TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə56/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   52   53   54   55   56   57   58   59   ...   219

118 

 

cəmiyyət  üzərində  şəxsi  amirliyini  gücləndirdi.  Xruşşov  "volyuntarizmi"  dövrü 



başlandı. 

Milli  oyanış  əlamətləri  hiss  edilən  respublikaların,  o  cümlədən 

Azərbaycanın rəhbərliyinə qarşı təqiblər başlandı. Mərkəz xalqı qorxutmaq, özünə 

tabe  saxlamaq  üçün  növbəti  dəfə  Dağlıq  Qarabağ  məsələsini  ortaya  atdı. 

Ermənistan SSR və Azərbaycan SSR-in  DQMV erməni əhalisi Dağlıq Qarabağın 

Ermənistana  verilməsini  tələb  etməyə  başladı.  Ermənistanda  antitürk  əhvali-

ruhiyyəsi  yenidən  qızışdırıldı.  Yerevan  Pedaqoji  İnstitutunun  əyani  və  qiyabi 

Azərbaycan  bölmələri  bağlandı.  Yerevan  Azərbaycan  Pedaqoji  Texnikumu 

Azərbaycanın  Xanlar  rayonuna  köçürüldü.  C.Cabbarlı  adına  Dram  Teatrı, 

Azərbaycan  dilində  çıxan  rayon  qəzetləri  və  b.  nəşrlər  bağlandı.  Ermənistanda 

"Qarabağ hərəkatı" xeyli  leqallaşdırıldı. 1958-ci ildə erməni katolikosu II Vazgen 

Bakıya  səfəri  zamanı  respublika  Nazirlər  Sovetinin  Sədrinə  Dağlıq  Qarabağın 

Ermənistana  verilməsini,  Bakıda  erməni  ruhani  seminariyasının  açılmasını,  hər 

səhər  şəhərin  mərkəzində  yerləşən  erməni  kilsəsinin  zəng  vurmasına  icazə 

verilməsini  təklif  etmiş,  lakin  rədd  cavabı  almışdı.  Ermənilərin  Moskvada  güclü 

arxası  olduğunu  bilən,  özlərinin  təkləndiyini  hiss  edən  azərbaycanlılar  həyəcan 

içində  idi.  Lakin  mərkəz  sərhəd  dəyişikliklərinin  mübahisəli  ərazilər  olan  digər 

respublikalarda  arzuedilməz  reaksiyalar  doğuracağından  çəkinərək,  Azərbaycanda 

məkrli siyasətindən çəkindi. 

Azərbaycan  SSR  rəhbərliyi  millətçilik  siyasəti  həyata  keçirməkdə 

təqsirləndirildi.  Sov.İKP  MK  Azərbaycanda  partiya  təşkilatının  işini  yoxlamaq 

üçün  Bakıya  26  nəfərdən  ibarət  komissiya  göndərdi.  Həmin  günlərdə  Moskvada 

keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyünə  respublikanın 

"millətçi" rəhbərləri dəvət edilmədi. 

Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas 

olmadan,  qondarma  ittihamlarla  Azərbaycan  SSR  rəhbərliyini  ciddi  tənqid  etdi. 

Azərbaycan  KP  MK-nın  1959-cu  ilin  iyulunda  keçirilən  XI  plenumunda 

İ.D.Mustafayev  vəzifəsindən  azad  edildi.  V.Y.Axundov  Azərbaycan  KP  MK-nın 

birinci katibi seçildi. Vəli Yusif oğlu Axundov (14.05.1916-1986) Bakıda anadan 

olub. Tibb alimi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1969) 

seçilmişdi. O, tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946-

1949),  Azərbaycan  SSR  səhiyyə  nazirinin  müavini  (1949-1952),  AKP-də  şöbə 

müdirinin  müavini  (1953-1954),  Azərbaycan  SSR  səhiyyə  naziri  (1954-1958), 

AKP  MK  katibi  (1958),  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri  (1958-1959) 

işləmişdi. 

Uğursuz  islahatlar,  Sov.İKP  XXII  (1961,  oktyabr)  qurultayında  elan  etdiyi 

yaxın  gələcəkdə  SSRİ-də  kommunizm  qurulacağı  haqqında  utopik  ideyalar 

N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona 




119 

 

qarşı  müxalifət  formalaşırdı.  1961-ci  ildə  qəbul  olunmuş  nizamnaməyə  görə, 



partiyanın  seçkili  orqanlarına  bir  nəfərin  dalbadal  iki  dəfədən  çox  seçilməsini 

qadağan  edən  maddə  daxil  edilməsi  də  rəhbər  partiya  vəzifəlilərinin  ona  qarşı 

birləşməsinə  səbəb  olmuşdu.  Hakimiyyəti  əldə  saxlamaq  üçün  Xruşşov  partiyanı 

parçalamaq, 

siyasi  məsələlərin  həllində  təşkilatların  birgə  fəaliyyətini 

məhdudlaşdırmaq,  onların  diqqətini  təsərrüfat  məsələlərinə,  islahatlara  operativ 

rəhbərliyə  yönəltmək istədi. Sov. İKP MK-nın 1962-ci il Noyabr plenumu rəhbər 

partiya  orqanlarının  istehsalat  prinsipi  üzrə  yenidən  təşkil  edilməsini  qərara  aldı. 

Mərkəzi  komitələrdə  iki  büro  -  sənaye,  tikintiyə  və  kənd  təsərrüfatına  rəhbərlik 

üzrə  bürolar  yarandı.  Azərbaycanda  da  AKP  MK-ya  bilavasitə  tabe  olan  sənaye-

istehsal,  kolxoz-sovxoz  istehsalat  idarələri,  şəhər,  dağlıq  rayon  partiya  komitələri 

təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xruşşov 

partiya və dövlət nəzarətini birləşdirməkdə partiyanın nəzarət funksiyasını da xeyli 

zəiflətdi.  Lakin  onun  xüsusən  1958-ci  ildən,  SSRİ  Nazirlər  Sovetinin  sədri 

olduqdan sonra xeyli intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı 

qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14 

Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev Sov. İKP 

MK-nın birinci (1966-cı ildən Baş) katibi seçildi. 

60-cı  illərin  ortalarında  partiya,  onunla  birlikdə  sovet,  həmkarlar  ittifaqları 

və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu. Sov.İKP və 

respublika  KP  Mərkəzi  Komitələrində  bürolar  birləşdirildi,  kənd,  rayon  partiya 

komitələri bərpa olundu. İqtisadiyyata partiya rəhbərliyi gücləndirildi. 

Milli  dəyərlərə  diqqət  artdı.  Bu  işdə  1966-1967-ci  illərdə  AKP  MK  katibi 

vəzifəsində  işləmiş  Şıxəli  Qurbanovun  və  onun  həmfikirlərinin  önəmli  xidməti 

olmuşdu.  1966-cı  ildə  İranda  yaşayan  böyük  Azərbaycan  şairi  Seyid  Məhəmməd 

Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu. Mütərəqqi 

fikirli  yaradıcı  gənclər  üçün  1967-ci  ildə  "Ulduz"  jurnalının  nəşrinə  başlandı. 

Novruz  bayramı  "Bahar  bayramı"  adı  ilə  rəsmi  şəkildə  qeyd  edildi.  Ədəbiyyatda 

yeni milli motivlər, tənqidi ruh qüvvətləndi. 

Milli-azadlıq  uğrunda  mübariz  nəsil  yetişməkdə  idi.  60-cı  illərin 

əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən bir qrupu 

Əbülfəz  Əliyevin  rəhbərliyi  ilə  gizli  siyasi  mübarizəyə  başlamışdılar.  Onlar  gizli 

özək  təşkil  edərək,  üçlük  qruplar  yaradır  və  tələbə  gəncləri  azadlıq  uğrunda 

mübariz ruhda tərbiyələndirməyə çalışırdılar.

44

 

1962-ci  il  dekabrın  17-də  95  nəfərin  iştirak  etdiyi  gizli  yığıncaqda  "Milli 



Azərbaycan  Qərargahı"  (MAQ)  təşkil  olundu.  Onun  sədri  Oqtay  Rəfili,  sədr 

müavini Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda şöbələri yaradıldı. Təşkilat 

üzvlərinin  əksəriyyəti  vəzifəli  şəxslər  idi.  Başlıca  məqsəd  rəhbər  vəzifələrdə 

azərbaycanlıların  olmasına,  respublika  büdcəsinə  ayırmaların  Moskvada  deyil, 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə