doğulmasını gözləyirdi, bu övladsız nikaha görə 
onu  qınayanları  sakitləşdirmək  üçün  kifayət  idi.  Əgər  yeni  nikahla  özünü 
Avropanın  qanuni  sülalələrinin  biri  ilə  birləşdirsəydi,  onun  hakimiyyəti 
möhkəmlənəcəkdi. 
26  oktyabr  1809-cu  ildə  o,  öz  qərarını  yaxın  kolleqalarına  bildirdi.  O, 
Jozefinanı  boşamalı  idi, lakin bu 30-na qədər  baş  tutmadı.  Bu vaxt o, bu xəbərlə 
maraqlananlara onu elan etməyi qərara aldı. İmperatriçanın xərclərinə, borcları və 
israfçı  bədxərcliyinə  baxmayaraq,  bu  qadın  onun  həyatının  böyük  məhəbbəti 
olmuşdu və olaraq qalırdı. 
Jozefinanın  ürəyi  getdi.  O,  bir  həftə  öz  razılığını  verməkdən  imtina  etdi  və 
sonra  onun  necə  vəliəhd  arzuladığını  və  siyasi  səviyyədə  bunun  necə  mühüm 
əhəmiyyət  kəsb  etdiyini  başa  düşərək,  axırda  razılaşdı.  İmperator  və  imperatriça 
boşanma barədə öz xahişlərini senata verdilər və həmin vaxt nikahın ləğv edilməsi 
üçün Paris metropoliya arxiyepiskopuna müraciət etdilər. Hər iki müraciət müsbət 
cavab aldı, birincisi dekabrın 16-da, ikincisi isə 12 yanvar 1810-cu ildə. 
Jozefina 14 il ərzində Napoleonun arvadı olmuşdu, indi Malmizona çəkildi, 
orda  onu  Napoleonun  xahişi  ilə  Ejen  ziyarət  etdi.  İmperator  bu  vaxt  özünə  yeni 
gəlin  seçmək  qərarına  gəlmişdi.  Napoleon  çarın  bacısı  Anna  Pavlovnanın  əli 
barədə  Rusiyaya  xahişini  təkrar  etdi.  Lakin  Aleksandr  Napoleona  qarşı  uzun 
müddət  yaxşı  münasibət  bəsləmədi  və  hər  cür  qaydada  qərar  vermək  İmperatriça 
ananın  üzərinə  düşdü.  Napoleon  demək  olar  ki,  rədd  cavabı  almasına  əmin  idi, 
lakin  o,  həmçinin  az  qaydada  olmayan  dərəcədə  özünü  alçatmaqla,  Avstriya 
sarayına  da  belə  xahişini  ünvanladı.  Burada  Metternix  qəflətən  özünü  yaxşı 
mövqedən  göstərdi.  Təsir  göstərmək  üçün  o,  dedi  ki,  Napoleon  Avstriya 
Ershersoginiyasına evlənməklə onun ölkəsi yenidən inkişaf üçün yaxşı imkan şansı 
əldə edəcəkdir. Danışıqlar tezliklə başa çatdı. Ershersoginiya Mariya-Luiza seçildi. 
Onun  19  yaşı  var  idi.  Nikah  11  mart  1810-cu  ildə  Vyanada  bayram  edildi  və 
burada Napoleonu təmsil edən nümayəndə kimi marşal Bertye iştirak edirdi. 


 
340 
Gənc  gəlin  gözəl  svitanın  müşayiəti  ilə  Fransaya  yola  düşdü  və  27  martda 
Kompyenə  gəlib  çatdı.  Mülki  nikah  1  apreldə  Sen-Kluda  bağlandı,  dini  mərasim 
isə sonrakı günü Luvrda baş verdi. Papa Napoleonu 11 iyun 1809-cu ildə kilsədən 
təcrid  etmişdi.  Bu  hərəkət  imperatora  qarşı  ona  görə  edilmişdi  ki,  1801-ci  il 
konkordatından  sonra  o,  tədricən  kilsənin  imtiyazlarını  qaydaya  salmışdı.  O,  öz 
qardaşı  Jeromla  Elizabet  Pattersonun  nikahını  ləğv  etdiyini  elan  etdi,  İtaliyaya 
daxil  olarkən  boşanmanı  bildirdi,  Papalıq  dövlətlərindən  Ankonanı  alıb  Neapol 
kralı kimi Jozefə icazə verdi ki, Ostiya və Sivitaveççiya limanlarını, Romanı işğal 
etsin,  Papa  qvardiyasını  buraxsın  və  Papa  ordusunu  Fransa  ordusuna  qatsın. 
Nəticədə  17  may  1809-cu  ildə  kilsənin  dünyəvi  hakimiyyəti  tərəfindən  ləğv 
edilmiş Karolinq ianəsini bərpa etdi. Papa bu axırıncı təhqirə, onun hakimiyyətini 
təcrid  etməklə  cavab  verdi.  Suveren  pontifik  iyunun  6-da  həbs  edildi.  Qrenobla, 
sonra  Avinyona  göndərildi  və  axırda  Savonadakı  iqamətgaha  gətirildi.  Fransız 
polisi  tərəfindən  xəbərlərə  senzura  qoyulmasına  baxmayaraq  bu  bütün  Avropaya 
yayıldı. Napoleon mənəviyyatı bundan o qədər də əzab çəkmədi. 
Napoleon 1810-cu ildə Avstriya imperatorunun qızı Mariya Luizaya evləndi, 
bu qız Avropanın ən köhnə monarxlarından biri olan Habsburqların nümayəndəsi 
idi.  Bir  il  sonra  Mariya  Luiza  doğurdu,  Napoleona  varis  lazım  idi,  ona  görə  də 
arvadına  əhəmiyyət  vermirdi.  Həkimə  demişdi  ki,  doğan  imperatriçaya  Sen-Deni 
küçəsindən olan bir qadın  kimi baxsın. Napioleon  vəliəhdinin  doğulmasını böyük 
şadlıqla bayram etmək üçün hazırlıqlar görməyə başladı.  
Qız olsaydı 21 topdan yaylım atəşi açılacaqdı, oğlan uşağı doğulsa 101 top 
atəşi  bunu  bildirəcəkdi.  Doğuş  olduqca  çətin  gedirdi,  ananın  və  uşağın  həyatına 
böyük  təhlükə  var  idi.  Napoleon  göstəriş  verdi  ki,  nəyin  bahasına  olursa  olsun 
ananın həyatı xilas edilməlidir. Nəticədə hər şey yaxşı qurtardı və 20 mart 1811-ci 
ildə  101  top  Fransaya  və  Avropaya  Roma  kralının  doğulduğunu  elan  etdi.  Bütün 
hökmranlıq  edən  sülalələrdən  olan  printsessalar  kimi  Mariya-Luiza  gənc 
yaşlarından  Avstriya  siyasətinə  xidmət  edən  alət  kimi  nəzərdə  tutulmuşdu.  O, 
kvazi-monastır  tərbiyəsi  almışdı,  lakin  səkkiz  dildə  öz  fikrini  ifadə  etməyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə