63
Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında 2000
nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev,
D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və
başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları
ilə təltif edilmişdilər. Əhmədiyyə Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin
azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan
irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla təltif
olunmuşdu.
151
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının
işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar
Kərimov, Seyidəli Seyidov və bu gizli təşkilatın digər üzvləri çalışdıqları sənaye
müəssisələrində
düşmənə
qarşı
təxribatlar
törədirdilər.
Azərbaycan
döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen,
Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə
birgə fəal iş aparırdılar.
152
Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist
təşkilatın fəal üzvlərindən biri olmuşdur.
153
§4. MÜHARĠBƏNĠN SON, HƏLLEDĠCĠ DÖVRÜNDƏ
1944-cü ilin iyununda Avropada ikinci cəbhənin açılmasına baxmayaraq,
Vermaxtın əsas qüvvələri alman-sovet cəbhəsində yerləşmişdi. Almanlar
Moskvada qalmaq üçün öz qruplaşmalarının birinci cinahını möhkəmləndirməyə
çalışırdılar. Son dərəcə gərgin gedən bu döyüşlərdə Azərbaycan diviziyaları da
iştirak edirdi.
1944-cü il oktyabrın 20-də sovet və yuqoslav qoşunlarının birgə gücü ilə
almanların 20 minlik Belqrad qruplaşması məhv edildi və Yuqoslaviyanın paytaxtı
azad olundu.
Həmin il noyabrın sonunda Yuqoslaviya Xalq Azadlıq Ordusunun hissələri
ilə birgə qədim Krakov şəhəri yaxınlığında çox ağır hərbi əməliyyatlar başlandı.
223-cü diviziyanın 1041-ci alayının komandiri mayor Baxış Mehdiyev 1037-ci
alayın iki batalyonu ilə birlikdə şəhəri alman faşistlərindən təmizlədilər. Düşmən
döyüş meydanında 1000-ə qədər əsgər və zabit itirdi. 223-cü Azərbaycan
diviziyasının döyüşçüləri Belqradın sakinlərinin alqışları altında qələbə bayrağı ilə
qürurla addımladılar. 223-cü diviziyaya "Belqrad" fəxri adı verildi. Bu münasibətlə
marşal İosip Broz Tito diviziyanın komandirinə təbrik məktubu göndərmişdi.
154
1944-cü il avqustun 25-də 223-cü diviziya 3-cü Ukrayna cəbhəsi
komandanının əmri ilə Sarata-Qalebna rayonunda mühasirəyə alınmış düşmən
qruplaşmasını parçalamaq məqsədilə döyüşə başladı. Alman faşist diviziyaları
64
güclü hücumlarla mühasirədən çıxmağa çalışdığı zaman mayor Baxış Mehdiyevin
1041-ci alayı özü düşmənin mühasirəsinə düşdü, lakin iki günlük mühasirə
şəraitində B.Mehdiyevin alayı igidlik göstərərək 1500 alman faşistini məhv etmiş,
1000 nəfəri isə əsir götürmüşdü.
223-cü diviziyanın adı iki dəfə Ali Baş Komandanın əmrində çəkilmiş və
almanların Dnepr çayı sahilindəki müdafiəsini yardığına, Benzeranı hücumla
aldığına görə ona iki dəfə təşəkkürnamə göndərilmişdi.
155
1945-ci il yanvarın 12-də sovet ordusunun Visla-Oder əməliyyatı başlandı.
Bu əməliyyatın aparılmasında məqsəd alman-faşist qruplaşmalarını dağıtmaq,
Polşanın azad edilməsini başa çatdırmaq, Berlinə həlledici zərbə endirilməsi üçün
münasib şərait yaradılmasını təmin etmək idi. Bu əməliyyatda 416-cı Taqanroq və
223-cü Belqrad diviziyaları fəal iştirak etdilər.
Visla sahillərində gedən döyüşlərdə leytenant Bəhyəddin Mirzəyev şöhrət
qazandı. Yanvarın 14-dən 15-ə keçən gecə onun rotası Vislanı keçib sağ sahildə
möhkəmləndi. Cəsur döyüşçülər tutduqları mövqeyi əldən vermədilər. Əməliyyat
B.Mirzəyevin göstərdiyi şəxsi qəhrəmanlıq və döyüş ustalığı sayəsində qələbə ilə
başa çatdı.
156
1945-ci ilin yanvarında düşmənin Visladakı müdafiə istehkamlarının
keçilməsində 416-cı diviziyanın batalyonu yüksək döyüş məharəti nümayiş
etdirmişdi. Batalyon düşməni birinci və ikinci müdafiə xətlərindən çıxararaq,
diviziyanın hərəkətinə imkan yaratdı.
Varşavanın cənubunda düşmən müdafiəsinin yarılması və Visla-Oder
arasındakı döyüşlərdə yüksək hərbi nailiyyətlərinə görə 416-cı diviziyanın 1368-ci
alayı Qırmızı Bayraq, 1054-cü artilleriya alayı III dərəcəli Suvorov, 444-cü topçu
divizionu III dərəcəli Boqdan Xmelnitski, 348-ci sanitar batalyonu Qırmızı Ulduz
ordenləri ilə təltif olunmuşdu. 1945-ci il yanvarın 19-da 416-cı diviziya Visladan
Polşanın içərilərinə doğru 180 km irəlilədi,
157
fevralın 1-də isə Oder çayının qərb
sahilinə çıxdı. Almanlarla bir həftə ağır döyüşlər nəticəsində kapitan Mirzəyevin
batareyası tutduğu mövqelərini saxlaya bildi. Bəhyəddin Mirzəyev igidliyinə görə
SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına
layiq görüldü. Bu, 416-cı və 295-ci diviziyaların birgə zərbələri altında düşmənin
Berlinə gedən yol üzərində yerləşən və müdafiə xətti rolunu oynayan Küstrin
şəhər-qalanın alınması üçün böyük strateji əhəmiyyət kəsb edirdi. Yolayrıcında
yerləşən binada mövqe tutmuş düşmən
pulemyotçusu sovet döyüşçülərinin
irəliləməsinə imkan vermirdi. Gənc zabit Məmmədnəbi İsmayılov sürünərək
binaya yaxınlaşdı, pulemyot nöqtəsini məhv etdi və hücum üçün yol açıldı.
158
Fevralın 19-da 1373-cü atıcı alay Küstrinin şimalında düşmənin altı əks-hücumunu
dəf etmiş, 13 tankı, 650 əsgər və zabiti məhv etmişdi. 1945-ci il martın 12-də
Birinci Belorus cəbhəsi qoşunları tərəfindən azad olunmuş Küstrinin alınması