Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   12   13   14   15   16   17   18   19   ...   120

 
46 
Aleksandr müstəqil olaraq öz mühüm kosmopolitizm ideyasını yaratdı, onu 
əsaslandırdı  və  bütünlüklə  həyata  keçirməyə  cəhd  etdi.  Əhəmənlərə  isə  bu  ideya 
yad idi. Həmin illərdə Persiya dövləti varlı olaraq qalırdı və Aleksandrı özünə cəlb 
edirdi. Filipp ilə müqayisədə onun bu müharibəni aparmağa daha çox əsası var idi. 
Ən başlıcası Aleksandrı Persiya dövlətinin tam zəifliyi cəlb edirdi. Bəlkə də dünya 
ağalığı ideyası yarananda o, bu məqsəd üçün Persiya imperiyasını işğal etməyə can 
atmışdı. 
Asiyadakı  qonşuları  ilə  müqayisədə  yunanlar  silahlanmağa  və  döyüşü 
aparmaq  üsullarında,  heç  şübhəsiz,  üstün  idi.  Yunanlar  qüvvətli  olmaları,  yaxşı 
məşq etmələri, ağır silaha yiyələnmələri ilə fərqlənirdilər. Hoplitlər hələ VII əsrdə 
Şərqdə  vuruşmuşdu,  hətta  Nabuhodonosor  Yerusəlimə  yürüşü  vaxtı  onların 
xidmətindən  istifadə  etmişdi.  Persiya  imperiyası  meydana  gəldikdən  sonra  yunan 
muzdluları Şərqdə böyük rol oynamaqda davam edirdilər. Onların köməyi ilə Misir 
uzun müddətə öz müstəqilliyini qazanmışdı. Kiçik Kir 10 min yunanın köməyi ilə 
Böyük  çarı  devirməyi  və  imperiyanın  qüdrətini  bərpa  etməyi  düşünürdü.  Persiya 
imperiyası  böyük  xərc  hesabına  yunan  falanqistlərini  özünə  xidmətə  cəlb  edirdi. 
Bu  Böyük  çar  üçün  vacib  məsələ  olduğu  kimi,  döyüşçülərin  kənara  axması 
yunanlar üçün də ciddi əhəmiyyət kəsb edirdi. Ellada Şərqə falanqistlərini, perslər 
isə  Qərbə  öz  pullarını  göndərirdi.  Hər  iki  tərəf  bu  mübadiləyə  ehtiyac  duyurdu. 
Makedoniya  Persiyaya  muzdlu  əsgərlər  axınına  mane  olmağa  başladı. 
Yunanıstanın  izafi  əhalisinə  isə  tam  başqa  yol,  alternativ  təklif  etdi,  bu  Kiçik 
Asiyanın  işğal  edilməsi  planı  idi.  Persiya  üçün  bundan  daha  qorxulu  təhlükə  ola 
bilməzdi. 
III  Daranı  tale  Makedoniyaya  müqavimət  göstərən  ordunun  başına 
qoymuşdu  və  o,  öz  vətəninin  tənəzzülü  vaxtı  hakimiyyətə  gəldi.  Taxt-tacı  isə 
dövlətin  bütünlüklə  dağılması  vaxtı  qəbul  etmişdi.  II  və  III  Artakserkslərin 
hökmranlığı  dövründə  dövlət  ağır  sınaqlarla  üzləşmişdi.  Çarın  vəzirinin 
hərəmağası  olan  Baqoyun  köməyi  ilə  Dara  hakimiyyətə  gəlmişdi.  Lakin  Dara 
məkrdə  onu  da  ötüb keçdi  və  başqalarını  zəhərləyən  adam özü  də  zəhərlənmədən 
öldü. Axı Baqoy çar III Artakserksi ox zərbəsi ilə öldürmüşdü.  


 
47 
Dara  çar  ailəsinin  yan  xəttindən  çıxmışdı.  Baqoy  bütün  iddiaçıları 
kənarlaşdırdığına görə, taxt-tacı tutmağa hamıdan çox Daranın varislik hüququ var 
idi. Yeni hökmdar çarın zahiri görünüşünə malik idi. Bu 44 yaşlı adam uca boylu 
və  qəşəng  idi.  Hələ  varis  olanda  o,  igidliyi  ilə  fərqlənmişdi,  döyüşdən  qalib 
çıxmışdı.  Onun  valideynləri  doğma  qardaş  və  bacı  idilər.  Belə  nikah  Persiyada 
xüsusən nüfuzlu hesab olunurdu. Dara özü də doğma bacısına evlənmişdi və ondan 
uşaqları  var  idi.  Yeni  çar  Qərbə  meyl  etmirdi  və  ellin  mədəniyyətinə  yaxın  olan 
savadlı  perslərə  oxşamırdı.  O,  əvvəllər  Ermənistanda  satrap  olmuşdu,  yunanlarla 
çox az ünsiyyətdə olmuşdu. Çar olandan sonra da o, İran cəngavəri kimi qalmışdı, 
onda bir qədər şərq hökmranlarına xas olan özündən razılıq artmışdı. Dara həm də 
uzaqgörən  siyasətçi  idi  və  makedoniyalıların  hücumunun  qarşısını  almaq  və  dəf 
etmək üçün çox iş görmüşdü.  
Hələ II Artaksers Qərbdə komandanlığı yunanlara tapşırmışdı. Baxmayaraq 
ki,  onların  bir  çoxu  etibarlı  deyildilər.  Həmin  vaxtdan  Persiya  çarları  muzdlular 
kimi  yunan  strateqləri  olmadan  keçinmirdilər.  Onların  necə  sərkərdə  olduqlarını 
Mentorun  və  Memnonun  nümunəsi  aydın  göstərir.  Onlar  Rodos  adasından  olan 
doğma  qardaşlar  idilər.  Onların  taleyi  pers-ellin  simbiozunu  parlaq  qaydada 
nümayiş  etdirir.  Onlar  təkcə  dahi  sərkərdə  olmayıb,  həm  də  istedadlı  siyasətçilər 
idilər.  Onlar  öz  andlarına  sadiq  idilər.  Aleksandr  kimi  adama  belə,  Mentor 
təhlükəli  rəqib  oldu.  Onlar  Hellospont  Frigiyası  adlanan  satrapiyanın  canişini 
Artabazın  yunan  qadını  olan  arvadının  qardaşları  idi  və  Artabaz  Mentora  və 
Memnona  bir  neçə  şəhərin  idarə  edilməsini  tapşırmışdı.  Qardaşlar  oradakı  hakim 
sülalənin  əsasını  qoyanlar  idi.  Artabaz  satrapların  böyük  üsyanına  qoşulduğuna 
görə  qaçmağa  məcbur  oldu.  Memnonla  və  bütün  ailəsi  ilə  birlikdə  o,  352-ci  ildə 
makedoniyalı  Filippin  yanında  sığınacaq  tapdı.  On  ildən  sonra  Artabazın  on  bir 
oğlu  və  on  qızı  böyüyürdü,  onların  anası  da  rodoslu  yunan  qadını  idi.  Uşaqlar 
yunan təhsili almışdılar. Aleksandr onlarla uşaq vaxtı tanış olmuşdu. 
Mentor Makedoniyadakı rahat və təhlükəsiz həyatı ilə barışmırdı. O, buranı 
tərk edib qiyam etmiş misirlilərə muzdlu döyüşçü şəklində öz xidmətini təklif etdi. 
Misirlilər  bütün  ümidlərini  itirdikdə,  Mentor  onları  tərk  edib  Persiya  xidmətinə 


 
48 
keçdi.  O,  Misir  zəbt  ediləndə  irəli  çəkildi,  qüdrətli  Baqoyun  isə  bir  dəfə  həyatını 
xilas  etmişdi.  Beləcə  onun  karyerası  başlanmışdı.  Tezliklə  Mentor  ona  böyük 
səlahiyyətlər  verən  fəxri  vəzifə  tutdu.  O,  yunan  şəhərlərini  idarə  edirdi  və  İoniya 
sahillərində  Persiya  hakimiyyətini  bərpa  etmək  uğrundakı  müharibədə  hökumət 
qüvvələrinə  başçılıq  etmişdi.  Bir  neçə  il  sonra  Mentor  öldükdə,  komandanlıq 
Memnona  keçdi.  Memnonun  4  minlik  ordusu  və  kiçik  donanması  var  idi. 
Aleksandr  hakimiyyətə  gələndə  Memnon  makedoniyalılara  qarşı  çıxış  etməyin 
vaxtı gəldiyi qərarına gəldi. O, düşməni sahilə sıxışdırdı, özünü məharətli sərkərdə 
kimi  göstərən  və  təcrübəli  Parmeniona  da  üstün  gəldi.  Aleksandrın  336-cı  ilin 
payızında Yunanıstandakı sürətli hərəkətləri perslərin şübhəsini artırırdı. Baqoydan 
yaxasını  qurtaran  Dara  Yunanıstanda  Makedoniya  təsirinə  qarşı  daha  qızğın 
təbliğat  aparmağa  başladı.  Oğul  atasının  hücum  planlarını  davam  etdirmək 
niyyətində  olduğunu  bildirəndə,  vəziyyətin  ciddi  olduğunu  Suzada  anladılar. 
Sonrakı  il  Memnona  Kiçik  Asiyada  həlledici  uğurlar  gətirdi.  Makedoniyalılar 
məğlub  olub  geri,  Avropaya  çəkildilər.  Memnon  Kiçik  Asiyada  müdafiə  işləri 
görməyə  başladı.  Çünki  Yunanıstanda  üsyanı  darmadağın  etdikdən  sonrakı  il 
Aleksandrın  Asiyaya  hücum  etməsi  gözlənilirdi.  Memnon  hələ  Pellada  olan 
vaxtdan  Filippin  quru  qoşunlarının  nəyə  qadir  olduğunu  bildiyindən,  ümidini 
Persiya donanmasına bağlayırdı. 
Filipp  və  Parmenionun  yaratdığı  Makedoniya  ordusu  təşkilat  və  hərbi 
nöqteyi-nəzərdən böyük nailiyyət hesab olunurdu. Əla süvari dəstəsi lap köhnədən 
hetayrlardan  (çarın  yoldaşlarından),  başqa  sözlə  əyanlardan  ibarət  olduğu  halda, 
piyada  dəstəsi  qaydasız  olmaqla  pis  silahlanmış  adamlardan  ibarət  idi.  Əvvəlki 
çarlara ordunu lazımi islahata uğratmaq müyəssər olmurdu. Yalnız Filipp ordunun 
təşkilində  əsl  dönüş  əmələ  gətirə  bildi.  Yunanlar  falanqa  –  ağır  silahlı  piyada 
dəstələri  və  peltastlar  –  yüngül  silahlı  piyada  yaratmışdı  və  Filipp  bunların 
hamısından  istifadə  etmişdi.  Lakin  o,  nəsə  yeni  bir  şey  yaratmışdı  –  bu 
Makedoniya xalq ordusu idi. Bu ordu Xeroneyada öz müəllimlərinə qalib gəlmişdi. 
Burada  hər  şey  hücuma  uyğunlaşdırılmışdı.  Dörd  metr  uzunluğunda  nizə  və 
döyüşçülərin  dərin  eşalonda  yerləşdirilməsi  düşmənə  əlbəyaxa  döyüşə  girməyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə