49
imkan vermirdi. Döyüşün nəticəsini isə əvvəlki kimi ağır silahlı cəngavər süvarisi
– atlı hetayrlar həll edirdi. Atlılar dəmir geyimdə və dəbilqədə olurdular, atlar da
zirehlə müdafiə olunurdu. Aleksandrın ordusunda 3 minə qədər hetayr olurdu.
Artilleriyada isə ox atan katapultlar var idi, bu o dövrün uzağa vuran silahlarından
ən qorxulusu idi. Onlardan açıq düzdə və çayı keçdikdə istifadə edilirdi. Ox və daş
atan ağır atıcı vasitələrdən, taran, “tısbağa”, hərəkət edən mühasirə qüllələrindən
yalnız şəhərlərin mühasirəsi vaxtı istifadə edilirdi. Bir qayda olaraq ağır silahlar
mühasirə edilmiş şəhərlərin divarları yanında qurulurdu. Piyada zabitləri və
hetayrlar kübarlardan çıxırdı. Onlar xidmətə çar sarayında paj kimi başlayırdılar.
Aleksandr 334-cü ilin yazında Asiya yürüşünü başlayanda döyüşçülərin
hamısını götürmədi, onların bir hissəsi Antipatrın başçılığı altında Balkan
yarımadasını və Yunanıstanı mühafizə etmək üçün Makedoniyada qalmışdı. Yunan
dövlətləri də “qisas müharibəsi”ndə iştirak etmək üçün öz qoşunlarını Makedoniya
ordusuna göndərmişdi. Yunanlar həm də Aleksandr üçün girov rolunu oynayırdı.
Aleksandrın bütün ordusu 40 min adamdan ibarət idi. Onlardan yalnız 30 min
nəfərinə bel bağlamaq olardı, Aleksandr kimi sərkərdəyə isə bu kifayət idi ki,
bütün dünyanı işğal etsin. Lakin makedoniyalıların donanması yox idi. Belə müasir
ordu yürüşə pulsuz yollanmışdı və bu onu göstərirdi ki, Aleksandr sürətli qələbəyə
ümid edir. Çünki bu yoxsulluq uzun sürə bilməzdi. Uzun müddət davam edən
müharibəni aparmaq üçün yeganə imkan Persiya qızılını ələ keçirmək idi. Orduda
zabitlərin qarşılıqlı münasibətlərinə gəldikdə onların hamısı Parmenionun
nəzarətində idi. Onun oğlanları Filota hetayrlara, Nikanor isə hipaspistlərə (xüsusi
seçilmiş təcrübəli döyüşçülərə) komandanlıq edirdi. Qardaşı Asandr isə süvarilərin
başında dururdu. Beləliklə Parmenion orduda çarın özündən nüfuzlu idi.
Aleksandrın dostları çox cavan olduqlarından, yalnız uşaqlıq dostu Qarpala
ordunun xəzinədarı vəzifəsini vermişdi.
Ordunun Aleksandrın qoşununa çevrilməsi sərkərdə kimi onun
qabiliyyətindən asılı olacaqdı. Parmenion bu yürüşdə ona yükə çevrilmişdi. Çünki
bu təcrübəli adam çox ehtiyatlı və hər şeyi nəzərə alan idi. Aleksandr sərkərdələri
öz tərəfinə çəkmək üçün onları öz süfrəsinə dəvət etməkdən istifadə etdi. Bu saray
50
düşərgəsi ordunun müstəqil hissəsi kimi çıxış edirdi. Çar uzun müddət vətənindən
kənarda olacağını planlaşdırmışdı və böyük imperiyanı idarə etmək üçün köməyinə
ehtiyacı olanların hamısını özü ilə götürmüşdü. Dəftərxana rəisi Yevmen də daim
onunla bir yerdə olurdu və bu göstərirdi ki, hökumət indi Pellada deyil, onun saray
düşərgəsindədir və çar öz hakimiyyətini bütün dünyaya yaymaq istəyir.
Aleksandr filosoflara xeyirxahlıqla yanaşırdı. Onu çoxlu filosoflar müşayiət
edirdi, o, Aristoteli də götürmək istəyirdi. Lakin Aristoteli Afinada daha böyük
işlər gözlədiyindən o, çara öz qohumu Kallisfeni götürməyi təklif etdi. Lakin çarın
onun igidliklərini şöhrətləndirməsi ümidləri özünü doğrultmadı. Saray
ədəbiyyatçılarının əsərləri olduqca zəif çıxdı. Aleksandrı rəssamlar və
heykəltəraşlar da müşayiət edirdi. Aleksandr ümumiyyətlə istedadlı yunanlarla
ünsiyyətdə olmağı və fikir mübadiləsi etməyi sevirdi. Çar onların hazırcavablığına,
xoş söhbət aparmaq maneralarına valeh idi. Onların yaltaqcasına tərifi də
Aleksandra xoş gəlirdi, axı avtokratiyaya əsaslanan böyüklük çox vaxt öz əksini
bəzənmiş qaydada görmək istəyir. Böyük Aleksandra da bu zəiflik yad deyildi.
Yunanlar daha incəliklə yaltaqlanmağı bacarırdılar, onların hər biri özünəməxsus
qaydada yaltaqlanırdı. Daha kamil yaşına çatanda bütün dünyaya qalib gələn
Aleksandrın hələ də yaltaqlıqdan xoşu gəlirdi. Böyük sərkərdənin düşərgəsində iki
müxtəlif üsluba məxsus olan adamlar var idi, biri Filippdən qalan kobud üslub,
digəri isə yunanların təmsil etdiyi mədəni dəstə idi. Əgər yürüşdə iştirak edən ordu
Filippin və Parmenionun məhsulu idisə, saray düşərgəsini Aleksandr özü
yaratmışdı.
İyirmi iki yaşlı Aleksandr Asiya torpağına qədəm qoyanda onu intiqam, ellin
özündən razılığı, Asiyaya və barbarlara nifrət hissləri idarə edirdi. Kifayət qədər
gəmisi olmadığına görə o, dəniz döyüşlərindən qaçırdı, lakin həlledici döyüşü
uzatmaq olmazdı. Çünki çarın pul vəsaiti, demək olar ki, yox idi. Vətənində qalmış
Antipatrla anası Olimpiadanın əvvəlki kimi bir-birindən xoşu gəlməməsi indi daha
da güclənmişdi. Olimpiada idarəetməni öz əlinə keçirmək üçün öz məktublarında
Antipatrı oğlunun gözündən salmaq istəyirdi. Nəhayət, Aleksandr öz çariça anasına
dövlət işlərinə qarışmağı qadağan etdi və təhqir olunmuş Olimpiada 331-ci ildə
51
Epirə köçdü və tezliklə oranın hökmdarı oldu. Aleksandra gəldikdə, vətənində
Antipatrdan başqa heç bir dostu qalmamışdı, onu vətənlə heç nə birləşdirmirdi və
yola düşəndə yəqin ki, bu devizi qəbul etmişdi: Omnia mea mecum porto – “Hər
şeyimi özümlə daşıyıram”.
Makedoniyalılar 335-334-cü illərin qışının sonunda Hellespont boğazını
keçəndə heç bir müqavimətə rast gəlməyəcəklərini bilirdilər. Aleksandr qoşunlara
vaxtilə Kserksin Hellespontdan keçdiyi yerdən üzməyi əmr etdi. Donanma
Troyadan azacıq aralı olan limana yaxınlaşdı. Aleksandr sahilə yaxınlaşanda
nizəsini atdı və silah Asiya torpağına sancıldı. Sonra o, sahilə tullandı və ilk olaraq
quru torpağa ayaq basdı.
İliona o, azadlıq verdi və şəhəri vergidən azad etdi. Şəhəri parlaq gələcək
gözləyirdi. Aleksandr Memnona tabe olan əraziləri qarət etməyi qadağan etdi, bu
qadağa digər işğal edilmiş torpaqlara da aid edildi. Çünki onları artıq özününkü
hesab edirdi. Sonra o, boğazın Asiya tərəfində, Abidos ətrafındakı yerdə onu
gözləyən qoşunlarının yanına gəldi və oradan şərqə, pesrlərlə görüşə hərəkət
etdilər.
Perslər düşməni Frigiya torpağında qarşılamağı qət etmişdilər. Hərbi
müşavirələrdə artıq müdafiəyə başçılıq edən baş hərbi rəis olmayan Memnonla
Persiya kübarları arasında daim ziddiyyətlər yaranırdı. Yunan öz sürgünlük
dövründən Makedoniya atlılarının gözəl təliminə və silahlarına bələd idi. O, açıq
döyüşdən imtina edirdi və iranlıların əcdadları olan sakların istifadə etdiyi
strategiyanı məsləhət görürdü. Bu döyüş metodunu 120 il sonra Roma sərkərdəsi
Fabi Kunktator öz rəqibi Hannibala qarşı geniş istifadə etmişdi və iri döyüşdən
qaçmağı, düşməni taqətdən salmağı, ona xırda zərbələr vurmağı, ehtiyatlarını məhv
etməyi nəzərdə tuturdu. Onda düşmən təchizatda çətinliklərlə üzləşib qüvvəsini
itirirdi, döyüşsüz geri çəkilirdi. Memnon həm də bu vaxt donanmadan istifadə
etməyi, müharibəni adalara, hətta qitə Yunanıstanına keçirməyi və bununla
Aleksandrı geri çəkilməyə məcbur etməyi məsləhət görürdü. Bu təklifində isə
Memnon Hannibalı öz vətənində, Zamada məğlubiyyətə uğradan və ilk dəfə
döyüşü İtaliya ərazisindən Afrikaya keçirməyi təkcə təklif etməyən, həm də
Dostları ilə paylaş: |