TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə55/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   51   52   53   54   55   56   57   58   ...   219

116 

 

sisteminin  nüfuzunu  qorumaq,



 

ona  xalqın  inamının  itməməsinin  qarşısını  almaq 

məqsədilə  siyasi  kampaniya  kimi  planlaşdırılmışdı.  Buna  baxmayaraq, 

bəraətvermə prosesi əslində humanist bir proses idi. 

SSRİ  Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası,  Azərbaycan  SSRİ  Ali 

Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası cəzaya  məruz qalanların 

əksəriyyətinə  bəraət  verdi.  Minlərlə  azərbaycanlının  üzərindən  "xalq  düşməni" 

damğası  götürüldü.  Onların  ailələrinin,  övladlarının  məruz  qaldığı  təqiblərə  son 

qoyuldu, hüquqları bərpa edildi. 1956-cı ilin ortalarından yüzlərlə dövlət, ədəbiyyat 

və incəsənət xadiminə, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, 

R.Axundov,  Hüseyn  Cavid,  Əhməd  Cavad,  Mikayıl  Müşfiq,  Yusif  Vəzir 

Çəmənzəminliyə  və  başqalarına  bəraət  verildi.  Azərbaycan  xalqının  tarixi,  dili, 

folkloru  və  etnoqrafiyası  baxımından  çox  qiymətli  monumental  dastanı  "Kitabi-

Dədə Qorqud" və "həbs olunmuş" yazılı abidələr, əsərlər azad edildi, bəraət almış 

şair və yazıçıların əsərləri yenidən çap olundu. 

Bununla belə, minlərlə siyasi mübarizə, günahsız qurbana, habelə 20-30-cu 

illərdə  apardığı  istiqlal  mübarizəsi  üstə  təqib  olunaraq  xaricə  getməyə  məcbur 

olmuş  mühacirlərə  bəraət  verilmədi.  Tarixi  keçmişimizdən,  türk  xalqları 

birliyindən  bəhs  edən  bir  çox  əsərlər  üzərindən  qadağalar  götürülmədi.  Hüseyn 

Cavidin  "Topal  Teymur",  "Peyğəmbər"  pyesləri  yenə  də  qəsdən  "unuduldu". 

Azərbaycan  tarixinin  obyektiv  şəkildə  öyrənilməsinə  cəhdlər  mərkəz  tərəfindən 

qısqanclıqla  qarşılanırdı.  Hətta  Sov.İKP  MK  yanında  Marksizm-Leninizm  

İnstitutunun    təsdiq    etdiyi    "Azərbaycan    KP    tarixinin  oçerkləri"  əvəzinə 

"Azərbaycan  Kommunist  Partiyası  tarixi"nin  (iki  cilddə)  yazılması  haqqında  bu 

institutun  AKP  MK  yanındakı  filialı  alimlərinin  təşəbbüsünü  Sov.İKP  MK  katibi 

M.A.Suslov  "millətçilik"  təzahürü  kimi  qiymətləndirmişdi,  Bakıya  böyük  bir 

komissiya göndərilmişdi. 

1959-cu  ilin  oktyabrında  AKP  MK  xüsusi  qərarla  "partiya  tarixi 

ədəbiyyatında buraxılan səhvlərin" aradan qaldırılmasını tələb etmişdi. 

Respublikanın  ictimai-siyasi  həyatında  mövcud  siyasi  sistemin  əsas 

prinsiplərinə  -  təkpartiyalılığa,  Kommunist  partiyasının  bütün  siyasi  təşkilatlar, 

dövlət  üzərində  amirliyinə  toxunmadan  ictimai  təşkilatların,  xalq  hakimiyyəti 

orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaradıldı. Bəzi operativ 

məsələlərdə idarəçilik mərkəzdən yerlərə keçirildi. Yerli sovetlər iriləşdirildi. Kənd 

sovetlərinin  sayı  azaldıldı.  1955-ci  il  seçkilərində  deputatların  sayı  artırılıb,  kənd 

və  qəsəbə  sovetlərində  9-dan  15-ə,  rayon  sovetlərində  25-dən  35-ə  çatdırıldı. 

Deputatların  ümumi  sayı  3  min  nəfər  çoxaldı.  Sovetlərin  daimi  komissiyaları  6 

minə  çatdırıldı.  Onların  işinə  33  min  nəfərdən  çox  deputat    -  fəal  cəlb  edildi.

38

 

Lakin yenə də partiyanın sovetlər üzərində qəyyumluğu saxlandığı, istər ali, istərsə 



də  yerli  sovetlərə  seçkilər  əvvəlki  prinsiplərlə  keçirildiyi,  deputat  korpusunun 


117 

 

əsasən  mövcud  siyasi  sistemə,  liderlərə  arxa  ola  biləcək  müti,  icraçı,  səriştəsiz 



adamlardan  formalaşdığı  üçün  bütün  pillələrdən  olan  hakimiyyət  orqanlarının 

fəaliyyəti əvvəlki kimi formal xarakter daşıyırdı. Elə bu səbəbdən Sov.İKP MK-nın 

"Zəhmətkeş  deputatları  sovetləri  fəaliyyətini  yaxşılaşdırmaq  və  onların  kütlələrlə 

əlaqəsini  möhkəmləndirmək  haqqında"  1957-ci  il  22  yanvar  qərarı

39

  ilə  əlaqədar 



yerli  sovetlərin  təsərrüfat  və  mədəni  quruculuq  məsələlərinin  həllində  iştirakı, 

seçicilərlə əlaqələri fəallaşdı. 

Azərbaycan SSR Ali Sovetinin səlahiyyət dairəsi nisbətən genişləndi. 1956-

cı  ildə  Ali  Sovetin  sənaye,  kənd  təsərrüfatı,  mədəni-maarif,  səhiyyə  və  ictimai 

təminat,  tikinti  və  abadlıq  komissiyaları  yaradıldı.  Məhkəmə  quruculuğu 

məsələləri,  mülki  və  cinayət  məcəllələrinin  qəbulu  respublikaların  öz  ixtiyarına 

verildi.  Rayon,  şəhər,  kənd  və  qəsəbə  zəhmətkeş  deputatları  Sovetləri  haqqında 

yeni əsasnamələr qəbul edildi, onların hüquqları artdı.

40

 

50-ci  illərin  ortalarında  partiya  sıralarında  110  minədək  üzv  birləşmişdi.



41

 

Həmkarlar ittifaqı, komsomol təşkilatları, onların seçkili orqanları yenə partiyanın 



ciddi  nəzarəti  altında  fəaliyyət  göstərirdi.  Həmkarlar  ittifaqlarına  bəzi  yeni 

hüquqlar  verilmişdi.  Onlar  1958-ci  ildən  fəhlə  və  qulluqçuların  əmək  və  məişət 

şəraitini  yaxşılaşdırmaq  tədbirlərində,  təsərrüfat  planlarının  hazırlanması  işində 

iştirak  etmək,  idarə  rəhbərini  dəyişdirmək  məsələsini  qaldırmaq,  əmək 

mübahisələrinin  həllində  qəti  qərar  vermək,  əmək  mühafizəsi  və  sığorta  işlərini, 

1960-cı ildən isə həm də sanatoriya və istirahət evlərini idarə etmək hüququ aldılar. 

Lakin  600  minə  qədər  (1960-cı  il)  fəhlə  və  qulluqçunun  üzv  olduğu  bu  təşkilat 

xalqın  mənafeyinin  həqiqi  müdafiəçisinə  çevrilə  bilmədi.  Sıralarında  333  min 

(1960-cı  il)  oğlan  və  qızı  birləşdirən  komsomol  təşkilatları  da  partiyanın  diktəsi 

altında işləyirdi.

42

 

Respublikada  qadınlar  şurası,  könüllü  xalq  drujinaları,  məhəllə,  valideyn 



komitələri,  yoldaşlıq  məhkəmələri  kimi  ictimai  təşkilatlar  fəaliyyət  göstərirdilər. 

1957-ci il martın 27-də Azərbaycan qadınlarının II qurultayı keçirilmişdi. Qurultay 

ictimai-siyasi və təsərrüfat həyatında qadınların rolunu daha da canlandırmaq üçün 

tədbirlər müəyyən etmişdi.

43

 

50-ci illərin ortalarında siyasi ab-havanın nisbətən yumşalması ilə əlaqədar 



müttəfiq  respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  milli  dirçəliş  meyilləri 

mərkəzdə  kök  salmış  şovinizmi  çox  narahat  etmiş,  onlara  qarşı  ciddi  müqavimət 

göstərilmişdi.  1956-cı  ilin  oktyabr-noyabr  aylarında  Macarıstanda  baş  vermiş 

antisovet  qiyamı  da  buna  təsir  göstərmişdi.  N.S.Xruşşov  hakimiyyətdə 

möhkəmləndikdən,  xüsusən  Sov.İKP  MK-nın  1957-ci  il  İyun  plenumunda  siyasi 

rəqiblərini məğlub edib partiyadan və rəhbər vəzifələrdən uzaqlaşdırdıqdan, orduda 

və  Dövlət  Təhlükəsizlik  Komitəsində  rəhbərliyi  təzələdikdən  sonra  partiya  və 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə