71
Qərara uyğun olaraq, 1944-cü il martın əvvəllərində azərbaycanlılara
Cənubi Azərbaycanda çalışmaları üçün siyasi işçilər üzrə 33, ticarət müvəkkilliyi
üzrə 11, diplomatik idarələr üzrə 14, qəzetin nəşri üzrə 27 yer ayrılmış və ümumi
rəhbərlik H.M.Həsənova tapşırılmışdı.
24
1944-cü ilin yaz və yayında Azərbaycandan Cənubi Azərbaycana 620
nəfərdən çox müxtəlif işçilər göndərilmiş və daha 375 nəfər səfərbər edilmişdi.
25
Mühüm tapşırıqla gedənlərin qarşısında duran əsas vəzifə Arazın o tayındakı
azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadığını, sərhədin
şimal tərəfində qardaşlarının yaşadığını təbliğ etmək idi.
26
İkiillik fasilədən sonra 1944-cü il aprelin 10-da "Vətən yolunda" qəzeti
yenidən nəşrə başladı və onun nəşri 1946-cı il mayın 1-dək davam etdi
(bütövlükdə, 1941-1946-cı illərdə qəzetin 406 nömrəsi nəşr olunmuşdu.
M.İbrahimov, H.Şahgəldiyev və R.Quliyev onun baş redaktoru olmuşlar).
27
İçməli su olmadığı üçün Bakıdan 1944-cü il mayın 11-də Qəzvinə qazma
qurğusu, boru və 33 qazmaçıdan ibarət briqada göndərildi. Qəzvində 4, Təbrizdə 8
su quyusu qazıldı.
28
1944-cü ilin yaz-yay aylarında "Təbriz" mətbəəsinin yaradılması və
fəaliyyəti üçün ərəb və kiril əlifbası ilə işləyən mətbəə maşını, 30 ton kağız,
kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s.
göndərildi.
29
Azərbaycan SSR hökuməti Təbriz nümunəvi aqrotexniki stansiyasının
yaradılması üçün 15 traktor, 5 maşın, toxumçuluq laboratoriyası üçün avadanlıq,
50 nəfərlik yeməkxana üçün inventar ayırdı.
30
SSRİ XKS 1944-cü il iyunun 24-də Təbrizdə Azərbaycan dilində orta
məktəbin açılması haqqında qərar qəbul etdi. C.Ələsgərovun direktor olduğu, 36
nəfər müəllim və inzibati-təsərrüfat işçisindən ibarət bu məktəbdə dərslər noyabrın
1-də başlandı.
31
1945-ci ilin sentyabrında məktəbin 18 sinfində 566 şagird təhsil alırdı.
Marağa, Maku, Kürdüstan və Urmiyədən gəlmiş şagirdlər üçün yataqxana
ayrılmışdı. Bakıdan məktəbə yeni dərsliklər göndərilmişdi.
32
1944-cü il sentyabrın 3-də Təbrizdə sovet xəstəxanası (baş həkim
S.Səmədov) açıldı. Hər gün 150 xəstəyə tibbi xidmət göstərən xəstəxanada 20
çarpayılıq stasionar, cərrahlıq, daxili xəstəliklər, göz, ginekologiya şöbələri var idi.
Xəstəxananın nəzdində diş və dəri, zöhrəvi xəstəliklər də daxil olmaqla, hər cür
xəstə qəbul edən poliklinika da fəaliyyət göstərirdi. Burada rentgen, prosedura
kabinetləri, palçıq müalicəxanası, laboratoriyalar, həmçinin aptek yerləşirdi.
33
İki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində 1943-cü il
oktyabrın 31-də fəaliyyətə başlayan "İranın SSRİ ilə Mədəni Əlaqələr Cəmiyyəti"
önəmli rol oynayırdı.
34
Cəmiyyətin İranın 34 şəhərində açılmış şöbələri içərisində
72
ən fəalı 1944-cü il avqustun 12-də yaradılmış Təbriz şöbəsi idi. Təbriz şöbəsinin
nüfuzunun artmasında Ə.Bağırzadənin rəhbərlik etdiyi Sovet mədəniyyət evinin
böyük xidmətləri vardı.
35
1945-ci ilin oktyabrında Bakıda Azərbaycanın İranla Mədəni Əlaqələr
Cəmiyyəti (AİMƏC) yaradıldı.
36
Cəmiyyətin sədri S.Vurğun çıxışlarından birində
demişdi: "Azərbaycanda yaradılan İranla Mədəni Əlaqələr Cəmiyyətinin məqsədi
Azərbaycan xalqının mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaq,
habelə İranın elm və incəsənət sahəsindəki müvəffəqiyyətlərini Azərbaycanın geniş
zəhmətkeş kütlələrinin malı etməkdir".
37
AİMƏC-də 8 bölmə, o cümlədən ədəbiyyat (rəhbəri M.Arif), musiqi
(Q.Qarayev), humanitar elmlər (H.Hüseynov), tibb (Z.Məmmədov), memarlıq
(S.Dadaşov), rəssamlıq (Q.Xalıqov), incəsənət (M.Haşımov) və nəşr (H.Sultanov)
bölmələri fəaliyyət göstərirdi.
38
Dünya müharibəsindən sonrakı dövrdə nüfuz dairələri, enerji mənbələri,
bazarlar uğrunda mübarizə kəskinləşdi.
Sovet İttifaqı Cənubi Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz
təsiri altında saxlamaqla, İkinci dünya müharibəsinin sonunda buradakı siyasi
hadisələrə beynəlxalq aləmdə arzuolunmaz bir münasibət formalaşdırmışdı. Böyük
Britaniya, ABŞ və Türkiyə bu hadisələrə milli azadlıq hərəkatından daha çox
Sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar.
39
1944-cü il sentyabrın 10-da SSRİ xalq xarici işlər komissarının müavini
S.İ.Kavtaradzenin sədrliyi ilə Sovet hökumət komissiyası Tehrana rəsmi səfəri
zamanı Şimali İranda - Semnan, Qorqan, Mazandaran, Gilan və Azərbaycanda neft
konsessiyası haqqında təkliflərinə
40
müsbət cavab almadı. Sovet İttifaqı yerli
demokratik qüvvələrə təsiri gücləndirdi.
1945-ci ilin yayında və payızın əvvəllərində Cənubi Azərbaycanda vəziyyət
gərginləşdi. Mərkəzi hökumət, bilavasitə ABŞ və İngiltərənin hərbi-siyasi
yardımına arxalanan mürtəce dairələr kəndlilər, həmkarlar ittifaqları fəalları və
demokratik təşkilatların üzvlərinə qarşı kütləvi təqib və terrora keçdilər. Bunlara
qarşı özünümüdafiə məqsədilə fədai dəstələri təşkil olundu. Belə bir şəraitdə
vətəndaş müharibəsinə yol vermədən ictimai-siyasi hadisələrə başçılıq etməyə
qadir siyasi təşkilatın yaradılması zərurəti meydana çıxdı. 1945-ci il sentyabrın 3-
də S.C.Pişəvərinin (1892-1947) başçılığı ilə milli azadlıq və demokratik hərəkata
rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı.
41
1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qurultayı keçirildi.
42
ADP-nin qurultayda qəbul edilmiş proqramında milli məsələ barədə deyilirdi: "İran
məmləkəti daxilində yaşayan hər bir nıillətin muxtariyyəti və öz müqəddəratını
təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir".
43