TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə43/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   39   40   41   42   43   44   45   46   ...   219

92 

 

Lakin  inkişafa  əngəl  törədən  maneələr  də  az  deyildi.  Sənayenin  ərazi 



prinsipi  üzrə  idarə  olunmasının  ciddi  nöqsanları  getdikcə  daha  çox  özünü  büruzə 

verməyə  başladı.  Bu  nöqsanlar  sahənin  hərtərəfli  və  səmərəli  inkişafına  mane 

olmağa başladı. 

İqtisadiyyata  qeyri-iqtisadi,  amiranə  metodlarla  rəhbərlik  şəraitində 

planlaşdırma  mexanizmini  yaxşılaşdırmaq,  onu  həvəsləndirici  amilə  çevirmək 

cəhdləri  də  çox  az  səmərə  verdi.  Elmi-texniki  mərkəzlərlə  əlaqələrin  zəifliyi  də 

sənaye müəssisələrinin işinə mənfi təsir göstərirdi. 

Azərbaycan  SSR  Ali  Soveti  (sentyabr,  1965-ci  il)  Azərbaycan  Xalq 

Təsərrüfatı  Şurasının  ləğvi  haqqında  qərar  qəbul  etdi.

122


  İttifaq-respublika 

nazirlikləri bərpa edildi.

123

 

60-cı illərdə neft sənayesi iqtisadiyyatın mühüm sahəsi olaraq qalırdı. Elmi-



texniki tərəqqi sayəsində geoloji-kəşfiyyat işləri yaxşılaşmışdı. 1965-ci ildə Dəniz 

Neft  və  Qaz  Yataqları  Kəşfiyyatı  İdarəsi  yaradıldı.  Quruda  Qarabağlı,  Kürsəngi, 

dənizdə  Cənubi  Bankə,  Sanqaçal  və  Duvannı  yataqları  istismara  verildi. 

Müəssisələr yenidən qurularaq, qazma işində qabaqcıl üsullar tətbiq olunurdu. 

"Abşeron", "Azərbaycan" və  "Bakı" üzən qazma qurğuları  vasitəsilə 15-60 

metrlik  su  qatının  altında  1600-1800  metr  dərinlikdə  kəşfiyyat  quyularının 

istismara verilməsi nəticəsində neft hasilatı artdı. 1960-cı ildə 17,8, 1970-ci ildə isə 

20,2  milyon  ton  neft  çıxarılmışdı.  Qaz  hasilatı  ildə  təxminən  5,5  milyard  kub.m 

həcmindən  yuxarı  qalxmırdı.

124


  Əsas  səbəblərdən  biri  qazma  qurğularının  yeni 

avadanlıqla kifayət qədər təmin olunmaması idi. Mədənlərdə geoloji və mühəndis 

işi aşağı səviyyədə idi, istehsalat və əmək intizamı zəifləmişdi. Neftçilərin sosial-

məişət şəraitinin yaxşılaşdırılmasına da lazımi qayğı göstərilmirdi. 

Beləliklə,  60-cı  illərin  sonlarında  neft  və  qaz  hasilatı  aşağı  düşmüş,  neft 

sənayesində  səmərəlilik  müharibədən  sonrakı  bütün  beşilliklərdəkinə  nisbətən  ən 

aşağı səviyyədə olmuşdu. 

60-cı  illərdə  neft  emalı,  neft-kimya  və  kimya  sənayesinin  əsaslı  surətdə 

yenidən 

qurulmasına  başlanılmışdı.  Neft  emalı  sənayesinin  qurğuları 

təkmilləşdirilmiş, təbii qaz kondensatı emalı qurğusu işə  düşmüşdü. 1961-1965-ci 

illərdə neft emalı 25 faiz artdı.

125

 Lakin neft və qaz hasilatı aşağı düşdüyündən neft 



emalı  zavodlarının  gücündən  tam  istifadə  olunmurdu,  yağların  istehsalı  da  xeyli 

azalmışdı.

126

  Bu  illərdə  kimya  sənayesi  inkişaf  etməkdə  idi.  Sumqayıt  superfosfat 



zavodu işə düşmüş, spirt istehsalı sahəsi istismara verilmişdi. Bakı şin zavodunun 

ikinci  istehsal  sahəsi  fəaliyyətə  başlamışdı.  1967-ci  ildə  Mingəçevirdə  şüşə  lif 

zavodu  fəaliyyətə  başladı,  zavodda  toxuculuq  istehsalı  yaradıldı,  sintetik  yuyucu 

maddələr istehsalına başlanıldı. 

Sənayenin  aparıcı  sahələrindən  olan  metallurgiyada  1960-cı  illərdə  polad 

istehsalı  84  faiz,  qara  metal  prokatı  6  faiz,  dəmir  filizi  çıxarılması  19  faiz 




93 

 

artmışdı.



127

  Azərbaycanın  boru-prokat  zavodlarında  "250-2"  prokat  dəzgahı  işə 

salınmışdı. 160 min ton polad boru istehsal edə bilən bu zavodda iki marten sobası 

var  idi.  1964-cü  ildə  alüminium  almaq  üçün  xammal  verən  Zəylik  alunit  mədəni 

işə düşmüşdü. 

Respublikada ağır sənayenin inkişafında maşınqayırma sənayesi mühüm rol 

oynayırdı.  Maşınqayırma  müəssisələrində  istehsal  olunan  məhsulların  texniki 

səviyyəsini  yüksəltmək,  köhnəlmiş  texnikanı  daha  təkmil  olan  yenisi  ilə  əvəz 

etmək üçün yeni tədbirlər həyata keçirilmişdi. 60-cı illərin sonlarında respublikanın 

neft maşınqayırma  sənayesi SSRİ-də  neft-mədən maşınqayırma  məhsulunun üçdə 

birini  verirdi.

128


  "Azneft-mədənmaşın"ın  müəssisələri  istehsalını  artırmışdı.  60-cı 

illərin  sonlarında  maşınqayırma  müəssisələri  353,9  milyon  manatlıq  maşın  və 

avadanlıq  istehsal  etmişdi  ki,  bu,  1965-ci  ilə  nisbətən  1,57  dəfə,  1950-ci  ilə 

nisbətən isə 10 dəfədən çox idi.

129

 

Sənayenin  elektrotexnika,  cihazqayırma  sahələri  də  uğurla  inkişaf  edirdi, 



ölkənin  iri  müəssisələri  üçün  elektrik  sobaları  və  digər  elektrotexniki  avadanlıq 

istehsal olunurdu. Elektrotexnika sənayesi 1965-ci ilə nisbətən iki dəfə çox məhsul 

istehsal  etmişdi.

130


  Cihaz  istehsalının  ümumi  həcmi  1970-ci  ildə  1950-ci  ilə 

nisbətən 61,4 dəfə artmışdı. 

Respublikada  energetika  sənayesi  sahəsində  150  min  kilovat  gücü  olan 

"Şimal" elektrik stansiyası, hər biri 150 min kilovat güclü dördbloklu, SSRİ-də ilk 

açıqtipli  Əli  Bayramlı  elektrik  stansiyası,  75  min  kilovat  gücündə  1  saylı  Gəncə 

elektrik  stansiyası  istifadəyə  verilmişdi.  Sumqayıt  elektrik  stansiyasının  gücü  iki 

dəfə  artırıldı,  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  enerji  sistemlərinin 

birləşdirilməsi başa çatdırıldı. 

Yüngül  və  yeyinti  sənayesində  də  irəliləyişlər  baş  verdi.  Gəncə  xalça 

kombinatı işə düşdü.

132

 İstehlak malları istehsalı artdı. Belə ki, pambıq lif istehsalı 



1960-cı  ildə  104,4  min  ton,  1970-ci  ildə  131,4  min  ton,  xam  ipək  sap  istehsalı 

1960-cı ildə 347 ton, 1970-ci ildə 409 ton, yun iplik istehsalı 1960-cı ildə 1,7 min 

ton,  1970-ci  ildə  4,3  min  ton,  alt  trikotaj  1960-cı  ildə  10,3  milyon  ədəd,  1970-ci 

ildə 15,9 milyon ədəd, üst trikotaj 1960-cı ildə 0,5 milyon, 1970-ci ildə 4,6 milyon 

ədəd, xalça-palaz 1960-cı ildə 54 min kv.m, 1970-ci ildə 823 min kv.m olmuşdu.

133


 

Lakin yüngül sənaye sahələrində respublikanın xammal ehtiyatlarından pis istifadə 

olunurdu, bir çox malların növləri və keyfiyyətləri istehsalçıların tələblərini təmin 

etmirdi. 

 Yeyinti  sənayesinin  inkişafında  müəyyən  irəliləyişlər  var  idi.  1960-cı 

illərdə  dörd  süd,  üç  konserv  zavodu,  ət  kombinatı,  iki  çörək  zavodu,  tütün 

kombinatı  və  quşçuluq  fabriki  işə  düşmüşdü.  Kolbasa-vetçina  məhsulları,  bitki, 

konserv,  qənnadı  məmulatı  istehsalı  çoxalmışdı.  1960-cı  ilə  nisbətən  ət  istehsalı 

12,3 min ton, bitki yağları istehsalı 8 dəfə artmışdı.

134


 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə