TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə51/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   47   48   49   50   51   52   53   54   ...   219

108 

 

Azərbaycan  xalqının  dastanları  feodal  münasibətlərini  təbliğ  etməkdə, 



qeyri-xəlqilikdə  ittiham  olunurdu.  Türk  dünyasının  möhtəşəm  orta  əsr  abidəsi 

"Kitabi-Dədə  Qorqud"  "irticaçı  feodal-xan  eposu"  adı  ilə  damğalanmış,  onun 

tədqiqatçıları təqiblərə məruz qalmışdılar. A.A.Bakıxanov idealizmdə, fanatizmdə, 

xan və bəyləri müdafiə etməkdə, M.M.Kazım bəy "çarizmin sadiq qulu" olmaqda 

günahlandırılırdı. 

Akademik 

M.A.Dadaşzadə 

"Türkiyə 

casusu" 

kimi 


damğalanmışdı.  Akademik,  yazıçı  M.İbrahimov,  professor,  SSRİ  Elmlər 

Akademiyasının  müxbir  üzvü  A.O.Makovelski  elmi-siyasi  sayıqlığı  itirməkdə 

tənqid  edilmişdi.  M.Rəfili  "kosmopolit"  damğası  ilə  işdən  uzaqlaşdırılmış, 

Süleyman  Vəliyev  sürgün  olunmuşdu.  M.C.Bağırov  AK(b)P  XIX  qurultayında 

(1952,  sentyabr)  Səməd  Vurğunu  hədələyərək,  "Sən  ləngimədən  kommunizmin 

əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan" - demişdi.

10

 

Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən 



güc orqanlarına başqa millətlərin, əsasən rus və  ermənilərin nümayəndələrini cəlb 

edirdi.  Bu  şovinist  münasibətdən  erməni  millətçiləri  azərbaycanlı  kadrlara  qarşı 

hiyləgərcəsinə  istifadə  edirdilər.  Hətta  M.C.Bağırov  belə  vəziyyətin  güc 

orqanlarında kök saldığını hiss edərək, 1945-1953-cü illərdə Azərbaycan xalqının

 

qatı  düşməni  olan  bir  sıra  erməni  daşnak  fitnəkarlarını  ifşa  edərək  respublikadan 



qovmuşdu.  Qarabağın,  Naxçıvanın  və  başqa  tarixi  Azərbaycan  torpaqlarının 

erməni  ərazisi  olduğunu  "yaradıcılığı"nda  əsaslandırmağa  çalışan  yazıçı  Marietta 

Şaginyanın  Bakıya  gəlməsini  rədd  etmişdi.  O,  eyni  münasibəti  marşal 

İ.Baqramyanın  qardaşı  Baqramova  və  1918-ci  ilin  martında  Bakıda 

azərbaycanlıların  qırğınını  təşkil  edən  Stepan  Şaumyanın  oğlu,  "Böyük  Sovet 

Ensiklopediyası"nın  baş  redaktorunun  müavini  Levon  Şaumyana  qarşı  da  tətbiq 

etmişdi.

11

 



İnzibati-amirlik  üsuli-idarəsinin  güclənməsi,  sözdə  verilmiş  "demokratik" 

hüquqların  çoxunun  təmin  olunmaması  insanların  ictimai-siyasi  həyatda,  dövlət 

idarəçiliyində  fəal  iştirakına  ciddi  maneələr  törədirdi.  "Xalq  hakimiyyəti" 

orqanlarına seçkilər formal, inzibati nəzarət, hətta təzyiq altında keçirilirdi. 

Zehni  inkişaf  səviyyəsi  yüksək  olan  əhalinin,  xüsusən  gənclərin  arasında 

mövcud  quruluşun  ziddiyyətlərini,  həqiqi  mahiyyətini  dərk  edənlər  çoxalırdı. 

Təşkilatlanmaq  və  mübarizə  aparmaq  arzusunda  olanlar  da  vardı.  Gizli  fəaliyyət 

göstərən "İldırım" təşkilatının üzvü olan bir  qrup vətənpərvər və  romantik  gənc  - 

İsmixan  Rəhimov,  Gülhüseyn  Abdullayev,  Hacı  Zeynalov,  Kamal  Əliyev,  Aydın 

Vahidov  və  b.  Azərbaycanın  azadlığa  çıxması  üçün  xalqa  onun  qüvvələrini 

birləşdirə  biləcək  güclü,  tanınmış  bir  liderin  rəhbərlik  etməsini  vacib  bilərək, 

S.Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün. 

İstibdada  qarşı  açıq  mübarizə  üçün  hələ  real  vəziyyət  yaranmamışdı.  Təşkilat 



109 

 

1947-ci ilin əvvəllərində fəaliyyətini dayandırdı. 1948-1949-cu illərdə onun 8 fəal 



üzvü həbs edilib sürgün olundu.

12

 



Xaricdə  fəaliyyət  göstərən  siyasi  mühacirlərin  də  Azərbaycanda  sovet 

rejiminə  qarşı  fəaliyyəti  genişlənirdi.  Müharibədən  sonrakı  illərdə  Azərbaycan 

mühacirləri  "əski"  və  "yeni"  mühacirlər  adlanan  qruplara  bölünmüşdü,  onların 

arasında  əsas  məsələlərdə  birlik  yox  idi.

13

  M.Ə.Rəsulzadə  1949-cu  ildə  Ankarada 



"Azərbaycan  kültür  dərnəyi"  təşkil  etmişdi.  Onun  rəhbərliyi  ilə  1952-ci  ildən 

Ankarada  "Azərbaycan"  jurnalı  nəşr  olunmağa  başlanmışdı.  Bolşevizmə  qarşı 

mübarizədə  Mirzə  Bala  Məmmədzadə  (1954-cü  ildən  Münhendə  (Almaniya) 

SSRİ-ni öyrənən institutun Azərbaycan dilində nəşr etdiyi siyasi jurnalın redaktoru 

idi),  Əbdürrəhman  Fətəlibəyli-Düdənginski  (1945-1954-cü  illərdə  Münhendə 

ABŞ-ın  təsis  etdiyi  Azadlıq"  radiosunun  Azərbaycan  şöbəsinin  rəhbəri  idi)  və 

başqaları da fəal iştirak edirdilər.

14 


 

 

 



§2. AZƏRBAYCANLILARIN ERMƏNĠSTAN SSR-dən 

TARĠXĠ ETNĠK ƏRAZĠLƏRĠNDƏN 

DEPORTASĠYASI 

 

Müharibədən  sonrakı  illərdə  bütün  ölkədə  şovinist  və  yerli  millətçilik 



siyasətinin  güclənməsi  xalqlar  arasında  tez-tez  münaqişə  və  toqquşmalar, 

konfliktlər, ciddi təhlükəli problemlər yaradılmasında açıq təzahür edirdi. Moskva 

hakimiyyəti  Qafqazda  da  Azərbaycan  erməni,  gürcü  və  başqa  xalqları  bir-birinə 

qarşı qoymaq və onlar üzərində hakim mövqeyini saxlamaq naminə milli münaqişə 

ocaqları yaratmaq siyasəti yürüdürdü. Bu məkrli siyasət, əsasən, qondarma "Dağlıq  

Qarabağ"    konfliktinin    süni    surətdə    kəskinləşdirilməsi  məqsədi  güdürdü. 

Moskvanın  fitvası  və  havadarlığı  ilə  mərkəzdəki  və  xarici  ölkələrin  lobbisinə 

arxalanan  erməni  millətçiləri,  kommunist  -  daşnaklar  sonrakı  illərdə  müharibə, 

vaxtaşırı  azərbaycanlıların  Ermənistan  SSR-dəki  tarixi-etnik  ərazilərindən 

sıxışdırılıb  çıxarılması,  birinci  növbədə,  Qarabağın  qoparılıb  Ermənistana 

verilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərdə Moskvanın, bilavasitə A.Mikoyanın 

təşəbbüsü  ilə  Ermənistanda  partiya  elitasının  fəal  iştirakı  ilə  gizli  "Qarabağ 

hərəkatı",  "Qarabağ  komitəsi"  yaradılmışdı.

15

  1945-ci  ilin  payızında  Ermənistan 



rəhbərliyi  növbəti  dəfə  ÜİK(b)P  MK  qarşısında  Azərbaycanın  Dağlıq  Qarabağ 

bölgəsinin  Ermənistana  verilməsi  məsələsini  qaldırır.  Ermənistan  K(b)P  MK  və 

XKS-nin  Stalinə  müraciətində  heç  bir  elmi,  tarixi  əsası  olmadan  Dağlıq  Qarabağ 

ərazisinin  guya  iqtisadi  cəhətdən  daha  çox  Azərbaycan  SSR-lə  deyil,  Ermənistan 

SSR-lə bağlı olduğunu sübut etməyə cəhd olunur.  Məsələyə dərhal reaksiya verən 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə