Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

 
31 
Aristotel  şöhrətpərəst  alimlərə  bənzəmirdi,  öz  şagirdi  kimi  nəhayətsiz  dünyada 
məlum olmayan şeyləri dərk etmək həvəsi ilə yanırdı. İki axtaran könül biri birinin 
məhəbbətini qazandı. Ətraf mühit də bu dostluğa kömək edirdi. Aristotel uşağa bir 
qədər  faktiki  bilikləri  verdi.  Ən  başlıcası  isə  özünün  ona  nümunə  olması  idi. 
Filosofdan o, yunan mədəniyyətinə nüfuz etməyi öyrənirdi. Aristotel ona ayrı-ayrı 
elmlərdən  parçaları  deyil,  bütövlükdə  mənəvi  mövcudluğun  harmoniyasını 
öyrətmək  istəyirdi.  Gözəlliyin,  əməksevərliyin,  xeyir  və  onun  təcəssümünün  başa 
düşülməsi cavan oğlanın mənəvi dünyasını xeyli zənginləşdirirdi. Onu dərk etməyə 
can  atmaq  lazım  idi  ki,  “insan  ölməzliyi  və  ilahiliyi  yaratmaqdan  qorxmur”. 
Aleksandr  öz  təbiətinin  arzu  etdiyi  şeyə  qovuşdu  –  müəlliminin  təsiri  altında  o, 
nəhayətsizliyə və sonsuzluğa yaxınlaşırdı. İlk dəfə idi ki, Aleksandr bu keyfiyyəti 
başqa adamda görürdü. Onların arasındakı harmoniya, fikir, düşüncə həmrəyliyi bu 
uşağın arzularına uyğun gəlirdi.  
Aristotel  Aleksandrı  yarımbarbar  vəziyyətindən  çıxarmışdı  və  ona  həqiqi 
ruhi böyüklük barədə anlayış vermişdi. Uşaq onun fəlsəfəsinə çox ciddi yanaşırdı, 
bu  həvəs  qısa  müddətli  olmadı,  sonralar  o,  yürüşlərinə  filosofları  da  götürürdü. 
Ona  həm  də  etikadan  dərs  keçirilirdi,  hökmdarların  xeyirxah  işlərindən 
mühazirələr  oxunurdu.  Burada  da  müəllimin  nümunəsi  hər  hansı  nəzəriyyədən 
daha  əhəmiyyətli  idi.  Aristotelin  söylədiyi  əhvalatlar  onu  sarsıdırdı.  Filosof  ona 
Elladanı  başa  düşməyi  və  sevməyi  təlqin  edirdi.  O,  zorakılığın  hakim  kəsildiyi 
Persiya  dövlətinə  qarşı  yunan  dövlətini  qoyurdu.  Milli  maraqlara  görə  şagirdinə 
özünün  də  yüksək  qiymətləndirdiyi  Zaratuştraya  vurğunluq  aşılamışdı.  Sərkərdə 
kimi  isə  Aleksandr  da  Asiyanı  fəth  etməyə  getmişdi,  heç  də  Zaratuştranın 
müdrikliyi  ilə  tanışlığa  yollanmamışdı.  Homerə  isə  bu  gənc  oğlanda  böyük 
məhəbbət  aşılamışdı.  Teatra  isə  Aleksandrın  xüsusi  marağı  var  idi.  Aristotel 
Herodotu  o  qədər  qiymətləndirməsə  də,  şahzadə  Persiya  müharibələri  barədə 
təsəvvürü  məhz  “tarixin  atasından”  almışdı.  Aleksandrı  isə  təəccübləndirən, 
heyrətə gətirən, o dövrdə heç kəsin məşğul olmadığı problemlərə Aristotelin böyük 
əhəmiyyət  verməsi  idi.  Bitkilərin  və  heyvanların  quruluşu,  insan  bədəninin 
quruluşu,  təbiət  hadisələrini  müşahidə  etmək  –  bütün  bunlar  dünyanın  sirrlərini 


 
32 
öyrənməyə kömək edirdi. Fəlsəfədən ayrı-ayrı təbiət elmlərinin çıxarılmasında elə 
bil  ki,  Aleksandr  da  iştirak  edirdi.  Onu  təbabət  də  çox  maraqlandırırdı,  axı  onun 
müəllimi  həkim  ailəsindən  çıxmışdı.  Çar  olan  vaxt  Aleksandr  öz  xəstə  dostlarını 
pəhriz və dərmanlarla müalicə edə bilirdi. 
İlk  dəfə  olaraq  gələcək  sərkərdə  üçün  mühüm  bir  elmi  –  coğrafiyanı 
öyrətməyə başladılar. O, dünyanın xəritəsi ilə tanış oldu. Aristotel özü az səyahət 
etmişdi,  lakin  gənci  xəritə  ilə  tanış  etdi.  Filosof  özü  isə  ayrı-ayrı  ölkələrin  deyil, 
bütün yer üzünün coğrafiyasına maraq göstərirdi, yəqin ki, şagirdinə də məhz bu 
xəritəni  göstərmişdi.  Filosofun  düşüncəsinə  görə  şimalda  soyuq,  cənubda  isti  var 
idi və əlverişsiz iqlim adamların orada məskunlaşmasına imkan vermirdi. Onların 
arasında mülayim zona var idi, burada Aralıq dənizi, Persiya və Hindistan yerləşir. 
Yalnız  bu  zona  oykumenanı,  başqa  sözlə,  insanların  yaşaması  üçün  yer  üzünün 
yararlı olan hissəsini təşkil edir. Qitələri iri dənizlər – okeanlar əhatə edir. O, Xəzər 
dənizini daxili dəniz hesab edirdi. Aleksandrın diqqətini müəllim coğrafi xəritədəki 
çoxsaylı ağ ləkələrə cəlb edirdi. Bütün dünyadan isə məlum olanı Aralıq dənizi və 
Ön  Şərq  idi.  Aleksandr  üçün  coğrafiya  elmlərdən  ən  mühümü  idi.  O, 
Makedoniyaya  da  dünya  ərazisinin  bir  hissəsi  kimi  baxırdı.  Gənc  böyük  fateh 
rolunu arzulayırdı və atasının uğurlarına paxıllıq edirdi. 
Aleksandr  Miez  kəndi  yaxınlığında  kurs  keçirdi.  Burada  Aristotellə  onun 
qohumu Kallisfen də qalırdı. Təhsil illəri 340-cı ilə qədər davam etdi və ya iki-üç il 
çəkdi. Həmin vaxtdan Filipp onu ölkənin idarə edilməsinə cəlb etdi. Lakin imkan 
düşən  kimi  Aleksandr  təhsilini  davam  etdirirdi.  Makedoniya  vətəndaşı  olduqdan 
sonra  Aristotel  bir  müddət  bu  ölkədə  qaldı.  Burada  o,  Antipatrla  dostlaşdı  və  bu 
dostluq  filosofun  ölümünə  qədər  davam  etdi.  334-cü  ildə  Aleksandr  öz  yürüşünə 
başlayanda  Aristotel  Afinaya  köçdü.  Müəllimlə  şagirdinin  münasibətləri  də 
mehriban olaraq qaldı. Aleksandr taxt-taca çıxanda filosof çar hakimiyyəti barədə 
əsərini Aleksandra həsr etdi. Persiya xəzinəsini ələ keçirdikdən sonra isə Aleksandr 
elmi  tədqiqatları  üçün  Aristotelə  böyük  məbləğdə  pul  verdi.  Öz  kəşfləri  və  onu 
müşayiət  edən  alimlərin  təbiət  tədqiqatçıları  ilə  o,  müəlliminə  hər  cür  köməklik 
göstərirdi. Filosof da bu hörməti cavabsız qoymurdu və çarın ona ilahi ehtiramları 


 
33 
göstərmək tələblərinə haqq qazandırmağa çalışırdı. Filosofdan öz arzularına uyğun 
olanları götürürdü və yəqin ki, müdrikin məsləhətləri olmadan da Aleksandr böyük 
fateh  olacaqdı.  Lakin  Miezdə  oxumaq  onun  özünüdərkini  asanlaşdırdı,  iradəsini 
möhkəmləndirdi, təbiətini zənginləşdirdi. Bu təhsili görmədən o, heç vaxt elmlərin 
himayədarı  olmazdı.  Ən  mühümü  isə  odur  ki,  dünya  dövləti  konsepsiyası 
Aristotelin  iştirakı  olmadan  belə  erkən  və  belə  dəqiq  formada  işlənib 
hazırlanmazdı.  Məhz  müəlliminin  hesabına  Aleksandr  dünyanı  vahid  tam  kimi 
təsəvvür edirdi. Lakin Aristotelin iki dəyərlər şkalası var idi, biri ilə bütün dünya, 
digəri  ilə  ellinçilik  ölçülürdü.  Çünki  Aristotel  ellinlərlə  barbarlar  arasında  ciddi 
fərq  olduğunu  göstərirdi.  O,  hesab  edirdi  ki,  göyə  çatmaq  üçün  yalnız  ellin 
mədəniyyəti zirvəsinə qalxmaq lazımdır. 
Aleksandr isə bir işğalçı və fateh kimi universallıq prinsipini tətbiq edirdi və 
bu  imperiya  ideyasının  xeyrinə  idi.  Onda  bütövlükdə  bəşəriyyət  barədə  təsəvvür 
meydana gəldi. O, ölkələri idarə edəndə də onları bərabərləşdirməyə cəhd edirdi və 
universallıq  ideyasının  müəllimindən  də  daha  ardıcıl  nümayəndəsi  olduğunu 
göstərirdi.  Onların  arasındakı  bir  fikir  ayrılığı  müəllimlə  şagirdinin  arasının 
dəyməsinə səbəb oldu. Dünyanın fatehi ellinlərin barbarlardan, qalibin məğlubdan 
prinsipial  fərqli  olduğu  ideyasını  rədd  edirdi.  Bunun  əvəzinə  o,  yeni  tələb  irəli 
sürdü:  həmişə  və  hər  şeydə  onun  diktator  iradəsinə  əməl  etmək.  Aristotelə, 
yunanlara, milli məxsusluğu ilə fəxr edənlərin hamısına isə ilahi başlanğıc barədəki 
ellin  anlayışı  bütün  şeylərin  ölçüsü  kimi  gəlirdi.  Aleksandr  öz  iradəsini  bu 
təsəvvürlərə qarşı qoyurdu. Qalib kimi o, özü bütün şeylərin ölçüsü idi. 
On  altı yaşı  olanda artıq Aleksandr  Makedoniyanı idarə edirdi. Aleksandra 
çar  möhürü  verilmişdi.  O,  hərb  sahəsində  də  öz  bacarığını  göstərə  bilmişdi.  Ona 
görə  də  çar  ona  başqa  tapşırıqlar  da  verirdi.  338-ci  ildə  Aleksandr  artıq  Filippin 
qərargahına daxil idi və 18 yaşı olanda Xeroneya yanındakı döyüşdə Makedoniya 
ordusunun  flanqlarından  birinə  komandanlıq  etmişdi.  Fivalılara  qalib  gəlməklə 
vuruşun taleyini həll etmişdi. Çar öz oğluna iftixarla baxırdı. O, Antipatrla birlikdə 
oğlunu Afinaya göndərdi, onlar əsirləri ora çatdırmalı və döyüşdə həlak olanların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə