TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə71/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   67   68   69   70   71   72   73   74   ...   219

150 

 

başa  çatdırıldı.  Bakıda  müasir  texnologiyaya  əsaslanan  neft  emalı  üzrə  yeni 



qurğuların  yaradılması  nəticəsində  Azərbaycan  qonşu  respublikalardan  gətirilən 

xam neftin də emalını həyata keçirirdi. 

Neft  hasilatının  respublikada  sabitləşməsi  fürsətindən  istifadə  edərək, 

Azərbaycanda,  o  cümlədən  onun  Xəzər  sektorunda  karbohidrogen  xammalın  çox 

zəngin  ehtiyatlara  malik  olmasına  əsaslanaraq,  geoloji-kəşfiyyat  işlərinin  geniş 

miqyasda  həyata  keçirilməsinə  başlanıldı.  Məhz  həmin  illərdə  Azərbaycanın  neft 

sənayesinin  Xəzər  dənizi  hesabına  böyük  gələcəyini  nəzərə  alaraq,  son  dərəcə 

mühüm bir tədbir həyata keçirildi. Sovet İttifaqının ümumi vəsaitindən alınan 400 

milyon dollar hesabına  Bakıda  dərin dəniz  özülləri  kimi çox nəhəng bir zavodun 

tikilməsinə  başlandı.  70-80-ci  illərdə,  xüsusən  H.Ə.Əliyevin  rəhbərliyi  dövründə 

Azərbaycanın  təbii  sərvətlərindən  respublikanın  öz  mənafeyi  üçün  daha  səmərəli 

istifadə  edilməsinə  diqqət  yetirildi.  Yerli  xammal  resurslarından  son  hazır 

məhsullar  istehsalı  sahəsində,  hətta  mərkəzdən  ciddi  maneələr  törədilsə  də, 

respublikada çox qəti addımlar atıldı. Az vaxt içərisində yerli alüminium xammalı 

əsasında soyuducular üçün buxarlayıcılar və başqa hazır məhsulların istehsalı təşkil 

edildi.  Salyan  plastik  kütlə  emalı  zavodu  inşa  edildi.  Yerli  xammal  əsasında 

respublikada  bütün  növ  parça  məhsullarının,  geniş  çeşidli  trikotaj,  tikiş 

məmulatlarının və digər çoxlu hazır məhsulun istehsal həcmi artdı. Məsələn, həmin 

vaxtlar  bütün  növ  parça  məhsulları  43  faiz,  o  cümlədən  ipək  parçalar  iki  dəfə, 

trikotaj məmulatları iki dəfədən çox, xalça və xalça məmulatları beş dəfəyə qədər 

artdı.  Sumqayıtda  nəhəng  EP-300  qurğusunun  yaradılması  Azərbaycan  kimya 

sənayesində müxtəlif məhsullar istehsalının əsasını qoydu. 

70-80-ci  illərdə  yeni  müəssisələr  sənayenin  istehsal  quruluşunun 

təkmilləşdirilməsində  və  məhsul  istehsalının  artırılmasında  əhəmiyyətli  rol 

oynamışdır.  Belə  ki,  həmin  illərdə  Azərbaycanda  218  yeni  sənaye  müəssisəsi 

istifadəyə verildi ki, bu da Sovet hakimiyyətinin əvvəlki 50 ilində istifadəyə verilən 

yeni sənaye müəssisələrinin 70 faizə qədərini təşkil edirdi.

37

 Mingəçevirdə tikilən 



və  Cənubi  Qafqazda  ən  iri  elektrik  stansiyası  -  Yeni  Azərbaycan  Dövlət  rayon 

Elektrik  stansiyası,  Şəmkir  SES-i,  Bakı  məişət  kondisionerləri  zavodu,  Sumqayıt 

kompressorlar  zavodu,  Salyan  plastik  kütlə  emalı  zavodu,  Mingəçevir  yol 

maşınları  zavodu  və  rezin-texnika  məmulatları  zavodu,  Əli  Bayramlı  məişət 

cihazları,  habelə  sənaye,  avtomatika  və  telemexanika  zavodları,  Ağdam 

dəzgahqayırma və  metiz-furnitur zavodları, Neftçala yeni yod-brom zavodu, Bakı 

və Xankəndində iri ayaqqabı fabrikləri, Gəncə xalça, qənnadı və çini-saxsı qablar 

fabriki,  Bakı  şampan  zavodu,  Naxçıvan  alt  trikotaj  fabriki,  Yevlax  yunun  ilkin 

emalı  fabriki,  Göyçay  pambıqəyirici  fabriki,  onlarla  yüngül  yeyinti  və  başqa 

sənaye müəssisələri istifadəyə verilmişdi. 




151 

 

Bu  müəssisələrin  respublikanın  müxtəlif  bölgələrində  yaradılması  ilk 



növbədə, Azərbaycan üçün həmişə çox ciddi probleminin  - sənayenin regionlarda 

qeyri-bərabər 

yerləşdirilməsinin  həllində  mühüm  rol  oynadı.  Tarixən 

Azərbaycanda  sənayenin  birtərəfli  inkişafı  ilə  əlaqədar  onun  müəssisələri  əsasən 

Abşeron  (Bakı-Sumqayıt)  regionunda  yerləşdirildiyindən,  respublikanın  digər 

ərazilərində  iqtisadiyyatın  bu  aparıcı  sahəsinin  ümumi  inkişaf  səviyyəsi  həmişə 

xeyli  aşağı  olmuşdur.  1970-1985-ci  illərdə  yaradılan  yeni  sənaye  müəssisələrinin 

158-i  və  ya  72  faizi  Bakı-Sumqayıt  iqtisadi  rayonunun  hüdudlarından  kənarda, 

respublikanın  başqa  ərazi  sahələrində  istifadəyə  verildi.  Nəticədə  Bakı-Sumqayıt 

iqtisadi  rayonunun  respublika  sənaye  məhsulu  istehsalında  xüsusi  çəkisi  1970-ci 

ildəki  70  faizdən  1985-ci  ildə  50  faizə  endi,  qalan  rayonların  payı  isə  41  faizə 

qalxdı.


38

 

Respublika  ərazisində  məhsuldar  qüvvələrin,  xüsusən  sənayenin  daha 



səmərəli  yerləşdirilməsi  və  təkmilləşdirilməsi  rayonların  simasını  kökündən 

dəyişdirdi,  əhalinin  sosial-mədəni  həyatı,  mədəni  şüuru,  mənəviyyatı  ciddi 

dəyişikliklərə səbəb oldu, yerli əmək ehtiyatlarından daha tam istifadə edilməsində 

əhəmiyyətli rol oynadı. Belə ki, 1970-1985-ci ildə sənaye sahəsinə 143 min nəfər 

əlavə  işçi  cəlb  edilmişdi  ki,  bu  da  1940-cı  ildə  respublikanın  bütün  sənayesində 

çalışanlardan da bir qədər çox idi. 

Ağır  və  yüngül  sənayenin  mühüm  sahələri  geniş  inkişaf  etmişdi.  1985-ci 

ildə  1970-ci  ilə  nisbətən  istehlak  malları  istehsalının  artımı  305,8  faiz,  istehsal 

vasitələri istehsalı üzrə isə 276,1 faiz oldu. Aparıcı sənaye sahələrinin xüsusi çəkisi 

artdı,  istehsal  olunmuş  bütün  məhsulların  28  faizi  mütərəqqi  sənaye  sahələrinin 

payına düşürdü. 

Sov.İKP MK-nın 1976-cı ildə qəbul etdiyi "1976-1980-ci illərdə respublika 

sənayesinin  ayrı-ayrı  sahələrinin  inkişafı  üzrə  Azərbaycan  KP  MK  təkliflərinin 

müzakirəsinin  nəticələri  haqqında"  qərarı,  H.Ə.Əliyevin  qeyd  etdiyi  kimi,  elmi-

texniki  tərəqqi  əsasında  respublikanın  sosial-iqtisadi  inkişafının  prinsipcə  yeni 

mərhələsinin başlanğıcı oldu: 15 iri kompleks işə düşdü.

41

 

Elmi-texniki  yüksəliş  mexanikləşdirilmiş  axın  və  avtomatik  xətlərinin, 



kompleks-mexanikləşdirilmiş 

və 


avtomatlaşdırılmış 

sahələrin, 

sexlərin 

istehsalatlarının artmasına şərait yaratdı. Müəssisələrin yeni maşınlarla, texnika ilə 

təminatı  xeyli  yaxşılaşdı.  1971-1985-ci  illərdə  Azərbaycan  iqtisadiyyatının 

inkişafında  elmi-texniki  tərəqqinin  nailiyyətlərindən  geniş  istifadə  edilməsi  onun 

səmərəsini  xeyli  yüksəltmişdi.  Respublika  sənayesinin  özündə  581  adda  maşın, 

avadanlıq,  aparat  və  cihaz  yaradılmışdı.  1985-ci  ildə  sənayedə  2519 

mexanikləşdirilmiş  axın  xətti,  310  avtomatlaşdırılmış  xətt,  1300  kompleks 

mexanikləşdirilmiş  xətt  və  avtomatlaşdırılmış  istehsal  sahəsi  uğurla  işləyirdi. 

Sənayedə  ilk  növbədə  elm  tutumlu  və  elmi-texniki  tərəqqiyə  xüsusi  üstünlük 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə