30
çox vurğunluq hədəfi isə mifik əcdadların igidlikləri, Homerin qəhrəmanları idi.
Bu təxəyyül onu çox uzaqlara aparırdı, bununla yanaşı o, gerçəkliyi iti düşüncə
tərzi ilə qiymətləndirirdi. Bir dəfə o, Persiya səfirinə Asiyadakı şəhərlər arasındakı
məsafələr barədə elə suallar verdi ki, elə bil ki, uşaq deyil, çarın özü bu sorğu-sualı
aparırdı. Hələ uşaqlığında onda gələcək böyük insanın xarakteri özünü göstərməyə
başlamışdı. Bir dəfə o, bir hərbi mahnını eşitdiyinə görə qılıncını qapıb döyüşə
hazırlaşmışdı.
Aleksandr böyüdükcə, yaşa dolduqca Filipp onda adi oğul məhəbbətinin
olmadığını daha aydın hiss edirdi. Bu bəlkə də ananın təsiri altında baş vermişdi,
uşaqlığında və gəncliyində Aleksandr atasına daim anasının gözü ilə baxırdı və
Olimpiadadan, onun qısqınclığını və codluğunu götürmüşdü. Elə bu təsirin altında
gənc yaşında Aleksandr qadın məhəbbətini tanımamışdı. O, atasının uğurlarına da
sevinmirdi, onları açıq paxıllıqla izləyirdi. O, gələcəkdə şöhrətdə atası ilə
yarışmağı arzu edirdi. Filipp şıltaq oğlunun etibarını və məhəbbətini qazanmaq
üçün hər şeyi edirdi. Lakin oğlunun qəlbini fəth etmək ona müyəssər olmadı.
Oğlunu anasının və onun tərəfində olan müəllimlərinin təsirindən qurtarmaq
üçün çar Aleksandra ən tanınmış müəllim seçdi. O, Lesbos adasına, Aristotelə
dəvət göndərdi və filosofun razılığını aldı. Aristotel Platonun şagirdi, həm də
Akademiyanın ən görkəmli filosoflarından biri idi. 347-ci
ildə Platonun ölümündən
sonra onun qohumu məktəbə rəhbərliyi öz üzərinə götürdü. Aristotel Afinanı tərk
etdi, üç ildən sonra isə Lesbos adasına gəlib çıxdı. Burada o, öz məktəbini
yaratmaq istəyirdi, lakin bu vaxt Filippin dəvətini aldı. Onun atası vaxtilə Pellada
çar Amintanın sarayında həkim işləmişdi. Filosof yunan şəhəri Stagirdən olan
ailədən çıxmışdı, bu şəhər müharibədə dağılsa da, indi Makedoniya çarlığının
ərazisində idi. Başlıcası isə Aristotel Aleksandrda ellinlərin gələcək hegemonunu
və Avropanın ən güclü hökmdarını görürdü. Ona görə bu dəvətə çox məsuliyyətlə
yanaşdı. Lakin o, sarayın işlərinə qarışmaq istəmirdi, yalnız ona etibar edilən
qiymətli materialla – şahzadə ilə məşğul olacaqdı.
Aristotelin bu vaxt yaşı qırxa yaxın idi. O, şagirdinin etibarını qazanmağa
cəhd etdi, çox istəyirdi ki, gənc ona formalaşmaqda olan mütəfəkkir kimi baxsın.