TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə34/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   30   31   32   33   34   35   36   37   ...   219

73 

 

İran  məclisi  və  hökuməti  Azərbaycan  xalqının  tələblərini  eşitmədi.  Əyalət 



və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan etdi. Hökumət 

çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi. 

Azərbaycan  tacirlərinin  15  milyon  tümənə  yaxın  pulunu  Tehran  banklarına 

köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaratdı. 1945-ci il sentyabrın 10-da 

Marağa  və  oktyabrın  20-də  Ərdəbil  şəhərlərində  hərbi  vəziyyət  elan  edildi. 

Marağada  ADP-nin  fəal  üzvü,  şəhər  idarəsinin  rəisi  Məhəmməd  Hüseyn  Rahvər 

terror nəticəsində öldürüldü. Azərbaycan xalqının etirazına baxmayaraq, sentyabrın 

12-də  qatı  irticaçı  S.M.Fərrux  Azərbaycana  vali  təyin  olundu.  Hökumət  başçısı, 

hərbi nazir və İran qoşunu Baş qərargahı rəisinin iştirakı ilə keçirilən iclasda ADP-

nin  komitə  üzvlərinin  Təbrizdə  həbs  edilərək  gizli  və  təcili  Tehrana  aparılması 

qərara  alındı.  Bu  barədə  hökumətin  Azərbaycandakı  diviziya  komandanlığına 

xüsusi əmr də verildi.

44

 

İrticanın  qarşısını  almaq  üçün  demokratik  təşkilat  üzvlərindən  Sovet 



İttifaqına  tərəfdar  olanların  silahlandırılması  zəruri  məsələyə  çevrilmişdi.  Buna 

görə  ÜİK(b)P  MK və  SSRİ  XKS 1945-ci  il oktyabrın 8-də  vəziyyətin ciddiliyini 

nəzərə  alaraq,  Cənubi  Azərbaycanda  möhkəmlənmək  barədə  qərar  qəbul  etdi.

45

 



Buraya göndərilmək üçün çoxlu silah ayrıldı. 

1945-ci  il  noyabrın  20-21-də  Təbrizdə  keçiriləcək  Azərbaycan  Xalq 

Konqresinə  (AXK)  Cənubi  Azərbaycanın  bütün  şəhərlərindən  nümayəndələrin 

seçilməsi  üzrə  kompaniyanın  getdiyi  bir  vaxtda  İran  qoşununun  birinci  dəstəsi 

noyabrın 17-də, ikinci dəstəsi 18-də Tehrandan Qəzvinə tərəf hərəkət etdi. Fədailər 

hökumətin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il noyabrın 16-dan 17-nə keçən 

gecə  Marağa,  Mərənd,  Miyanə,  Sərab  və  Ərdəbil  mahallarında  eyni  bir  vaxtda 

endirdilər.  Nəticədə  Təbriz,  Ərdəbil,  Əhər,  Astara,  Marağa,  Miyandab,  Urmiyə, 

Xoy  və  Maku  şəhərlərindəki  dövlət  qüvvələri  bir-birindən  ayrı  düşərək  təklənmiş 

oldular.


46

 

1945-ci  il  noyabrın  18-dən  26-dək  Azərbaycanın  böyük  qəsəbə  və 



şəhərlərində, o cümlədən Nəmin, Zəncan, Germi, Astara, Biləsuvarda, dekabrın 1-

dən  19-dək  Xoy,  Maku,  Səlmas,  Marağa,  Meşkinşəhr,  Təbriz,  Əhər,  Xalxal, 

Ərdəbil,  Kələybər,  Miyandab  və  Urmiyədə  "Hökumət  qan  tökülmədən  irtica 

qüvvələrinin əlindən çıxıb xalqın əlinə keçdi".

47

 

Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan etdi və tərkibində 



Milli  Heyət  seçildi.  Bu  heyət  Azərbaycan  Milli  Məclisinə  qədər  Müəssislər 

Məclisinin  qərarlarının  icrasını  və  seçkilərin  keçirilməsini  təmin  etməli  idi. 

Müəssislər  Məclisinin  qəbul  etdiyi  Bəyannamədə  Azərbaycana  İran  dövləti 

daxilində milli muxtariyyət verilməsi tələb olunurdu.

48

 

1945-ci il noyabrın 27-dən dekabrın 1-dək məclisə ümumi seçkilər keçirildi. 



12 dekabr - Milli Məclisin açıldığı gün Azərbaycan muxtariyyətinin yarandığı gün 


74 

 

oldu.



49

  Ölkədə  milli  azadlıq  hərəkatının  ümumi  yüksəlişi  şəraitində  manevr 

etməklə  vaxt  qazanmağa  çalışan  Tehran  hökuməti  1946-cı  il  iyunun  13-də 

Azərbaycan  Milli  Məclisini  Azərbaycan  Əyalət  əncüməni  kimi  tanımağa  məcbur 

oldu.

50 


Azərbaycan  valisini  təyin  etmək  (Əyalət  əncüməninin  təklifi  ilə)  İran 

hökumətinin səlahiyyətində qaldı. 

Azərbaycan  Milli  hökuməti  qısa  fəaliyyəti  ərzində  mühüm  əhəmiyyətli 

tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da "Xalisələrin bölünməsi haqqında 

qanun"  və  "Müsadirə  haqqında  qanun"  qəbul  etdi.  Bu  qanunlar  əsasında  dövlət 

kəndlərinin  torpaqları  və  sular  kəndlilər  arasında  əvəzsiz  olaraq  bölünməli,  Milli 

hökumətə qarşı mübarizə edənlərin torpaqları kəndlilərə verilməli idi.

51

 



Sənayedə  fəhlə  nəzarəti  yaradıldı.  Azərbaycan  Milli  Məclisinin  1946-cı  il 

mayın 12-də qəbul etdiyi Əmək qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox 

sosial-iqtisadi  ehtiyaclarının  təmin  edilməsi  nəzərdə  tutulurdu.  Qənd  zavodu, 

Təbrizin  tütün  və  çay  fabrikləri  Milli  hökumətin  ixtiyarına  keçdi.  Milli  hökumət 

Təbrizin "Şayan" trikotaj fabrikini satın aldı, Təbrizdə "Zəfər" adlı trikotaj fabriki 

və bir neçə şəhərdə parça və corab fabrikləri açdı.

52

 

1946-cı  il  fevralın  6-dan  xalq  qoşunları  yaradılmasına  başlandı.  Hərbi 



məktəb  açıldı,  az  müddətdə  xalq  qoşunları  üçün  250  nəfərdən  çox  zabit 

hazırlandı.

53

 

Mədəniyyət  sahəsində  mühüm  işlər  görüldü.  Milli  hökumətin  1946-cı  il  6 



yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan 

dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

54

 1946-cı il yanvarın 6-da 



Milli  hökumət  Təbrizdə  Azərbaycan  Dövlət  Darülfünunu  təşkil  etmək  haqqında 

qərar  verdi.  Tibb,  pedaqoji,  kənd  təsərrüfatı  fakültələrindən  ibarət  olan  Təbriz 

Universiteti rəsmi surətdə həmin il iyunun 12-də açıldı.

55

 



1946-cı  il  yanvarın  19-da  Təbrizdə  Ali  İncəsənət  və  Rəssamlıq  Məktəbi, 

martın 28-də Azərbaycan Dövlət Teatrı, aprelin 7-də Azərbaycan radiosu, iyulun 5-

də İncəsənət Muzeyi, sentyabrın 3-də Azərbaycan Milli orkestri

56

 və onun əsasında 



təşkil olunmuş Dövlət Filarmoniyası

57

 fəaliyyətə başladı.  Xalq hökuməti hesabına 



7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana 

açıldı, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu, Ərdəbil, 

Astara, Marağa və digər şəhərlərdə teatr binaları tikildi. Əhalinin vəsaiti hesabına 

bir  ildə  2000-dən  artıq  məktəb  açıldı.  Azərbaycan  dilində  20-dən  çox  qəzet  və 

jurnal nəşr edilməyə başlandı.

58

 



İran hökuməti sovet qoşunlarının İrandan çıxmasına qədər gözləmək, ABŞ-

dan hərbi-siyasi kömək almaq və mürtəce qüvvələri birləşdirməklə əsas məqsədinə 

nail olmaq istəyirdi. 

Sovet  İttifaqı,  Böyük  Britaniya  və  İran  arasında  bağlanmış  1942-ci  il  29 

yanvar tarixli ittifaq müqaviləsinə görə, sovet qoşunlarının İranda qalması müddəti 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə