11
Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər
üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla
təhqiramiz, kobudcasına rəftar edirdilər. Azərbaycanlı döyüşçülər bununla bağlı
respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün
şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr
1941-ci il tarixli məktubla Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə bu barədə
müraciət etməsi nəticəsində vəziyyət nizama salınmışdı.
36
Döyüşçülərin rus dilini
bilməyinin vacibliyi nəzərə alınaraq 90 saatlıq proqram işlənib hazırlanmışdı.
Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-
ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi iyulun 15-dək, Azərbaycan
rayonlarında isə həmin il avqustun 1-dən başlanmışdı. Hərbi mükəlləfiyyətlilərin
məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150
akademik-saat nəzərdə tutulurdu.
Cəbhənin respublika sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq
Zaqafqaziya Cəbhəsi Hərbi Şurası Bakı ətrafında müdafiə mövqelərinin
yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal
istiqamətdə 10 müdafiə tikintisi təşkil edildi. Bu iş üçün 160 yük maşını, 300
qaynaq aparatı, 55 traktor, 18 ekskavator, 8 səyyar elektrik stansiyası, 7
kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.
37
Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluqda
dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda
gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min kv.m torpaq işi görüldü.
38
Müdafiə
xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da fəal iştirak edirdilər. Tikintidə
yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.
39
Beləliklə, Böyük Vətən müharibəsi başlanan andan, respublikada cəbhəyə
xidmət, arxada qüvvələri səfərbər etmək sahəsində çoxlu iş görüldü. Azərbaycan
xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər.
12
§2. XALQ TƏSƏRRÜFATININ MÜHARĠBƏ TƏLƏBLƏRĠNƏ
UYĞUN YENĠDƏN QURULMASI, CƏBHƏYƏ XĠDMƏT.
BAKI - SOVET ORDUSUNUN ƏN MÜHÜM
ARSENALLARINDAN BĠRĠ KĠMĠ
Müharibə xalq təsərrüfatını ciddi imtahana çəkdi. Tezliklə sənayeni hərbi
tələblərə uyğun yenidən qurmaq, birinci növbədə, ordunu yüksək keyfiyyətli
yanacaqla, hərbi ləvazimatla və ərzaqla təmin etmək tələb olunurdu. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsində, vilayət, şəhər və rayon
komitələrində neft hasilatı, neft emalı, neft maşınqayırması və elektrik stansiyaları,
tikinti və tikinti materialları, yeyinti sənayesi, kənd təsərrüfatı, nəqliyyat, şəhər
təsərrüfatı və s. kimi sahələrə rəhbərlik edən yeni şöbələr yaradıldı.
40
Respublika xalq təsərrüfatının minlərlə işçisi qızıl ordu sıralarına səfərbər
olunmuşdu. Təkcə 1941-ci ildə Azərbaycanın neft hasilatı və neft emalı sənayesi
müəssisələri fəhlələrinin üçdə biri cəbhəyə getmişdi. Maşınqayırmada, dəmir yol,
su nəqliyyatında, kolxoz və sovxozlarda da vəziyyət belə idi. Mərkəzi sənaye
rayonlarından respublikaya
41
material və avadanlıq gətirilməsi zəiflədi. Sonralar isə
tamamilə dayandırıldı. Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin
yayından etibarən, Azərbaycanın bəzi zavodlarının Şərqə köçürülməsinə başlandı.
Xalq təsərrüfatının maddi-texniki bazası xeyli zəifləmişdi. 1941-1942-ci
illərdə ordunun ehtiyacı üçün müəssisə və təşkilatlardan 5457 yük maşını və 672
minik avtomobili, 476 traktor və 50 min at alınmışdı.
42
Xalq təsərrüfatının hərbi istiqamətdə uğurla fəaliyyət göstərməsi üçün
ehtiyatda olan iş qüvvəsinin istehsalata cəlb olunmasına başlandı, hökumət növbəti
məzuniyyətləri əvəzinə pul ödəməklə ləğv etdi, iş günü uzadıldı, qadınlar və
yeniyetmələr istehsalata gəldilər. Respublikada 20 minə qədər əmək veteranı və
əlil istehsalata qayıtdı.
43
Xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin edilməsində
qadınlar və yeniyetmələr mühüm rol oynadılar. Azərbaycan qadınları öz atalarını,
ərlərini, qardaşlarını əvəz edərək mədənlərdə, fabrik və zavodlarda işləməyə
başladılar. 1941-ci il iyulun 24-də Əzizbəyovneft mədənlərinə 50-dən çox evdar
qadın gəldi. 1941-ci ilin oktyabrında yalnız Bibiheybət neft mədənlərində 1800-
dən artıq qadın çalışırdı.
1941-ci ilin yayında ictimai təşkilatların göndərişi ilə təkcə Bakının mədən
və zavodlarında 3500-dən artıq qız işə başlamışdı. Bakının neft sənayesində
işləməyə 13 mindən çox yeni işçi cəlb edildi.
44
Evdar qadınların istehsalata cəlb
olunmasına cəbhəçi arvadlarının 1942-ci ilin əvvəllərində Bakıda keçirilmiş
yığıncağının böyük təsiri oldu. Səkkiz ayda 16 min cəbhəçi arvadı respublikanın
sənaye müəssisələrində işləməyə gəldi. Onlardan 11 min nəfəri neft sənayesində
13
çalışmağa başladı.
45
Fabrik və zavodlarda evdar qadınlara sənət öyrətmək üçün
kurslar açıldı. 1942-ci ilin yayında neft sənayesində 25 minə qədər qadın işləyirdi.
Dəmir yol nəqliyyatında çalışanların yarıdan çoxunu qadınlar təşkil edirdi.
Yüzlərlə Azərbaycan qadını sovxoz və kolxozlarda fədakarlıqla çalışırdı.
46
1941-ci
ilin yayı və payızında kolxozların əkin sahələrində 5 mindən artıq qadın
mexanizator vəzifəsində işləyirdi. 1941-1942-ci illərdə respublikada olan 10 min
mexanizatorun yarıdan çoxu qadın idi. 1942-ci ildə Azərbaycanda kənd təsərrüfatı
üçün kütləvi peşə kadrları hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.
47
Müharibə illərində minlərlə oğlan və qız istehsalata gələrək, cəbhəyə getmiş
ata və qardaşlarını əvəz etdi. Fəhlə kadrları hazırlamaq üçün respublikada 28
fabrik-zavod məktəbi, 12 peşə məktəbi, 2 dəmir yol məktəbi fəaliyyət göstərirdi.
1941-ci ilin yayında və payızında peşə və fabrik-zavod məktəblərində təhsil almaq
üçün respublikanın şəhər və kəndlərindən 10 min yeniyetmə cəlb olunmuşdu.
48
Müəssisələrdə ixtisas kursları, texniki kurslar və dərnəklər, qabaqcıl təcrübə
məktəbləri fəaliyyət göstərirdi.
Neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək məqsədilə DMK
və Köçürmə Sovetinin qərarı ilə Bakıya ölkənin cənub və qərb rayonlarından
köçürülən 20 iri müəssisənin qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon
mayetökən cihaz,
49
53 metalkəsən dəzgah, iki vaqon müxtəlif alətlər gətirilmişdi.
50
1942-ci ilin əvvəlində Bakı alətlər zavodu, "Qırmızı proletariat" və Dzerjinski
adına zavodlar ilk məhsullarını verdilər, az sonra L.Şmidt adına maşınqayırma
zavodunda poladəritmə sexi işə düşdü. Beləliklə, Azərbaycan cəbhənin hərbi
sifarişlərini yerinə yetirməyə başladı.
Cəbhə sifarişlərini yerinə yetirmək üçün zavodun əməkçiləri hər gün 18-20
saat işləyirdilər. Silah və döyüş sursatını hər zavodda ayrılıqda istehsal etmək
imkanı olmadığından, maşınqayırma zavodları müdafiə məhsullarının istehsalı üzrə
kooperativlər yaradırdılar. L.Şmidt adına zavodun kollektivi əlaqədar müəssisələrlə
birgə işləyərək, 40 gün üçün nəzərdə tutulmuş işi 16 gün ərzində yerinə yetirirdi.
51
Aviabombaların istehsalına başlayan gəmi təmiri zavodu planı vaxtından əvvəl
ödəyirdi. Avtomobil təmiri zavodunun kollektivi "M-13" minomyotu hissələrini,
"PPŞ" avtomatlarını, tank hissələrini istehsal edirdi. 1942-ci ilin sonlarında Bakıda
130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal olunurdu.
52
Gəncə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələbləri əsasında
yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal edirdi.
53
Cəbhəni vaxtında və yüksək keyfiyyətli yanacaqla təmin etmək üçün ən
taleyüklü, ciddi vəzifəni Azərbaycan neftçiləri böyük əzmkarlıqla, şərəflə yerinə
yetirirdilər. Ölkənin qərb neft rayonları işğal olunmuşdu. Şimali Qafqaz neft
rayonları böyük təhlükə qarşısında qalmışdı. Bakı nefti qızıl ordunun ən etibarlı
dayağı idi. Ümumdövlət səviyyəsində daim diqqət mərkəzində olan ölkədə hasil
Dostları ilə paylaş: |