TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə33/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   29   30   31   32   33   34   35   36   ...   219

71 

 

Qərara  uyğun  olaraq,  1944-cü  il  martın  əvvəllərində  azərbaycanlılara 



Cənubi  Azərbaycanda  çalışmaları üçün siyasi işçilər üzrə  33, ticarət müvəkkilliyi 

üzrə 11, diplomatik idarələr üzrə 14, qəzetin nəşri üzrə 27 yer ayrılmış və ümumi 

rəhbərlik H.M.Həsənova tapşırılmışdı.

24

 



1944-cü  ilin  yaz  və  yayında  Azərbaycandan  Cənubi  Azərbaycana  620 

nəfərdən  çox  müxtəlif  işçilər  göndərilmiş  və  daha  375  nəfər  səfərbər  edilmişdi.

25

 

Mühüm  tapşırıqla  gedənlərin  qarşısında  duran  əsas  vəzifə  Arazın  o  tayındakı 



azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadığını, sərhədin 

şimal tərəfində qardaşlarının yaşadığını təbliğ etmək idi.

26 

İkiillik  fasilədən  sonra  1944-cü  il  aprelin  10-da  "Vətən  yolunda"  qəzeti 



yenidən  nəşrə  başladı  və  onun  nəşri  1946-cı  il  mayın  1-dək  davam  etdi 

(bütövlükdə,  1941-1946-cı  illərdə  qəzetin  406  nömrəsi  nəşr  olunmuşdu. 

M.İbrahimov, H.Şahgəldiyev və R.Quliyev onun baş redaktoru olmuşlar).

27

 



İçməli  su  olmadığı  üçün  Bakıdan  1944-cü  il  mayın  11-də  Qəzvinə  qazma 

qurğusu, boru və 33 qazmaçıdan ibarət briqada göndərildi. Qəzvində 4, Təbrizdə 8 

su quyusu qazıldı.

28

 



1944-cü  ilin  yaz-yay  aylarında  "Təbriz"  mətbəəsinin  yaradılması  və 

fəaliyyəti  üçün  ərəb  və  kiril  əlifbası  ilə  işləyən  mətbəə  maşını,  30  ton  kağız, 

kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s. 

göndərildi.

29

 

Azərbaycan  SSR  hökuməti  Təbriz  nümunəvi  aqrotexniki  stansiyasının 



yaradılması  üçün  15  traktor,  5  maşın,  toxumçuluq  laboratoriyası  üçün  avadanlıq, 

50 nəfərlik yeməkxana üçün inventar ayırdı.

30

 

SSRİ  XKS  1944-cü  il  iyunun  24-də  Təbrizdə  Azərbaycan  dilində  orta 



məktəbin  açılması  haqqında  qərar  qəbul  etdi.  C.Ələsgərovun  direktor  olduğu,  36 

nəfər müəllim və inzibati-təsərrüfat işçisindən ibarət bu məktəbdə dərslər noyabrın 

1-də başlandı.

31

 



1945-ci  ilin  sentyabrında  məktəbin  18  sinfində  566  şagird  təhsil  alırdı. 

Marağa,  Maku,  Kürdüstan  və  Urmiyədən  gəlmiş  şagirdlər  üçün  yataqxana 

ayrılmışdı. Bakıdan məktəbə yeni dərsliklər göndərilmişdi.

32

 



1944-cü  il  sentyabrın  3-də  Təbrizdə  sovet  xəstəxanası  (baş  həkim 

S.Səmədov)  açıldı.  Hər  gün  150  xəstəyə  tibbi  xidmət  göstərən  xəstəxanada  20 

çarpayılıq stasionar, cərrahlıq, daxili xəstəliklər, göz, ginekologiya şöbələri var idi. 

Xəstəxananın  nəzdində  diş  və  dəri,  zöhrəvi  xəstəliklər  də  daxil  olmaqla,  hər  cür 

xəstə  qəbul  edən  poliklinika  da  fəaliyyət  göstərirdi.  Burada  rentgen,  prosedura 

kabinetləri, palçıq müalicəxanası, laboratoriyalar, həmçinin aptek yerləşirdi.

33

 

İki  ölkə  arasında  mədəni  əlaqələrin  möhkəmlənməsində  1943-cü  il 



oktyabrın 31-də fəaliyyətə başlayan "İranın SSRİ ilə Mədəni Əlaqələr Cəmiyyəti" 

önəmli rol oynayırdı.

34

 Cəmiyyətin İranın 34  şəhərində açılmış şöbələri içərisində 




72 

 

ən  fəalı 1944-cü  il  avqustun  12-də  yaradılmış Təbriz  şöbəsi idi.  Təbriz  şöbəsinin 



nüfuzunun  artmasında  Ə.Bağırzadənin  rəhbərlik  etdiyi  Sovet  mədəniyyət  evinin 

böyük xidmətləri vardı.

35

 

1945-ci  ilin  oktyabrında  Bakıda  Azərbaycanın  İranla  Mədəni  Əlaqələr 



Cəmiyyəti (AİMƏC) yaradıldı.

36

 Cəmiyyətin  sədri  S.Vurğun çıxışlarından birində 



demişdi:  "Azərbaycanda  yaradılan İranla  Mədəni Əlaqələr Cəmiyyətinin  məqsədi 

Azərbaycan  xalqının  mədəniyyət  sahəsindəki  nailiyyətlərini  İranda  tanıtdırmaq, 

habelə İranın elm və incəsənət sahəsindəki müvəffəqiyyətlərini Azərbaycanın geniş 

zəhmətkeş kütlələrinin malı etməkdir".

37

 

AİMƏC-də  8  bölmə,  o  cümlədən  ədəbiyyat  (rəhbəri  M.Arif),  musiqi 



(Q.Qarayev),  humanitar  elmlər  (H.Hüseynov),  tibb  (Z.Məmmədov),  memarlıq 

(S.Dadaşov), rəssamlıq (Q.Xalıqov), incəsənət (M.Haşımov) və nəşr (H.Sultanov) 

bölmələri fəaliyyət göstərirdi.

38

 



Dünya  müharibəsindən  sonrakı  dövrdə  nüfuz  dairələri,  enerji  mənbələri, 

bazarlar uğrunda mübarizə kəskinləşdi. 

Sovet İttifaqı Cənubi Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz 

təsiri  altında  saxlamaqla,  İkinci  dünya  müharibəsinin  sonunda  buradakı  siyasi 

hadisələrə beynəlxalq aləmdə arzuolunmaz bir münasibət formalaşdırmışdı. Böyük 

Britaniya,  ABŞ  və  Türkiyə  bu  hadisələrə  milli  azadlıq  hərəkatından  daha  çox 

Sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar.

39

 



1944-cü  il  sentyabrın  10-da  SSRİ  xalq  xarici  işlər  komissarının  müavini 

S.İ.Kavtaradzenin  sədrliyi  ilə  Sovet  hökumət  komissiyası  Tehrana  rəsmi  səfəri 

zamanı Şimali İranda - Semnan, Qorqan, Mazandaran, Gilan və Azərbaycanda neft 

konsessiyası  haqqında  təkliflərinə

40

  müsbət  cavab  almadı.  Sovet  İttifaqı  yerli 



demokratik qüvvələrə təsiri gücləndirdi. 

1945-ci ilin yayında və payızın əvvəllərində Cənubi Azərbaycanda vəziyyət 

gərginləşdi.  Mərkəzi  hökumət,  bilavasitə  ABŞ  və  İngiltərənin  hərbi-siyasi 

yardımına  arxalanan  mürtəce  dairələr  kəndlilər,  həmkarlar  ittifaqları  fəalları  və 

demokratik  təşkilatların  üzvlərinə  qarşı  kütləvi  təqib  və  terrora  keçdilər.  Bunlara 

qarşı  özünümüdafiə  məqsədilə  fədai  dəstələri  təşkil  olundu.  Belə  bir  şəraitdə 

vətəndaş  müharibəsinə  yol  vermədən  ictimai-siyasi  hadisələrə  başçılıq  etməyə 

qadir siyasi təşkilatın yaradılması zərurəti meydana çıxdı. 1945-ci il sentyabrın 3-

də  S.C.Pişəvərinin (1892-1947) başçılığı ilə  milli azadlıq  və  demokratik  hərəkata 

rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı.

41

 

1945-ci  il  oktyabrın  2-dən  4-dək  Təbrizdə  ADP-nin  I  qurultayı  keçirildi.



42

 

ADP-nin qurultayda qəbul edilmiş proqramında milli məsələ barədə deyilirdi: "İran 



məmləkəti  daxilində  yaşayan  hər  bir  nıillətin  muxtariyyəti  və  öz  müqəddəratını 

təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir".

43

 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə