TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə42/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   38   39   40   41   42   43   44   45   ...   219

90 

 

qəsəbəsində pambıqtəmizləmə zavodu tikildi. 1955-ci ildə Nuxa (indiki Şəki) ipək 



kombinatının  boyaq-naxış  fabriki,  Qarabağ  ipək  kombinatında  toxuculuq  sexi  işə 

salındı.


109

1959-cu ildə Bakı kamvol kombinatı və gön-dəri zavodu, 1960-cı ildə isə 

Mingəçevir pambıq-parça fabriki istifadəyə verildi.

110


 

Yeyinti  sənayesində  də  yüksəliş  müşahidə  olunurdu.  Onun  müəssisələri 

yenidən  qurulmuş  və  müasir  texnika  ilə  təmin  edilmişdi.  Yeni  iri  müəssisələr  - 

Bakı  marqarin  zavodu,  Astara  və  Masallı  çay  fabrikləri,  Bakı  tütün-fermentasiya 

zavodu, Bakı ət  kombinatının kolbasa zavodu, Bakı süd kombinatı, Ucar konserv 

zavodu,  Bakı  konyak,  Bakı  quru  buz,  İstisu  mineral  sularının  doldurulması,  yağ-

pendir,  çörək,  şərab  zavodları  işə  başlamışdı.  Gəncə  yağ-piy  kombinatının,  Bakı 

pivə  zavodunun,  makaron  fabrikinin,  Lənkəran  çay  fabrikinin,  Xaçmaz  və  Quba 

konserv zavodlarının sexləri yenidən qurulmuşdu.

111


  

Azərbaycanın  bütün  rayonlarında  yerli  sənaye  müəssisələri,  geniş  istehlak 

və  məişət  malları  istehsalı  inkişaf  etmişdi.  1955-ci  ildə  respublikada  78  yerli 

sənaye  müəssisəsi,  12  sənət-kooperasiya  arteli  və  əhalinin  məişət  ehtiyaclarına 

xidmət  edən  1411  emalatxana  var  idi.

112 


Azərbaycan  ərazisində  sənayenin  daha 

səmərəli yerləşdirilməsinə diqqət artmışdı. Bakıda sənayenin dönmədən inkişafı ilə 

yanaşı, başqa şəhər və rayonlarda yeni iri sənaye mərkəzləri yaranmışdı. Sumqayıt 

kimya sənayesinin, əlvan və qara metallurgiyanın mərkəzi, Mingəçevir su-elektrik 

stansiyası  energetiklərin  şəhəri,  Daşkəsən  filiz-mədən  sənayesinin  mərkəzi,  Neft 

daşları  Xəzər  neftçilərinin  şəhəri  oldu,  beləliklə,  rayonlarda  sənayenin  xüsusi 

çəkisi  artdı.  Əgər  1940-cı  ildə  Bakının  və  ona  bitişik  rayonların  payına  sənaye 

məhsulu həcminin 90 faizdən çoxu düşürdüsə, 1958-ci ildə bu, 65,1 faizə bərabər 

idi.

113


 

Azərbaycanda sənaye istehsalı yüksəlişinin əsas amillərindən biri sənayenin 

texniki  səviyyəsinin  yüksəlməsi  idi.  1955-ci  ilin  sonunda  bütün  kompressor 

quyularının 80 faizdən çoxuna hava verilməsi avtomatlaşdırılmışdı.

114

 1958-ci ilin 



ortalarında  mədənlərdə  endirmə-qaldırma  əməliyyatlarını  mexanikləşdirmək  üçün 

3300  dəstdən  artıq  avadanlıq  (PSDP)  qoyulmuşdu.

115

  1946-1958-ci  illərdə 



neftçilərlə  alimlər  və  konstruktorların əməkdaşlığı  nəticəsində  600-dən artıq adda 

müxtəlif neft-mədən avadanlığı mənimsənilmişdi.

116

 

Xəzərdə  salınan  yaşayış  binaları,  uzunluğu  163,4  min  metr  olan  estakada 



yolları  və  mədəni-məişət  obyektləri  onu  əsil  mənada  dəniz  üzərində  neftçıxarma 

sənayesi şəhərciyinə çevirmişdi.

117

 

Lakin  elmi-texniki  tərəqqinin  nəticələrindən  istehsalatda,  xüsusən  tikinti, 



yüngül və yeyinti sənayesi sahələrində, habelə kənd təsərrüfatında tam və səmərəli 

istifadə olunmurdu. 

İstehsalı  inkişaf  etdirmək  üçün  idarə  sisteminin  təkmilləşdirilməsi  yolları 

axtarılırdı.  Sov.İKP  MK  1957-ci  ildə  əsas  inzibati-iqtisadi  rayonlarda  xalq 




91 

 

təsərrüfatı  şuralarının  (XTŞ)  yaradılması  təklifini  irəli  sürdü



118

  Bu,  sənayeyə 

sahələr  üzrə  rəhbərlikdən  ərazi  üzrə  rəhbərliyə  keçilməsi  demək  idi.  1957-ci  ilin 

iyununda  11  sahə  idarə  orqanı  olan  Azərbaycan  inzibati-iqtisadi  rayonunun  Xalq 

Təsərrüfatı Şurası (XTŞ) yaradıldı. Respublikada 5 ittifaq-respublika nazirliyi ləğv 

olundu və onların bütün müəssisələri, təşkilat və idarələri, Azərbaycan ərazisində 

yerləşən  və  səkkiz  Ümumittifaq  nazirliyinin  tabeliyində  olan  müəssisələr, 

respublika  neft  sənayesinin  maşınqayırma  zavodları  XTŞ  müəssisələri  sisteminə 

verildi. XTŞ-nin tərkibinə cəmi 394 müəssisə, o cümlədən 278 sənaye müəssisəsi 

daxil  oldu.  1959-cu  ildə  respublika  neft  sənayesinin  müəssisələri  də  XTŞ-nin 

sərəncamına verildi

119


 

Xalq  təsərrüfatı  şuralarının  yaradılmasının  bəzi  müsbət  nəticələri  də özünü 

göstərdi.  Belə  ki,  yüklərin  lüzumsuz  qarşılıqlı  daşınması  azaldı.  Müxtəlif 

nazirliklərin  müəssisələrində  bir-birini  təkrar  edən  yüzlərlə  xırda  istehsal  sahələri 

bağlandı.  Bir  çox  müəssisənin  texniki  cəhətdən  yenidən  qurulması  prosesi 

sürətləndi. 

Bu  illərdə  neft-qaz  hasilatının  artımı  və  onların  emalının  genişləndirilməsi 

sahəsində başlanan uğurlarla yanaşı, həmin ərəfədə istismara verilmiş başqa sənaye 

sahələri müəssisələrinin istehsal güclərinin daha tam mənimsənilməsi, habelə yeni 

müəssisələrin  tikilməsi  hesabına  Azərbaycan  sənayesi  strukturunun  tədricən 

təkmilləşdirilməsi  istiqamətində  ilk  çox  ciddi  dəyişikliklərin  başlanmasının  əsası 

qoyuldu.  Nəticədə  sənayedə  çalışan  sənaye  istehsal  heyətinin  sayı  1950-ci  ildəki 

172,8-dən 1960-cı ildə 219 min nəfərə qalxdı.

120 


Sənayenin başqa sahələrinin üstün 

artımı  nəticəsində  yanacaq  istehsalının  Azərbaycan  sənayesinin  strukturunda 

xüsusi  çəkisi  1950-ci  ildəki  37,13  faizdən  1960-cı  ildə  22,5  faizə  endi.

121


  Bu 

dövrdə ilk növbədə ağır sənayenin maşınqayırma, qara və əlvan metallurgiya, neft-

kimya və kimya sənayesi sahələri daha sürətlə inkişaf etmişdir. 

Azərbaycanın,  həm  də  SSRİ-nin  başqa  neft-qazçıxarma  rayonlarının  artan 

tələbatını  ödəmək  məqsədilə  respublikada  neft  maşınqayırma  sənayesinin  inkişaf 

miqyasının  xeyli  genişlənməsi  ilə  yanaşı,  müxtəlif  güclü  elektrik  mühərrikləri, 

transformatorlar,  polad,  qara  metallar  prokatı,  dəmir  filizi  kimi  məhsulların 

istehsalının həcmi artdı. Azərbaycanda mineral gübrələr, kaustik soda, etil və butil 

spirti,  sulfanol, avtomobil və  motosikl təkərləri,  məişət soyuducuları, qaz  plitələri 

və  s.  çoxlu  yeni  sənaye  məhsulunun  kütləvi  istehsalına  başlandı.  Əhalinin 

tələbatının  daha  çox  yerli  istehsal  hesabına  təmin  edilməsi  məqsədilə  ənənəvi 

sənaye sahələrində (pambıq parça,  yun və ipək parça, gön-dəri ayaqqabı, qənnadı 

məmulatları,  ət,  konserv  məhsulları  və  s.)  istehsalın  həcminin  xeyli  artması  ilə 

yanaşı, bir sıra xalq istehlakı və ərzaq məhsulları hasilatı üzrə yeni müəssisələr də 

yaradıldı. 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə