Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   ...   120

 
10 
və buna nail oldu. Bu isə müharibənin uzanmasına, Afinanın məğlubiyyətinə səbəb 
oldu. 404-cü ildə Afina məğlub oldu.  
Perikl  dövlət  xadimi  kimi  özünə  müəyyən  davranış  qaydaları  müəyyən 
etmişdi, bütün həyat tərzini dəyişmişdi. O, şəhərdə bircə yolla meydana və Şuraya 
gedirdi. O, nahara dəvətlərdən və dostluq görüşlərindən imtina edirdi. Bütün uzun 
müddətli  siyasi  fəaliyyəti  dövründə  o,  heç  bir  dostunun  evinə  qonaqlığa 
getməmişdi. Tək bircə dəfə onun gənc qohumu evləndikdə o, ziyafətdə iştirak etdi 
və şərab nəziri verilməyə başlayanda oranı tərk etdi. Adamlar arasında açıq-saçıq 
münasibət  olan  yerdə  şöhrət  qazanmaq  istəyən  şəxslər  müəyyən  rahatsızlıqla 
üzləşir.  Perikl  xalqa  qarşı  münasibətdə  də  özünü  belə  aparırdı.  Daim  onlarla 
olmaqla  adamların  gözünü  yormamaq  üçün  o,  vətəndaşların  arasında  müəyyən 
fasilələrdən  sonra  olurdu,  hər  şey  haqqında  danışmırdı  və  Xalq  yığıncağında  hər 
dəfə çıxış etmirdi. Özünü mühüm məsələlər üçün saxlayırdı, digər məsələləri isə öz 
dostları və göndərdiyi digər natiqlər vasitəsilə çatdırırdı. 
Perikl təkcə istedadlı dövlət xadimi və sərkərdə deyildi, təbiət onu qeyri-adi 
natiqlik qabiliyyəti ilə mükafatlandırmışdı. O, öz çıxışını musiqi instrumenti kimi 
sazlayırdı,  hər  bir  nitqini  həyat  ukladına  və  fikirlərin  yüksək  obrazlı  tonuna 
uyğunlaşdırırdı, öz natiqliyinə çox vaxt təbiət haqqındakı elmdən də nəsə qatırdı. 
Platon  deyirdi  ki,  “həmin  fikir  yüksəkliyini  və  bütün  cəhətləri  üzrə  kamilliyi 
yaratmaq  qabiliyyətini  o,  bu  təlimdən  çıxarır  və  bundan  söz  sənəti  üçün  bütün 
faydalı  olanları  götürməklə  öz  təbii  qabiliyyətlərinə  əlavə  edir”.  Bunlara  görə  o, 
bütün natiqləri ötüb keçmişdi. Bu səbəbə görə ona məşhur ləqəb verilmişdi, şəhəri 
bəzəyən tikililərə görə isə o, “Olimpiyaçı” adlandırılmışdı. 
Perikl xalqı çox məharətlə idarə edirdi, ona başlıca olaraq ümid və qorxu ilə 
təsir göstərirdi. Bu iki sükanla o, həm xalqın inadkar özündən razılığını ram edir, 
həm də ruh düşkünlüyü yarandıqda, onları həvəsləndirir və təsəlli verirdi. O, sübut 
etdi  ki,  Platonun  sözləri  ilə  deyildiyi  kimi,  natiqlik  qabiliyyəti  könülləri  idarə 
etmək  elmidir  və  onun  başlıca  vəzifəsi  müxtəlif  xarakterli  və  ehtiraslı  adamlara 
düzgün yanaşmaq bacarığından ibarətdir, necə ki, könülün hansısa tonunu və səsini 
çıxartmaq üçün çox məharətli əlin toxunması və ya zərbəsi lazımdır. Lakin bunun 


 
11 
səbəbi  sadəcə  olaraq  sözün  qüdrəti  deyil,  Fukididin  dediyi  kimi,  onun  həyatının 
şərəfi  və  ona  olan  etibar  idi.  Hamı  onun  təmənnasız  və  sayılan  olmamasını 
görürdü.  Baxmayaraq  ki,  şəhəri  böyükdən  daha  böyük  və  daha  varlı  etmişdi, 
qüdrəti  ilə  çoxlu  çarları  və  tiranları  keçmişdi,  o,  öz  var-dövlətini  atasının  ona 
qoyub getdiyindən bir draxma da artırmamışdı. 
Periklin  ən  məşhur  nitqi  Peloponnes  müharibəsində  həlak  olmuş  (431-430-
cu  illərin  qışı)  afinalıların  dəfn  mərasimində  söylədiyi  nitqidir.  Bu  çıxışda  onun 
yüksək  düşüncə  tərzi  özünü  açıqca  ifadə  edir,  sözlər  və  ifadələr  də  bu  yüksək 
fikirlərə  uyğun  olaraq  seçilir.  Afinalılar  həmin  qışı  ümumxalq  xərci  hesabına  bu 
müharibədə ilk həlak olanların dəfn mərasimini keçirdi. Əvvəllər ümumi qaydaya 
görə  döyüşçülər  həlak  olduqları  döyüş  sahəsində  dəfn  edilirdilər,  Solon  dövründə 
yaranmış müstəsna kimi Afina qaydası mövcud idi. Yunan-pers müharibələrindən 
sonra  həlak  olanlar  üzərində  nitq  söyləmək  bu  qaydaya  daxil  edilmişdi.  Perikl  öz 
çıxışına  əcdadlardan  və  perslərlə  müharibələrdə  qəhrəmanlıq  göstərmiş  atalardan 
başlayır  və  qeyd  edir  ki,  “məhz  onlar  (əcdadlar)  əsrlərlə  bu  torpaqda  yaşayıb 
nəsildən nəslə igidlik göstərərək onu bu günlərə qədər azad saxlamışdır. Buna görə 
də  onlar  tərifə  layiqdirlər,  daha  layiq  olanlar  isə  bizim  atalarımızdır,  çünki  qəbul 
etdikləri  irsin  üzərinə  öz  zəhmətlərini  əlavə  etməklə  bugünkü  bizim  qüdrətimizi 
əmələ  gətirdilər  və  onu  bizə  qoyub  getdilər”.  O,  Afinanın  dövlət  quruluşunun 
üstünlüklərinə  diqqəti  yönəldir:  “Bizim  dövlət  qaydalarımız  yad  adətlərə 
əsaslanmır.  Biz  özümüz  daha  çox  nümunə  göstəririk,  nəinki  kimisə  təqlid  edirik. 
Bizim  quruluş  xalq  hakimiyyəti  adlanır,  çünki  xalqın  azlığına  deyil,  çoxluğuna 
arxalanır. Bizim qanunlar özəl işlərdə bizə bərabər imkanlar verir. Bizdə hər kəsə 
xidmətinə görə hörmət edilir və tərəfdarların müdafiəsi heç də şəxsi igidlikdən çox 
müvəffəqiyyət  gətirmir,  rütbənin  kiçikliyi  kasıbların  dövlətə  xidmət  göstərməsinə 
mane  olmur.  Biz  ictimai  işləri  sərbəst  aparırıq,  gündəlik  qayğılarda  bir-birimizə 
şübhəlilik  göstərmirik,  kimsə  öz  məmnuniyyətinə  görə  bir  şey  edəndə  buna 
hiddətlənmirik...  Özəl  həyatda  zülmü  görmədiyimizdən,  biz  ictimai  həyatda 
qanunsuzluqdan  dəhşətə  gəlirik  və  həmişə  hakimiyyət  verilmiş  adamlara  və 


 
12 
qanunlara,  qanunlardan  isə  xüsusən  incidilənlərin  xeyrinə  olanlara  tabe  oluruq. 
Yazılmamış olduğundan onları pozanlar daha ağır biabırçılığa məruz qalır”. 
Öz ölkəsinin hərbi qüdrətinə, hərbi qayğılarına gəldikdə Perikl bu məsələdə 
də  düşmənlərindən  kəskin  surətdə  fərqləndiklərini  bildirir  və  qeyd  edir  ki, 
“Dövlətimizi  biz  hamıya  açırıq  və  heç  bir  təqiblə  əcnəbilərə  bizi  görməkdə  və 
tanımaqda mane olmuruq, çünki biz qətiyyən qorxmuruq ki, düşmən bizdə nəyisə 
görüb  ondan  istifadə  edəcəkdir.  Biz gizli  hazırlıq  və  hiyləgərliklə  deyil,  daha  çox 
bizə  məxsus  olan  cəsurluqla,  açıq  hərəkətlərimizlə  güclüyük”.  Perikl  göstərir  ki, 
adamlar bizdə öz ev işləri barədə, dövlət işləri barədə eyni vaxtda qayğı göstərirlər. 
Sonra o, spartalıların öyündüyü lakonik danışıq tərzinə də öz münasibətini bildirir 
və  qeyd  edir  ki,  “biz  çalışırıq  ki,  özümüz  hərəkətimizi  düzgün  fikirləşək  və  ya 
qiymətləndirək  və  güman  etmirik  ki,  sözlər  işin  ziyanınadır.  Lazım  olan  işdən 
yapışıb, onu  əvvəlcədən sözlərdə aydınlaşdırmayanda ziyanlı olur”. O, afinalılara 
daim  xidmət  göstərməyə  hazır  olduğunu  vurğulayır  və  deyir  ki,  “xidmət  göstərən 
daha etibarlı dostdur”. Perikl bu cəhətləri yekunlaşdıraraq qeyd edir ki, “mən elan 
edirəm ki, bizim dövlətimiz Elladanın məktəbidir” və əlavə edir ki, bu heç də boş 
tərif  deyildir,  əsl  həqiqətdir,  bunu  dövlətin  öz  xüsusiyyətləri  ilə  qazandığı  gücü 
təsdiq edir. 
Sonra  o,  döyüşdə  ölənlərin  qəhrəmanlığına  xoş  sözlər  deməyi  unutmur  və 
qeyd edir ki, “mən güman edirəm ki, kişi igidliyinin ilk əlaməti və axırıncı təsdiqi 
məhz  belə  sonluq  olur”.  Vətən  uğrunda  müharibədə  xeyir  şəri  silib  təmizləyir, 
ümumi fayda hər kəsin ayrıca ziyanını örtür. Döyüşçülər haqqında deyir ki, “onlara 
düşməni dəf edəndə həlak olmaq, geri çəkilib xilas olmaqdan gözəl görünür”. 
O, dövlətin  gücünə  hər  gün  nəzər  dikməyi,  onu  sevməyi  məsləhət  görür  və 
onun  yolunda  öz  borcunu  yetirənlərin  gözəl  şəriklik  yaratdığını  –  öz  həyatlarını 
verdiklərini və hər birinin özü üçün qocalmayan tərif və ən şərəfli qəbir tapdığını 
deyir  və  qeyd  edir  ki,  “indicə  uyuduqlarını  deyil,  daha  çox  onların  şərəfi 
unudulmayan  yerdə  -  gələcək  nəsillərin  hər  bir  sözündə  və  işində  tapacaqlar. 
Görkəmli  adamların  qəbri  bütün  torpaqdır  və  onlar  haqqında  təkcə  vətənindəki 
qəbirüstü yazılar deyil, həm də hər bir adam haqqında yazılmamış xatirə hətta yad 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə