295
narazı qala bilməsi üçün heç nə yox idi, çünki o, özünü mülkiyyətin və azad
sahibkarlığın himayəçisi elan etmişdi. 19 fevralda Bonapart böyük dəbdəbə və
mərasimlə ailəsi ilə birlikdə kral sarayı olan Tyulridə məskunlaşdı. Böyük
qalareyanı bəzəmək və özünün böyük “nəsil” şəcərəsinə məxsusluğunu vermək
üçün qardaşı Lüsyendən xahiş etdi ki, sarayı qəhrəmanların heykəlləri ilə
doldursun, onların arasında Aleksandrın, Sezarın, Kondenin və Malboronun
heykəlləri var idi.
General Bonapartın gözlədiyi, can atdığı imkan gəlib çıxmışdı. O, tarixi
dövrün çağırışına cavab vermək qabiliyyətində idi. Hakimiyyətin ələ keçirilməsi
onda hələ tələb olunmamış bir sıra istedadları da üzə çıxardı. İndi o, öz parlayan
“ulduzunun” arxasınca getməli idi. Onun qeyri-adi intellekt qabiliyyətinə malik
olmasını hətta düşmənləri də inkar edə bilmir. O, bu fövqəltəbii qabiliyyətini
onunla əlaqədə olan bütün adamlara təlqin edə bilirdi. Bu məsələlərdə o, müəyyən
prinsiplər də müəyyən etmişdi və deyirdi ki, “əgər sən otaqda ən qabiliyyətli adam
olduğunu bilmirsənsə, danışma”. Öz ögey oğlunu İtaliyada vitse-kral təyin edərkən
ona məhz belə məsləhət vermişdi. Onun özünə gəldikdə isə belə də hərəkət edirdi,
dediklərinin çoxunu həyata keçirə bilirdi. Onun marağı ciddi mövzulara, tarixə,
hüquqa,
hərb elminə, ictimai inzibatçılığa yönəlmişdi. Onun ağlı çox iti idi və daim
dəqiq qaydada olurdu. O, bir dəfə bəyan etmişdi ki, onun ağlı komoda bənzəyir, o,
istədikdə bu komodu açıb bağlaya bilir və bağlandıqda istənilən mövzunu unudur,
açıldıqda isə bütün lazım olan detalları ilə o, bu mövzunu tapırdı. Liderliyi ilə
bilikdə o, bütün böyük qabiliyyətlərə malik idi. Öz ardıcılını, arxasınca gedən
adamı o, elə bil ki, kor və əsir edə bilirdi. Həmin dövrlərin ən məşhur adamları, o
cümlədən böyük alman bəstəkarı Bethoven, respublikanın kral qatilləri arasında
olan Lazar Karno ilk andan ona hörmətlə baxırdılar. Kəsik-kəsik nitqi, sürətli qərar
verməsi və qarşısına çıxan mürəkkəb problemləri tez qavraması isə adamların
etibarını alovlandırırdı. O, fransızların on il ərzində axtardığı adam təsiri
bağışlayırdı. Böyük Fridrix və II İosifin tutqun gördüklərini də o, aydın görürdü və
anlayırdı ki, hökumət bütün milləti təmsil etdikdə, onun hakimiyyəti güclü olur.
Ona hakim kəsilən bu düşüncə sonra həyatda öz reallığını tapmalı oldu.