299
fayda götürmək istəyirdi. Fon Melas Massena və Suşenin Bonapartla
birləşməsindən yaxasını qurtarmaq üçün böyük döyüşə girmək risqinə getdi və
sürətlə hücum etmək qərarına gəldi. Tezliklə Bonapart bu fikrə gəldi ki, onun
planlaşdırdığı döyüş başlanmışdır, o, xəbər göndərib şimala tərəf hərəkət edən
Lannı və cənubda, o qədər də uzaqda olmayan Dezeni yanına çağırdı. Birinci
konsul qvardiyası ilə Marenqoya tərəf tələsdi ki, Lannın və Viktorun
diviziyalarına, Myuratın süvarilərinə dəstək versin. Bu vaxt Melas artilleriyası
onun qüvvələrini detsimatsiya edirdi, hər onundan birini məhv edirdi. Öz
hücumunun sürətinə və qəzəbinə baxmayaraq, qvardiyaçılar döyüşün istiqamətini
dəyişdirməyə qadir deyildi. Günortaya yaxın fon Melas Vyanaya qələbə raportu
göndərdi. Elə həmin vaxt o, gözləmədiyi halda Deze top atəşinin sönməsini eşidib,
geri döndü və günortadan bir az sonra Bonaparta qoşuldu. O, Bonaparta yeni
qüvvə verdi və onu inandırdı ki, geri çəkilmək olmaz. O, adamlarını döyüşü
yekunlaşdırmağa dilə tutanda, öz ordusunun başında öldürüldü. Avstriyalılar
ümidsiz müqavimət göstərirdi, lakin general Kellermanın vahiməyə düşməsindən
onların flanqı dağıldı və Bonapart tərəfindən dağıdıcı hücum başlandı. Fon Melas
qələbəyə əmin olduğundan günorta saat 3-də Marenqonu tərk etmişdi ki,
Alessandriyadakı öz qərargahına qoşulsun. O, bura gəlib çıxanda məğlubiyyət
barədəki xəbəri aldı. Hər iki tərəfdən itkilər çox böyük idi, 6 min fransız və 8
mindən artıq avstriyalı. Lakin itki mütənasib qaydada götürüldükdə, qaliblər
arasında daha çox idi. Napoleon sonralar Marenqo yaxınlığındakı öz qələbəsi ilə
çox fəxr edirdi, onu Austerlits və İena ilə müqayisə edirdi. Ancaq döyüşdə
həlledici rolu general Lui Deze oynamışdı və o, döyşdə həlak olmuşdu.
Silahdaşları iki dəfə Napoleonu gözü yaşlı görmüşdülər: birinci dəfə, Dezenin
həlak olmasını ona xəbər verəndə, ikinci dəfə isə, doqquz il sonra, top mərmisi
marşal Lannın ayaqlarını qoparanda. 14 iyun 1800-cü ildə Napoleon ucadan
demişdi: “Necə də gözəldir belə bir gün, əgər ki, bu gün mən Dezeni bağrıma
bassaydım”.
İyunun 15-də fon Melas atəşkəs xahiş etdi, bu atəşkəs ona drakon şərtləri ilə
verildi. Venetsya istisna olmaqla o, bütün Şimali İtaliyanı tərk etməli və güclü
300
mühafizə edilən toxunulmamış sərhədləri təhvil verməli idi. Əvəzində onun hərbi
şərəfi tam saxlanırdı. Fon Melas barışığı qəbul etdi və imperatora məktub yazıb,
ondan sülhü ratifikasiya etməyi xahiş etdi.
Tam əks vəziyyət baş verdi. II Frans Böyük Britaniya ilə müqavilə bağladı.
Onun şərtlərinə görə yeni maliyyə yardımına bel bağlamaqla, Fransa ilə separat
sülh bağlamaq istəmədi. Bu vaxt o, ordu üçün bəzi işlər gördü ki, sərhədləri
müdafiə etmək üçün əlavə qüvvə göndərə bilsin.
Bonapart yayı Avropa dövlətləri ilə diplomatik əlaqələr qurmağa sərf etdi.
O, Rusiya çarı I Pavellə dostluq etməyə çalışırdı və 1799-cu ildə müharibədə
götürülmüş əsirləri, əvəzində heç nə tələb etmədən qaytardı. Dekabr ayında
Britaniyaya hörmətlə yanaşı, Fransa və Rusiya arasında neytrallığı meydana
gətirən İkinci Koalisiya yaranması barədə müqavilə imzalandı.
Həmin ay ərzində təzə Avstriya qoşunları İtaliyaya gəldi və düşmənçilik
yenidən bərpa edildi. Fransızlar Toskanada hücum mövqeyi tutdular, axı onlar
qalib idilər. Elə bu vaxt Moro Bavariyaya daxil olub Münxen yaxınlığındakı
Hohenlindendə qalib gəldi və 25 dekabr 1800-cü ildə avstriyalıları məcbur etdi ki,
əsas barışığı imzalasınlar. Bütün müharibə əməliyyatlarında döyüş Marenqo
vuruşundan da əhəmiyyətli idi, çünki kampaniyanı gözəl qaydada başa çatdırırdı.
Lakin, Bonapart öz qələbəsinin əhəmiyyətini yüksəltmək üçün kifayət dərəcədə
ağıllı idi. Həm də o, sonrakı danışıqlarda hakimiyyət adından söz sahibi iqtidarında
idi.
Lyünevil sülhü Avstriya ilə 9 fevral 1801-ci ildə imzalandı, bu müqavilə
digər sazişlərlə birlikdə hakimiyyətin daha çox Bonapartın əlində cəmləşməsinə
səbəb oldu. İspaniya 1 oktyabr 1800-cü ildə Luiziananı Fransaya güzəştə getdi və
Amerikada həmin vaxtadək Santo Dominqo ekspedisiyası müvəqqəti uğurla başa
çatdı.
Müqavilə Bonapartın silahlı münaqişəyə son qoymaq istəklərinin ifadəsi
kimi görünürdü. Lakin Avstriya bütün fransız şərtləri ilə razılaşmağa məcbur
edilmişdi. O, Çökək Ölkələrdə fransız torpaqlarını və Reynin sol sahilindəki
əraziləri tanımalı idi və bütünlüklə Kampo-Formio müqaviləsini ratifikasiya etməli
301
idi, bu isə İtaliyada işğal edilmiş ərazilərdə fransız suverenliyini, Hollandiyadakı
və İsveçrədəki protektoratlığı tanımaq demək idi. Faktiki olaraq, sülh təkəbbürü
ifadə edirdi və özündə gələcək müharibələrin toxumunu daşıyırdı.
Lyünevil sülhündən sonra 18 mart 1801-ci ildə Florensiya sazişinin şərtləri
əsasında Neapol krallığı Elba adasını və mərkəzi italyan əyalətlərini Fransaya verdi
və Britaniya və Türkiyə ilə bütün kommersiya əlaqələrini kəsdi. Böyük Britaniya
yeganə ölkə idi ki, danışıqlar aparmaqdan imtina edirdi. La-Manş boğazı
müharibənin qorxulu dağıdıcı əməllərindən ölkəni hifz edirdi və Britaniya öyünə
bilərdi ki, dəniz ticarətini nəzarətə, nəhəng müstəmləkə imperiyasının gəlirlərinə
və sənaye inqilabına əsaslanan və inkişaf edən iqtisadiyyata malikdir. O, Avropa
müharibələrini üçüncü qüvvələr vasitəsilə aparırdı, onları maliyyələşdirirdi. Onlar
isə öz növbəsində Fransaya düşmənçilik edirdilər. Lakin daxildə dövlət
proqressivistlər tərəfindən tənqidə məruz qalırdı, onlar güman edirdilər ki,
Bonapartın gəlişini qəbul etmək daha yaxşı və onun şərtlərini qəbul etmək daha
məqsədə uyğun olacaqdır. Bu vaxt onun Fransa üzərinə qoyduğu blokada bir sıra
ölkələrin ona olan rəğbətini azaltdı. Rusiya, İsveç, Danimarka və Prussiya rəsmi
qaydada bura cəlb edilməmişdi, lakin onlar Silahlı Neytrallığın İkinci Liqası kimi
təqdim olunurdular, onların gəmilərinə britaniyalıların hansısa bir müdaxiləsinə
dözümlü olacaqlarına söz vermirdilər.
Blokada tezliklə Britaniyanın özünün əleyhinə çevrildi, çünki Avropadakı
bütün kommersiya çıxışlarından məhrum olurdu. Bonapart “xəyanətkar Albiona”
müdaxilə etmək barədə ciddi düşünməyə başladı və bu niyyət üçün donanma və
ekspedisiya korpusu hazırlayırdı. Britaniya bu potensial təhlükədən, əlverişli
hadisələrin üst-üstə düşməsi ilə xilas oldu. Çar I Pavelin qətlə yetirilməsi ilə
başlıca təhrikçi rolunu oynayan liqa dağıldı və yeni çar I Aleksandr 17 iyun 1801-
ci ildə Britaniya ilə ittifaq müqaviləsi imzaladı. Lakin Avstriyanın tezliklə
məğlubiyyətinin baş verməsi labüd qaydada Britaniyanı sülh əldə etməyə sövq
etdi. Fransa ilə müqavilə Amyendə 27 mart 1802-ci ildə bağlandı. Bu müqavilə
Avropanın və Aralıq dənizi ərazilərinin təzə bölünməsini təsdiq etdi. Fransa Misiri
Türkiyəyə və Britaniyaya güzəştə getdi, Britaniya isə Maltanı Müqəddəs İoann
Dostları ilə paylaş: |