16
marşalları G.K.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və başqaları dəfələrlə qeyd
etmişlər. Marşal G.K.Jukov yazırdı: "Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin
müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər
də yanacaq vermişdilər".
68
Bakı neftçilərinin qəhrəman əməyi qızıl orduda yüksək
qiymətləndirildi. Cəbhə komandirlərindən, əsgərlərdən, general və admirallardan
Azərbaycan Mərkəzi Komitəsinə, Bakı Komitəsinə məktub və teleqramlar gəlirdi.
Azərbaycanın yüngül, yeyinti və yerli sənayesi də öz işlərini hərbi tələblər
əsasında qurmuşdu. Yüngül sənaye müəssisələri hərbi geyimlər hazırlayırdılar.
1941-ci ildə Rostovdan köçürülmüş ayaqqabı fabriki əsasında Bakıda əsgərlər üçün
ayaqqabı fabriki işə salınmışdı. Respublikada qızıl orduya döyüş ləvazimatı, keçə
ayaqqabı, paltar, kimyəvi silahlar əleyhinə geyim, hərbi hospitallar üçün mebel,
yanğın əleyhinə alətlər və s. ləvazimat istehsal edilirdi. Konserv zavodları 70 növ
konserv istehsalına başlamışdı. Hər ay respublikada istehsal olunan 50 tona yaxın
çayın qablaşdırılması üçün 1941-ci ildə Bakıda fabrik tikilmişdi.
1941-ci ildə Bakı ət kombinatında ordu üçün yeyinti konsentratı hazırlayan
xüsusi sex fəaliyyət göstərirdi. 1941-ci ildə ət kombinatında, süd zavodlarında tibb
preparatları hazırlayan xüsusi sexlər yaradılmışdı. Burada SSRİ-də ilk dəfə buynuz
və dırnaqdan plastmas istehsalına başlanmışdı. 1942-ci ilin əvvəllərində kombinat
artıq 40 adda məhsul istehsal edirdi.
69
Azərbaycanda meşə və ağac emalı sənayesinin vələs, fıstıq və
dəmirağaclarından hazırlanmış məhsullarından təyyarə istehsalında geniş istifadə
olunurdu.
Respublikada tibb preparatları və onlar üçün xammal, kalsium-xlorid,
natrium-xlorid, yodlu kalium, ağ streptosid, cərrah ipək sapı, tənzif, pambıq, şpris
istehsal olunurdu.
Müharibə illərində Azərbaycan toxuculuq kombinatı iki dəfə birinci yeri və
DMK-nın bayrağını qazanmışdı. Volodarski adına tikiş fabriki dörd dəfə birinci
yerə, ÜİHİMŞ və SSRİ Yüngül Sənaye Nazirliyinin bayrağına layiq görülmüşdü.
Sərrac-yəhər fabriki, dəri-qalantereya fabriki də mükafatlandırılmışdı.
1941-ci ildə Rostovdan gətirilən avadanlıq əsasında Bakıda rezin
məmulatları fabriki işə düşdü. Neft sənayesi müəssisələri üçün mallar, habelə
Zaqafqaziya cəbhəsi komandanlığının tapşırığı ilə yandırıcı şüşələr üçün halqa
istehsalına başlandı.
Xalq istehlakı və kommunal təsərrüfatı üçün mallar istehsal edən metal
məmulatları zavodu müharibənin əvvəllərindən əsgər qazanı, maska toru, yanğın
nərdivanı, hərbi armatur, Bakı mebel fabriki hərbi arabalar buraxmağa başladı.
Oktyabr rayon kombinatında dəri, ətriyyat, keçə, trikotaj istehsal edən yeni sexlər
yaradıldı.
17
Müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227
min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron
çantası, 1468 min dəst trikotaj istehsal etmişdi.
70
Azərbaycan SSR-in yeyinti sənayesi müəssisələri də hərbi dövrün
çətinliklərini dəf edərək verilən planları artıqlaması ilə yerinə yetirirdilər.
Bakı tütün fabriki əməkçilərinin fədakar əməyi Azərbaycan hökuməti
tərəfindən dəfələrlə qeyd olunmuşdu. Respublika yeyinti sənayesi işçiləri əhalini
xüsusən müharibə şəraitində çox vacib olan "C" vitamini ilə təmin edə bilmişdilər.
Ət-Süd Sənayesi Komissarlığı müəssisələrində insulin istehsalı altı dəfə
artmışdı.
71
SSRİ üzərinə xaincəsinə basqın hazırlayan Hitler kolxoz quruluşunun
zəifliyinə, kəndlilərin narazılığına bel bağlayırdı. Lakin mövcud siyasi, iqtisadi
sistem faşist qəsbkarlarını dəf etmək üçün kənd əhalisini də səfərbər edə bildi.
ÜİK(b)P MK və SSRİ XKS-nin 1941-ci il avqustun 16-da qəbul etdiyi
1941-ci ilin dördüncü rübünün hərbi-təsərrüfat planında arxa cəbhədə kənd
təsərrüfatı məhsulları istehsalının artırılması mühüm əhəmiyyət kəsb edirdi. İlk
növbədə ordunu çörəklə və başqa ərzaq məhsulları ilə təmin etmək, bunun üçün
əkin sahələrini genişləndirmək, taxıl istehsalını artırmaq lazım idi. Kənd
əməkçilərinə rəhbərliyi gücləndirmək məqsədilə 1941-ci ilin avqustunda fövqəladə
orqanlar - 79 MTS və sovxozda siyasi şöbələr təşkil olunmuşdu.
72
MTS-lərin siyasi
şöbələri kənd təsərrüfatı planlarının vaxtında yerinə yetirilməsinə, əmək
intizamının yüksəldilməsinə nəzarət edirdilər. İşçi qüvvəsinin böyük əksəriyyəti,
kəndin ixtisaslı qüvvələri - mexanik və sürücülər, kombaynçı və traktorçular
cəbhəyə getmişdilər. Kənd təsərrüfatı məhsulları istehsalının bütün ağırlığı
qadınların və yeniyetmələrin üzərinə düşürdü. 1940-cı ildə Azərbaycan SSR-də
667,2 min əmək qabiliyyətli kolxozçu vardısa, 1941-ci ildə onların sayı azalaraq
441 minə düşmüşdü. Kolxoz və sovxozların maddi-texniki əsası xeyli zəif idi.
Müharibənin birinci ilində ordunun ehtiyacları üçün Azərbaycan Respublikasından
5457 yük maşını, 672 digər avtomaşınlar, 476 traktor və 50 mindən artıq at
verilmişdi.
73
1941-ci ilin yay və payızında kolxoz sahələrinə 5 mindən artıq mexanizator
qadın cəlb olunmuşdu. Kənd təsərrüfatına ixtisaslı kadrlar hazırlamaq üçün 17
məktəb fəaliyyət göstərirdi. Respublikada 1941-1942-ci illərdə hazırlanmış 10 min
mexanizatorun yarıdan çoxunu qadınlar təşkil edirdi. 1944-cü il ərəfəsində
traktorçuların 61,7, kombaynçı köməkçilərinin 52,2 faizi, təmir işçilərinin 3,33
faizi və sürücülərin 25,4 faizi qadınlar idi. Respublikanın MTS, kolxoz və
sovxozlarında yeniyetmələrdən ibarət 157 yüksək məhsul briqada və manqası
yaranmışdı. Kənd təsərrüfatı mexanizatorlarının 70 faizi yeniyetmələr idi.
74
1943-