69
Sovet qoşunlarının İranda keçirdiyi sonrakı hərbi əməliyyatlarda
Azərbaycan SSR-dən xüsusi bir qrup iştirak etmişdi.
7
Cənubi Azərbaycanda sovet təsirini yaymaq məqsədilə 1941-ci il sentyabrın
21-də İran dövlətinin Azərbaycan ərazisində Azərbaycan SSR-dən səfərbər edilmiş
partiya, sovet, hüquqmühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət qrup
Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, Təbrizdəki 47-ci ordunun
Hərbi Şurasının üzvü Ə.M.Əliyevin rəhbərliyi ilə fəaliyyətə başladı.
8
Bu qrupa
Süleyman Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və b. daxil idi.
9
1941-ci ilin sonuna qədər Bakıdan - Respublika fondundan yardım olaraq
Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda, 1494053 metr
parça və ümumi dəyəri iki milyon manatlıq digər mallar göndərildi.
10
Cənubi Azərbaycanda fəaliyyət göstərmiş alman firmalarının əmlakı
müsadirə edilib, SSRİ-yə göndərildi."
Mətbuat, redaksiya qrupu 1941-ci il oktyabrın 11-dən ərəb əlifbası ilə
Azərbaycan dilində "Vətən yolunda" qəzetinin nəşrinə başladı.
12
Urmiyədə
Azərbaycan dilində "Qızıl əsgər" (redaktoru Zülfəli İbrahimov) və Rəştdə fars
dilində "Sərbaz-e sorx" ("Qızıl əsgər") (redaktoru Xasay Vəzirov) ordu qəzetləri
buraxılırdı.
13
Azərbaycandan gəlmiş həkimlər əhaliyə tibbi yardım göstərir, sanitariya-
gigiyena sahəsində izahat işləri aparır, malyariyaya qarşı geniş tədbirlər həyata
keçirirdilər.
14
Sovet-İran mədəni əlaqələrinin inkişafında Azərbaycan Respublikasının
mədəniyyət xadimləri mühüm rol oynayırdılar. İrana qastrol səfərinə gəlmiş ilk
sovet incəsənət kollektivlərindən biri - M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrı Ü.Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun", "Əsli və
Kərəm", M.Maqomayevin "Şah İsmayıl" operalarını, Ü.Hacıbəyovun "Arşın mal
alan"
musiqili
komediyasını
tamaşaçılara
göstərmişdilər.
Qastrolların
müvəffəqiyyətlə keçməsində rejissor İsmayıl Hidayətzadənin, dirijor Niyazinin,
balet ansamblının rəhbəri Qəmər Almaszadənin, artistlərdən Bülbülün, Əlövsət
Sadıqovun, Həqiqət Rzayevanın böyük əməyi olmuşdu.
15
1941-ci il oktyabrın 26-
da SSRİ xalq artisti Şövkət Məmmədova təbrizlilər qarşısında geniş konsertlə çıxış
etmiş, 1942-ci il fevralın 20-dən aprelin 9-dək Rəşid Behbudovun İran qastrolları
uğurla keçmişdi.
16
Bakı kinostudiyasının istehsalı olan "Kəndlilər", "Bakılılar", "T-
9" sualtı qayığı" bədii, "Ordenli Azərbaycan", "Əbədi Odlar ölkəsi" sənədli və
"Zoya", "O, Vətəni müdafiə edirdi", "217 №-li adam" dublyaj filmləri
tamaşaçıların böyük rəğbətini qazanmışdı.
17
Cənubi azərbaycanlılar sovet xalqlarının faşizm əleyhinə mübarizəsinə
ehtiramla yanaşır, SSRİ Müdafiə Fonduna, xüsusilə azərbaycanlılardan ibarət 416-
cı Taqanroq diviziyasına pul vəsaiti toplanmasını təşkil edir, müttəfiq ölkə
70
yüklərinin İrandan Sovet İttifaqına pulsuz daşınmasına təşəbbüs göstərirdilər.
"İstgah-e İran trans" nəqliyyat təşkilatının fəhlələri birgünlük əmək haqlarını,
Miyanədə "İran-Sovet trans"ın fəhlələri gündəlik mədaxillərindən bir hissəsini,
Təbrizdəki "Pəşminə", "Azərbaycan", "Mümtaz", "Qəzvini", "Xosrovi"
fabriklərinin işçiləri, İran Culfası əhalisi 416-cı diviziyanın fonduna xeyli vəsait
keçirmişdilər.
18
Təbrizin "Gülüstan" bağında məşhur yerli musiqiçilər (müğənni
Əbülhəsənxan İqbal Azər, skripkaçı Yeganə, santur çalan Böyük İbadi) konsert
proqramı ilə çıxış edərək, pul və qiymətli əşya toplamış, sovet ordusuna yardım
göstərmişdilər.
19
Sovet təbliğatçılarının siyasi fəaliyyəti nəinki İran hökumətini, eləcə də
qonşu dövlətləri, o cümlədən onların müttəfiqlərini - İngiltərə və ABŞ-ı narahat
edir, üçtərəfli Sovet-İran-İngiltərə danışıqlarına mane olurdu.
SSRİ o vaxt çox əhəmiyyətli tranzit xidməti göstərən İranla və müttəfiqləri
ilə münasibəti pozmamaq üçün İrandakı siyasi fəaliyyətini bir qədər zəiflətməyə
məcbur oldu.
1942-ci il yanvarın 29-da Tehranda SSRİ-Böyük Britaniya-İran arasında
ittifaq müqaviləsi bağlandı. Həmin ilin martında Azərbaycandan İrana göndərilmiş
siyasi işçilərin əksəriyyəti geri çağırıldı. 1942-ci ilin ortalarında burada Bakı
missiyasından cəmi 84 nəfər qalmışdı.
20
Aprel ayında "Vətən yolunda" qəzetinin
nəşri dayandırıldı.
21
1943-cü il noyabrın 28-dən dekabrın 1-dək ABŞ, SSRİ və
Böyük Britaniya dövlət başçılarının Tehran konfransında qəbul edilmiş "İran
haqqında Bəyannamə"də bütün tərəflər bu dövlətin ərazi bütövlüyünün qorunub
saxlanmasına tərəfdar olduqlarını bildirdilər.
22
1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə
əlaqədar Sovet İttifaqı yenidən Cənubi Azərbaycan məsələsinə diqqəti artırdı.
SSRİ XKS 1944-cü il martın 6-da "Cənubi Azərbaycan əhalisinə iqtisadi və
mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında" məsələ müzakirə edərək,
əhəmiyyətli qərar qəbul etdi. Qərarda siyasi işçilərin tərkibində, diplomatik
orqanlarda çalışan konsul, vitse-konsul və konsulluğun katibi vəzifələrində,
Tehrandakı Sovet səfirliyi və ticarət nümayəndəliyində çalışan azərbaycanlıların
sayını artırmaq, həftədə üç dəfədən az çıxmamaqla"Azərbaycan dilində ordu qəzeti
nəşr etmək", Təbrizdə pulsuz "Azərbaycan dilində təhsil verən onillik məktəb",
"məktəbdə kitabxana - oxu zalı", Cənubi Azərbaycan yazıçı və şairlərinin
əsərlərinin nəşri və əhali arasında yayılması məqsədilə avadanlıqla yaxşı təchiz
olunmuş "Təbriz" mətbəəsi açmaq, may-iyun aylarında Azərbaycan Dövlət Dram
Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunu təşkil etmək, "Təbrizdə corab-
trikotaj fabriki", "Təbriz rayonunda nümunəvi aqrotexniki stansiya" yaratmaq kimi
əhəmiyyətli məsələlər öz əksini tapmışdı.
23