Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   ...   120

 
13 
ölkələrdə  də  danışır.  Onların  işi  haqqında  deyil,  daha  çox  onların  ruhu  haqqında 
xatirə”. Sonra o, bu igidlərin öz həyatlarını əsirgəmədiklərini qeyd edərək göstərir 
ki, “axı məğrur insan üçün qorxaqlıqda alçalma ölümdən daha acıdır, çünki ölüm 
ona  möhkəmliklə  və  ümumi  xeyir  naminə  ümidlə  getdikdə  hiss  olunan  olmur”. 
Sonra  o,  insan  ləyaqəti  və  şərəfini  qiymətləndirərək  deyir  ki,  “təkcə  şərəf  yanğısı 
sönmür”.  Dul  qalmış  qadınlara  isə  məsləhət  görür  ki,  onlar  qadın  təbiətinə  xas 
olanlardan zəif olmasınlar. 
Müharibənin ilk ilinin qışında baş vermiş bu dəfn mərasimi Periklin kiçik bir 
nitqi hesabına və Fukididin qələmi ilə bəşəriyyət tarixinin görkəmli hadisələrindən 
birinə çevrildi. Natiqliyi daim Periklə böyük üstünlük verirdi. Bir dəfə Sparta çarı 
Arxidam  Fukididdən  kimin,  onun  ya  Periklin  güləşdə  məharətli  olduğunu 
soruşduqda,  Fukidid  demişdi:  “Güləşdə  mən  onu  yıxanda  gah  o,  deyir  ki,  o, 
yıxılmadı, bununla hesab olunur ki, o, qalibdir və bunu görənlərin hamısını da öz 
sözünə inandırır”. 
Hərbi  strateq  kimi  Perikl  özünün  ehtiyatlılığı  ilə  məşhurlaşmışdı.  Döyüş 
qorxulu olduqda və nəticəsi şübhəli göründükdə o, könüllü olaraq vuruşa girmirdi. 
Bir dəfə bir məşhur afinalı əvvəlki qələbələrindən ilhamlanaraq dövləti yeni silahlı 
münaqişəyə  cəlb  etmək  istədikdə,  Perikl  onu  bu  niyyətindən  uzaqlaşdırmağa 
çalışdı və Xalq yığıncağında bu məşhur kəlamını dedi ki, əgər o, Perikli eşitməsə 
də, ən  ağıllı məsləhətçini  – zamanı gözləsə hər halda səhv etməyəcəkdir. Periklin 
yürüşləri  içərisində  Xersonesə  yürüşü  xüsusi  yer  tutur,  çünki  həmin  əməliyyat 
orada  yaşayan  ellinlərə  xilas  bəxş  etdi.  O,  buraya  təkcə  min  afinalı  kolonist 
gətirməmişdi, həm də frakiyalıların hücumuna qarşı maneə yaratmışdı. Xaricdə isə 
Perikl  Peloponnes  ətrafına  möcüzəli  yürüşü  ilə  məşhurlaşdı.  O,  sahilin  böyük 
hissəsini viran qoydu və hoplitlərlə ölkənin içərilərinə doğru irəlilədi. Ponta böyük 
eskadra ilə gələn Perikl ətrafdakı barbar xalqlara öz hərbi qüdrətini nümayiş etdirdi 
və  göstərdi  ki,  afinalılar  haraya  istəyirlərsə  oraya  da  üzürlər  və  bütün  dənizi  öz 
ağalıqları  altında  saxlayırlar.  Lakin  onun  başlıca  qayəsi  dövlətin  gücünü  mövcud 
ərazilərin  müdafiəsi  və  möhkəmləndirilməsi  hesabına  qoruyub  saxlamaq  idi.  Və 
hesab  edirdi  ki,  Spartanın  qüdrətinin  yüksəlməsini  dayandırmaq  üçün  bu  kifayət 


 
14 
qədər  mühüm  işdir.  O,  afinalıların  qüvvəsini  Elladada  saxlamaqda  da  düzgün 
hərəkət edirdi. 
Periklin  bəzi  siyasi  qərarlarını  arvadı  Aspasiyanın  təsiri  altında  qəbul 
etdiyini  iddia  edirdilər.  Xüsusən  Samos  yürüşü  guya  arvadının  xatirinə  meydana 
gəlmişdi.  Aspasiya  Miletdə  doğulmuşdu,  ona  görə  də  əcnəbi  –  metek  hesab 
olunurdu.  Perikl  bu  ağıllı  qadına  vurulmuşdu.  Dövlət  işlərindən  baş  çıxaran  bu 
qadın  o  qədər  də  hörmətli  olmayan  sənətə  malik  idi  –  o,  yüngül  əxlaqlı  qızların 
himayəçisi  idi.  Belə  söhbət  gəzirdi  ki,  Periklin  ölümündən  sonra  bu  qadınla  bir 
qaramal alverçisi yaşayır. Lakin onun fərqləndirici xüsusiyyəti natiqlik qabiliyyəti 
idi.  Düzdür  Periklin  qanuni  arvadı  olmuşdu,  ondan  iki  oğlu  da  var  idi.  Perikl 
onunla birgə həyatın qeyri-mümkünlüyünə əmin olduqdan sonra arvadının razılığı 
ilə  onu  başqasına  ərə  verdi  və  sevdiyi  Aspasiyaya  evləndi.  Samosa  yürüşünü  də 
guya  Perikl  Aspasiyanın  xahişi  ilə  Miletdən  ötrü  başlamışdı.  Perikl  bu  döyüşdə 
gözəl qələbə çaldı, özünün 44 gəmisi ilə yetmiş düşmən gəmisini darmadağın etdi. 
Mühasirənin  doqquzuncu  ayında  isə  samoslular  təslim  oldular.  Perikl  onların 
üzərinə  böyük  təzminat  qoydu.  Samos  tarixçisi  afinalıların  qəddarlığı  barədə 
məlumat verir, lakin bunu başqa tarixçilər təsdiq etmirlər. 
Samosun təslim edilməsindən sonra Perikl çox qürrələnirdi ki, Aqamemnon 
on ilə barbar şəhərini götürdü, ona isə ən güclü ionlulara qalib gəlməyə doqquz ay 
kifayət  etdi.  Doğrudan  da  qələbənin  əhəmiyyətini  azaltmaq  olmaz.  Fukididin 
yazdığı  kimi,  samoslular  az  qala  afinalılardan  dənizdəki  hökmranlığı  almışdılar. 
Sonra Perikl Kerkiraya digər, daha böyük eskadra göndərdi və bu peloponneslilərin 
ciddi  hiddətinə  səbəb  oldu.  Beləliklə  də  Peloponnes  müharibəsi  başlandı  və  bu 
Periklə qarşı ittihamların yaranmasına səbəb oldu. 
Ən  ağır  ittiham  ondan  ibarət  idi  ki,  heykəltəraş  Fidi  Periklin  tapşırığı  ilə 
ilahə  Afina  Qiqiyanın  qızıldan  heykəlini  hazırlamağa  başladı.  Periklin  dostu 
olduğuna görə Fidi onun yanında xüsusi hörmətə malik idi. Buna görə də onun çox 
sayda  şəxsi  düşmənləri  və  paxıllığını  çəkənləri  var  idi.  Fidinin  köməkçilərindən 
biri  çuğulçuluq  etdi  və  xalq  ona  inandı.  Perikl  dustaqxanaya  salındı  və  orada 
xəstəlikdən  öldü.  Elə  həmin  vaxt  Aspasiyaya  qarşı  da  namussuzluqda  ittiham 


 
15 
edilməklə,  məhkəmə  prosesi  başlandı.  Bir  komik  şair  Aspasiyanı  həm  də  onda 
ittiham edirdi ki, onun yanına azad qadınlar gəlir və onları Periklə görə qəbul edir. 
Periklə  qarşı  şübhələr  yarandı  və  onu  pul  mənimsəməkdə,  vəzifə  cinayətində 
günahlandırdılar.  Aspasiyaya  gəldikdə  Perikl  onun  əfv  edilməsinə  nail  ola  bildi. 
Esxilin  sözlərinə  mühakimə  vaxtı  o,  çox göz  yaşları  axıtmışdı.  Fidi  işindən  sonra 
onun  mövqeyi  büdrədikdə,  məhkəmədən  qorxduğuna  görə  o,  közərən  müharibə 
alovunu  yavaş-yavaş  yandırmaqla  ümid  edirdi  ki,  ittihamlar  dağılacaq,  paxıllıq 
sakitləşəcək,  böyük  hadisələr  və  təhlükələr  vaxtı  vətəndaşlar  ən  hörmətli  və 
nüfuzlu  adam  kimi  ölkəni  təkcə  ona  etibar  edəcəklər.  Guya  bu  səbəbə  görə  o, 
spartalılara  güzəştə  getməmişdi.  Müharibə  tonqalının  alovlanmasında  bəlkə  bu 
amil  də  müəyyən  rol  oynamışdı,  lakin  onlarla  digər  mühüm  səbəblər  və  motivlər 
arasında bu o qədər də ağlabatan görünmür. 
Perikl  müharibənin  ilk  illərini  və  dəhşətli  epidemiyanın  başlanğıc  dövrünü 
yaşamalı  oldu.  Bu  bədbəxtliklər  afinalıları  Periklə  qarşı  hiddətləndirmişdi.  Lakin 
onları  sakitləşdirmək  asan  iş  deyildi.  Vətəndaşlar  əllərindəki  kiçik  daşlarla  onun 
əleyhinə səs verdilər, onu vəzifədən məhrum etdilər və iri pul cəriməsi qoydular. 
Lakin xalqın həyəcanı uzun sürmədi və Periklə vurduqları zərbədən sonra onların 
hiddəti soyudu. Lakin öz evində onun vəziyyəti ağır idi. Epidemiya vaxtı o, çoxlu 
yaxın adamlarını itirmişdi, çoxdan davam edən ailə münaqişəsi onu ciddi narahat 
edirdi.  Onun  oğlanlarından  biri  və  gəlini  özlərini  çox  pis  aparırdı.  Həmin  oğlu 
Ksantipp  atasının  adından  istifadə  edərək  dələduzluq  etmişdi  və  ata  öz  oğlu  ilə 
məhkəmə prosesi başlatdı. Onlar ölənə kimi barışmaz düşmən kimi qaldılar. 
Lakin  bu  bədbəxtliklər  Periklin  ruhun  böyüklüyünə  və  möhkəmliyinə  xələl 
gətirə bilmirdi. O, əvvəlcə bacısını, yeznələrini, dostlarını, köməkçilərini itirmişdi, 
axırda isə qanuni oğlanlarından axırıncısını – Paralı itirdi. Bu faciə onu sındırdı. 
Afinalıların  Periklə  yazığı  gəldi  və  onu  natiqlik  tribunasına  və  strateqlər 
binasına  çağırdılar.  Lakin  Perikl  dərddən  evdə  yatırdı  və  yalnız  dostları  onu 
meydana  getməyə  dilə  tuta  bildilər.  Xalq  ona  qarşı  olan  haqsızlığı  bağışlamağı 
xahiş  edirdi  və  Perikl  bir  daha  işlərin  idarə  olunmasını  öz  üzərinə  götürdü  və  o, 
strateq seçildi. Elə bundan az sonra o, qanunsuz doğulmuş uşaqlar barədə qanunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə