TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə38/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   34   35   36   37   38   39   40   41   ...   219

82 

 

"Qafqazenerjitikinti",  iri  tikinti  təşkilatları,  "Zaqsənayetikinti"  tresti  ilə  yanaşı, 



"Mingəçevirtikinti",  "Daşkəsənfiliztikinti",  "Kür-Araz  sutikinti",  "Bakı  tikinti-

quraşdırma" Tresti, "Azneftdəniztikinti" və başqa tikinti təşkilatları yaradıldı, çoxlu 

iri  sənaye  müəssisəsi  istismara  verildi,  ağır  sənayenin  yeni  sahələrinin 

yaradılmasına başlandı. 

Hələ 1944-cü ildə Sumqayıt boru-prokat zavodunun tikintisi bərpa olundu.

49

 



Sumqayıtda  alüminium  zavodunun  tikintisi  üçün  hazırlıq  işləri  genişləndi. 

Respublikada  alüminium  sənayesinin  yaradılması  işləri  hələ  müharibədən  əvvəl 

başlanmışdı. 1947-ci ilin yayında Sumqayıtda respublikanın böyük kimyasının ilki 

olan sintetik kauçuk zavodunun tikintisinə başlandı. 

Azərbaycan  SSR-in  məhsuldar  qüvvələrinin  inkişafında  Zaqafqaziyada  ən 

böyük Daşkəsən dəmir filizi yatağı əsasında  filiz-mədən  sənayesinin  yaradılmağa 

başlanması  böyük  hadisə  oldu.  Burada  iri  filiz-mədən  müəssisəsinin-Daşkəsən 

dəmir  mədəninin  əsası  qoyulurdu.  Rustavidəki  Zaqafqaziya  metallurgiya  zavodu 

bu  mədənin  bazasında  yaradılmışdı.  Müharibə  nəticəsində  -  Daşkəsən  mədəninin 

tikintisi dayandırılmış və 1945-ci ilin üçüncü rübündə bərpa olunmuşdu.

50

 

Sənaye müəssisələri ilə yanaşı, çoxlu mənzil, mədəni-məişət ocağı və digər 



obyektlər  tikilmişdi.  Lakin  əsaslı  tikintinin  sürəti  respublikanın  inkişaf  etməkdə 

olan iqtisadiyyat və mədəniyyətinin tələblərinə hələ cavab vermirdi. 

Azərbaycanda  nəqliyyat  da  inkişaf  etməkdə  idi.  1945-ci  ildə  SSRİ  Xalq 

Komissarları  Sovetinin  qərarı  ilə  müstəqil  Azərbaycan  Dəmir  Yolu  İdarəsi 

yaradıldı.  Uzunluğu  36  km  olan  Alabaşlı-Quşçu  körpüsü  dəmir  yolu  1948-ci  il 

iyulun 27-də işə salındı.

51

 Elektrik dəmir yolu şəbəkəsi genişləndirildi. 1948-ci ildə 



Suraxanı-Qala, 1949-cu ildə Qala-Buzovna sahələri istismara verildi.

52

 Dəmir yolu 



nəqliyyatı ilə yük daşınması artırdı. 

Su,  avtomobil  və  hava  nəqliyyatının  inkişafında  xeyli  müvəffəqiyyət  əldə 

edilmişdi.  Onların  texniki  təchizatı  yaxşılaşmışdı,  bu  isə

 

yük  dövriyyəsini  və 



sərnişin  daşınmasını  artırmağa  imkan  verirdi.  Avtomobil  yolları  yenidən  qurulur, 

möhkəm  örtüyü  olan  yeni  yollar  çəkilirdi.  Sərnişin  daşımalarında  avtomobil 

nəqliyyatının rolu daim artırdı. 1950-ci ildə ümumi istifadədə olan avtobuslarla 11 

mln sərnişin daşındı, halbuki 1940-cı ildə bu rəqəm cəmi 3,8 mln idi. 1949-cu ildən 

əhaliyə  taksilər  xidmət  etməyə  başladı.

53

  Azərbaycanın  paytaxtı,  respublikanın 



şəhərləri,  ölkənin  mühüm  inzibati  və  sənaye  mərkəzləri  ilə  hava  xətlərinin  sayı 

artırdı.  Respublikanın  mülki  aviasiyası  kənd  təsərrüfatı  əməkçilərinə  də  böyük 

kömək göstərirdi. 

Rabitə  müəssisələrinin  şəbəkəsi,  poçt  mübadiləsi  genişlənirdi.  Teleqraf-

telefon  rabitəsi  yenidən  qurulurdu.  1946-cı  ildə  Bakı-Tbilisi  arasında  yüksək 

tezlikli  teleqraf  magistral  kanalı  açıldı,  sonrakı  illərdə  isə  Bakı-Yevlax  sahəsində 




83 

 

yeni  teleqraf  aparatları  tətbiq  olundu.  1949-cu  ildə  Bakıda  ilk  dəfə  olaraq  əl 



sistemli abonent teleqraf stansiyası quruldu.

54

 Radiorabitə də xeyli inkişaf etdi. 



Beləliklə, 

1946-1950-ci 

illər 

Azərbaycanın 



xalq 

təsərrüfatının 

müvəffəqiyyətlə  bərpa  edilməsi,  dördüncü  beşilliyin  əsas  istehsal  tapşırıqlarının 

yerinə yetirilməsi, sənayenin, kənd təsərrüfatının, tikintinin, nəqliyyat və rabitənin 

texniki  səviyyəsinin  daha  da  yüksəlməsi  ilə  əlamətdar  oldu.  1945-1950-ci  illərdə 

respublika  sənayesinin  ümumi  məhsulu  78  faiz  artdı.

55

  Sənayedə  müharibədən 



sonrakı birinci beşillik plan 4 ilə yerinə yetirildi.

56

 



Azərbaycan neft sənayesi xeyli inkişaf etdi. Plan tam yerinə yetirilməsə də, 

neft hasilatı 28 faiz artdı. Qaz çıxarılması isə 26 faiz çoxaldı.

57

 1950-ci ildə 14822 



min ton neft çıxarıldı.

58

 



Neft  emalı  zavodlarının  istehsal  gücü  artırıldı,  məhsulların  çeşidləri 

genişləndi və keyfiyyəti yaxşılaşdı. 1946-1950-ci illər ərzində neft emalının həcmi 

1,3  dəfə,  bütün  əlvan  neft  məhsullarının  istehsalı  14  dəfə,  o  cümlədən  aviasiya 

benzini növləri 7,5 dəfə, dizel yanacağı 6,5 dəfə, bütün növ yağların istehsalı 1,75 

dəfə çoxaldı.

59

 



Sənayenin digər sahələri qısa müddətdə bərpa olundu və inkişaf etdi. 1946-

1950-ci  illərdə  polad  istehsalı  89  faiz,  prokat  istehsalı  79  faiz,  elektrik  enerjisi 

istehsalı 76 faiz, maşınqayırma və metal emalı  məhsulu istehsalı 149 faiz, sement 

istehsalı 48 faiz artdı.

60

 

Yüngül və yeyinti sənayesi uğurla inkişaf edirdi.



61

 1950-ci ildə 

Naxçıvan  MSSR-də  sənayenin  ümumi  məhsulu  1940-cı  il  səviyyəsini  44 

faiz, Dağlıq Qarabağ Muxtar Vilayətində isə 74 faiz ötüb keçdi.

62

 

Azərbaycanın  kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahəsi  1950-ci  ildə  1945-ci 



ilə  nisbətən  47  min  hektar  artdı,

63

  ümumi  məhsul  istehsalının  həcminə  görə  isə 



1940-cı ilin səviyyəsindən 32 faiz çox oldu. Beşillik ərzində xam pambıq istehsalı 

64 min tondan 283,6 min tona çatdı. Eyni zamanda hər hektardan götürülən məhsul 

2,8 dəfə artaraq, 1950-ci ildə 18,7 sentnerə çatdı.

64

 



Kolxoz  və  sovxozlarda  ictimai  mal-qaranın  sayını  artırmağa  dair dördüncü 

beşilliyin  planı  artıqlaması  ilə  yerinə  yetirilmişdi.

65

  Lakin  heyvandarlığı  inkişaf 



etdirmək üçün kolxoz və sovxozların böyük imkan və ehtiyatlarından tam istifadə 

olunmamışdı.  Kolxozçuların,  fəhlə  və  qulluqçuların  şəxsi  istifadəsindəki  mal-

qaraya  münasibətdə  ciddi  pozuntular  olmuşdu.  Bunun  nəticəsində  zəhmət 

adamlarının  yardımçı  təsərrüfatında  inək,  camış,  qoyun,  keçi  və  donuzların  sayı 

kəskin surətdə azalmışdı. 

Azərbaycanda  tikinti  işlərinin  genişlənməsi,  dördüncü  beşillikdə  tikinti 

təşkilatlarının  yeni  texniki  bazasının  inkişafı,  işçilərin  ixtisasının  artırılması 

nəticəsində  485  mln  manatlıq  tikinti-quraşdırma  işləri  görülmüşdü.

66

  34  iri  yeni 



dövlət sənaye müəssisəsi istifadəyə verilmişdi.

67

 Yaşayış evlərinin, məktəblərin və 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə