110
Mərkəzi hökumətin nümayəndəsi ÜİK(b)P MK katibi G.M.Malenkov 1945-ci ildə
noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova yazdığı
məktubunda bu məsələ ilə bağlı məlumat verir və onun rəyini soruşur.
16
M.C.Bağırov 1945-ci il 10 dekabr tarixdə ("tam məxfidir" qrifi ilə) ona cavab
məktubu göndərir.
17
Məktubda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü
bütün iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın tarixən
Azərbaycan ərazisi olduğu tutarlı faktlarla sübut edilirdi.
Cavab məktubunda sovet hakimiyyəti illərində ilk dəfə Azərbaycan rəhbəri
tarixi Azərbaycan torpaqları problemini qaldırır və burada Dağlıq Qarabağın
Ermənistana güzəştə gediləcəyi təqdirdə müxtəlif vaxtlarda Ermənistana,
Gürcüstana və Sovet Rusiyasına verilmiş bir çox tarixi ərazilərin Azərbaycan SSR-
ə qaytarılmasını vacib hesab edir. Azərbaycan rəhbərliyinin məsələnin bu səpkidə
müzakirə olunmasına razılıq verməsi ermənilərin planlarının pozulması ilə yanaşı,
Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər yaradacağını
anlatdı. Belə bir təhlükənin real olduğunu görən mərkəzi hökumət ermənilərin
iddialarını rədd edərək məsələnin "arxivə verilməsini" tövsiyə etdi. Eyni zamanda
Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək tədbirləri
gördü. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ ABŞ və İngiltərənin
iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə
edilərkən, gələcəkdə "Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan
ermənilər əlverişli şəraitdən istifadə edərək, SSRİ xarici işlər naziri V.Molotova
müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə
istəmişdilər. V.Molotov məsələ ilə bağlı İ.Stalinlə danışdıqdan sonra onların
Ermənistan SSR ərazisinə köçürülməsinə razılıq vermişdi.
18
1946-cı il oktyabrın
19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin
Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi.
19
Ermənilərin
Ermənistan SSR-ə repartasiyası "Daşnaksutyun" partiyasının 1947-ci ilin iyununda
keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu
qərarlarda isə repartasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması
və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi.
Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba
torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də
SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083
saylı qərar verdi. SSRI Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan
SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-
Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu
işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə,
111
100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40
min, 1950-ci ildə isə 50 min nəfər "könüllülük prinsipinə əsasən" Azərbaycana
köçürülməli idi.
20
Qərarın axırıncı, II maddəsində ayrıca
göstərilirdi ki, Ermənistan
SSR Nazirlər Sovetinə icazə verilsin ki azərbaycanlı əhalinin köçürülməsi ilə
əlaqədar onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn
erməniləri yerləşdirmək üçün istifadə etsinlər.
21
O zaman Ermənistan SSR-də 400
mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən mütəşəkkil
surətdə Azərbaycan SSR-ə 1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə (2834
nəfər) müxtəlif təzyiqlərə məruz qaldığına görə pərakəndə halda Azərbaycana
gəlməyə məcbur olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların
sayı 10.584 nəfər idi.
22
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında əldə olunmuş
razılaşmaya görə, 1949-cu ildə 15713 nəfər (5420 nəfəri yazda, 10293 nəfəri isə
payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti
Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş
razılaşmanı təsdiq etmədi və SSRİ hökumətinin rəsmi nümayəndəsi S.Çeremuşin
Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-dən
Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40000 nəfər azərbaycanlının
köçürülməsini tələb etdi.
23
Azərbaycan SSR Nazirlər Soveti çıxılmaz vəziyyətə düşdüyündən
məsələnin həlli üçün SSRİ Nazirlər Soveti sədrinin müavini G.M.Malenkova
müraciət edib bildirdi ki, bu qədər adamın köçürülməsi və yerləşdirilməsi üçün
Azərbaycanın imkanı yoxdur. Müraciətdə 1949-1950-ci illər üçün əvvəllər
müəyyən edilmiş köçürmə planlarına yenidən baxılması və "Ermənistan SSR-dən
olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15
min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi" xahiş edildi.
24
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər,
Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını
əhatə edirdi. Bu rayonlar əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud
ermənilərlə qarışıq halda yaşadıqları dağlıq və dağətəyi rayonlar idi. Erməni
millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan qovub çıxarmağa
çalışırdılar.
Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in
Kür-Araz ovalığı və digər rayonlarında yerləşdirilərkən burada yaşayan ermənilər
tərəfindən də təqib olunur və onlar barədə rəhbərliyə böhtan dolu məktub və
teleqramlar göndərilirdi. Azərbaycan SSR Şamxor (indiki Şəmkir) rayon partiya və
icra orqanlarında rəhbər vəzifə tutan ermənilər 150 nəfər azərbaycanlının öz
təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsi barədə qərarın qəbul edilməsinə
nail olmuşdular.
25
Ermənilərin Azərbaycanda bu özbaşınalığına respublikanın