Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   5   6   7   8   9   10   11   12   ...   120

 
25 
uğur qazanırdı. Filipp isə bir qayda olaraq düşmənlə, gücdə ona bərabər olan rəqib 
kimi vuruşurdu. 
Filipp  siyasi  oyunların  böyük  ustası  idi,  bu  və  ya  digər  düyünü  açmağa 
üstünlük verirdi, heç vaxt sürətli qərar qəbul etmirdi. Bu keyfiyyətində o, bir qədər 
İtaka  çarı  Odisseyi  andırırdı.  O,  ustalıqla  rəqiblərini  aldatdığı  kimi,  tərəddüd 
edənləri  də  öz  tərəfinə  çəkə  bilirdi.  Romalıların  ifadə  etdiyi  divide  et  impera  – 
“parçala,  hökmranlıq  et”  prinsipini  o,  bir  siyasətçi  kimi  çoxdan  həyata  keçirirdi. 
Bunun üçün onun silah arsenalı çox zəngin idi, məharətlə təbliğatdan, yalandan və 
diqqəti  yayındıran  manevrlərdən  istifadə  edirdi.  O,  şəraitə  çevikliklə  uyğunlaşırdı 
və  bəzən  özünü  elə  göstərirdi  ki,  öz  niyyətlərindən  əl  çəkmişdir,  əslində  isə 
əlverişli  anı  gözləyirdi.  O,  niyyətlərini  gizlətməyi  də  bacarırdı,  rəqibin  hərəkətini 
isə vaxtında hesablaya bilirdi, onun özünün planlarını öyrənmək isə rəqibləri üçün 
müşkül  məsələ  idi.  Bu  mürəkkəb  diplomatiya  sənəti  Aleksandrın  təbiətinə 
bütünlüklə  yad  idi,  o,  ümumiyyətlə  yad  dövlətləri  tanımırdı  ki,  onlarla  da 
diplomatik əlaqəyə girmək lüzumu yaransın. “Özün yaşa, başqalarına da yaşamağa 
imkan  ver”  prinsipi  ilə  o,  heç  vaxt  hərəkət  etmək  istəmirdi.  Aleksandr  özünə 
məxsus  olan  qaydada  hamını  bəxtəvər  etmək  istəyirdi.  Nəyi yaxşı  hesab  edirdisə, 
bu  başqaları  üçün  də  faydalı  olmalı  idi.  Onun  üçün  yalnız  bir  xarici  siyasət 
münasibəti var idi, bu da danışıqsız, qeyd-şərtsiz təslim olmaq idi. 
Filippin diplomatik qabiliyyətinə onun xarici görünüş cazibədarlığı və şəxsi 
məlahəti uyğun gəlirdi. Filipp gözəl natiq idi, onun ağlının itiliyi və parıltısı hamını 
heyran  edirdi.  O,  yunanlarla  danışıqda  hazırcavablıq,  qadınlara  münasibətdə 
həssaslıq göstərirdi, döyüşdə isə hamını arxasınca apara bilirdi. Ziyafətlərdə Filipp 
zarafat  etməyi  bacarırdı.  Lakin  o,  həmişə  öz  xüsusiyyətlərinə  sadiq  idi.  Öz 
siyasətinin  bütün  keşməkeşlərində  Filipp  heç  vaxt  böyük  barışdırıcı  məqsədləri 
unutmurdu,  onlara  xidmət  edirdi,  onları  həll  edirdi  və  bu  vaxt  zəhmətsevərlik, 
çalışqanlıq, səbir və inadkarlıq, həm də ildırım sürətli reaksiya nümayiş etdirirdi. 
Aleksandr  isə  özünü  şəraitə  deyil,  şəraiti  özünə  uyğunlaşdırırdı.  Atası  Odisseyə 
oxşadığı  kimi,  o  da  parlaq  qələbələri,  tənhalığı  və  quduz  hiddəti  ilə  Homerin 
Axillinə bənzəyirdi. 


 
26 
Filipp köhnə dünyanın dağıdıcısı roluna yaramırdı. O, yalnız özünün çıxdığı 
dünyanı  təkmilləşdirməyə  can  atırdı,  özü  də  həmin  dünyada  qalmaqda  davam 
edirdi.  O,  tarixin  hərəkətverici  qüvvələrinin  icraçısı  idi,  özü  də  bu  qüvvələr 
Makedoniya  cəmiyyətinin  dərinliklərində  gizlənmişdi.  Aleksandrın  arzuları  isə 
uzağa, üfüqlərə və gələcəyə yönəlmişdi. O, gördüklərini təkmilləşdirməyə yarayan 
hesab etmirdi, ona görə də daha möhtəşəm işə - köhnəni dağıtmaq və məhv etmək 
vəzifəsinə  girişdi  ki,  onun  arzuları  həyata  keçsin,  nəinki  yeniliyi  köhnəlikdən 
damla-damla sıxıb çıxartmasın,  öz  əkdiyi  ağacın dadlı  meyvələrindən  faydalansın 
və  onlarla  öyünsün.  Qoy  köhnə  ondan  ilham  alanların  sərəncamında  qalmaqla 
tarixə təhvil verilsin, Aleksandr isə tarixin yaradıcısı kimi yeni səhifədən başlamaq 
istəyir ki, onun epoxası sadəcə kiçik fəsil kimi deyil, ayrıca və qiymətli kitab kimi 
oxunsun.  Şekspir  dühası  ilə  Hamlet  atasının  kölgəsinin  köməyi  ilə  xeyiri  şərdən 
ayırd etməyə başladığı kimi, iyirmi yaşlı Aleksandr necə böyük düha sahibi kimi 
özünü  göstərsə  də,  onun  ilk  hərbi  planlarının  üstündə  atasının  kölgəsi,  kabusu 
dolaşırdı.  Aleksandr  kimi  müstəqil  şəxsiyyət  də  çox  şeyləri  vəd  edən  Filippin 
ideyalarından bütünlüklə imtina etmədi. Əksinə, atası yalnız Aralıq dənizinin şərq 
sahilini  ağıl  barmağı  ilə  göstərmişdisə,  Aleksandr  bununla  kifayətlənə  bilməzdi, 
ona dünyanı fəth etmək ideyası hakim kəsildi və bu ideyanı reallaşdırmaq yolunda 
onun  şücaətləri,  istedadı  və  yenilik  aşiqi  olması  tarixi  xeyli  rövnəqləndirən, 
gələcək nəsillərə igidlik və hərb dühası nümunəsi göstərən parlaq səhifələr, maraqlı 
mərhələlər və fantaziyanı da geridə qoymağı bacaran əhvalatlar toplusu oldu. 
Filipp  özünü  saray  əyanları  ilə  əhatə  etdiyindən  vəliəhd  kimi  Aleksandr  da 
bu dövrədə fırlanmağa məcbur oldu. Əyanlar içərisində Parmenion seçilirdi, kübar 
nəslindən olan bu adam Filippdən 18 yaş böyük idi. Təcrübəli və ağıllı adam kimi 
o,  çarın  ən  yaxşı  məsləhətçisi  hesab  olunurdu  və  Filipp  onu  əsl  sərkərdə 
adlandırırdı.  Çarın  ikinci  silahdaşı  Antipatr  idi.  O,  özünü  yunanlarla  əlaqələrdə 
siyasətçi  və  diplomat  kimi  göstərmişdi,  yunan  filosofları  ilə  əlaqə  saxlayırdı,  özü 
kitablar yazırdı. Digər görkəmli əyanlar isə cəsur Alkimax, məşhur Klit və məğrur 
Attal idi. Sonra sarayda dağlılardan olan zadəganlar meydana gəldi. Filipp özünü 
bacarıqlı yunanlarla əhatə etdi. Elladanın ruhi elitası arasında İsokratı və Platonun 


 
27 
Akademiyasını daha yüksək qiymətləndirirdi. İsokrat hegemonluq ideyasını həyata 
keçirmək üçün ona münbit şərait yaratmışdı. Platon isə hələ III Perdikka ilə dostluq 
etmişdi. Platonun ölümünü eşitdikdə Filipp ona matəm saxlamışdı. Makedoniyada 
gənclər  gözəlliyə  məhəbbət  ruhunda  tərbiyə  olunurdu.  Ona  görə  də  Aleksandrın 
zabitləri  mifologiyanı,  fəlsəfə  və  ədəbiyyatı  bilmələri  ilə  fərqlənirdilər.  Fillipin 
səpdiyi toxumlar bol bəhrə vermişdi. Öz oğlu Aleksandr isə çar fəlsəfəsinin dahisi 
hesab etdiyi Aristoteli müəllim seçmişdi. 
Filippin arvadı Olimpiada Epirdən idi, onun üçün heç  bir əxlaqi prinsip və 
ənənə  yox  idi,  bütün  hədləri  ayaqlayıb  keçə  bilərdi.  Bu  məğrur  və  şöhrətpərəst 
qadını  yalnız  məhəbbət,  nifrət  və  ya  qisas  yanğısı  hərəkətə  gətirirdi.  Bu  qadın 
Filippə  Aleksandr  kimi  oğul  doğmuşdu.  Ümumən  isə  Filippin  yeddi  arvadı 
olmuşdu  və  acı  dillər  danışırdı  ki,  onun  bütün  toyları  növbəti  müharibələrlə 
əlaqədar  olurdu.  Onu  nikahlarının  heç  də  hamısı  qanuni  hesab  olunmurdu.  Üç 
arvad aldıqdan sonra, o, hökmranlığının üçüncü ilində artıq çar olduqda dördüncü 
nikah  bağladı  və  bu  təkcə  onun  ölkəsi  üçün  deyil,  bütün  dünya  üçün  böyük 
nəticələrə  səbəb  oldu.  Epir  çarının  yetim  qalmış  qızı  ilə  nikah  təntənəli  və  tam 
rəsmi qaydada keçirildi. Filipp onu bir neçə il əvvəl ibadət vaxtı görmüşdü. 357-ci 
ildə Olimpiada Makedoniyaya gəldi və təntənəli toy keçirildi. 
Olimpiadanın atası çox tez ölmüşdü, taxt-tacı qızın əmisi ələ keçirmişdi və 
o,  mərhum  çarın  uşaqları  ilə  hesablaşmaq  istəmirdi.  Qızı  incidir  və  alçaldırdılar. 
Gənc,  qalibiyyətli  çara  ərə  getməklə  o,  ən  yüksək  mövqeyə  sahib  oldu.  Onlar 
əvvəlcə bir-birini çox sevdikləri kimi, sonralar bir-birinə nifrət etməyə başladılar. 
Çariça əldə etdiyi mövqeyə hazır idi. Onların ən xoşbəxt ailə həyatı dövrü 356-cı 
ilə  -  vəliəhdin  doğulduğu  ilə  təsadüf  edir.  Uşağa  persiyalıların  Elladaya  hücumu 
vaxtı yaşamış çar Aleksandrın adını verdilər. İki il sonra onun Kleopatra adlı bacısı 
dünyaya gəldi. Çariça Epirdə öz ailəsinin hakimiyyətini bərpa etmək eşqinə düşdü 
və  bu  çarın  özünün  də  planlarına  uyğun  gəlirdi,  çünki  bu  yolla  Epiri 
Makedoniyadan asılı vəziyyətə qoya bilərdi. Plan baş tutdu. Gənc qardaşını Epirdə 
çar etməklə Olimpiada öz vətənini idarə etməyə başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə