59
H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan
A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər.
Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.
129
Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və
başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin
partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi
Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə
girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini
öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş
və xeyli qənimət ələ keçirmişdi.
130
Hələ müharibənin əvvəllərindən faşist komandanlığı hərbi əsirlərdən öz
məqsədi üçün istifadə etməyə çalışırdı. Moskva ətrafında məğlubiyyətdən sonra
alman-faşist hökuməti əsirlərdən köməkçi hərbi hissələr təşkil etməyə başlamışdı.
1941-ci il dekabrın 22-də Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması
haqqında əmr verdi.
131
Başqa milli hissələrlə yanaşı, azərbaycanlılar da daxil olmaqla, Qafqaz
müsəlmanlarından ibarət legion yaradıldı.
Bu məqsədlə vətənlərindən xaricdə, mühacirətdə yaşamağa məcbur olan
Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən Məmməd Əmin Rəsulzadə Berlinə
dəvət edilmişdi. Azərbaycanlı siyasi mühacirlərin əsas məqsədi Almaniya qalib
gələrsə, onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlər
arasından azərbaycanlıların tapılıb ölümdən xilas edilməsinə (faşistlər onları bəzən
yəhudi hesab edərək öldürürdülər) nail olmaq idi. Alman rəhbərliyi ilə danışıqlarda
siyasi mühacirlər öz əsas məqsədlərinə nail ola bilmədilər. Doğrudur, 1942-ci ilin
axırlarında Berlində başqa xalqlarla bərabər, azərbaycanlıların xaricdəki
nümayəndələrinin də yığıncağı keçirildi. 1943-cü ilin baharında Berlində Milli
Azərbaycan Komitəsi təşkil edildi. Lakin Hitler hökuməti əməkdaşlıq üçün
gələcəkdə Azərbaycanın müstəqilliyinin tanınmasını əsas şərt kimi irəli sürən bu
komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk etməyə məcbur oldu.
132
Lakin
azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi
hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət "Boz
qurd", "Aslan", "Vətən", "Dönməz" və s. bölmələr vardı.
133
Onlarca alman hərbi qərargahı arasında "Əlaqə heyəti"nə Fətəlibəyli-
Düdənginski (əvvəllər sovet ordusunun mayoru olub), Fuad Əmircan, Abbas bəy
Ataməlibəyov daxil idilər.
134
Başqa milli hissələr kimi, bu hissələr də pis
silahlandırılır, onlara kifayət qədər hərbi təlim keçirilmirdi. Alman hərbçiləri bu
hissələrin döyüşçülərini həqarətlə "ikinci növ" əsgər adlandırırdı.
135
Qafqaz
xalqlarından təşkil edilmiş milli legionlardan Qafqaz döyüşlərində istifadə
60
olunmuşdu.
136
Azərbaycanlılar hərbi əsir düşərgələrində və bir çox hallarda öz
iradəsi əksinə cəlb olunduqları hərbi hissələrdə gizli antifaşist təşkilatları yaradır,
mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın "Ştrans" düşərgəsində
saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət
Seyidov, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Cəmil İsmayılov və başqalarının
rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.
137
1943-cü ildən başlayaraq faşist komandanlığı sovet hərbi əsirlərindən və
onlardan təşkil olunmuş hərbi hissələrdən Avropanın müxtəlif ölkələrində
partizanlara qarşı mübarizədə istifadə etməyə çalışdı. Bu məqsədlə 1943-cü ilin
ortalarında onların bir hissəsi Şimal-Şərqi İtaliya ilə Triyestin sərhədinə gətirildi.
138
Hərbi əsirlər, hərbi hissələrdəki gizli antifaşist təşkilatların üzvləri qaçaraq
Yuqoslaviya partizanlarına qoşulurdu.
1943-cü ilin axırlarında Tolmino kəndi yaxınlığında 30 nəfər azərbaycanlı
Qədir İsgəndərov və Mixail Arşanovun rəhbərliyi altında faşist gözətçilərini
sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra
Cabbar Əliyev, Qulamhüseyn Əliyev və Novruz Məmmədovun rəhbərliyi altında
başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.
139
Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci
diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında
döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli
onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin
yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa,
Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən
təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq
Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu
yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan
Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat
qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun
komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə
Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini
qazanmışdı.
1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah
və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox
cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti
formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin
telefon xəttini kəsərək, 5 milyon italyan lirəsinin bankdan çıxarılıb partizanlara
verilməsinə imkan yaradır.
140
Mehdi Hüseynzadə tez-tez alman zabiti hərbi formasında hərəkət edirdi.
Bəzən də onu kəndli, rəssam və mətbəə işçisi paltarında görürdülər.