38
iştirakından asılı olmayaraq məhv etdi. Təhqiqat bu fikrə gəldi ki, qatil yeni
çariçanın lovğa himayəçisi olan Attaldan qisas almaq istəmişdir, çünki Attal
homoseksualist olduğundan onun ləyaqətini də təhqir etmişdir. Filippi isə ona görə
öldürmüşdür ki, çar Attalın məhkəmə məsuliyyətinə cəlb edilməsinə imkan
verməmişdir. Aleksandr isə fürsətdən bütünlüklə istifadə etdi. Sui-qəsdlə heç bir
əlaqəsi olmayan Aminta da aradan götürüldü. Aleksandrın gənc analığına, Attalar
nəslindən olan Kleopatraya qarşı da qəddarlıq edildi, gənc gəlinin və onun körpə
qızının da aqibəti faciəli oldu. Olimpiada Pellaya qayıtdı və sonrakı ili Aleksandr
hərbi yürüşünə yollananda körpə Yevropa anasının qucağında öldürüldü, sonra isə
bədbəxt Kleopatra özünü öldürməyə məcbur edildi. Sonralar Aleksandr anasına bu
qəddarlığına görə narazılığını bildirdi. Edamlar və qətllər Aleksandrın hakimiyyətə
gəlməsi ilə başlanmışdı və onun qoşunlarının Persiya döyüşünə girməsinə qədər
davam etdi. O, öz qohumları ilə haqq-hesab çürütməkdən də çəkinmirdi. Lakin
onun qəzəbinə daha çox Attalid nəsli ürcah oldu. Aleksandr demək olar ki, bu
nəslin kişi cinsindən olan bütün nümayəndələrini məhv etdi. Bu dövlət zərurəti ilə
izah olunurdu. Atasının dostu Parmenion isə elə o saatca onu tanıdı və Aleksandrın
tacının dayağına çevrildi.
Filippin ölümünə gəldikdə rəsmi versiyadan kəskin surətdə fərqlənən versiya
da mövcud idi. Çoxları “Epir cadugər qadını” Olimpiadadan şübhələnirdi. Bu
rəsmi versiyadan daha inandırıcı görünürdü. Tarixçilər güman edirlər ki,
sui-qəsdin
təşkilində Aleksandrın təqsiri yoxdur, onun belə qorxaqcasına yolla atasına qəsd
etməsinə inanmaq istəmirlər. Çariça Olimpiada isə qisas almaq üçün heç bir
cinayətdən çəkinməzdi. Yeni çariça artıq uşaq doğmuşdu və Filipp öz qızına
məğrur Yevropa adını vermişdi. Bəs sonra oğlan uşağı doğulsa görən nə baş
verəcəkdir? Oğlunun taxt-taca hüququnu qoruyub saxlamaq üçün Filipp
öldürülməli idi. Vaxt da yaxşı seçilmişdi, Attal və Parmenion uzaqda, Kiçik
Asiyada idilər. Bütün bu mülahizələr Olimpiadadan şübhələnməyə əsas verir. Ən
azı bu qadın sui-qəsdin hazırlanmasından xəbərdar idi. Aleksandrı şübhədən
uzaqlaşdırmağa bir cəhət də kömək edir ki, sonrakı illərdə də çar öz hərəkətlərini
heç kimlə müzakirə etməmişdi. O, hakimiyyətini məmurlarla bölüşdürmək
39
istəmirdi, hətta imperiyaya daimi paytaxt təsis etməyi də arzu etmirdi. O, dünyanı
təkbaşına idarə etməyə can atırdı. O, Atlantı xatırladırdı, istəyirdi ki, mifik
qəhrəman göy qübbəsini çiyinlərində saxlayan kimi, özü tikdiyi dünya imperiyası
binası onun çiyinləri üstündə qərar tutsun. Elə deyəsən bu nöqteyi-nəzərdən də o,
sülalənin kişi cinsindən olan bütün nümayəndələrini aradan götürməyə çalışırdı.
Sonralar imperiyanı tək idarə etmək istədiyi kimi lap əvvəldən də o, çar evinin
yeganə kişi nümayəndəsi olmağa can atırdı. Onun hakimiyyətinin ilk günlərinin
qanlı hadisələri də məhz bu istəyindən irəli gəlirdi. Burada onun dəmir iradəsi işə
düşürdü. Atasının ölümündən sonra bu ölkə və bu xalq dünyaya ağalıq etmək
planlarını həyata keçirmək üçün ona lazım idi. Çar evinə isə onun ehtiyacı yox idi,
gələcəkdə bəlkə də bu ev onun məqsədlərinə maneə ola bilərdi. Ona ailə və sülalə
mülahizələri də yad idi, ona görə də çar Asiyaya yürüşü başlamamışdan əvvəl
evlənməkdən bütünlüklə imtina etdi. Axı ona vəliəhd nəyə lazımdır? Öz “məni”
üçün o, ailəsini və sülaləsini qurban verməyə hazır idi. Ailədə yalnız qadınlar
qalmışdı. Bu qadınlar da onunla hakimiyyət üstündə rəqabət apara bilməzdilər.
Aleksandr təkcə onlara aman verməmişdi, həm də onları sevirdi, eyni vaxtda
kişiləri rəhmsiz qaydada məhv edirdi. O, anasının südü ilə onun canına hopmuş
əlaqələrdən və ənənələrdən də azad olmağa can atırdı. Bu azadlıq yeni dünya
yaratmaq üçün vacib idi.
Makedoniya çarlarının çoxu qətllərin, sui-qəsdlərin qurbanları olmuşdu.
Aleksandr da taxt-tacı belə sirrli qətl nəticəsində əldə etmişdi, baxmayaraq ki, o,
sui-qəsdin təşəbbüsçüsü və iştirakçısı deyildi. Lakin müasir fransız zərb-
məsələsində deyildiyi kimi “Kim cinayətdən fayda götürürsə,
o da həmin cinayətdə
günahkardır”. Axı bu qətldən ən çox qazanan da məhz Aleksandr olmuşdu və gənc
çar belə məkrli və xəyanətkarcasına qətllərin təhlükəsini heç vaxt yaddan
çıxartmırdı. Başqalarından onun bir fərqi də var idi, düşmənlərindən qorxmurdu,
əksinə onları axtarırdı. Yalnız qəsddən şübhələndikdə o, narahat olurdu, demək
olar ki, qorxurdu, özünü təqib olunan qurban kimi hiss edirdi. Bu dəlisov
cəsarətlilik və həm də təhlükədən məyusluq hissləri onun davranışını müəyyən
edən dualizmdən xəbər verirdi.