TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə64/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   60   61   62   63   64   65   66   67   ...   219

135 

 

Milli  şüurun  oyanmasında  Cənub  mövzusunda  əsərlərin  xüsusi  əhəmiyyəti 



vardı. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı silsilə şeirlər böyük poetik 

və siyasi təsir gücünə malik idi. 

M.İbrahimovun  "Gələcək  gün",  "Pərvanə",  P.Makulunun  "Səttarxan" 

romanları maraqla qarşılanmışdı. Balaş Azəroğlunun, Əli Tudənin, Söhrab Tahirin, 

Mədinə  Gülgünün,  Həkimə  Büllurinin  əsərlərində  parçalanmış  vətən,  ayrılıq, 

həsrət mövzuları əsas yer tuturdu. 

Xaricdə  yaşayan  azərbaycanlı  yazıçıların  yaradıcılığı  da  Azərbaycan 

ədəbiyyatının  zənginləşməsinə  töhfə  idi.  Ümbülbanu  Mirzə  (Banin)  1945-ci  ildə 

Parisdə çap olunmuş "Qafqaz günləri" romanı ilə istedadlı yazıçı kimi tanınmışdı. 

Onun  sonrakı  illərdə  nəşr  olunmuş  "Paris  günləri",  "Sonra",  "Yad  Fransa",  "Son 

ümidin harayı" və s. əsərləri də maraqla qarşılanmışdı. 

 

 



 

 

§5. ĠNCƏSƏNƏT 

 

Azərbaycan  incəsənəti  də  inkişafda  idi.  Azərbaycan  bəstəkarlarının 

yaradıcılığında mərkəzi yeri simfonik musiqi tuturdu. Q.Qarayev İkinci, C.Hacıyev 

Üçüncü,  S.Hacıbəyov  İkinci  simfoniyalarını  bəstələdilər.  Simfonik  musiqiyə 

"Nizami"  mövzusu daxil oldu. "Leyli və  Məcnun" poemasının  motivləri əsasında 

Q.Qarayev  eyniadlı  simfonik  poema  yazdı.  F.Əmirov  simli  orkestr  üçün 

simfoniyasını böyük şairin xatirəsinə həsr etdi. 

Respublikanın musiqi həyatında F.Əmirovun yaratdığı yeni simfonik musiqi 

janrı  -  simfonik  muğam  mühüm  hadisə  oldu.  Bəstəkar  "Şur"  və  "Kürd-ovşarı" 

əsərlərində  ilk  mənbə  kimi  Azərbaycan  muğamlarının  orijinal  melodiyalarından 

istifadə  etdi.  Bir  qədər  sonra  Niyazi  "Rast"  simfonik  muğamını,  S.Ələsgərov  isə 

"Bayatı-Şiraz" simfonik muğamını yaratdı. 

F.Əmirov  və  E.Nəzirovanın  ərəb  mövzularında  orkestrlə  fortepiano  üçün 

ikiqat  konserti  (1957-ci  il)  musiqi  həyatında  əlamətdar  hadisə  oldu.  1960-cı  ildə 

Q.Qarayev skripka və  fortepiano üçün Sonata, "Don Kixot" simfonik qravürlərini 

yaratdı. 

Simfonik  yaradıcılıq  sahəsində  proqramlı  əsərlər  ön  plana  çıxırdı. 

C.Hacıyevin "Sülh uğrunda" simfonik poeması mövzusunun publisist  istiqamətilə 

diqqəti cəlb edir. Dünyanın bütün xalqlarına aid olan mövzunu bəstəkar tərəfindən 

öz  xarakterinə  görə  parlaq  milli  musiqidə  açıb  göstərən  "Kvartet-poema"sı  onun 

başqa əsərləri arasında seçilirdi. 



136 

 

Azərbaycan 



musiqisi  üçün  yeni  olan  kantata-oratoriya  janrında 

C.Cahangirovun "Füzuli" kantatası (1959-cu il) yarandı. 

Bu  dövr  digər,  həm  də  olduqca  mühüm  bir  hadisə  ilə  -  Azərbaycan 

bəstəkarlarının  yeni,  üçüncü  nəslinin  həyata  qədəm  qoyması  ilə  əlamətdar  idi. 

Onların ilk böyük əsərləri - A.Məlikovun "Nağıl" simfonik poeması (1957-ci il) və 

Birinci  simfoniyası,  X.Mirzəzadənin  Birinci  simfoniyası  (1957-ci  il)  və 

V.Adıgözəlovun Birinci  simfoniyası (1958-ci  il)  50-ci  illərin sonlarında  meydana 

çıxmışdı. 

Ə.Bədəlboyli  "Nizami"  operasını  tamamladı.  C.Cabbarlının  eyni  adlı 

dramının  süjetinə  F.Əmirovun  yazdığı  "Sevil"  operası  (1953)  opera  sənətində 

parlaq səhifə oldu. Opera xalq arasında tezliklə çox

 

məşhurlaşdı. C.Cahangirovun 



"Azad"  operası  (1957)  Arazın  o  tayında  yaşayan  azərbaycanlıların  öz  azadlığı 

uğrunda  apardığı  mübarizəni  əks  etdirdi.  Opera  janrı  R.Mustafayevin  yeni  əsəri 

"Vaqif"lə

 

(1960) zənginləşdi. 



S.Hacıbəyov  müasir  mövzuda  "Gülşən"  (1957)  baletini  bəstələdi. 

Q.Qarayevin  "Yeddi  gözəl"  baleti  (1952)  Azərbaycan  balet  sənətini  yeni  inkişaf 

pilləsinə  yüksəltdi.  Bu  əsər  bir  çox  sovet  və  xarici  ölkə  teatrlarının  repertuarını 

zənginləşdirdi.  Q.Qarayev  Nizami  yaradıcılığının  humanist  ideyalarını  öz  balet 

musiqisində  yüksək  bədii  səviyyədə  təcəssüm  etdirmişdir.  "Yeddi  gözəl"  baleti 

Azərbaycan balet musiqisinin sonrakı inkişafına böyük təsir göstərmişdir. 

Q.Qarayevin  1958-ci  ildə  yaratdığı  "İldırımlı  yollarla"  əsəri  balet 

musiqisinin yeni nailiyyəti oldu. Balet H.Abrahamsın povestinin motivləri əsasında 

yazılmış,  ilk  dəfə  1958-ci  ildə  Leninqrad  Opera  və  Balet  Teatrında  tamaşaya 

qoyulmuşdu. Baletin musiqisi öz azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparan 

Afrika  xalqına  qızğın  məhəbbətlə  yoğrulmuşdu.  Parlaq  müasir  obrazlar  baletin 

cazibədarlığını  gücləndirməklə,  onu  balet  klassikasının  ən  gözəl  nümunələri 

səviyyəsinə qaldırırdı. 

Musiqili komediya janrı fəal inkişaf edirdi. Müasir mövzuya həsr edilmiş ən 

gözəl Azərbaycan operettaları - S.Rüstəmovun "Durna", F.Əmirovun "Yaxşı yol", 

S.Ələsgərovun  "Ulduz"  operettaları  idi.  Operetta  janrında  T.Quliyevin 

"Qızılaxtaranlar" və  R.Hacıyevin "Romeo  mənim qonşumdur" əsərləri bacarıq və 

maraqla işlənilmişdi. 

Kamera instrumental-vokal musiqisində parlaq əsərlər yarandı. Azərbaycan 

bəstəkarlarının yaradıcılığı təkrarsız milli özünəməxsusluğu ilə səciyyələnirdi. 

Respublikanın musiqi həyatı olduqca zəngin idi. M.F.Axundov adına Opera 

və  Balet  Teatrının  fəaliyyəti  xeyli  canlanmışdı.  Tamaşalara  Niyazi,  Ə.Bədəlbəyli 

kimi  müqtədir  sənətkarlar  dirijorluq  edirdilər.  Q.Almaszadə,  K.Bataşov  və 

başqaları  baletdə  yetkin  sənətkarlıq  nümayiş  etdirirdilər.  Ü.Hacıbəyov  adına 

simfonik orkestrə

 Niyazi


 rəhbərlik edirdi. S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə