TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə49/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   45   46   47   48   49   50   51   52   ...   219

104 

 

Tikintinin  sürətinin  durmadan  artmasına  baxmayaraq,  mənzil  problemi 



bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  kəskin  olaraq  qalırdı.  Müharibədən 

sonrakı illərdə respublikada şəhər və qəsəbələrin sayı sürətlə artırdı. 1946-1970-ci 

illərdə 32 yeni şəhər və 59 qəsəbə salındı.

205


 Mingəçevir, Sumqayıt, Əli Bayramlı 

şəhəri müasir şəhərsalma mədəniyyətinin gözəl nümunələri idi. 

Şəhərlərin, fəhlə qəsəbələrinin və kəndlərin abadlaşması, kommunal-məişət 

xidmətinin  genişlənməsi  də  əhalinin  həyat  şəraitinin  yaxşılaşmasına  çox  kömək 

edirdi. 1970-ci ildə respublikada

 

şəhər ümumi ictimai mənzil fondunun 81 faizi su 



kəmərləri,  79  faizi  kanalizasiya,  54  faizi  mərkəzi  isitmə  və  buxardan  istifadə 

sistemi, 93 faizi qazla təchiz olunmuşdu.

206

 

Şəhər nəqliyyatı genişlənməkdə idi. Trolleybus xətlərinin uzunluğu 1945-ci 



ildəki 8,1 km-dən 1970-ci ildə 145 km-ə, sərnişin daşınması isə müvafiq olaraq 4,3 

mln  -dan  57,5  mln  nəfərə  çatdı.

207 

1955-ci  ildə  Gəncə  şəhərində  trolleybus  xətti 



istismara verildi. 1958-ci ildə Sumqayıt şəhərində tramvay xətti işə düşdü.

208


 

Bakı  şəhərinin  abadlaşdırılmasına  diqqət  artırıldı.  SSRİ  Xalq  Komissarları 

Sovetinin "Bakı şəhərinin şəhər təsərrüfatına kömək tədbirləri haqqında" 1945-ci il 

16  yanvar  tarixli  və  "Bakı  şəhərinin  şəhər  təsərrüfatını  yaxşılaşdırmaq  sahəsində 

tədbirlər  haqqında"  1946-cı  il  5  yanvar  tarixli  qərarları  respublika  paytaxtının 

təsərrüfatını yaxşılaşdırmaq üçün geniş imkanlar yaratdı.

209

 

Bakı  şəhərində  böyük  dəyişikliklər  baş  verdi.  Şəhərin  ətrafında  yeni 



qəsəbələr  salındı.  1951-1960-cı  illərdə  şəhərdə  2022,1  min  kvadrat  metr  mənzil 

sahəsi,


210

 televiziya mərkəzi, respublika stadionu, Dzerjinski adına (indiki Şəhriyar 

adına) klub, bir sıra yay kinoteatrları və s. tikilmişdi. 

SSRİ  Nazirlər  Soveti  tərəfindən  1951-ci  ildə  Bakı  su  kəmərinin  ikinci 

növbəsinin  tikilməsi  barədə,

211


  1959-cu  ildə  isə  Bakı  və  onun  rayonlarının  qazla 

fasiləsiz  təchiz  edilməsi,  bütün  yaşayış  massivlərinin  1960-cı  ilə  qədər  tam 

qazlaşdırılması haqqında qərar qəbul edilmişdi.

212


 1957-ci ildə şəhərə su verilməsi 

xeyli artdı.

213

 Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi. 



1967-ci il noyabrın 6-da Bakı metropoliteninin birinci növbəsinin istismara 

verilməsi respublikanın həyatında böyük hadisə oldu.

214 

O, SSRİ-də beşinci, Yaxın 



Şərqdə birinci metropoliten idi. 

Azərbaycan  kəndlərinin  siması  xeyli  dəyişdi.  Məsələn,  Göyçay  rayonunun 

"Bolqarıstan"  kolxozunda  geniş  asfalt  küçələr  salınmış,  şəhərtipli  çoxlu  evlər 

tikilmişdi.  Gecələr  küçələr  elektriklə  işıqlandırılırdı.  Kolxozun  öz  univermağı, 

onillik  məktəbi  və  xəstəxanası  var  idi.  50-ci  illərin  axırlarında  Quba  rayonunda 

Qudyalçay  üzərində  yeni  körpü  salınmışdı.  1958-ci  ildə  rayon  mərkəzində 

televiziya yarımstansiyası işə başladı. 

İnsanların  məişətinə  paltaryuyan  maşınlar,  soyuducular,  tozsoranlar,    tikiş 

maşınları, elektrik çaynikləri, ütüləri geniş daxil olmağa başladı. 



105 

 

İnsanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlamlığının mühafizəsinə 



sərf edilən vəsait  artır,  müalicə-profilaktika  müəssisələrinin şəbəkəsi  genişlənirdi. 

1940-1970-ci  illərdə  Azərbaycanda  xəstəxanaların  sayı  222-dən  779-a,  onlardakı 

çarpayıların  sayı  12,6  mindən  48,8  minə,  ambulator-poliklinika  müəssisələrinin, 

qadın məsləhətxanalarının sayı 1097-dən 1388-ə qədər artmışdı.

215

 

Həkimlərin və orta tibb işçilərinin sayı durmadan artırdı. Əgər 1940-cı ildə 



Azərbaycanda  3,3  min  həkim  olmuşdusa,  1970-ci  ildə  onların  sayı  13,1  minə 

çatmışdı.  Həmin  müddət  ərzində  orta  tibb  işçilərinin  sayı  7,5  min  nəfərdən  39,7 

min nəfərə qədər artmışdı.

216


 

Əhalinin sağlamlığının mühafizəsində sanatoriya-kurort müalicə və istirahət 

evləri  də  mühüm  rol  oynayırdı.  Əgər  1946-cı  ildə  həmkarlar  ittifaqlarının  38 

istirahət  evi  və  sanatoriyası  var  idisə,

217

  1970-ci  ildə  onların  sayı  99-a  çatdı.



218

 

Əməkçilər  Mərdəkanda,  Naftalanda,  Şuşada,  İstisuda,  Şəkidə  müalicə  olunur  və 



istirahət edirdilər. 

Adamların maddi rifahının yaxşılaşması və səhiyyə sahəsindəki nailiyyətlər 

əhali arasında ölüm hadisələrinin azalmasına və təbii artımın müntəzəm artmasına 

kömək edirdi. 

İnsanların 

sağlamlığının 

möhkəmləndirilməsində, 

onların 


əmək 

qabiliyyətinin  saxlanılmasında  bədən  tərbiyəsi  hərəkatı  mühüm  rol  oynayırdı. 

İdman qurğuları şəbəkəsi ilbəil artır, onların sayı 1946-cı ildəki 1932-dən 1970-ci 

ildə 5455-yə çatmışdı.

219

 İdman oyunları, yarışlar və spartakiadalar, bədən tərbiyəsi 



hərəkatının  əhali  arasında  geniş  yayılması  böyük  əhəmiyyət  kəsb  edirdi.  İlk  dəfə 

1949-cu ildə fabrik və zavod kollektivlərinin spartakiadası keçirilmişdi.

220

 

Azərbaycanda  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  üçün  könüllü  idman 



cəmiyyətləri  -  "Neftçi",  "Spartak",  "Məhsul"  minlərlə  oğlan  və  qız  arasında 

müntəzəm idman işi aparırdılar. 

Beləliklə, müharibədən sonrakı illərdə həyata keçirilmiş kompleks tədbirlər 

nəticəsində  Azərbaycanda  əhalinin  maddi  rifahının  yüksəlməsi  təmin  olunmuş, 

zəhmət adamlarının əmək və məişət şəraiti yaxşılaşmışdı. 

 

 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə