TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə65/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   61   62   63   64   65   66   67   68   ...   219

137 

 

alətləri orkestrinin konsertləri böyük maraqla qarşılanırdı. Xalq rəqslərinin ifaçıları 



və  quruluşçu  rejissorları  Ə.Dilbazi,  Ə.Abdullayev  tamaşaçıların  rəğbətini 

qazanmışdılar.  R.Behbudovun  Azərbaycanı  tərənnüm  edən  mahnıları  sovet  və 

xarici  ölkə    dinləyicilərinin  qızğın  hüsn-rəğbətini  qazanmışdı.  Xalq  musiqiçiləri 

Q.Primovun,  Ə.Bakıxanovun,  B.Mənsurovun,  S.Şuşinskinin,  X.Şuşinskinin, 

S.Qədimovanın,  Ş.Ələkbərovanın,  Ə.Əliyevin  və  başqalarının  ifaçılıq  sənəti 

yüksək səviyyədə idi. 

Mahnı  janrı  sürətlə  inkişaf  edirdi.  Bu  janrı  T.Quliyev,  S.Rüstəmov, 

Q.Hüseynli,  A.Rzayeva,  C.Cahangirov,  S.Ələsgərov,  R.Hacıyev  və  başqaları 

təmsil edirdilər. 

Azərbaycanda musiqi yaradıcılığının səmərəli inkişafı respublikanın musiqi 

mədəniyyətinin  bütün  sahələrinə  getdikcə  daha  çox  təsir  göstərirdi.  İfaçı 

kollektivlər  qarşısında  artıq  milli  repertuar  problemi  durmurdu.  Azərbaycan 

bəstəkarlarının  əsərləri  onların  proqramında  mərkəzi  yer  tutmaqla,  bütövlükdə 

ifaçılıq  sənətinin  inkişafına  kömək  edirdi.  Azərbaycan  musiqisinin  təbliğində 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri xüsusi rol oynamışdı. 

M.F.Axundov adına Opera və Balet Teatrının kollektivinə yeni ifaçı kadrlar 

gəldi.  Rəqqasə  L.Vəkilova  parlaq  yaradıcılıq  fəaliyyətinə  başladı.    Müğənni  

F.Əhmədova yaddaqalan  musiqi-səhnə obrazları yaratdı. 

Azərbaycan  musiqisinin  inkişafına  istedadlı  özfəaliyyət  kollektivlərinin 

yaradıcılığı kömək edirdi. 1960-cı ilin əvvəlində keçirilmiş özfəaliyyətə respublika 

baxışında 300-dən çox Azərbaycan xalq çalğı alətləri üçlüyü, xalq yaradıcılığının 

müxtəlif  janrlarının  3000-ə  qədər  ifaçısı,  213  xor  və  42  rəqs  kollektivi  iştirak 

etmişdi.

49

 



Müharibədən  sonrakı  illərdə  teatrların  təşkilat  və  yaradıcılıq  həyatında 

müəyyən dönüş yarandı. İnsanların mənəvi simasını və qəhrəmanlığını əks etdirən 

yüksək  bədii  keyfiyyətli  tamaşalar  yaradılmağa  başlandı.  Dram  teatrları  müasir 

mövzularda tamaşaların səhnəyə qoyulması sahəsində böyük iş görürdülər. 

1947-ci  ildə  rejissor  A.İskəndərov  yazıçı  İ.Əfəndiyevin  "İşıqlı  yollar" 

pyesini və 1948-ci ildə "Bahar suları" əsərini tamaşaya qoydu. Rejissor işi, aktyor 

ifası  cəhətdən  diqqəti  cəlb  edən  bu  tamaşalar  M.Əzizbəyov  adına  Azərbaycan 

Dövlət  Akademik  Dram  Teatrının  ideya-sənətkarlıq  və  məfkurəvi  həyatında 

mühüm  hadisə  idi.  1947-1948-ci  illərdə  teatrın  yaradıcı  kollektivi  C.Cabbarlının 

"Yaşar",  B.Çirikovun  "Qaliblər",  Ceyn  Qou  və  Arnoldo  Dyussonun  "Dərin 

köklər", A.Fadeyevin "Gənc qvardiya" əsərlərinin tamaşalarını hazırladı. 

1948-ci  ildə  Moskva  qastrolu  Azərbaycan  Dram  Teatrının  həyatında 

mühüm  hadisə  oldu.  Teatr  paytaxt  tamaşaçılarına  C.Cabbarlının  "1905-ci  ildə", 

S.Vurğunun  "Vaqif",  Ə.Məmmədxanlının  "Şərqin  səhəri",  V.Şekspirin  "12-ci 




138 

 

gecə",  A.N.Ostrovskinin  "Tufan"  pyeslərini  və  digər  əsərlərin  tamaşalarını 



göstərdi. 

Rejissor  M.Məmmədovun  Gəncə  Dövlət  Dram  Teatrında  hazırladığı 

"Otello" bu dövrün ən yaxşı tamaşalarından idi. S.Rəhmanın "Aydınlıq", Lope de 

Veqanın  "Rəqs  müəllimi",  Q.Mdivaninin  "Kimdir  müqəssir",  Tur  qardaşlarının 

"Bir  evin  sirri",  C.Məcnunbəyovun  "Böyük  məhəbbət"  pyeslərinin  tamaşaları  da 

maraqla qarşılandı. 

1949-cu  ildə  Azərbaycan  teatrının  75  illik  yubileyi  təntənə  ilə  qeyd  edildi. 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1949-cu  il  23  iyul  tarixli  fərmanı  ilə  teatra 

Qırmızı Əmək Bayrağı ordeni verildi. S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ 

xalq  artisti  kimi  yüksək  ada  layiq  görüldülər.  Teatr  müxtəlif  janrlı  tamaşalar 

hazırlamaqla ideya-məzmun və üslub etibarilə geniş yaradıcılıq yolunda olduğunu 

bir daha sübut etdi. 

Lakin  bu  dövrdə  Azərbaycan  dövlət  teatrlarının  sayı  xeyli  azaldı.  1937-ci 

ildə  Azərbaycanın ayrı-ayrı rayonlarında  yaradılmış dövlət teatrlarını "səmərəsiz" 

hesab  edib  ucdantutma  bağladılar.  Yalnız  Naxçıvanda,  Gəncədə,  Xankəndi  və 

Qubada olan teatrlar öz fəaliyyətini davam etdirirdilər. 

50-ci illərdə Azərbaycan teatrı müasir həyatımızın müxtəlif sahələrinə həsr 

edilmiş  yeni  tamaşalar  hazırladı,  klassik  dramaturgiyanın  ən  yaxşı  nümunələrini 

tamaşaçılara  göstərdi.  Azərbaycan  milli  dramaturgiyası  teatrla  bərabər  böyük 

inkişaf  yolu  keçərək  həyat  və  sənət  problemlərinin  həllində  mühüm  rol  oynadı. 

Müasirlik hissi, hadisələrə müasir baxış klassik əsərlərin tamaşalarında da öz əksini 

tapmışdı.  "Od  gəlini"  (C.Cabbarlı),  "Məzəli  əhvalat"  (K.Qoldoni),  "Namus" 

(A.Şirvanzadə),  "Lənkəran  xanının  vəziri"  (M.F.Axundov),  "Hacı  Qənbər" 

(N.Vəzirov), "Şeyx Sənan" (H.Cavid) və s. tamaşalar bu cəhətdən olduqca qiymətli 

idi. 

Bu dövrdə müasir mövzulu tamaşalar içərisində S.Rəhmanın "Nişanlı qız", 



İ.Əfəndiyevin  "Atayevlər  ailəsi",  İ.Səfərlinin  "Göz  həkimi",  Ə.Məmmədxanlının 

"Şirvan gözəli" pyesləri  mövzu və  janr etibarilə  müxtəlif  olsa  da, bu tamaşalarda 

xalqın  müxtəlif  təbəqələrinin  surətləri  yaradılmışdı.  Müasirliklə  əlaqələri 

genişləndirmək təşəbbüsü Gəncə Dram Teatrının tamaşalarında da ("Böyük ürək", 

"Bir gəncin manifesti") özünü göstərdi. 

Sülhsevər  siyasətin  təbliği,  müharibə  qızışdırıcıların,  milli  azadlıq 

hərəkatını  boğmağa  çalışanların  ifşası  Azərbaycan  teatrının  əsas  məqsədlərindən 

olmuşdur. Ə.Məmmədxanlının "Od içində", V.Sebkonun "İkinci cəbhə arxasında", 

N.Hikmətin  "Türkiyədə"  və  İ.Qasımovla  H.Seyidbəylinin  müştərək  yazdıqları 

"Uzaq sahillərdə" pyeslərinin tamaşaları bu baxımdan çox əhəmiyyətli idi. 

Beləliklə,  1951-1960-cı  illərdə  Azərbaycan  teatrında  müasir  mövzu  və 

müasir  qəhrəmanın  səhnəyə  gəlməsi  prosesi  güclənmişdi.  Bu  yeniləşmə  tarixi 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə