TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə67/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   63   64   65   66   67   68   69   70   ...   219

141 

 

mükafatına  layiq  görülmüşdü.  F.Əbdürrəhmanovun  "Çoban"  heykəli  də  Dövlət 



mükafatı ilə qeyd olundu və Dövlət Tretyakov Qalereyasının daimi ekspozisiyasına 

daxil edildi. 

Heykəltəraş  C.Qaryağdı  şair  M.Sabirin  abidəsini,  həmçinin  respublikanın 

məşhur  adamlarının  heykəllərini  yaratmışdı.  Bu  illərdə  heykəltəraşlardan 

T.Məmmədovun,  Ö.Eldarovun,  M.Mirqasımovun  istedadı  özünü  parlaq  surətdə 

göstərdi. 

Rəssamlardan 

M.Rəhmanzadə,  O.Sadıqzadə,  Nəcəfqulu  tərəfindən 

yaradılan  siyasi  plakatlar,  illüstrasiyalar,  karikaturalar  böyük  rəğbət  qazanmışdı. 

Lakin  təsviri  sənətdə  çox  vaxt  fərdi  üsul  və  dəst-xətlərin  yeknəsəqliyinə,  zahiri 

bəzəyə və şişirtmələrə rast gəlinirdi. Azərbaycanın təsviri sənəti yeni monumental 

əsərlərlə  zənginləşdi.  Rəssamlar  yeni  üslubda  müxtəlif  məzmunda  çoxlu  əsər 

yaratdılar.  N.Əbdürrəhmanovun  "Sevinc",  T.Salahovun  "Növbədən  qayıdanda", 

"Təmirçilər",  T.Nərimanbəyovun  "Xəzər  üzərində  şəfəq",  L.Feyzullayevin 

"Qasırğa  yaxınlaşır"  və  başqa  rəssamların  əsərlərində  müasirlərimizin  əmək 

fəaliyyətinin müxtəlif səhnələri təsvir olunmuşdur. 

Azərbaycanın  təbiəti,  onun  təbii  gözəlliyi  S.Bəhlulzadənin  "Doğma 

əkinliklər",  "Səhər  şəfəqi"  kimi  mənzərə  tablolarında  və  digərlərində  öz  əksini 

tapmışdır. 

Azərbaycan  memarlığı  üçün  Xəzər  sahilində  -  Sumqayıtda  iri  sənaye 

mərkəzinin  yaradılmağa  başlanması  mühüm  hadisə  oldu.  Sonrakı  illərdə 

Sumqayıtın  layihələşdirilməsi  və  tikilməsi  sahəsində  iş  davam  edirdi.  Tamamilə 

boş bir yerdə kimyaçılar və metallurqlar şəhəri böyüməyə başladı. 

Bakının  mərkəzinin  yenidən  qurulması  həmin  illərdə  Azərbaycan 

memarlarının fəaliyyətinin mühüm sahəsi idi. Müharibədən sonrakı ilk illər bir sıra 

iri  obyektlərin  başa  çatdırılması  ilə  əlamətdardır.  Hökumət  evinin  (L.Rudiyev  və 

V.Munts)  və  V.İ.Lenin  (indiki  T.Bəhramov)  adına  Respublika  stadionunun 

(Qonsirovski və O.İsayev) inşası başa çatdı. 

Bakı şəhərinin mərkəzi rayonlarında iri ictimai binalar - Azərbaycan Dövlət 

Dram  Teatrı  (Q.Əlizadə,  M.Mədətov),  Mərkəzi  Univermaq  (N.Kəngərli),  Daxili 

İşlər  Nazirliyinin  binası  (Q.Məcidov),  V.İ.Lenin  Muzeyinin  Bakı  filialı  (indiki 

Xalq  Tətbiqi  Sənət  Muzeyi)  (Q.Məcidov),  M.F.Axundov  adına  Dövlət  Kütləvi 

Kitabxanası (M.Hüseynov) ucaldıldı. 

Sabir  bağından  Gənclər  meydanına  qədər  olan  ərazidəki  köhnə    binalar 

söküldükdən,  İçərişəhər  divarları  açıldıqdan,  onlar  Nizami  Muzeyi,    Azərbaycan 

SSR  Elmlər  Akademiyasının  binası  və  Nizaminin  heykəli  olan  bağça  ilə  uyğun 

şəkildə  bərpa  olunduqdan  sonra  gözəl  memarlıq  mənzərəsi  yarandı.  Dağüstü 

yaylanın  tikilib  abadlaşdırılması  sahəsində  işlər  başlandı.  Mingəçevir  su 

qovşağının tikilməsi  və  Mingəçevir su  hövzəsinin  yaradılması  ilə əlaqədar olaraq 



142 

 

Mingəçevir  şəhərinin  layihələşdirilməsinə  başlandı.  Daşkəsənin  layihələşdirilməsi 



və  inşası  böyük  şəhər  tikintisi  tədbirinə  çevrildi.  Müharibə  qurtardıqdan  sonra 

mənzil  tikintisi  sürətlə  aparıldı,  əksər  hallarda  standart  azmərtəbəli  evlər  tikilirdi. 

"Tikintini  sənayeləşdirmək,  keyfiyyətini  yaxşılaşdırmaq  və  dəyərini  azaltmaq 

sahəsində tədbirlər haqqında" Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1955-ci il 

23  avqust  tarixli  qərarından  sonra  Azərbaycanda  yaşayış  evlərinin  kütləvi 

tikintisində bir çox standart layihələr tətbiq olunmağa başlandı. 

Sənaye  müəssisələrinin  layihələşdirilməsi  və  tikintisində  yeni  meyillər 

özünü  açıq-aşkar  büruzə  verirdi.  Öz  memarlıq  həllinə  görə  Daşkəsəndəki 

filizsaflaşdırma  fabrikinin,  Mingəçevir  SES-in  (Popov)  və  Bakı  şin  zavodunun 

(Kanukov) binaları diqqəti cəlb edirdi. 

Naxçıvanda  Musiqili  Dram  Teatrı  binasının  tikilməsi  (H.İsmayılov, 

Q.Məcidov)  şəhər  mərkəzinin  layihələşdirilməsi  üzrə  baş  planın  həyata 

keçirilməsinin  başlanğıcı  oldu.  Gəncədə  möhtəşəm  inzibati  bina  (Z.İsmayılov, 

F.Leontyev) ucaldıldı. 

Müsabiqələr  nəticəsində  malikanə  tipli,  əsasən  bir  və  ikimərtəbəli  kənd 

yaşayış evlərinin tikintisinə başlandı. Lakin memarlıq sahəsində milli ənənələrdən 

uzaqlaşmaq, yeknəsəqlik kimi mənfi cəhətlər də özünü göstərdi. 

1946-1970-ci  illər  Azərbaycan  mədəniyyəti  quruculuğunda  mürəkkəb  və 

ziddiyyətli olsa da, çox mühüm tərəqqi dövrü hesab edilə bilər. 

 

 




143 

 

 



IV FƏSİL 

 

AZƏRBAYCANIN ĠNKĠġAFINDA DÖNÜġ 



MƏRHƏLƏSĠ 

 

§1. RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI 

 

Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  1969-cu  il  iyulun  14-də  keçirilən 



Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. 

Plenumda  Heydər  Əlirza  oğlu  Əliyev  Azərbaycan  KP  MK-nın  birinci  katibi 

seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində 

anadan  olmuşdu.  Naxçıvanda  orta  təhsil  almış,  Pedaqoji  Texnikumu  bitirmişdi. 

1939-1941-ci  illərdə  o,  Azərbaycan  Sənaye  İnstitutunun  memarlıq  fakültəsində 

oxumuşdu.  H.Əliyev  1941-ci  ildən  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər 

Komissarlığında  və  Naxçıvan  MSSR  Xalq  Komissarlığı  Sovetində  şöbə  müdiri, 

1944-cü  ildən  Dövlət  Təhlükəsizlik  orqanlarında  işləmişdi.  1957-ci  ildə 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı 

sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə 

Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsi  Əks-Kəşfiyyat  İdarəsinin  rəisi, 

1965-ci ildən bu Komitə sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu. 

Azərbaycanın  müasir  tarixində  1969-cu  ildə  dönüş  mərhələsinin  təməli 

qoyuldu.


1

  Həmin  il  avqustun  5-də  H.Ə.Əliyev  Azərbaycan  KP  MK  Plenumunda 

çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata 

rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi 

və  onları  aradan  qaldırmaq  yollarını  göstərdi.  Azərbaycan  KP  MK  Avqust 

plenumunda  dövlət  əmək  intizamını  möhkəmləndirmək,  respublikada  mənəvi-

psixoloji  iqlimi  sağlamlaşdırmaq  vəzifələri  irəli  sürüldü.  Heydər  Əliyevin 

rəhbərliyi altında Azərbaycan KP-nin XXVIII (10-12 may 1971-ci il), XXIX (28-

30  yanvar  1976-cı  il),  XXX  (28-30  yanvar  1981-ci  il)  qurultaylarında,  MK-nın 

plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi, mənəvi və 

sosial-mədəni  inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.

2

 



Heydər  Əliyev  qısa  müddətdə  respublikada  idarəçilik  sistemini  xeyli 

möhkəmləndirdi.  Rüşvətxorluğa,  korrupsiyaya  qarşı  ciddi  mübarizəyə  başladı. 

Sovet  hakimiyyəti tarixində  ilk dəfə  sosialist cəmiyyətində  vəzifədən  sui-istifadə, 

korrupsiya  kimi  mənfi  hallar  olduğunu  və  onlara  qarşı  mübarizənin  vacibliyini 

cəsarətlə  elan  etdi  və  bu  hallara  qarşı  qəti  mübarizəyə  başladı.

3

  Heydər  Əliyevin 



SSRİ  rəhbərliyində  böyük  nüfuzu  vardı.  O,  1976-cı  ildə  Sov.İKP  MK  Siyasi 

Bürosu  üzvlüyünə  namizəd  seçildi  və  bu  vəzifənin  verdiyi  imkanlardan 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə