Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   11   12   13   14   15   16   17   18   ...   120

 
43 
torpağı  isə qonşular arasında bölüşdürmək.  Bu hökm təkcə böyük Pindarın evinə 
və nəslinə toxunmadı. Fiva xəyanətkarlıq edib Persiya ilə ittifaq bağlamışdı, lakin 
cəza  ədalət  ölçüsünü  aşmışdı.  Filippin  və  Aleksandrın  ittifaqa  olan  ümidi 
bütünlüklə itirildi. Bir il sonra müttəfiqlər Aleksandrla birgə perslərə qarşı yürüşə 
yollandılar,  lakin  indi  onların  döyüşçülərinə  bel  bağlamaq  olmazdı.  Onlar  yeni 
qiyamların  qarşısını  almaq  üçün  sadəcə  girovlar  idi.  Aleksandr  onu  da  başa 
düşürdü  ki,  özü  də  artıq  ellinlərin  xoşuna  gəlmir.  Lakin  sonralar  o,  dünyaya 
yayılmış fivalıları görəndə onlara xüsusi mərhəmətlə yanaşırdı. 
Qalibiyyətli  il  öz  gözlənilən  uğurlarını  gətirdi.  Aleksandr  ordusuna  bir-
birindən aralı olan hərbi əməliyyatlar teatrında dalbadal üç düşməni məğlub etmək 
müyəssər  oldu.  Mənəvi  qələbə  isə  yalnız  Balkanlarda  qazanılmışdı.  Orada 
barbarlar  Aleksandrın  dostluğunu  və  mərhəmətini  qazanmaq  üçün  hər  şeyə  əl 
atırdılar.  Triballar  və  illiriyalılar  həvəslə  onun  qoşunlarına  daxil  olurdu,  hətta 
döyüşkən  keltlər  öz  təhlükəli  planlarından  əl  çəkdilər.  İttifaqdakı  hegemonluq 
barədə  isə  belə  danışmaq  bir qədər  çətin  idi.  Əksinə,  ellinlərlə  münasibət  əvvəlcə 
olduğundan daha gərgin idi. 
Aleksandr  öz  gücünü  sınamaq  üçün  Persiya  imperiyası  kimi  qüdrətli  rəqibi 
seçmişdi. Nəhəng Persiya dövləti iki tam müxtəlif vilayətdən ibarət idi, bunlardan 
biri  əsasən  kənd,  digəri  isə  şəhər  ukladını  təmsil  edirdi.  Şəhər  mədəniyyəti 
Anatoliyada,  Mesopotamiyada,  Suriya  və  Palestinada  başlıca  rol  oynayırdı.  Bura 
Ön Asiyanı və Misiri də daxil etmək olardı, sonuncu tarixi keçmişdə xeyli parlaq 
səhifələrə malik olmuşdu. İran yaylasında isə vəziyyət bambaşqa idi. Burada əhali 
heyvandarlıqla,  şərait  imkan  verən  yerlərdə  isə  bağçılıq  və  əkinçiliklə  məşğul 
olurdu.  Mədəniyyət  sahəsində  İran  kənd  cəmiyyəti  tipini  təcəssüm  etdirirdi.  Ön 
Asiya  şəhərlərinə  münasibətdə  İran  yunanların  şəhər  mədəniyyətinə  münasibətdə 
Makedoniyaya  bənzər  rol  oynayırdı.  Makedoniyada  olduğu  kimi  İranda  da 
ovçuluğa, iti çapan atlara, qonaqlıqlara böyük məhəbbət var idi. Burada cəngavər 
adətləri də qalırdı. 
Lakin  bircə  şeydə  Mesopotamiya  mədəniyyəti  yunan  mədəniyyətindən 
fərqlənirdi,  bu  da  ərazi  işğallarına  münasibətlə  əlaqədar  idi.  Yunanlar  kiçik 


 
44 
icmalara  bölünmələrinə  adət  edib,  kiçik  dövlətlər  kimi  yaşamağa  üstünlük 
verirdilər.  Geniş  torpaqlar  tutmaq  fikri  onlara  yad  idi.  Babilistanlılara  və 
assiriyalılara isə əksinə öz hakimiyyətlərini böyük məkanlara yaymaq meyli xas idi 
və  bu  son  nəticədə  onları  dünya  ağalığı  fikrinə  gətirib  çıxardı.  O  dövrün  coğrafi 
təsəvvürlərinin darlığında dünyanın fəth edilməsindən danışmaq da olmazdı. Lakin 
bütün  Ön  Asiyanın  birləşdirilməsi  və  hətta  Misirin  birləşdirilməsi  cəhdləri 
dəfələrlə təkrar edilirdi. Bu məqsədi əldə etmək mümkün olmasa da hökmdarların 
titullarında bu istək nəzərə çarpırdı: “Böyük çar”, “Dünyanın dörd tərəfinin çarı” 
və  “Hamının  çarı”.  Bu  iddialar  öz  mahiyyətindən  xəbər  verirdi.  Çarlar  bütün 
dünyanı tutmaq istəyirdilər ki, ali hakimiyyətə yiyələnsinlər, öz taclarını, sülalərini, 
nəhayət  xalqlarını  şöhrətləndirsinlər.  Ən  vacibi  isə,  dünyanı  öz  allahlarına  tabe 
etmək  idi.  Axı  allahlar  onlara  hakimiyyət  və  qüdrət  verirdi.  Qalibiyyətli  çarlar 
özlərini allahların sevimlisi hesab edirdi. 
Həm  Makedoniyada,  həm  də  İranda  köhnə  ənənələrdən  aralanmaq  o  qədər 
mümkün  oldu  ki,  istənilən  şəxsiyyət  azadlıq  əldə  edərək  nəhəng  miqyaslarda 
hərəkət etməyə başlayır. Məhz belə şəraitdə taxt-taca İranda Astiaq, Makedoniyada 
Filipp çıxdı. Onların hər ikisi əvvəlcə məsələni sadə və dar miqyaslarda həll etmək 
istədi.  Sonra  Persiyada  çar  Kir,  Makedoniyada  isə  Aleksandr  oldu.  Onların  hər 
ikisi  nəhayətsiz  dünyaya  sahib  olmağa  can  atdı.  Aleksandrdan  fərqli  olaraq  Kirin 
ardıcılları  tapıldı,  əgər  onun  özünə  Asiyanın  mühüm  hissələrini  işğal  etmək 
müyəssər oldusa. Kambiz artıq Afrikanı, Dara və Kserks isə Avropanı işğal etməyi 
qərara  aldı.  Lakin  onlarda  Əhəmənilər  sülaləsinin  banisinə  xas  olan  qüvvə 
çatmırdı.  Ona  görə  də  Karfagenin,  Skifiyanın,  Balkan  yarımadasının  və 
Yunanıstanın  zəbt  edilməsi  niyyətləri  baş  tutmadı.  Bundan  sonra  perslər  öz 
iddialarını  məhdudlaşdırdılar.  İmperiyanın  yaradıcısı  I  Dara  dövləti,  başında 
canişinlər  (satraplar)  duran  iyirmi  satrapiyaya  böldü.  Satrapın  böyük  maliyyə  və 
məhkəmə səlahiyyətləri var idi və o, öz vilayətinin qoşununa komandanlıq edirdi. 
İmperiya qarnizonları və qalalar bilavasitə Böyük çarın özünə tabe idi. Əhəmənilər 
dininin tələblərinə uyğun olaraq, bu dində etik başlanğıc güclü idi, onlar dünyaya 
rifah və inkişaf gətirməyə çalışırdılar. Öz təbəələrini də bu imperiyaya ağrısız cəlb 


 
45 
edilməsinə  səy  göstərirdilər.  Onlar  yerli  hüququn  inkişafına  kömək  edirdilər, 
aramey  dialektini  bütün  imperiya  üçün  vasitəçi  dil,  misir  və  yunan  dillərini  isə 
müvafiq  vilayətlərdə  dövlət  dili  kimi  qəbul  etmişdilər.  Hər  yerdə  tikinti  işləri 
aparılırdı, əkinçilik, ticarət inkişaf edirdi, yollar tikilirdi, suvarma qurğuları təmir 
edilirdi.  Onlar  bilirdi  ki,  “yumşaq”  rejimlər,  hökmranlar  üçün  güc  tətbiq  etməyə 
əsaslananlara nisbətən daha uzun sürən və faydalı olur. Lakin təbəələrinin rifahını 
öz  məqsədi  hesab  edən  və  məsuliyyətini  xatırlayan  hakimiyyət  ört-basdır 
edilməyən  özbaşınalığa  çevrildi.  Hakimiyyətə  hərəm  ağaları,  yevnuxlar  gəldi, 
hərəmxana  intriqaları  başlandı.  İmperiya  yarandıqdan  bir  əsr  yarım  sonra  hər 
cəhətcə  dağılmağa  başladı.  Dağlı  tayfaları  özlərinə  müstəqillik  qazandılar  və 
Böyük çar Suzadan Persopola gedəndə onu bac verməyə məcbur edirdilər. Onları 
özünə  tabe  etdirməyə  imperiyanın  gücü  çatmadı.  Hakimiyyəti  saxlamaq  üçün 
imperiyaya  muzdlu  əsgərlər  lazım  gəlirdi  və  belə  muzdlular  çox  vaxt  yunanlar 
olurdu. 
Aleksandr  Persiya  imperiyasından  çox  şey  götürmüşdü.  Əhəmənlər  şərq 
xalqlarını düzləndirməklə və öz dövlətini təşkil etməklə Aristotelin dünya ağalığı 
planlarını  həyata  keçirməyə  xeyli  köməklik  etmişdi.  Ona  görə  də  o,  Persiya 
dövlətini  dağıtmağa  deyil,  tutmağa  və  ondan  öz  məqsədləri  üçün  istifadə  etməyə 
çalışırdı.  Əlbəttə,  Persiya  dövləti  Aleksandrın  əlinə  çox  zəifləmiş  şəkildə 
düşmüşdü.  O,  onu  möhkəmləndirdi,  genişləndirməyə  çalışdı,  çox  şeyi  dəyişdi  və 
yaxşılaşdırdı,  lazım  gələndə  isə  yeniliklər  yaradırdı.  Persiya  nümunələri 
Makedoniya  baxışlarına  uyğun  gəlirdi.  Sosial-siyasi  məsələlərdə  Aleksandr 
Əhəmənlərin yolu ilə getdi. Persiya hökmdarları kimi o, əyanlar qarşısında hərbi-
siyasi vəzifələr qoydu. Aleksandr İran əyanları ilə Makedoniya əyanlarını bir yerə 
qatmaq  istəyirdi.  Aleksandr  da  Persiya  çarları  kimi  imperiyanın  mühüm 
dayaqlarını  şəhərlərdə  görürdü.  Bütün  bunlar  o  demək  deyildir  ki,  Aleksandrın 
müstəqil  konsepsiyası  yox  idi.  Oxşarlığın  səbəbi  isə  Kir  epoxası  ilə  Aleksandr 
dövrünün  şərtlərinin  və  tələblərinin  üst-üstə  düşməsi  idi.  Zəruriyyət  meydana 
gəlməyəndə çar bu nümunələrdən istifadə etmirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə