TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə59/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   55   56   57   58   59   60   61   62   ...   219

125 

 

min  nəfərə  çatmışdı.



33

  Bakıda  Azərbaycan  Tarixi  Muzeyi,  R.Mustafayev  adına 

Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi  fəaliyyət  göstərirdi.  Muzey  daxilində 

keçirilən  elmi-kütləvi  iş,  habelə  muzeylərin  təşkil  etdikləri  ekskursiyalar,  səyyar 

sərgilər,  müharibə  veteranları  və  əmək  qəhrəmanları  ilə  görüşlər  əhali  arasında 

rəğbətlə  qarşılanırdı.  Muzeylərə  gələnlərin  sayı  1970-ci  ildə  1,1  mln  nəfərə 

çatmışdı.

34

 



Bununla  belə,  mədəni-maarif  idarələrinin  fəaliyyəti  formalizm  və  siyasi 

rəsmiyyətçilikdən  zərər  çəkirdi.  Xalq  kütlələrinin  tərbiyəsi  üçün  bu  müəssisələrin 

şəbəkəsindən kifayət qədər istifadə olunmurdu. 

1959-cu ildə Azərbaycanda ilk xalq universiteti meydana çıxdı. 1961-ci ildə 

onların sayı 76 oldu. 1970-ci ildə artıq 237 xalq universiteti fəaliyyət göstərirdi.

35

 



Əhalinin  maariflənməsində,  mədəni  səviyyəsinin  yüksəlməsində,  ictimai-

siyasi fəallığının artmasında mətbuat əhəmiyyətli rol oynayırdı. 

1946-cı  ildə  Azərbaycanda  87  qəzet  çıxırdı,  1970-ci  ildə  isə  onların  sayı 

118-ə (o cümlədən 93-ü Azərbaycan dilində) çatmışdı.

36 

1946-cı ildən komsomolun 



"Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana", 1958-ci ildən "Bakı", 1963-

cü  ildən  "Baku"  (rus  dilində)  qəzetləri  nəşr  olunur.    1946-cı  ildən  "Müəllim" 

qəzeti,  1953-cü  ildən  "Ədəbiyyat"  qəzeti,  "Azərbaycan  müəllimi",  "Ədəbiyyat  və 

İncəsənət",  "Azərbaycan  kənd  təsərrüfatı",  1960-cı  ildən  isə  "Sovet  kəndi"  adı 

altında qəzet çıxırdı. Respublikada nəşr olunan jurnalların və başqa dövri nəşrlərin 

sayı  1946-cı  ildə  21  idisə,  70-ci  ildə  116-ya  çatdı.  Azərbaycan  dilində  74  jurnal 

nəşr  olunurdu.

37 


1946-cı  ildən  "Pioner",  1957-ci  ildən  "Kirpi",  1958-ci  ildən 

"Göyərçin", 1961-ci ildən "Elm və Həyat", 1967-ci ildən "Ulduz" jurnalları, 1969-

cu  ildən  "Qobustan"  incəsənət  almanaxı  nəşr  olunmağa  başlandı.  1951-ci  ildən 

"Azərbaycan  qadını",  1954-cü  ildən  "Literaturnı  Azerbaydjan"  jurnalları  

fəaliyyətini    yenidən    davam    etdirdilər.  "Vətən  uğrunda"  jurnalı  1946-cı  ildən 

"İnqilab  və  mədəniyyət",  1953-cü  ildən  isə  "Azərbaycan",  "Təşviqatçının 

dəftərçəsi" jurnalı isə 1966-cı ildən "Təşviqatçı" adı ilə çıxırdı. 

Respublikada  Azərbaycan  Dövlət  Nəşriyyatı  ("Azərnəşr"),  Uşaq-Gənclər 

Nəşriyyatı,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Nəşriyyatı  və  "Azərneft" 

Nəşriyyatı fəaliyyət göstərirdi. 

Nəşriyyat  bazasının  genişləndirilməsi  və  möhkəmləndirilməsi  sonrakı 

illərdə  ictimai-siyasi,  elmi-texniki,  kənd  təsərrüfatı,  tibb  və  bədii  ədəbiyyat  nəşri 

işini  gücləndirməyə  imkan  verdi.  1970-ci  ildə  ümumi  tirajı  11,6  mln  nüsxə  olan 

1300 adda, o cümlədən Azərbaycan dilində ümumi tirajı 8,8 mln. nüsxə olan 839 

adda  kitab  nəşr

 

olunmuşdu.



38

  Bədii  əsərlər  kütləvi  tirajla  buraxılırdı.  Klassik 

Azərbaycan  ədəbiyyatı  dəfələrlə  nəşr  olunurdu.  Müasir  Azərbaycan  yazıçılarının 

da əsərlərinin nəşri artırdı. 




126 

 

Rus  ədəbiyyatı  klassiklərinin,  müasir  yazıçılarının  və  başqa  xalqların 



yazıçılarının  əsərləri  Azərbaycan  dilinə  tərcümə  edilmiş  və  kütləvi  tirajla  nəşr 

olunmuşdu.  Xarici  ölkələrin  ən  tanınmış  yazıçılarının  əsərlərinin  Azərbaycan 

dilində buraxılışı artmışdı. 

Mədəni-maarif  işi  eyni  zamanda  SSRİ  xalqlarına  bir-birinin  ədəbiyyat  və 

incəsənəti  ilə  yaxından  tanış  olmağa  imkanlar  açırdı.  1950  1959-cu  illərdə 

Moskvada  Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti  ongünlükləri  böyük 

müvəffəqiyyətlə  keçirildi.  Azərbaycan  mədəniyyətinin  beynəlxalq  əlaqələri  də 

inkişaf  edirdi.  1946-cı  ildə  "Azərbaycanın  Xarici  Ölkələrlə  Dostluq  və  Mədəni 

Əlaqələri  Cəmiyyəti"  təsis  edildi.  Bu  cəmiyyətin  "Azərbaycan"  adlı  jurnalı  çap 

olunaraq dünya ölkələrində yayılırdı. 

 

 

§3. ELM 



 

Müharibədən sonrakı illərdə Azərbaycanda elm böyük uğurla inkişaf edirdi. 

Elmi  idarələrin  sayı  1945-1970-ci  illərdə  66-dan  142-yə  çatmışdı.  Elmlər 

Akademiyası  özünün  elmi  fəaliyyətini  nəzərəçarpacaq  dərəcədə  inkişaf  etdirir, 

ayrı-ayrı  problemlərin  işlənilməsini  dərinləşdirir,  istehsalatla  yaradıcı  əlaqəsini 

möhkəmləndirir, elmi kadrlar hazırlanmasını genişləndirirdi. 

Elmi-tədqiqat 

işləri  respublikanın  ali  təhsil  müəssisələrində  və 

iqtisadiyyatın  mühüm sahələrində inkişaf edirdi. Respublikada elmi  kadrların sayı 

sürətlə  artırdı:  1947-ci  ildəki  3282  nəfərdən  1970-ci  ildə  17082  nəfərə  çatmışdı. 

Həmin  illərdə  elmlər  doktorlarının  sayı  113  nəfərdən  652  nəfərə,  elmlər 

namizədlərinin  sayı  isə  669  nəfərdən  5346  nəfərə  qədər  artmışdı.

39

  Azərbaycan 



Elmlər Akademiyasının nüfuzu ildən-ilə yüksəlirdi. Onun ümumi ştatı 1945-ci ildə 

977, 1955-ci ildə isə 1650 nəfərdən çox olmuşdu. 1970-ci  ildə burada 3318 nəfər 

elmi işçi çalışırdı.

40

 



Fizika  elmində  mühüm  nailiyyətlər  əldə  edilmişdi.  Neftin,  neft 

məhsullarının  və  neft  yataqları  sularının  fiziki  xassələrini  tədqiq  etmək  sahəsində 

səmərəli  tədqiqatlar  aparılırdı.  1946-cı  ildə  Fizika  İnstitutunda  rentgenostruktur 

təhlili laboratoriyası yaradıldı. Bu laboratoriyanın elmi işlərinin nəticələrinin selen 

cihazları hazırlayan zavodlar üçün mühüm əhəmiyyəti var idi.

41

 



Radiofizika sahəsindəki tədqiqatlar əsasən cisimlərin dielektrik xassələrinin 

öyrənilməsini  əhatə  edirdi.  Termodinamika  və  molekulyar  fizika  üzrə  tədqiqatlar 

aparılırdı. Spektral təhlil yolu ilə filizlərdə olan maddələrin miqdarı öyrənilirdi.

42

 



1950-ci ildən respublikada fizika elminin inkişafında yeni mərhələ başlandı 

- yarımkeçiricilərin kompleks tədqiqatları, mayelərin optik, radiospektrik və başqa 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə