Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

 
34 
külünü  verməli  idilər.  İlk  və  yeganə  dəfə  Aleksandr  müqəddəs  Afina  torpağına 
qədəm basdı. 
Aleksandr  Korinfdə  danışıqlar  aparan  atasının  yanında  olmuşdu.  Belə 
görünürdü  ki,  ata  ilə  oğulun  münasibətləri  müəyyən  müddətə  yaxşılaşmışdır. 
Həmişə öz portretlərini sifariş verməyi sevən Filipp indi ən yaxşı ustalara onu oğlu 
ilə  bir  yerdə  təsvir  edən  heykəllər  və  tablolar  yaratmağa  əmr  etmişdi.  Bütün 
bunlarla  o,  Aleksandrı  yunanlara  taxt-tacın  vəliəhdi  kimi  təqdim  etmək  istəyirdi. 
Rəssamlar  üçün  də  bu  tapşırıq  xoş  idi.  Bu  qartal  baxışlı,  qamətli  oğlanı  təsvir 
etmək  o  qədər  çətin  məsələ  deyildi.  Aleksandr  isə  istənilən  vaxt  öz  istedadını 
nümayiş  etdirə  bilirdi.  Ona  illiriyalılara  qarşı  ekspedisiyaya  başçılıq  etmək 
tapşırılanda, o, bu vəzifəni də əvvəlkilər kimi müvəffəqiyyətlə yerinə yetirdi. 
Lakin  Aleksandr  yadelli  anasına  görə  saraydakılarla,  Makedoniya  əyanları 
ilə  yola  getmirdi.  O,  hətta  Filippin  ən  yaxın  adamları  ilə  münaqişəyə  girirdi.  Ona 
özünə  dostlar  seçməkdə  də  bu  münasibət  aydın  görünürdü.  Görkəmli  saray 
nəsillərindən olanlardan heç kəs Aleksandrın yaxın dostları dövrəsinə daxil deyildi. 
Müstəqil  hərəkət  etmək  imkanı  yarananda  vəliəhd  özünü  xoşbəxt  hesab  etməyə 
başladı. Az qala o, özünü çar hesab edirdi və artıq vəliəhd rolu onu qane etmirdi. 
Filipp demişdi ki, Makedoniya onun oğlu üçün çox kiçikdir və bu söz çox tezliklə 
xüsusi  əhəmiyyət  kəsb  etməyə  başladı.  Sadə  köməkçi  olmaq  onu  cana 
doydurmuşdu və o, öz vəziyyətini dözülməz hesab edirdi. Burada çox şeyin təsiri 
vardı. Onun damarlarında axan epirli qanı, epirli ana, epir tərbiyəsi, yunan alimləri, 
Aristotel  təlimi  ona  gətirib  çıxardı  ki,  Makedoniyaya  gənc  elə  bil  ki,  kənardan 
baxmağa  başladı.  Valideynləri  arasındakı  atasının  sədaqətsizliyindən  yaranan 
düşmənçilik,  Makedoniya  əyanlarının  vəliəhdə  pis  münasibəti  onun  vətəninə 
münasibətini  mürəkkəbləşdirirdi.  337-ci  ildə  isə  baş  verən  hadisə  az  qala 
Aleksandrın Makedoniya ilə əlaqəsinin faciəli şəkildə kəsilməsinə gətirib çıxardı. 
Bu vaxt Filippin yeni şəhvət ehtirası baş qaldırmışdı. Bu dəfə o, varlı Makedoniya 
ailəsindən  olan  qıza  vurulmuşdu.  Qızın  qohumları  çarın  məhəbbətindən  istifadə 
etmək  fürsətini  əldən  buraxmadılar.  Filipp  gözəl  Kleopatranı  ələ  keçirməyə  can 
atdığına  görə  onlar  təkid  etdilər  ki,  çar  bütün  qaydalara  uyğun  olaraq  onun  əlini 


 
35 
xahiş etsin və qızı qanuni arvad və çariça dərəcəsinə qaldırsın. Filipp buna qədər 
öz  eşq  sevdalarını  siyasətlə  ustalıqla  birləşdirirdi,  bu  dəfə  isə  ehtiras  onu  ciddi 
çətinliklərə  gətirib  çıxardı.  Makedoniyalılara  bu  olduqca  xoş  idi  ki,  yadelli 
çariçanın,  sevilməyən  Olimpiadanın  yerini  öz  həmvətənləri  olan  yeni  çariça 
tutacaqdı.  Bu  vaxt  Aleksandrı  nə  gözləyirdi?  Onu  da  anası  kimi  kənara  atmaq 
olardımı?  Artıq  yeni  nikahdan  doğulacaq  uşağın  taxt-taca  hüququ  barədə  açıq 
söhbət  gedirdi.  Filipp  isə  gələcək  üçün  mühüm  əhəmiyyət  daşıyan  bu  məsələni 
açıq saxlayırdı və Aleksandrı əvvəlki kimi özünün varisi sayırdı. 
Toyu  böyük  təntənə  ilə  keçirdilər.  Aleksandr  bayramda  və  ziyafətdə  iştirak 
etməyə  məcbur  idi.  Adamlar  ondan  qaçırdı,  söhbət  edəndə  elə  bil  ki,  ona  istehza 
edirdilər,  yazıqları  gəlirdi.  Təzə  bəy  toyda  həmişə  olduğundan  çox  içmişdi.  Attal 
da  çox  şadlanırdı.  Şərab  onun  dilini  açanda  o,  bütün  qonaqlar  qarşısında  allaha 
qurban  verəndə  xahiş  etdi  ki,  qoy  allah  Makedoniya  çarına  qanuni  övladlar  bəxş 
etsin.  Hər  şeyə  dözən  Aleksandrın  səbri  sona  çatdı.  O,  əlinin  altındakı  badəni 
götürüb təhqiramiz danışana çırpdı. Günahkar müdafiə olunmağa başladı. Bu vaxt 
Filipp  Attalın  tərəfinə  keçdi.  Çar  qılıncını  gənc  oğlunun  üstünə  qaldırdı,  lakin 
sərxoş  olduğundan  ayaq  üstə  dayana  bilməyib  yıxıldı.  Həmin  anda  hamı  oğulun 
səsini  eşitdi:  “Bu  adam  Asiyaya  yürüş  etməyə  hazırlaşırdı,  ancaq  bir  kürsüdən 
digərinə keçmək iqtidarında deyil”. 
Aleksandr  sarayı  və  ölkəni  tərk  etdi,  anasını  öz  vətəninə  apardı,  özü  isə 
İlliriyaya  yollandı.  Olimpiada  Epir  hökmdarı  olan  qardaşını  məcbur  edirdi  ki, 
Filippə  qarşı  müharibəyə  başlasın.  Yəqin  ki,  Aleksandr  da  Makedoniya  üzərinə 
yürüş  üçün  İlliriyada  müttəfiq  axtarmağa  getmişdi.  Gənc,  atasını  taxtdan  salmaq 
istəyirdi,  ona  mane  olan  atasından  qurtulmaq  üçün  bu  pis  fürsət  deyildi.  Lakin 
ananın və oğulun arzuları həyata keçməyə heç bir kömək tapmadı, nə illiriyalılar, 
nə  də  Epir  çarı  bu  hərbi  avantyuraya  getmədi.  Lakin  Filipp  düşündüyü  Persiya 
yürüşünə qarşı Aleksandrdan təhlükə hiss edirdi. Bunu əsas götürərək vasitəçilərin 
köməyi ilə vəliəhdi geri qayıtmağa inandıra bildi. Bütün cəhdlər nəzərə alınmaqla, 
Aleksandrı  taxt-tacın  varisi  elan  etdi.  Epirlə  barışıq  əldə  edildi  və  Olimpiada 
qardaşının  yanında  yaşamağa  başladı  və  Epir  çarı  öz  doğma  bacısı  qızına, 


 
36 
Aleksandrın bacısı Kleopatraya evləndi və bu nikah iki dövlət arasında dostluğun 
rəhni oldu. 
Lakin  ata  ilə  oğulun  münasibəti  gərgin  olaraq  qalırdı.  Onların 
yaxınlaşmasına  təkcə  çariça  deyil,  həm  də  Aleksandrın  müstəqilliyə  can  atması 
mane olurdu. O, müəyyən risq etməklə siyasətlə məşğul olmağa başladı. O, dayaq 
nöqtəsi  axtarırdı  ki,  gələcəkdəki  Arximed  prinsipinə  uyğun  olaraq  çardan  və 
Makedoniyadan  asılı  olmayaraq  onun  köməyi  ilə  bütün  dünyanı  dəyişdirsin.  19 
yaşlı  Aleksandr  ağlagəlməyən  gedişlərdən  də  imtina  etmirdi,  istəyirdi  ki,  Kiçik 
Asiyada möhkəmlənsin ki, qüdrətli atasından çoxdan gözlədiyi müstəqilliyə çatsın. 
Filipp hələ ömrünün çiçəklənmə dövründə olduğundan Aleksandra ən azı iyirmi il 
də gözləmək lazım gələcəkdi. 
Makedoniya çarı Aleksandrın bu planını da pozdu. O, oğlunun planlarından 
xəbər  tutan  kimi  ona  özbaşına  hərəkət  etməyi  qadağan  etdi.  Bu  hadisədən  sonra 
Aleksandrın  yaxın  dostları  ölkədən  sürgün  edildi.  Yəqin  ki,  çar  istəyirdi  ki, 
vəliəhdi  yalnız  özünün  tərəfdarları  əhatə  etsin.  Bu  dəfə  ata  ilə  oğul  birdəfəlik 
ayrılmalı  idilər,  lakin  tale  bu  faciəli  münaqişəni  bircə  zərbəsi  ilə  kəsdi.  Bu  zərbə 
Filippi bütün gələcək bədbəxtliklərdən uzaqlaşdırdı, çünki səbri çatmayan vəliəhd 
hökmən  ona  yeni  məşəqqətlər  bəxş  edəcəkdi.  Bu  336-cı  ilin  yayında  baş  verdi. 
Qoşunlar  artıq  perslərə  qarşı  yürüşə  çıxmağa  hazırlaşırdı.  Köhnə  taxt-tac  şəhəri 
Egidə  Aleksandrın  bacısı  ilə  Epir  çarının  toyuna  hazırlıq  gedirdi.  Toya 
Makedoniya  çarının  yaxın  adamları,  bütün  vilayətlərdən,  yunan  şəhərlərindən, 
Frakiya  və  İlliriya  tayfalarından  qonaqlar  gəlirdi.  Toy  mərasimi  bir  neçə  gün 
davam etdi, ziyafət olduqca təntənəli keçirdi, heç bir mübahisə və fikir ayrılığı yox 
idi.  Ellin  aktyorları  çıxış  edir,  qonaqlar  və  elçilər  xoşbəxtlik  arzuları  ilə  nitqlər 
söyləyir  və  qızıl  çələnglər  bağışlayırdılar.  Sabahısı  gün  şənliyin  ən  yüksək 
təntənəsi gözlənirdi, bu təntənədə xalq iştirak edəcəkdi. Mərasimdən sonra teatrda 
oyunlar təşkil ediləcəkdi.  
Artıq gecə ikən adamlar teatra cumdular ki, yaxşı yerləri tutsunlar. Qonaqlar
elçilər,  Makedoniya  ordusunun  yüksək  rütbəli  zabitləri  gəlirdilər.  Təntənə 
iştirakçıları  on  iki  allahın  təsvirini,  üçüncü  allahın  –  Makedoniyanın  məğrur  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə