57
fəaliyyət göstərən partizan dəstəsinə mayor N.Allahverdiyev rəhbərlik etmişdir.
Həmin dəstənin tərkibində K.M.Eyvazov, Ə.Ə.Məmmədov, R.Rzayev,
İ.S.Süleymanov, N.Ş.Məmmədov, Ə.N.Cəfərov və başqaları vuruşmuşdular.
K.M.Eyvazov şəxsən düşmənin iki avtomobilini partlatmış, dəmiryol relsini
dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun
darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının
fəal
iştirakçılarından
Q.Q.Qasımov,
V.İ.Lukyançenko,
Y.V.Novruzov,
C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.
120
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri "Gənc qvardiya"
adlı gizli komsomol təşkilatı yaratmışdılar. "Gənc qvardiya"nın fəal üzvlərindən
biri Əli Nəsrulla oğlu Dadaşov Sergey Tüleninin rəhbərlik etdiyi "beşliyə" daxil
idi, çoxlu əməliyyatda iştirak etmişdi. 1942-ci il noyabrın 6-da gecə Tülenin, Valya
Borts, Senya Ostapenko, Radik Yurkin və Əli Dadaşov faşist gözətçilərindən
məharətlə yayınaraq, Krasnodon şəhərindəki ən uca binanın üzərinə al bayraq
sancmışdılar.
121
1942-ci il noyabrın axırlarında Ə.Dadaşov bir dəstə gənc
qvardiyaçı ilə birlikdə 22 saylı kömür mədənində faşist gözətçisini öldürmüş və
hitlerçilərin orada saxladıqları hərbi sursatı aparıb gizli təşkilatın anbarına
yığmışdı. 1943-cü il yanvarın 5-də Ə.N.Dadaşov gənc qvardiyaçılarla birlikdə həbs
edilmiş, 15 gün gestaponun işgəncələrindən sonra öz rəhbərləri ilə birlikdə
vəhşicəsinə
güllələnmişdi.
Ə.N.Dadaşov
ölümündən
sonra
I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.
122
Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın
başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər.
Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi
İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar
Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan
təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist
komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan
tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin
rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli
canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi
ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.
123
Azərbaycan partizanları Baltika respublikaları ərazisində də fəaliyyətdə
olublar. Baş serjant Qəzənfər Şabanov Latviya SSR-də A.S.Poçonun rəhbərlik
etdiyi partizan dəstəsində bir ildən çox vuruşmuş və şəxsən 25 faşist məhv
etmişdi.
124
Litva SSR Trakay rayonunda fəaliyyət göstərən "Azad Litva" partizan
dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah yoldaşı Pranas Koşatla birlikdə faşistlərlə
58
qeyri-bərabər döyüşə girərək öz canları bahasına xalq intiqamçılarının həyatını
xilas etmişdilər.
125
Estoniya SSR ərazisinə reydə çıxan A.Kozlovun partizan dəstəsinin
döyüşçüsü İ.B.Dadaşov 1941-ci il noyabrın 6-da beş nəfər partizanla birlikdə
Rakvere şəhəri yaxınlığındakı təyyarə meydanında faşistlərin 16 təyyarəsini
yandırmışdı.
126
Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər
ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə
formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən
müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist
müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın
Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan
Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında
Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli
Əliyev polyak partizanları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin
rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət
hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət
göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə
xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi
tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə
gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski
azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və
bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını
fəda etmişlər".
127
Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin
tərkibində 12 azərbaycanlı partizan 1944-cü il noyabrın 28-də A.Bubnovun
rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist
qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu
döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim
Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən
müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən
Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə
və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı
amansız mübarizə aparmışdılar.
128
Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin
tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant
dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov,