Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   4   5   6   7   8   9   10   11   ...   120

 
22 
yaratmışdı. Bütün bunlar həm də onun maliyyə imkanları ilə əlaqədar idi. Həm də 
Ellada  təkcə  hərbi  və  dövlət  məsələlərində  deyil,  mənəvi  məsələdə  də 
Makedoniyaya  uduzurdu.  Afina  heç  də  öz  müttəfiqləri  ilə  yaxşı  davranmırdı.  Bu 
vaxt  “böyük  xilaskar”  ətrafında  xalqın  birləşməsinə  mane  olmaq  lazım  idi.  Hələ 
Ksenofont  belə  şəxsiyyətin  meydana  çıxma  zərurətini  əvvəlcədən  duymuşdu. 
İsokrat isə bunu daha anlaşıqlı şəkildə ifadə etdi: böyük şəxsiyyət şəhər-dövlətlər 
dünyasını  kiçik  ixtilaflar  və  qarşılıqlı  inamsızlıqdan  yuxarı  qaldırmalı  və  onları 
pan-ellin  ideyası  ilə  birləşdirməlidir.  Filipp  məhz  bu  keyfiyyətlərə  malik  idi. 
Yalnız o, belə böyük və möhtəşəm vəzifəni irəli sürə bilərdi. Ona ellin şəhərlərinin 
iqtisadi istismarı lazım deyildi, çünki Makedoniya dövləti kifayət qədər varlı idi. 
İsokrat m.ə. 346-cı ildə Filippə yazdığı məktubunda ümid etdiyini bildirirdi 
ki,  Makedoniya  hökmdarına  ellinləri  birliyə  meyl  etdirmək  müyəssər  olacaqdır. 
Əslində  isə  bunun  həyata  keçirilməsi  üçün  məcburiyyət  tələb  olunurdu,  çünki 
birləşmə üçün öz müstəqilliyini qoruyub saxlamaq istəyən xalqların müqavimətini 
qırmaq  lazım  gəlir.  Filippin  əleyhdarları  isə  partikulyarizm  tərəfdarı  olmaqla 
yanaşı  pan-ellin  ideyasına  müsbət  yanaşırdılar.  Gözəl  natiq  və  siyasi  xadim 
Demosfen  ellin  polisinin  anti-Makedoniya  hisslərini  ifadə  edirdi  və  azadlığın 
yeganə  təminatını  polisdə  görürdü.  Demosfen  üçün  Filipp  ellin  deyildi,  sadəcə 
barbarların  ən  güclüsü idi. Demosfenin  çağırışları  nəticəsiz qalmadı, Filippə olan 
inamsızlıq artdı. Bu vaxt yeganə yol kimi müharibə qalırdı. Ellin dünyasının taleyi 
m.ə. 338-ci ildə Xeroneya yanındakı qanlı döyüşdə zorakı yolla həll olundu. Qalib 
gəlməklə bütün Elladanın hökmranına çevrilən Filipp qalibin çələngindən o saatca 
faydalanmağa cəhd etmədi. O, məğlub edilmiş düşməni təqib etməkdən də imtina 
etdi.  Gələcəkdə  Aleksandrın  perslərə  edəcəyi  təklifi  –  qoy  irəlidə  nə  qalib,  nə 
məğlub olmasın təklifini Filipp ilk dəfə yunanlara etdi. O, zorakı yolla iki xalqı bir 
dövlətdə  birləşdirmək  istəmirdi.  Ən  çoxu  o,  ellin  polislərini  birləşdirib  onlara 
başçılıq etmək istəyirdi. Yunan şəhərləri Filippin təklifi ilə öz aralarında əbədi sülh 
bağladılar  və  müqaviləyə  riayət  etmək  üçün  Korinfdə  müntəzəm  olaraq  yığışan 
şura  –  sinedrion  yaratdılar.  Bir-birinə  bütünlüklə  uyuşmayan  prinsiplərin  belə 
dahiyanə  birləşməsini  biz  digər  belə  dövlət  quruluşu  ideyası  olan  Avqust 


 
23 
printsinatında görürük. Avqust qaydalarında da respublika və monarxiya prinsipləri 
yanaşı yaşayırdı. Filipp bu ittifaqda yalnız icra hakimiyyətini təmsil edirdi. Ellada 
sadəcə  olaraq  əbədi  sülhə,  əbədi  müstəqilliyə,  əbədi  hakimiyyətsizliyə  məhkum 
edilmişdi.  Çar  Filippin  iradəsi  əleyhinə  Elladada  heç  bir  hərbi  əməliyyat  başlaya 
bilməzdi. Korinf İttifaqının quruluşu belə idi və bu ittifaqa Sparta istisna olmaqla, 
bütün yunan dövlətləri daxil oldu. 
Filipp  Korinf  İttifaqı  qarşısında  yunanlara,  onların  köhnə  qan  düşmənləri 
olan  perslərin  vurduğu  yaralara  görə  intiqam  naminə  müharibə  başlamaq  kimi 
romantik  məqsəd  qoydu.  Vaxtilə  yunanlar  birlikdə  Kserksin  hücumunu  dəf 
etmişdilər. Salamində və Plateyada qələbələr yunanların iftixar mənbəyi idi, lakin 
sonralar  Afinanın  və  Spartanın  ağalığı  süqut  edəndə  yunan  dünyası  asiyalı 
“barbarlara” qarşı yeni xilas müharibəsi ideyasını bərpa etdilər. Lakin bu olduqca 
dəlisov  plan  idi  və  hətta  Aristotel  də  bu  məsələdə  ehtiyatlı  olmağa  çağırmışdı. 
Əslində  Filipp  özü  də  perslərlə  müharibə  barədə  İsokratın  ideyasının  təsiri  altına 
düşmüşdü.  Yürüşün  uğuruna  dini  motiv  kömək  etməli  idi.  Bu  m.ə.  480-ci  ildə 
allahların  müqəddəs  yerlərinin  perslər  tərəfindən  dağıdılmasına  görə  onlardan 
intiqam almaq idi. Korinf İttifaqı Filipplə razılaşdı və müharibə elan etmək barədə 
qərar  qəbul  etdi.  Bu  yürüşün  strateq-avtokratoru  da  hegemon  Filipp  təyin  edildi. 
Ona çox böyük səlahiyyətlər verildi. O, çox sürətlə hərəkət  etməyə başladı. Artıq 
336-cı ilin yazında Atallın və sədaqətli Parmenionun komandanlığı altında 10 min 
döyüşçünü  Hellespontdan  (indiki  Dardanel  boğazından)  keçirdi  ki,  İoniya 
sahillərini tutmağa başlasın. O, bu tələskənliyi ilə tərəddüd edən yunanların ruhunu 
möhkəmləndirməyə cəhd edirdi. O, yaxşı bilirdi ki, ilk qələbələrdən sonra yunanlar 
onun yürüşünü özlərininki hesab edəcəklər. 
M.ə.  337-ci  ildə  ittifaq  bağlandı  və  müharibə  elan  edildi.  Lakin  Filipp 
ellinlərin  və  makedoniyalıların  birləşmiş  qüvvələrinin  başında  yürüşə  yollanmağa 
macal tapmadı, onu qisasçının xəncəri haqladı. Beləliklə, çara öz planlarını həyata 
keçirmək  qismət  olmadı.  Filippin  qəflətən  və  faciəli  ölümü  bu  planları  büsbütün 
poza  bilərdi.  Ancaq  onu  da  nəzərə  almaq  lazımdır  ki,  Filipp  ən  uzağa  gedən 
niyyətlərində  Aralıq  dənizi  arealının  sərhədlərindən  kənara  çıxmırdı  və  Persiya 


 
24 
dövlətinin  işğalı  ideyası  onun  üçün  yad  idi.  Parmenion  və  digər  dostları  təsdiq 
edirdilər ki, Filipp öz planlarını Tavrdan və ya Fəratdan uzağa genişləndirmirdi. O, 
sadəcə  Persiya  müharibəsinin  ilhamçısı  idi,  lakin  Balkan  dövlətinin  banisi  və 
Makedoniya-ellin  birliyinin  yaradıcısı  kimi  qaldı.  O,  heç  vaxt  zamanın  gedişini 
qabaqlamırdı,  yalnız  yetişmiş  zəminin  biçinçisi  olaraq  qalırdı.  Öz  qarşısında  həll 
edilməyən  məsələlər  qoymurdu.  Bu  barədə  onunla  oğlu  Aleksandr  arasında  dərin 
uçurum  var  idi.  Aleksandr  hər  şeyə  hücum  etməyə  hazır  idi,  nə  keçmişlə,  nə 
ənənələrlə,  nə  milli  öhdəliklərlə,  nə  ictimai  rəylə,  nə  də  dövrünün  imkanları  və 
vəzifələri ilə bağlı deyildi. Onun dünyagörüşü, məntiqi fikri, düşüncə tərzi heç də 
onu  böyüdən  mühitdən  deyil,  onda  gizlənmiş  daxili  qüvvələrdən  qidalanırdı  və 
yalnız  onlara  tabe  olurdu.  Aleksandr  öz  böyüklüyü  və  rolu  barədə  bəlkə  də 
şişirdilmiş  təsəvvürlərə  malik  idi  və  onun  qeyri-adi  şəxsiyyət  olması  da  bunda 
ifadə  olunur  ki,  o,  bu  təsəvvürləri  həyatda  reallaşdırmağa  müvəffəq  olurdu, 
müasirlərini 
təəccübləndirməklə 
kifayətlənmirdi, 
gələcək 
dövrlər 
hələ 
yaxınlaşmamışdan öz ağıl qüdrəti və cəsarəti ilə onların qapılarını taybatay açırdı. 
Filippin dünyabaxışı Makedoniya və Yunanıstanın mənafeləri ilə məhdudlaşırdısa, 
Aleksandr  özünü  nəhayətsiz  dünyanın  hökmranı,  Makedoniyanı  isə  onun  kiçik 
hissəsi hesab edirdi. 
Ata  və  oğul  arasındakı  fərqlər  onların  sərkərdəlik  məharətində  daha  aydın 
görünür. Filipp bu mənada Epaminondun şagirdi, Aleksandr isə atasının şagirdi idi 
və  onların  hər  biri  müəllimlərinin  taktika  və  strategiyasını  təkmilləşdirmişdi.  Axı 
sərkərdəlik  elmini  öyrənmək  də  mümkün  deyildir.  Filipp  də  oğlu  kimi  daim  ön 
sırada olurdu və öz şəxsi qorxmazlığı ilə nümunə  göstərirdi. Filipp  bir neçə dəfə 
yaralanmışdı,  bir  döyüşdə  isə  gözünü  itirmişdi.  Qədim  Makedoniya  adətinə  görə 
çar  döyüşçü  igidliyində  heç  kəsdən  geri  qalmamalı  idi.  Filipp  oğlundan  fərqli 
olaraq diplomatiyanın, təbliğatın köməyi ilə vuruşmağa üstünlük verirdi, adamları 
satın  almağı  da  eyib  bilmirdi,  həmişə  düşmənin  zəif  yerini  tapmağa  cəhd  edirdi. 
Həll edici zərbə anı gələndə bu yolda o, geri çəkilməyə də hazır idi və deyirdi ki, 
“mən  qoç  kimi  geri  çəkildim  ki,  buynuzlarımla  daha  güclü  zərbə  vurum”. 
Aleksandr  isə  düşmən  üzərinə  müharibə  allahı  kimi  hücum  edirdi  və  ilk  döyüşdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə