Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   10   ...   120

 
19 
təhlükəli  vəziyyətdə  idilər.  Ellin  sivilizasiyası  makedoniyalıları  uda  bilməmişdi. 
Ellinlərin  həyatı  indi  bu  qonşuların  öz  yaşayışı  olmağa  başladı.  Ona  görə  də 
Aleksandrda güclü ellin mədəniyyətini qəbul etmək qabiliyyəti yarandı. 
Makedoniyalılar  qərbdə  yaşayan  illiriyalılardan  və  şərqdə  yaşayan 
frakiyalılardan  fərqlənməklə,  ayrıca  yer  tuturdular.  Onlar  özlərini  tam  müstəqil 
xalq  kimi  göstərirdilər,  ellinlərin  kəndli  qohumları  idilər.  Onlar  yunan  dilini  asan 
başa  düşür,  həm  şifahi,  həm  də  yazılı  nitqdə  işlədirdilər.  Lakin  ellinlər 
makedoniyalıları  öz  qohumları  hesab  etmirdilər  və  əksinə,  makedoniyalıların 
məişəti  də  ellinlərinkindən  kəskin  surətdə  fərqlənirdi.  Onlar  işgüzar  yunanlardan 
fərqli olaraq ləng idilər. Makedoniyada siyasi həyat ölü kimi idi, nə siyasətçilər, nə 
partiya rəhbərləri, nə natiqlər, nə demaqoqlar var idi. Burada ov və ziyafət xüsusi 
yer  tuturdu.  Burada  və  qonşu  Frakiyada  yaxşı  şərab  düzəldirdilər.  Yunanlardan 
fərqli  olaraq  makedoniyalılarda  bütün  işlərdə  qadınlar  kişilərlə  bərabər  iştirak 
edirdi.  Hökmlülüyünə,  enerjisinə  və  xarakterinə  görə  qadınlar  kişilərdən  geri 
qalmırdı. 
Makedoniyanın  təbiəti  və  iqlimi,  həmçinin  coğrafi  amillər  burada  yaşayan 
əhalinin  çalışqanlığını  və  əməksevərliyini  xeyli  dərəcədə  meydana  gətirmişdi. 
Burada  bir-birilə  mübarizə  aparan  üç  qüvvə  var  idi:  çar,  varlılar  və  azad  icma 
üzvləri. Daxili siyasətdə geniş xalq kütləsi mühüm əhəmiyyət kəsb edirdi. 
Makedoniyalılar  lap  əvvəldən  öz  yazılarını  yaratmaqdan  imtina  etdilər  və 
yunan  yazısını  götürməklə,  onlar  əbədi  dil  kimi  qonşularının  dilini  qəbul  etdilər. 
Makedoniyanın fərasətli çarlarından birincisi olan I Aleksandr Filellin (“ellinlərin 
dostu”)  ləqəbini  daşıyırdı.  I  Aleksandr  ellinlərə  məhəbbətini  yunanların  perslərə 
qarşı qəhrəman  mübarizəsi  vaxtı göstərmişdi. Bu mübarizə  Elladanın qələbəsi  ilə 
nəticələnmişdi. O, incəsənətin himayəçisi idi və şair Pindar onun qonağı olmuşdu. 
Çar  Arxelay  ellinlərə  olan  məhəbbəti  ilə  daha  çox  fərqlənirdi.  Onun  dövründə 
liman şəhəri Pella paytaxt oldu. Yevripid ömrünün son illərini Pellada keçirmişdi. 
Bu məsələdə çar III Perdikka da ondan geri qalmırdı. Əhalinin ellinləşdirilməsinə 
Filipp  çar  taxt-tacına  çıxana  qədər  ardıcıl  qaydada  cəhd  edilmişdi.  Bu  hər  şeydən 
əvvəl özünü incəsənətdə, fəlsəfədə, praktiki sahələrdə - təbabətdə, texnikada, hərbi 


 
20 
işdə  və  vergi  sistemində  göstərirdi.  Lakin  yunan  polisinin  vətəndaş  həyatı 
makedoniyalılara  yad  olaraq  qalırdı.  Yunanlara  qarşı  mübarizə  onlara  oyadıcı, 
ruhlandırıcı  təsir  göstərirdi.  Bu  mübarizə  Makedoniyanın  birləşməsində  və  onun 
qüdrətli dövlətə çevrilməsində mühüm stimul oldu. 
Makedoniyanı  daxili  münaqişələr  taqətdən  salırdı,  qonşu  tayfalar  da  ona 
hücum edirdi. Şərqdən, qərbdən və şimaldan barbar dalğaları ölkəni doldurmalı idi. 
Bütün bu bədbəxtliklər altı yaşlı çarın himayəçisi olan gənc Filippin üzərinə düşdü. 
Böyük  strateq  və  hərbi  islahatçı  Epaminondun  vaxtında  o,  girov  kimi  Fivaya 
düşmüşdü.  Burada  o,  Ellada  ilə  tanış  olmuşdu.  İndi  23  yaşında  o,  məhv  olunma 
uçurumunun  kənarında  dayanan  dövlətin  regenti  olmuşdu.  O,  qonşu  tayfalarla 
dostluğu  möhkəmləndirdi,  ucuz  vədlər  hesabına  Afinanın  rəğbətini  qazandı.  Ona 
vaxt  lazım  idi  ki,  yeni  qoşun  yığsın  və  onu  silahlandırsın.  O,  dağ  çobanlarından 
qoşun düzəltdi. 10 min piyada və 600 atlı ilə Peoniyaya hücum etdi, illiriyalılara 
qarşı vuruşdu və ağır döyüşlərdə onları məğlub etdi. 
Filipp öz islahatlarını yumşaq qaydada aparırdı. O, öz sələflərinin hətta arzu 
edə  bilmədiyi  qaydada  çarlığı  möhkəmləndirə  bildi,  Makedoniya  dövlətinin 
torpaqlarını  genişləndirdi.  Sonra  o,  frakiyalılarla  müharibə  apardı  və  onların 
torpaqlarının  xeyli  hissəsini  Makedoniyaya  qatdı.  Beləliklə,  Makedoniya  böyük 
Balkan  dövlətinə  çevrildi.  Frakiya  qızıl  mədənlərindən  gələn  gəlir  Filippə  nə 
vaxtsa  Avropada  mövcud  olmuş  ən  böyük  və  döyüş  qabiliyyətli  ordu  saxlamağa 
imkan verdi. 
O,  Afinaya  verdiyi  vədlər  hesabına  vaxt  uda  bildi  və  yunan  şəhərlərini 
Afinadan qopara bildi. Pul hesabına o, polisləri öz tərəfinə keçirirdi, öz düşmənləri 
içərisində  xəyanət  toxumu  səpirdi  və  onlarla  müharibəyə  başlayırdı.  Hərbi  qüvvə 
sahəsindəki  üstünlüyünə  görə  onların  hamısına  qalib  gəlmişdi.  Afina  bu  vaxt 
müharibəyə  də  başlaya  bilməmişdi.  M.ə.  350-ci  ildə  bütün  sahil  Makedoniyanın 
əlində  idi.  Filippin  görünməmiş  müvəffəqiyyətlərinə  görə  xalq  onu  regentlikdən 
çar taxt-tacına keçirdi. Azyaşlı Aminta taxt-tacdan məhrum edildi və ümumi qoşun 
yığıncağı çar hakimiyyətini daha layiq olanın ixtiyarına verdi. Bu, m.ə. 357-ci ildə, 
bu vaxt hələ Filipp Olimpiada ilə evlənməmişdi, bəlkə də 356-cı ildə, Aleksandrın 


 
21 
anadan  olmasından  əvvəl  baş  vermişdi.  Filipp  himayədarlıq  etdiyi  əvvəlki  çara 
yaxşı  yanaşmaqda  davam  etdi,  ona  hörmət  göstərirdi  və  sonralar  Amintaya  öz 
qızını verməklə onunla qohum oldu. 
Makedoniyanın  ərazisi  qərbə  tərəf  az  genişlənsə  də  şərqə  tərəf  çox 
böyüyərək  Egey  dənizinin  sahillərinə  çatmışdı.  Epir  formal  olaraq  öz 
müstəqilliyini saxlamışdı, əslində isə onu Filipp idarə edirdi. Fessaliya da Filippin 
dövlətinə  birləşmişdi.  Filippin  çarlığı  Avropada  ilk  iri  dövlət  quruluşu  idi  və 
tutduğu  ərazilərin  böyüklüyünə  görə  ellin  dövlətlərinə  oxşamırdı.  Tarixə  qeyri-
yunan dövləti kimi daxil olan və böyük əraziyə malik olan Makedoniya sonralar da 
öz  fərqliliyini  saxlayırdı.  Öz  dövlətini  yaratmaq  üçün  Filippə,  onun  işğallarına 
haqq qazandırmaq  üçün özü  ilə  mədəniyyət və sivilizasiya gətirən  adamlar  lazım 
idi.  Belə  adamları  Makedoniya  verə  bilməzdi.  İşğal  edilmiş  ərazilərdə  öz  mədəni 
və  siyasi  ağalığını  gücləndirmək  üçün  Filipp  bir  neçə  möhkəmləndirilmiş 
məntəqələr  yaratdı.  Bunlar  ellin  siyasi  nüfuzunu  yaymaq  məqsədini  də  güdürdü, 
əslində  isə  yunan  həyat  tərzinin  ocaqlarına  çevrildilər.  Bu  məntəqələr  gələcək 
ellinist  şəhərlərin  prototipi  oldu,  bu  şəhərlər  isə  Aleksandr  imperiyasının  və 
diadoxlar  dövlətlərinin  xarakterik  rəmzlərindən  biri  oldu.  Buradan  da  Aleksandra 
və  ellinist  imperiyasına  aparan  yol  görünür.  Lakin  Balkan  sərhədlərində  qalan 
Filipp makedoniyalıların hörmət etdikləri dəyərlərlə də öz əlaqəsini itirmirdi. 
Sonra  o,  bütün  ellinləri  öz  hökmdarlığı  altında  birləşdirmək  fikrinə  düşdü. 
Filipp  ona  qədər  Periklin  və  Lisandrın  əldə  etməyə  çalışdığı  Ellada  üzərində 
hegemonluğa  can  atırdı.  Afina  İoniyanı  perslərə  verdikdən  sonra  Elladada 
hegemonluq  iddialarını  maliyyə  cəhətdən  mümkün  edə  bilməzdi.  Polis  ideyası  da 
artıq  öz  həyat  qüvvəsini  itirmişdi.  Oliqarxlar  və  demokratlar  arasındakı  ədavətdə 
on minlərlə yunan vətəndaşları vətəndən məhrum olmuşdular. Heç bir müharibə də 
muzdlu qoşunlarsız ötüşmürdü.  
Hərb  sənəti  sahəsində  isə  makedoniyalıların  yunanlar  üzərində  böyük 
üstünlüyü  meydana  gəldi.  Filipp  hətta  islahatçı,  strateq  və  taktik  kimi 
Epaminondun  özünü  də  ötüb  keçmişdi.  O,  hərbi  ixtiraları  ilə  məşhur  olan 
siciliyalıları  da  öz  tərəfinə  çəkmişdi,  onların  köməyi  ilə  güclü  artilleriya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə