290
qardaşı da fransız azadlığına ziyan vursa, onu öldürməyə hazırdır. Əsgərlər təbil
vuranlara tərəf atıldılar, onları Myuratın və Lefebrin qışqırtıları həvəsləndirirdi.
Onların coşduqlarını görən deputatların hamısı panikaya düşüb qaçmağa başladı,
yalnız Lüsyenin ardıcılları qalmışdı. Sonra Lüsyen ləngimədən digər məclisə gəldi
və burada faktlara öz izahatını verdi.
Köhnələr sonra Direktoriyanın “müvəqqəti konsulları” triumviratı ilə əvəz
edilməsinə qərar verdilər. Bu triumvirata Bonapart, Sieyes və Düko daxil idi. Onlar
buraxılmış 500-lər Şurasının yüz üzvündən özlərinə yeni parlament yaratdılar. Bu
parlament konsullara yeni konstitusiyanın hazırlanması vəzifəsini və bu dövrdə
Fransanın idarə edilməsini etibar etdi. 20 fevral 1800-cü ildə onlar axırıncı dəfə
əlavə vaxt götürdülər.
11 noyabr 1799-cu ildə Bonapart Lüksemburq sarayına köçdü.
Direktoriyanın üzvləri olan digər iki konsul Sieyes və Düko artıq bu saraydan
iqamətgah kimi istifadə edirdilər. O, özü ilə arvadı Jozefinanı və onun iki uşağını –
Ejeni və Ortenziyanı götürdü. Bu uşaqları
Jozefina əvvəlki əri, vikont Aleksandr de
Boharnedən doğmuşdu. Şuranın qalmış üzvləri toplaşdı və 12 noyabrda konsullar
Fransanın yenidən qurulmasını həyata keçirməyə başladılar.
Birinci sessiyada Düko sədrliyi Bonaparta təklif etdi, axırıncı kifayət
dərəcədə ağıllı hərəkət edərək Sieyesi narazı salmaq istəmədi və konsulların hər
birinin ardıcıl olaraq digərini əvəz etməklə, idarəyə başçılıq etməyi təklif etdi.
Sieyesin üzərinə yeni konstitusiyanın layihəsini hazırlamaq vəzifəsi düşdü və
Bonapart beləliklə idarə etmədə sərbəst meydana malik oldu. Birinci konsul
seçilən
Napoleon əslində hər şeyi öz əlinə götürmüşdü, bütün məsələləri şəxsən özü həll
edirdi. Ancaq o vaxtlar hələ “Napoleon hakimiyyəti” sözləri yox idi. Bonapart 18
bryumerdən sonra vahid hökmdara, Fransanın ağasına çevrilmişdi. 1802-ci ildə isə
ömürlük bu hüquqa yiyələndi. Taleyran xarici işlər naziri, Fuşe polis naziri oldu.
Napoleon Tyulri sarayına köçdü.
Tezliklə o, burjuaziya ilə barışmaq yollarını aradı, çünki onların iqtisadi
fərasətinə böyük ümid bəsləyirdi. Doğrudan da onların həyata keçirdiyi bir sıra
tədbirlər onun üçün əlverişli idi. O, öz hərbi formasını soyunub sərbəst burjua
292
üçün işləməyi və bir-biri ilə mübahisələri kəsməyi tələb edirdi. Bütün cəbhələrdən
olan ağıllı adamlar toplandı, onun ikinci konsulu Jan-Jak Kambaseres Terrorun
kral qatili idi, üçüncü konsulu Şarl Lebran hələ XV Lui dövründə saray
torpaqlarının baş inspektoru işləmişdi, polis naziri təyin edilən Fuşe 1793-cü ildə
ekstremist terrorist olmuşdu və Robespyerin devrilməsi üçün çox iş görmüşdü,
inqilabdan əvvəl isə o, farmakologiya professoru olmuşdu. Taleyran xarici işlər
naziri oldu, o, Terror dövründə Amerika Birləşmiş Ştatlarında olmaqla ölkəsindəki
hadisələrdən təcrid olmuşdu. Onun siyasi əqidəsinə gəldikdə o, konstitusional
monarxiya tərəfdarı idi.
Hökumətin yeni sistemi altında 25 yaşdan yuxarı olan vətəndaşların hamısı
demokratik qaydada öz munitsipal, departament (vilayət) və milli təmsilçilərini
seçməli idi. İbrətamiz kəlməni praktiki dilə tərcümə etmənin şəhadəti kimi bu
təmsilçilər, təşkilatlarının içərisindəki bütün vəzifə sahibləri mərkəzi hökumət
tərəfindən namizəd göstərilməli idi. Bu dövlət başçısının özü tərəfindən irəli
sürülmüş 25 üzvdən ibarət Dövlət Şurası olmalı idi. Şura qanunvericilik
layihələrini hazırlayıb yüz üzvü olan Tribunata təhvil verməli idi. Tribunatın isə
vəzifəsi 300 nəfərlik qanunvericilər orqanı tərəfindən ratifikasiya və ya rədd
edilməzdən əvvəl onun məzmununu və tətbiq metodlarını müzakirə etmək idi. 80
üzvü olan senatın vəzifəsi isə tribunları və qanunvericiləri seçmək, milli səviyyədə
“kübarlar” arasından yeni senatorlar müəyyən etmək və dövlət başçısının birbaşa
özü tərəfindən irəli sürülmüş senatorluğa namizədlik ilə razılaşmalı idi. Sonuncu
Baş Seçici titulunu aldı. Titul və hakimiyyətlər Bonapartın xoşuna gəlmirdi, çünki
o, dövlət başçısının rolunun təmiz təmsilçi səlahiyyətləri ilə məhdudlaşdırılmasına
olduqca pis baxırdı. Öz düşüncəsinə görə o, özünün istədiyi kimi hərəkət etməklə
sərbəst olacaqdı, hər şeydən əvvəl özünün mühakimə etdiyi kimi əməkdaşlarını
seçəcək, beləliklə sadəcə milli “kübarlardan” seçmək qaydasına məhəl
qoymayacaqdı. Üstəlik onun özünə “Birinci Konsul” titulu xoş gəldi, bu Roma
modelinə uyğun idi. Axı Roma Respublikasının icra hakimiyyətinə konsullar (iki
konsul) başçılıq edirdi. Onun əlavələri və düzəlişləri monarxiya tipindəki hökumət
qurulmasına açıq meyli
göstərirdi, bu isə keçmişə qayıdış əlaməti olacaqdı.