61
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi
təyyarə meydanına daxil
olaraq üç təyyarəni, benzin anbarını minaladı
və baş verən
partlayış nəticəsində təyyarə meydanı alovlandı. İyirmiyə yaxın faşist məhv
oldu.
141
1944-cü ilin martında M.Hüseynzadənin döyüş dostları ilə birlikdə
Triyestdə partlatdığı zabit yeməkxanasında 150 faşist məhv olmuş, 354 nəfər isə
yaralanmışdı. Həmin il aprelin 2-də onun qrupunun Optçina şəhəri kinoteatrında
törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.
142
1944-cü ilin yayında M.Hüseynzadə alman əsgəri formasında faşistlərin
kazarmasına daxil olmuş, yanğın əleyhinə avadanlığa mina qoyaraq üçmərtəbəli
binanı yerlə - yeksan etmişdi. Onun fəaliyyəti nəticəsində min faşist
öldürülmüşdü.
143
1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat
anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman
casuslarla qarşılaşmış, yayınmaq üçün Vitovle kəndinə gəlmişdi. Lakin o,
faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu.
Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək
qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir.
SSRİ Ali Soveti Reyasət Heyətinin 1957-ci il 11 aprel tarixli Fərmanı ilə Böyük
Vətən müharibəsi illərində müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı
mübarizədə göstərdiyi rəşadətə görə M.Hüseynzadəyə ölümündən sonra Sovet
İttifaqı Qəhrəmanı adı verilmişdi.
144
M.Hüseynzadə ilə bərabər onun döyüş dostları - M.Seyidov, T. Əliyev,
Ə.Məmmədov, K.Məmmədov, Ə.Babayev və b. da faşizmə qarşı amansız
mübarizə aparmış, xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. 50 nəfərdən çox
azərbaycanlı partizan yüksək döyüş xidmətlərinə görə Yuqoslaviyanın müxtəlif
orden və medalları ilə təltif edilmişdi.
145
1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə
qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba
Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov,
Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal
Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət
hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən
partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada
300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən
edilmişdir.
146
1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsuli-
idarəsinə qarşı xalq müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist
62
komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi
qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü
birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet
vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski"
və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu
partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla
vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.
147
1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar
fransız kommunistləri ilə əlaqə yaratdılar və 1944-cü ildə bu əlaqələr daha da
genişləndi. B.Məmmədov Averyon vilayəti müqavimət hərəkatının rəhbəri,
kommunist polkovnik Rişardla görüşmüş və azərbaycanlı əsirlərin qaçıb
partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunu
müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə
düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən
qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında
yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər.
Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il
avqustun 15-nə keçən gecə saat 12-də üsyan qaldırmağı qərara aldı. Lakin casus
üsyanın başlamasına iki saat qalmış düşərgənin komandanlığına xəbər çatdırmış,
üsyanın rəhbərləri dərhal həbs edilmiş, əsir düşərgəsi isə mühasirəyə alınmışdı.
Yalnız gizli təşkilatın bir qrup üzvü meşəyə qaçıb fransız partizanlarına qoşula
bilmişdi.
148
Faşistlər həbsə alınanları ölüm cəzasına məhkum etmiş, 50 nəfərdən
çoxunu diri-diri yandırmışdılar. Lakin bu hadisədən iki gün sonra fransız və
azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.
149
Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda
qəhrəmanlıqla
vuruşan
azərbaycanlı
partizanları
unutmurlar.
Rodez
qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının
Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı
hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də
biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan
azərbaycanlı dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını
əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah
olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə
yaşayacaqdır".
150
Larzak şəhəri yaxınlığında faşist əsarətindən azad olunmuş azərbaycanlı
hərbi əsirlərdən ibarət Azərbaycan partizan alayı təşkil edildi. Alayın komandiri
gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim
və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu.