14
edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi.
Bakı hərbi-dəniz qüvvələrini də yüksək keyfiyyətli mazutla təmin edirdi.
54
Azərbaycan, onun paytaxtı əsil mənada sovet ordusunun mühüm
cəbbəxanalarından birinə çevrilmişdi.
1941-ci ilin ağır çətinliklərinə baxmayaraq, Azərbaycan neftçiləri 23481
min ton neft və 25864 min kv.m qaz istehsal etmişdilər.
55
Bu, respublika neft
sənayesi tarixində ən yüksək göstərici idi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli xüsusi fərmanı
ilə 500 neftçi SSRİ-nin orden və medalları, o cümlədən 41 nəfər Lenin ordeni ilə
təltif olundu. Leninneft Trestinin 11-ci mədəni və Bibiheybətneft Trestinin 4-cü
mədəni Lenin, Lökbatanneft trestinin 4-cü mədəni Qırmızı Əmək Bayrağı ordeninə
layiq görüldü.
56
Lakin neftçi mütəxəssislərin 40 faizə qədərinin cəbhəyə səfərbər edilməsi,
qazma işlərinin dayandırılması, neft maşınqayırma zavodlarının çoxunun hərbi
müdafiə məhsulları buraxmağa başlaması və neft sənayesinə vəsait qoyuluşunun
kəskin surətdə azaldılması nəticəsində 1942-ci ildən neft hasilatı aşağı düşməyə
başladı.
1942-ci ildə 1941-ci ilə nisbətən 7772 min ton, 1943-cü ildə 10790 min ton,
1944-cü ildə isə 11643 min ton az neft çıxarılmışdı.
57
Lakin neft trestlərinin partiya və təsərrüfat təşkilatları, neftçilər qazma işini
yaxşılaşdırmaq, daxili imkanlardan, aqreqatların və avadanlığın gücündən səmərəli
istifadə etmək, mühəndis-texniki işçilərin və qabaqcıl fəhlələrin yaradıcı
təşəbbüsündən bəhrələnməklə çətinliklərdən çıxmaq üçün əzmlə çalışırdılar.
SSRİ DMK bu sahədə yardımçı tədbirlər həyata keçirdi: DMK-nın 1942-ci
il 6 dekabr qərarı və SSRİ Neft Komissarlığının 1942-ci il 15 dekabr sərəncamı ilə
Azneftkombinatına qazma işini sürətləndirmək təklif olundu. Qısa müddət ərzində
Orconikidzeneft, Kirovneft, Stalinneft, Lökbatanneft trestlərində dörd qazma
kontoru yaradıldı.
58
Dövlət Müdafiə Komitəsinin qərarı ilə minlərlə gənc ordu
sıralarına çağırışdan azad edilərək, neft sənayesinə göndərildi. Sonralar onların
sırasından Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Musa Bayramov,
Yusif Fərzəliyev, Məmməd Qənbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev və
digər məşhur qazma, tikinti-təmir ustaları yetişmişdi.
Dövlət Müdafiə Komitəsi həmçinin yüksək ixtisaslı neft mütəxəssislərinin
ordu sıralarından vaxtından əvvəl tərxis olunması barədə də qərar qəbul etmişdi.
Mədən qazma ustaları Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala
Əliyev və başqaları 1943-cü il yanvarın ilk günlərindən qazma normasını bir
yarım-iki dəfə artıqlaması ilə yerinə yetirdilər. Yeni sürət ustaları meydana çıxdı.
1943-cü ildə 67,7 min, 1944-cü ildə 138,8 min,
59
1945-ci ilin on ayı ərzində isə
daha 14455 min metr neft quyusu qazıldı.
60
15
SSRİ Dövlət Müdafiə Komitəsi Azerbaycan neft sənayesinə daim yardım
göstərirdi. 1944-cü il fevralın 21-i və iyunun 2-də DMK respublikanın neft
sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək haqqında yeni qərarlar qəbul
etdi.
1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil
etmişdi ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.
61
Görkəmli
dövlət xadimi N.Voznesenski yazırdı: "Sovet Bakısı
arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi
və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi".
62
Müharibə illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və
"İkinci Bakı" adını almış neft rayonlarının inkişafına da öz töhfələrini vermişdilər.
Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının
işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli
neft rayonlarına köçməyə çağırdı. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz
qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft
müəssisələri bütün şəxsi heyəti, mexanizmləri və avadanlığı ilə şərqə köçürüldü.
Bakının on mindən çox neft istehsalı komandiri, yüksək ixtisaslı mühəndis-texniki
işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi.
Bakı neftayıranları aviasiya benzininin və müxtəlif müdafiə məhsullarının
istehsalını artırmaqda davam edirdilər. Bakının neft emalı müəssisələri
Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi sayəsində cəbhə
üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər. Azərbaycanın
neft emalçıları 1941-ci ildə neft emalı planını 102,4 faiz, yeni növ benzin
istehsalını 118 faiz yerinə yetirmişdilər. Cəbhə 1339 min ton benzin, o cümlədən
218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı benzin almışdı.
63
1942-ci ildə Bakı neft emalçıları aviabenzin planını 114,4 faiz ödəmişdilər.
Cəbhəyə 340,1 min ton aviabenzin göndərilmişdi.
64
1943-cü ildə hasil olunmuş
11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 795 min ton
benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 640 min ton donanma mazutu
və solyar yağı, 420 min ton aviayağ və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə
450 ton neft məhsulları istehsal olunmuşdu.
65
1941-1945-ci illərdə neft emalçıları
22 milyon ton neft məhsulları istehsal etmişdilər. Onun yarıdan çoxu yanacaq və
sürtkü məmulatları, o cümlədən 3314 min tonu aviasiya benzini, 1216 min tonu
avtomobil benzini, 4612 min tonu yağ və 2 milyon tona qədəri dizel yanacağı idi.
Həmin illərdə Bakının neft emalı zavodları cəbhəyə bir milyon ton və ya 20540-
dan çox sistern B-78 aviabenzini göndərmişdi.
66
Belə ki, müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan
neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdi.
67
Bakının Böyük
Vətən müharibəsində rolunu sovet ordusunun sərkərdələri - Sovet İttifaqı