TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə66/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   62   63   64   65   66   67   68   69   ...   219

139 

 

mövzulara  həsr  olunmuş  ayrı-ayrı  tamaşalara  da  təsir  edirdi.  Həmin  keyfiyyətlər 



V.Şekspirin  "Qış  nağılı",  H.Cavidin  "Şeyx  Sənan"  və  H.Mehdinin  "Cavanşir" 

pyeslərinin tamaşalarında aydın nəzərə çarpırdı. Lakin həmin illərdə baş alıb gedən 

bədnam  konfliktsizlik  "nəzəriyyəsi"  müasir  mövzulu  əsərlərə  və  onların 

tamaşalarına öz mənfi təsirini göstərdi ("Zərif tellər", "İldırım" və s.) 1956-cı ildə 

Azərbaycan  Dövlət  Akademik  Dram  Teatrının  H.Cavid  yaradıcılığına  müraciət 

edib,  20  illik  fasilədən  sonra  şairin  "Şeyx  Sənan"  mənzum  faciəsini  tamaşaya 

hazırlaması  həm  teatr  kollektivinin,  həm  tamaşaçıların,  həm  də  respublika  teatr 

ictimaiyyətinin  ürəyindən  oldu.  Əsərdəki  yüksək  dramatik  ehtiraslar,  zəngin 

şeriyyət,  parlaq  romantika  teatr  kollektivi  üçün  ilham  mənbəyinə  çevrildi.  Bu 

tamaşada R.Əfqanlı və A.D.Qurbanov (Şeyx Sənan), H.Qurbanova və N.Məlikova 

(Xumar),  S.Ruhulla  və  A.Gəraybəyli  (Platon),  Ə.Sultanov  (dərviş),  Ə.Qurbanov 

(keşiş), M.Sənani və İ.Dadaşov (Serqo) və b. emosional obrazlar yaratdılar. 

V.Şekspirin əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyan Azərbaycan Dövlət 

Akademik  Dram  Teatrı  1956-cı  ilin  aprelində  Ümumrusiya  Teatr  Cəmiyyəti 

tərəfindən  Moskvada  keçirilən  "Şekspir  sovet  səhnəsində"  konfransında  iştirak 

etdi. 


1957-ci  ildə  keçirilən  Ümumittifaq  konfransında  teatr  "Almaz"  və 

"Cavanşir"  tamaşalarını  göstərdi.  Yüksək  səviyyədə  oynanılan  həmin  tamaşalara 

görə  teatra  festivalın  laureatı  adı  verildi  və  o,  birinci  dərəcəli  diplomla  təltif 

olundu. 


Azərbaycan  Dram  Teatrı  dəfələrlə  rus,  Avropa  və  qardaş  xalqların 

dramaturgiyasına  müraciət  etmişdi,  A.İskəndərov,  M.Məmmədov,  T.Kazımov, 

Ə.Şərifov, Ə.Ələkbərov  kimi  rejissorlar "Müfəttiş" (N.Qoqol), "Vassa  Jeleznova" 

(M.Qorki),  "Vanya  dayı"  (A.Çexov),  "Məzəli  əhvalat",  "Mehmanxana  sahibəsi" 

(K.Qoldoni) "Sevilya ulduzu" (Lope de Veqa),  "Qış nağılı" (V.Şekspir) pyeslərini 

müvəffəqiyyətlə tamaşaya qoymuşdular. 

Bakıdakı S.Vurğun adına Rus Dram Teatrı da müasir mövzularda tamaşalar 

hazırlamaq  üçün  ciddi  səy  göstərirdi.  Qəhrəmanlıq,  lirik,  satirik,  psixoloji 

tamaşalar  teatrın  səhnəsində  müvəffəqiyyətlə  göstərilir  və  onun  kollektivinin 

yaradıcılıq imkanlarını nümayiş etdirirdi. 

 Müharibədən  sonrakı  illərdə  Azərbaycan  kinosunun  inkişafında,  onun 

kollektivinin  böyüməsində  nəzərə  çarpacaq  irəliləmələr  baş  verdi.  Respublikada 

müntəzəm  olaraq  bədii  və  sənədli  filmlər  buraxılırdı.  Azərbaycan 

kinematoqrafçıları  tanınmış  yazıçılar,  ssenaristlər,  rəssamlar,  bəstəkarlar  və 

artistlərlə sıx yaradıcılıq əməkdaşlığında bir sıra gözəl filmlər yaratdılar. 

Azərbaycan  kinematoqrafçılarının  1945-ci  ildə  istehsal  etdiyi  "Arşın  mal 

alan"  filmi  nəinki  SSRİ-də,  hətta  bütün  dünyada  çox  böyük  müvəffəqiyyətlə 

nümayiş  etdirilmişdi.  Bu  filmin  yaradıcıları  və  ifaçıları  Dövlət  mükafatına  layiq 




140 

 

görüldülər.  1949-1950-ci  illərdə  yaradılmış  "Bakının  işıqları"  filmi  Bakı 



neftçilərinin müharibə illərindəki əmək qəhrəmanlığından bəhs edirdi. 

50-ci  illərdə  Azərbaycan  kinosunun  inkişafında  ciddi  müvəffəqiyyətlər 

müşahidə olunurdu. "Xəzər neftçiləri haqqında povest" (1953) və "Dəniz fatehləri" 

(1959)  sənədli  filmlərinin  ekrana  buraxılması  kino  sənətinin  böyük  nailiyyəti  idi. 

"Görüş" filmi (1957) Azərbaycan pambıqçılarının Özbəkistanın pambıq ustaları ilə 

dostluğuna həsr olunmuşdur. 

Azərbaycan  kinematoqrafçılarının  axtarışları,  onların  tarixi  və  milli 

səciyyəvi  xüsusiyyətlərdən  bacarıqla  istifadə  etməsi,  yeni  yaradıcı  işçilərin  cəlb 

olunması böyük uğurlarla nəticələndi. 

1954-1958-ci  illərdə  respublikanın  kino  sənəti  tamaşaçılar  tərəfindən 

hərarətlə  qarşılanan  yeni  ən  yaxşı  filmlərin  -  "Sevimli  mahnılar",  "Qara  daşlar", 

"Qızmar günəş altında", "Bir məhəlləli iki oğlan'', "Uzaq sahillərdə", "O olmasın, 

bu  olsun",  "Ögey  ana",  "Mahnı  belə  yaranır"  və  b.  filmlərin  yaradılması  ilə 

əlamətdar  olmuşdu.  Bununla  bərabər,  bir  çox  kinofilmlər  tamaşaçıların  artan 

estetik tələblərinə hələ də cavab vermir, kino dramaturgiyası geri qalır, kino üçün 

yaradıcı və ifaçı kadrların hazırlanmasına kifayət qədər diqqət yetirilmirdi. 

Azərbaycan  rəssamlarının  yaradıcılığında  dövrün  adamlarının  məişəti  və 

əmək  fəaliyyəti  mövzuları  əsas  yer  ruturdu.  Mingəçevir  tikintisində  təbiətin 

dəyişdirilməsinə  M.Abdullayevin  "Mingəçevirin  işıqları",  "Beşillik  yolları  ilə" 

romantik sənaye mənzərələri həsr olunmuşdu. Onun "Xoşbəxtlik yaradanlar" rəsmi 

fəlsəfi  baxışı  ilə  nəzəri  cəlb  edir.  M.Abdullayev  özünün  "Axşam"  rəsm  əsərində 

Azərbaycan  qadınının  mənən  saflığını  və  gözəlliyini  əks  etdirmişdir.  Rəssam 

B.Mirzəzadə  "Neft  mədənlərində"  və  dəniz  neft  mədənlərinin  mənzərəsini  əks 

etdirən  bir  sıra  rəsmlərdə  ("Yeddi  gəmi  adası",  "Estakadalar",  "Çənlər")  yaradıcı 

əməyin poeziyasını yaratmışdır. Müasir Azərbaycan kəndinə həsr edilmiş "Dövlətə 

pambıq  təhvili"  kompozisiyası  da  (B.Əliyev,  Əbdülxalıq,  A.Zarubin)  tipik  əyani-

nəqli  əsərlər  sırasına  aiddir.  Rəssamlardan  S.Salamzadə,  T.Tağıyev,  S.Şərifzadə, 

V.Səmədova  və  başqaları  respublikanın  görkəmli  adamlarının,  milli  mədəniyyət 

xadimlərinin  bir  sıra  portret  obrazlarını,  lirik  qadın  portretlərini  yaratmışdılar. 

Səttar  Bəhlulzadənin  Azərbaycanın  gözəl  guşələri  Quba,  Abşeron  və  Qarabağın 

təbiətinə  həsr  edilmiş  mənzərə  şəkilləri  məhəbbətlə  təsvir  olunmuşdur.  Həmin 

illərdə  Azərbaycan  rəssamlarının  sıraları  yeni  istedadlı  gənclərin  hesabına  artırdı. 

T.Nərimanbəyovun "Nar" rəngli rəsm əsərində romantik intonasiya üstünlük təşkil 

edir. N.Ədülrəhmanovun "Düyü əkini" və A.Cəfərovun "Qolbaq seçmək" şəkilləri 

lirik əhvali-ruhiyyə ilə zəngindir. 

Azərbaycan  heykəltəraşlarının  fəaliyyəti  uğurlu  nailiyyətlərlə  nəzəri  cəlb 

edirdi.  1947-1949-cu  illərdə  heykəltəraş  F.Əbdürrəhmanov  Nizaminin  Bakıda  və 

Gəncədə  ucaldılmış  heykəllərini  yaratmışdı.  Nizaminin Gəncədəki abidəsi Dövlət 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə