25
uğur qazanırdı. Filipp isə bir qayda olaraq düşmənlə, gücdə ona bərabər olan rəqib
kimi vuruşurdu.
Filipp siyasi oyunların böyük ustası idi, bu və ya digər düyünü açmağa
üstünlük verirdi, heç vaxt sürətli qərar qəbul etmirdi. Bu keyfiyyətində o, bir qədər
İtaka çarı Odisseyi andırırdı. O, ustalıqla rəqiblərini aldatdığı kimi, tərəddüd
edənləri də öz tərəfinə çəkə bilirdi. Romalıların ifadə etdiyi divide et impera –
“parçala, hökmranlıq et” prinsipini o, bir siyasətçi kimi çoxdan həyata keçirirdi.
Bunun üçün onun silah arsenalı çox zəngin idi, məharətlə təbliğatdan, yalandan və
diqqəti yayındıran manevrlərdən istifadə edirdi. O, şəraitə çevikliklə uyğunlaşırdı
və bəzən özünü elə göstərirdi ki, öz niyyətlərindən əl çəkmişdir, əslində isə
əlverişli anı gözləyirdi. O, niyyətlərini gizlətməyi də bacarırdı, rəqibin hərəkətini
isə vaxtında hesablaya bilirdi, onun özünün planlarını öyrənmək isə rəqibləri üçün
müşkül məsələ idi. Bu mürəkkəb diplomatiya sənəti Aleksandrın təbiətinə
bütünlüklə yad idi, o, ümumiyyətlə yad dövlətləri tanımırdı ki, onlarla da
diplomatik əlaqəyə girmək lüzumu yaransın. “Özün yaşa, başqalarına da yaşamağa
imkan ver” prinsipi ilə o, heç vaxt hərəkət etmək istəmirdi. Aleksandr özünə
məxsus olan qaydada hamını bəxtəvər etmək istəyirdi. Nəyi yaxşı hesab edirdisə,
bu başqaları üçün də faydalı olmalı idi. Onun üçün yalnız bir xarici siyasət
münasibəti var idi, bu da danışıqsız, qeyd-şərtsiz təslim olmaq idi.
Filippin diplomatik qabiliyyətinə onun xarici görünüş cazibədarlığı və şəxsi
məlahəti uyğun gəlirdi. Filipp gözəl natiq idi, onun ağlının itiliyi və parıltısı hamını
heyran edirdi. O, yunanlarla danışıqda hazırcavablıq, qadınlara münasibətdə
həssaslıq göstərirdi, döyüşdə isə hamını arxasınca apara bilirdi. Ziyafətlərdə Filipp
zarafat etməyi bacarırdı. Lakin o, həmişə öz xüsusiyyətlərinə sadiq idi. Öz
siyasətinin bütün keşməkeşlərində Filipp heç vaxt böyük barışdırıcı məqsədləri
unutmurdu, onlara xidmət edirdi, onları həll edirdi və bu vaxt zəhmətsevərlik,
çalışqanlıq, səbir və inadkarlıq, həm də ildırım sürətli reaksiya nümayiş etdirirdi.
Aleksandr isə özünü şəraitə deyil, şəraiti özünə uyğunlaşdırırdı. Atası Odisseyə
oxşadığı kimi, o da parlaq qələbələri, tənhalığı və quduz hiddəti ilə Homerin
Axillinə bənzəyirdi.
26
Filipp köhnə dünyanın dağıdıcısı roluna yaramırdı. O, yalnız özünün çıxdığı
dünyanı təkmilləşdirməyə can atırdı, özü də həmin dünyada qalmaqda davam
edirdi. O, tarixin hərəkətverici qüvvələrinin icraçısı idi, özü də bu qüvvələr
Makedoniya cəmiyyətinin dərinliklərində gizlənmişdi. Aleksandrın arzuları isə
uzağa, üfüqlərə və gələcəyə yönəlmişdi. O, gördüklərini təkmilləşdirməyə yarayan
hesab etmirdi, ona görə də daha möhtəşəm işə - köhnəni dağıtmaq və məhv etmək
vəzifəsinə girişdi ki, onun arzuları həyata keçsin, nəinki yeniliyi köhnəlikdən
damla-damla sıxıb çıxartmasın, öz əkdiyi ağacın dadlı meyvələrindən faydalansın
və onlarla öyünsün. Qoy köhnə ondan ilham alanların sərəncamında qalmaqla
tarixə təhvil verilsin, Aleksandr isə tarixin yaradıcısı kimi yeni səhifədən başlamaq
istəyir ki, onun epoxası sadəcə kiçik fəsil kimi deyil, ayrıca və qiymətli kitab kimi
oxunsun. Şekspir dühası ilə Hamlet atasının kölgəsinin köməyi ilə xeyiri şərdən
ayırd etməyə başladığı kimi, iyirmi yaşlı Aleksandr necə böyük düha sahibi kimi
özünü göstərsə də, onun ilk hərbi planlarının üstündə atasının kölgəsi, kabusu
dolaşırdı. Aleksandr kimi müstəqil şəxsiyyət də çox şeyləri vəd edən Filippin
ideyalarından bütünlüklə imtina etmədi. Əksinə, atası yalnız Aralıq dənizinin şərq
sahilini ağıl barmağı ilə göstərmişdisə, Aleksandr bununla kifayətlənə bilməzdi,
ona dünyanı fəth etmək ideyası hakim kəsildi və bu ideyanı reallaşdırmaq yolunda
onun şücaətləri, istedadı və yenilik aşiqi olması tarixi xeyli rövnəqləndirən,
gələcək nəsillərə igidlik və hərb dühası nümunəsi göstərən parlaq səhifələr, maraqlı
mərhələlər və fantaziyanı da geridə qoymağı bacaran əhvalatlar toplusu oldu.
Filipp özünü saray əyanları ilə əhatə etdiyindən vəliəhd kimi Aleksandr da
bu dövrədə fırlanmağa məcbur oldu. Əyanlar içərisində Parmenion seçilirdi, kübar
nəslindən olan bu adam Filippdən 18 yaş böyük idi. Təcrübəli və ağıllı adam kimi
o, çarın ən yaxşı məsləhətçisi hesab olunurdu və Filipp onu əsl sərkərdə
adlandırırdı. Çarın ikinci silahdaşı Antipatr idi. O, özünü yunanlarla əlaqələrdə
siyasətçi və diplomat kimi göstərmişdi, yunan filosofları ilə əlaqə saxlayırdı, özü
kitablar yazırdı. Digər görkəmli əyanlar isə cəsur Alkimax, məşhur Klit və məğrur
Attal idi. Sonra sarayda dağlılardan olan zadəganlar meydana gəldi. Filipp özünü
bacarıqlı yunanlarla əhatə etdi. Elladanın ruhi elitası arasında İsokratı və Platonun
27
Akademiyasını daha yüksək qiymətləndirirdi. İsokrat hegemonluq ideyasını həyata
keçirmək üçün ona münbit şərait yaratmışdı. Platon isə hələ III Perdikka ilə dostluq
etmişdi. Platonun ölümünü eşitdikdə Filipp ona matəm saxlamışdı. Makedoniyada
gənclər gözəlliyə məhəbbət ruhunda tərbiyə olunurdu. Ona görə də Aleksandrın
zabitləri mifologiyanı, fəlsəfə və ədəbiyyatı bilmələri ilə fərqlənirdilər. Fillipin
səpdiyi toxumlar bol bəhrə vermişdi. Öz oğlu Aleksandr isə çar fəlsəfəsinin dahisi
hesab etdiyi Aristoteli müəllim seçmişdi.
Filippin arvadı Olimpiada Epirdən idi, onun üçün heç bir əxlaqi prinsip və
ənənə yox idi, bütün hədləri ayaqlayıb keçə bilərdi. Bu məğrur və şöhrətpərəst
qadını yalnız məhəbbət, nifrət və ya qisas yanğısı hərəkətə gətirirdi. Bu qadın
Filippə Aleksandr kimi oğul doğmuşdu. Ümumən isə Filippin yeddi arvadı
olmuşdu və acı dillər danışırdı ki, onun bütün toyları növbəti müharibələrlə
əlaqədar olurdu. Onu nikahlarının heç də hamısı qanuni hesab olunmurdu. Üç
arvad aldıqdan sonra, o, hökmranlığının üçüncü ilində artıq çar olduqda dördüncü
nikah bağladı və bu təkcə onun ölkəsi üçün deyil, bütün dünya üçün böyük
nəticələrə səbəb oldu. Epir çarının yetim qalmış qızı ilə nikah təntənəli və tam
rəsmi qaydada keçirildi. Filipp onu bir neçə il əvvəl ibadət vaxtı görmüşdü. 357-ci
ildə Olimpiada Makedoniyaya gəldi və təntənəli toy keçirildi.
Olimpiadanın atası çox tez ölmüşdü, taxt-tacı qızın əmisi ələ keçirmişdi və
o, mərhum çarın uşaqları ilə hesablaşmaq istəmirdi. Qızı incidir və alçaldırdılar.
Gənc, qalibiyyətli çara ərə getməklə o, ən yüksək mövqeyə sahib oldu. Onlar
əvvəlcə bir-birini çox sevdikləri kimi, sonralar bir-birinə nifrət etməyə başladılar.
Çariça əldə etdiyi mövqeyə hazır idi. Onların ən xoşbəxt ailə həyatı dövrü 356-cı
ilə - vəliəhdin doğulduğu ilə təsadüf edir. Uşağa persiyalıların Elladaya hücumu
vaxtı yaşamış çar Aleksandrın adını verdilər. İki il sonra onun Kleopatra adlı bacısı
dünyaya gəldi. Çariça Epirdə öz ailəsinin hakimiyyətini bərpa etmək eşqinə düşdü
və bu çarın özünün də planlarına uyğun gəlirdi, çünki bu yolla Epiri
Makedoniyadan asılı vəziyyətə qoya bilərdi. Plan baş tutdu. Gənc qardaşını Epirdə
çar etməklə Olimpiada öz vətənini idarə etməyə başladı.
Dostları ilə paylaş: |