46
Aleksandr müstəqil olaraq öz mühüm kosmopolitizm ideyasını yaratdı, onu
əsaslandırdı və bütünlüklə həyata keçirməyə cəhd etdi. Əhəmənlərə isə bu ideya
yad idi. Həmin illərdə Persiya dövləti varlı olaraq qalırdı və Aleksandrı özünə cəlb
edirdi. Filipp ilə müqayisədə onun bu müharibəni aparmağa daha çox əsası var idi.
Ən başlıcası Aleksandrı Persiya dövlətinin tam zəifliyi cəlb edirdi. Bəlkə də dünya
ağalığı ideyası yarananda o, bu məqsəd üçün Persiya imperiyasını işğal etməyə can
atmışdı.
Asiyadakı qonşuları ilə müqayisədə yunanlar silahlanmağa və döyüşü
aparmaq üsullarında, heç şübhəsiz, üstün idi. Yunanlar qüvvətli olmaları, yaxşı
məşq etmələri, ağır silaha yiyələnmələri ilə fərqlənirdilər. Hoplitlər hələ VII əsrdə
Şərqdə vuruşmuşdu, hətta Nabuhodonosor Yerusəlimə yürüşü vaxtı onların
xidmətindən istifadə etmişdi. Persiya imperiyası meydana gəldikdən sonra yunan
muzdluları Şərqdə böyük rol oynamaqda davam edirdilər. Onların köməyi ilə Misir
uzun müddətə öz müstəqilliyini qazanmışdı. Kiçik Kir 10 min yunanın köməyi ilə
Böyük çarı devirməyi və imperiyanın qüdrətini bərpa etməyi düşünürdü. Persiya
imperiyası böyük xərc hesabına yunan falanqistlərini özünə xidmətə cəlb edirdi.
Bu Böyük çar üçün vacib məsələ olduğu kimi, döyüşçülərin kənara axması
yunanlar üçün də ciddi əhəmiyyət kəsb edirdi. Ellada Şərqə falanqistlərini, perslər
isə Qərbə öz pullarını göndərirdi. Hər iki tərəf bu mübadiləyə ehtiyac duyurdu.
Makedoniya Persiyaya muzdlu əsgərlər axınına mane olmağa başladı.
Yunanıstanın izafi əhalisinə isə tam başqa yol, alternativ təklif etdi, bu Kiçik
Asiyanın işğal edilməsi planı idi. Persiya üçün bundan daha qorxulu təhlükə ola
bilməzdi.
III Daranı tale Makedoniyaya müqavimət göstərən ordunun başına
qoymuşdu və o, öz vətəninin tənəzzülü vaxtı hakimiyyətə gəldi. Taxt-tacı isə
dövlətin bütünlüklə dağılması vaxtı qəbul etmişdi. II və III Artakserkslərin
hökmranlığı dövründə dövlət ağır sınaqlarla üzləşmişdi. Çarın vəzirinin
hərəmağası olan Baqoyun köməyi ilə Dara hakimiyyətə gəlmişdi. Lakin Dara
məkrdə onu da ötüb keçdi və başqalarını zəhərləyən adam özü də zəhərlənmədən
öldü. Axı Baqoy çar III Artakserksi ox zərbəsi ilə öldürmüşdü.
47
Dara çar ailəsinin yan xəttindən çıxmışdı. Baqoy bütün iddiaçıları
kənarlaşdırdığına görə, taxt-tacı tutmağa hamıdan çox Daranın varislik hüququ var
idi. Yeni hökmdar çarın zahiri görünüşünə malik idi. Bu 44 yaşlı adam uca boylu
və qəşəng idi. Hələ varis olanda o, igidliyi ilə fərqlənmişdi, döyüşdən qalib
çıxmışdı. Onun valideynləri doğma qardaş və bacı idilər. Belə nikah Persiyada
xüsusən nüfuzlu hesab olunurdu. Dara özü də doğma bacısına evlənmişdi və ondan
uşaqları var idi. Yeni çar Qərbə meyl etmirdi və ellin mədəniyyətinə yaxın olan
savadlı perslərə oxşamırdı. O, əvvəllər Ermənistanda satrap olmuşdu, yunanlarla
çox az ünsiyyətdə olmuşdu. Çar olandan sonra da o, İran cəngavəri kimi qalmışdı,
onda bir qədər şərq hökmranlarına xas olan özündən razılıq artmışdı. Dara həm də
uzaqgörən siyasətçi idi və makedoniyalıların hücumunun qarşısını almaq və dəf
etmək üçün çox iş görmüşdü.
Hələ II Artaksers Qərbdə komandanlığı yunanlara tapşırmışdı. Baxmayaraq
ki, onların bir çoxu etibarlı deyildilər. Həmin vaxtdan Persiya çarları muzdlular
kimi yunan strateqləri olmadan keçinmirdilər. Onların necə sərkərdə olduqlarını
Mentorun və Memnonun nümunəsi aydın göstərir. Onlar Rodos adasından olan
doğma qardaşlar idilər. Onların taleyi pers-ellin simbiozunu parlaq qaydada
nümayiş etdirir. Onlar təkcə dahi sərkərdə olmayıb, həm də istedadlı siyasətçilər
idilər. Onlar öz andlarına sadiq idilər. Aleksandr kimi adama belə, Mentor
təhlükəli rəqib oldu. Onlar Hellospont Frigiyası adlanan satrapiyanın canişini
Artabazın yunan qadını olan arvadının qardaşları idi və Artabaz Mentora və
Memnona bir neçə şəhərin idarə edilməsini tapşırmışdı. Qardaşlar oradakı hakim
sülalənin əsasını qoyanlar idi. Artabaz satrapların böyük üsyanına qoşulduğuna
görə qaçmağa məcbur oldu. Memnonla və bütün ailəsi ilə birlikdə o, 352-ci ildə
makedoniyalı Filippin yanında sığınacaq tapdı. On ildən sonra Artabazın on bir
oğlu və on qızı böyüyürdü, onların anası da rodoslu yunan qadını idi. Uşaqlar
yunan təhsili almışdılar. Aleksandr onlarla uşaq vaxtı tanış olmuşdu.
Mentor Makedoniyadakı rahat və təhlükəsiz həyatı ilə barışmırdı. O, buranı
tərk edib qiyam etmiş misirlilərə muzdlu döyüşçü şəklində öz xidmətini təklif etdi.
Misirlilər bütün ümidlərini itirdikdə, Mentor onları tərk edib Persiya xidmətinə
48
keçdi. O, Misir zəbt ediləndə irəli çəkildi, qüdrətli Baqoyun isə bir dəfə həyatını
xilas etmişdi. Beləcə onun karyerası başlanmışdı. Tezliklə Mentor ona böyük
səlahiyyətlər verən fəxri vəzifə tutdu. O, yunan şəhərlərini idarə edirdi və İoniya
sahillərində Persiya hakimiyyətini bərpa etmək uğrundakı müharibədə hökumət
qüvvələrinə başçılıq etmişdi. Bir neçə il sonra Mentor öldükdə, komandanlıq
Memnona keçdi. Memnonun 4 minlik ordusu və kiçik donanması var idi.
Aleksandr hakimiyyətə gələndə Memnon makedoniyalılara qarşı çıxış etməyin
vaxtı gəldiyi qərarına gəldi. O, düşməni sahilə sıxışdırdı, özünü məharətli sərkərdə
kimi göstərən və təcrübəli Parmeniona da üstün gəldi. Aleksandrın 336-cı ilin
payızında Yunanıstandakı sürətli hərəkətləri perslərin şübhəsini artırırdı. Baqoydan
yaxasını qurtaran Dara Yunanıstanda Makedoniya təsirinə qarşı daha qızğın
təbliğat aparmağa başladı. Oğul atasının hücum planlarını davam etdirmək
niyyətində olduğunu bildirəndə, vəziyyətin ciddi olduğunu Suzada anladılar.
Sonrakı il Memnona Kiçik Asiyada həlledici uğurlar gətirdi. Makedoniyalılar
məğlub olub geri, Avropaya çəkildilər. Memnon Kiçik Asiyada müdafiə işləri
görməyə başladı. Çünki Yunanıstanda üsyanı darmadağın etdikdən sonrakı il
Aleksandrın Asiyaya hücum etməsi gözlənilirdi. Memnon hələ Pellada olan
vaxtdan Filippin quru qoşunlarının nəyə qadir olduğunu bildiyindən, ümidini
Persiya donanmasına bağlayırdı.
Filipp və Parmenionun yaratdığı Makedoniya ordusu təşkilat və hərbi
nöqteyi-nəzərdən böyük nailiyyət hesab olunurdu. Əla süvari dəstəsi lap köhnədən
hetayrlardan (çarın yoldaşlarından), başqa sözlə əyanlardan ibarət olduğu halda,
piyada dəstəsi qaydasız olmaqla pis silahlanmış adamlardan ibarət idi. Əvvəlki
çarlara ordunu lazımi islahata uğratmaq müyəssər olmurdu. Yalnız Filipp ordunun
təşkilində əsl dönüş əmələ gətirə bildi. Yunanlar falanqa – ağır silahlı piyada
dəstələri və peltastlar – yüngül silahlı piyada yaratmışdı və Filipp bunların
hamısından istifadə etmişdi. Lakin o, nəsə yeni bir şey yaratmışdı – bu
Makedoniya xalq ordusu idi. Bu ordu Xeroneyada öz müəllimlərinə qalib gəlmişdi.
Burada hər şey hücuma uyğunlaşdırılmışdı. Dörd metr uzunluğunda nizə və
döyüşçülərin dərin eşalonda yerləşdirilməsi düşmənə əlbəyaxa döyüşə girməyə
Dostları ilə paylaş: |