TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə35/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   31   32   33   34   35   36   37   38   ...   219

75 

 

1946-cı  il  martın  2-də  qurtardı.  Elə  həmin  gün  Məşhəd,  Şahrud,  Semnan  kimi 



nisbətən  sakit  şəhərlərdən  sovet  qoşunlarının  çıxarılmasına  başlandı.

59

  Ancaq 



Cənubi Azərbaycandakı hadisələrlə əlaqədar bu iş bir qədər dayandırıldı. ABŞ və 

Böyük  Britaniya  dövlətləri  BMT-nin  1946-cı  ilin  yanvarında  Londonda  keçirilən 

sessiyasında  "İran  məsələsi"ni  Təhlükəsizlik  Şurasının  gündəliyinə  çıxardılar. 

Lakin SSRİ-nin təkidi ilə bu məsələ təxirə salındı.

60

 

1946-cı il  martın 18-də "İran məsələsi" ikinci dəfə Təhlükəsizlik Şurasının 



gündəliyinə  çıxarıldı  və  martın  26-da  bu  məsələyə  baxıldı.  Ancaq  sovet 

qoşunlarının  martın  24-də  yenidən  təxliyəsi  getdiyi  üçün  müzakirə  İran 

hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran 

hökumətləri  qalan  qoşunların  da  çıxarılması  haqqında  razılığa  gəldilər.

61

  Həmin 


tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü 

maddəsində  deyilirdi:  "Azərbaycan  (Cənubi  Azərbaycan  nəzərdə  tutulur  -  Red.) 

məsələsi  İranın  daxili  işi  olduğundan  mövcud  qanunlara  görə  hökumətlə 

Azərbaycan  əhalisi  arasında  və  Azərbaycan  xalqına  xeyirxah  münasibət  ruhunda 

islahat keçirməyin dinc yolu tapılacaqdır".

62

 



1946-cı  il  aprelin  axırından  həyata  keçirilən  sovet  qoşunlarının  təxliyəsi 

İranın  başqa  rayonları  kimi,  Cənubi  Azərbaycanda  da  mayın  26-da  başa 

çatdırıldı.

63

 



Beləliklə,  "Azərbaycan  məsələsi  İranın  daxili  işi  olduğundan"  artıq  onun 

taleyi həll edilmişdi. Hələ 1942-ci ilin sonundan İranın bütün silahlı qüvvələrinin 

ixtiyarını  öz  əlinə  keçirmiş  ABŞ  hərbi  heyətləri  21  Azər  hərəkatının  əvvəlindən 

İranın  silahlı  qüvvələrini  Azərbaycana  qarşı  hücuma  hazırlayırdılar.  Bununla 

əlaqədar  İran  hökuməti  ABŞ-dan  20  milyon  dollarlıq  silah  və  hərbi  sursat  almış, 

əməliyyat  zamanı  amerikalılar  İran  qoşununa  40  bombardmançı  təyyarə 

vermişdilər. İngilislər isə 1946-cı ilin avqustunda İran sərhədinə, Bəsrə şəhərinə 5 

diviziya  gətirmiş,  hərbi  gəmiləri  İranın  Xürrəmşəhr  və  Abadan  limanlarına  yan 

almışdı.

64

 



1946-cı  il  sentyabrın  1-də  Azərbaycan  Xalq  hakimiyyəti  üzərinə  ümumi 

silahlı hücuma başlayan İran hökuməti 1946-cı il dekabrın 20-də onun fəaliyyətinə 

son qoydu.

65 


 

 



76 

 

II BÖLMƏ 



AZƏRBAYCAN SSR 

DĠNC QURUCULUQ DÖVRÜNDƏ 

VƏ MÜSTƏQĠLLĠK ƏRƏFƏSĠNDƏ

 

 

I FƏSİL 


 

RESPUBLĠKANIN SOSĠAL-ĠQTĠSADĠ ĠNKĠġAFI 

 

(1945-1960-cı illər) 



 

§

1. RESPUBLĠKANIN ĠQTĠSADĠ HƏYATI XALQ           

TƏSƏRRÜFATININ BƏRPASI VƏ ĠNKĠġAFI 

 

40-cı illərin ikinci yarısı. Müharibə sovet ölkəsinin bütün təsərrüfatına çox 

ağır  zərbə  vurdu.  1941-1945-ci  illərdə  ölkə  öz  milli  sərvətinin  üçdə  bir  hissəsini 

itirdi.  Milyonlarla  adam  doğmalarını,  yaxınlarını  itirmiş,  sahibsiz  uşaqların  sayı 

kəskin  surətdə  artmışdı.  Başqa  yerə  köçürülmüş  milyonlarla  insanın,  əsirlikdən 

azad edilmiş yüz minlərlə vətəndaşın taleyi faciəli olmuşdu. 

Azərbaycan  bilavasitə  alman-faşist  qəsbkarlarının  hücumuna  məruz 

qalmamışdı,  bununla  belə,  respublika  zəhmətkeşləri  müharibənin  bütün  ağırlığını 

çəkmişdilər. Müharibədə sənaye istehsalının əsas göstəriciləri kəskin surətdə aşağı 

düşmüşdü.  Sənayenin  ümumi  məhsulu  1940-cı  illə  müqayisədə  22  faiz  aşağı 

düşmüşdü.

2

 Neft hasilatı 1945-ci ildə 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı 



azalmışdı.

3

 



Müharibə  dövründə  texniki  bitkilər  məhsulunun  xeyli  azalması  nəticəsində 

istehlak  malları  istehsalı  kəskin  surətdə  aşağı  düşmüşdü.  1945-ci  ildə  1940-cı  ilə 

nisbətən  pambıq  istehsalı  154  min  tondan  65  min  tona,  barama  istehsalı  2384 

tondan  1615  tona  qədər  azalmışdı.  1940-cı  ildən  1946-cı  ilədək  iribuynuzlu  mal-

qaranın  sayı  1382  min  başdan  1203,5  minə  enmişdi.

4

  Kənd  təsərrüfatının  maddi-



texniki bazası xeyli zəifləmişdi. 

Azərbaycan əhalisi 1940-cı ildə 3304,1 min nəfər idi. 1945-ci ildə onun sayı 

17,65 faiz azalmışdı.

5

 



Müharibə  ölkənin  əmək  ehtiyatlarının  istifadəsinə  də  mənfi  təsir 

göstərmişdi.  Azərbaycanın  xalq  təsərrüfatında  fəhlə  və  qulluqçuların  1940-cı  ilin 

oktyabrında 456 min olduğu halda, 1945-ci ilin sentyabrında 396 min nəfərə qədər 

azalmışdı.

6

 

Respublikada  xalq  təsərrüfatının  bərpası  hələ  işğal  olunmuş  ərazilər  azad 



edildikcə  başlanmışdı.  1945-ci  il  mayın  26-da  SSRİ  Dövlət  Müdafiə  Komitəsi 


77 

 

"Silah  istehsalının  azaldılması  ilə  əlaqədar  olaraq  sənayeni  yenidən  qurmaq 



sahəsində  tədbirlər  haqqında"  qərar  qəbul  etdi.

7

  Azərbaycan  SSR  xalq 



təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün mühüm tədbirlər 

görüldü.  1945-ci  il  mayın  28-də  SSRİ  DMK  "Bakıda  neft  hasilatını  artırmaq 

tədbirləri  haqqında"  xüsusi  qərar  qəbul  etdi.

8

  Qərarda  neft  sənayesini  inkişaf 



etdirməyin  böyük  proqramı  nəzərdə  tutulmuşdu.  Müharibə  qurtarandan  sonra 

müəssisələrdə iş vaxtından artıq işləmək hallarına son qoyuldu. 8 saatlıq iş günü və 

illik  məzuniyyətlər  bərpa  edildi.  1945-ci  il  dekabrın  1-dən  müharibə  illərində 

istifadə  edilməmiş  məzuniyyətlərə  görə  pul  kompensasiyasının  ödənilməsinə 

başlandı.

Maşınqayıranlar tezliklə neft-mədən avadanlığı buraxılışını bərpa etdilər, 



yeni neft avadanlığının növlərini istehsal etməyi öyrəndilər. 1946-cı ilin əvvəlində 

"Azneftmaş"  trestinin  neft-maşınqayırma  zavodlarının  mülki  məhsul  buraxmağa 

keçidi başa çatdı. Müharibədən qabaqkı məmulatın nomenklaturası tamamilə bərpa 

olundu, neft avadanlığının bir sıra yeni növlərinin buraxılışı qaydaya salındı. 1946-

cı ildə bu zavodların məhsulu 1945-ci ildəki həcmdən 14,5 faiz çoxaldı.

10

 



Neft  avadanlığının  təmiri  və  ehtiyat  hissələrinin  hazırlanması,  habelə  yeni 

növ  cihazların  istehsalı  geoloji-kəşfiyyat  işlərinin  genişləndirilməsinə,  quyuların 

bərpa olunmasına, həcminin artmasına, neft hasilatının çoxalmasına kömək edirdi. 

1946-cı ildə respublikada neft hasilatı 1945-ci ildəkinə nisbətən 463 min ton, yəni 

dörd faiz artdı.

11

 



1946-cı ildə bütün neft emalı və təmizləyici qurğular əsaslı təmir olunurdu. 

Elə  həmin  il  termiki  krekinq  qurğularının  yenidən  qurulması  başa  çatdırıldı,

12

 

kükürd  turşusu  katalizatoru  ilə  benzolu  propilenlə  alkilləşdirən  qurğu  istismara 



verildi.

13

 



1946-cı ildə Azərbaycanda iqtisadiyyatın yenidən qurulması başa çatdırıldı, 

respublika  sənayesi  ümumi  məhsulunun  həcmi  1940-cı  il  səviyyəsinin  80  faizinə 

çatdı.

14

 



Sənayenin yenidən qurulmasındakı uğurlar respublikanın xalq təsərrüfatının 

digər  sahələrində  də  yenidənqurmanın  sürətini  artırdı.  Sənaye  tikintisi  və  mülki 

tikinti genişləndi. 

Hərbi  iqtisadiyyatdan  dinc  iqtisadiyyata  keçidin  müvəffəqiyyətlə  başa 

çatdırılması xalq təsərrüfatını bərpa və daha da inkişaf etdirmək vəzifələrini yerinə 

yetirmək sahəsində işləri daha çox genişləndirməyə imkan yaratdı. 

SSRİ  xalq  təsərrüfatının  bərpası  və  daha  da  inkişaf  etdirilməsinə  dair 

dördüncü  beşillik  (1946-1950-ci  illər)  plana

15

  1946-cı  il  martın  18-də  SSRİ  Ali 



Sovetinin  birinci  sessiyasında  baxıldı.  1946-1950-ci  illərdə  Azərbaycan  SSR  xalq 

təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik planda sənayenin və kənd 

təsərrüfatının  inkişafını  müharibədən  əvvəlki  səviyyəyə  yüksəltmək  və  bu 

səviyyəni ötüb keçmək əsas vəzifə kimi irəli sürüldü.

16

 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə