283
Beləliklə, alban dili Şimal-Şərq Qafqaz dilləri ailəsinə aiddir. Şimal-Şərq
Qafqaz dilləri ailəsi daşıyıcıları qədim zamanlarda Qafqazdan Egey və Aralıq
dənizlərinədək olan geniş ərazilərdə yayılmış böyük dil ailəsinin qollarından biridir.
Bir sıra alimlərin Albaniya sərhədinin Kür çayı boyunca keçməsi, Kür çayının
sağsahil torpaqlarının "əzəli erməni torpaqları" olması və s. haqqındakı mülahizələri
ilə əlaqədar "erməni tarixinin atası" hesab edilən Movses Xorenasinin əsərindən bir
parçanı iqtibas gətirmək vacibdir. Onu da demək lazımdır ki, həmin müəllifin
məlumatları bizi maraqlandıran dövr üçün də mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilir. Erməni müəllifi yazır ki, Alban hökmdarına "Erasx (Araz - məsul
red.) çayından başlanmış Xnarakert (Ağstafa zonası -
məsul red.) adlanan qalayadək
olan Alban düzü və onun dağlıq hissəsi miras qaldı... Parfiyalı Valarşak adlı-sanlı,
cəsur Aranı (albanların əfsanəvi əcdadını -
məsul red.) hakim təyin edir... Aranın
varislərindən utilər, qardmanlılar, sodey tayfaları və Qarqar knyazlığı əmələ
gəlmişlər... (hər yerdə kursiv bizə məxsusdur -
məsul red.). Yeri gəlmişkən, alban
salnaməçisi Moisey Kalankatlı da bu cür fikirdədir.
Movses Xorenasilə adları çəkilmiş tayfaların hamısı tamamilə mübahisəsizdir
ki, erməni tayfaları deyil, alban tayfa ittifaqına daxil olan tayfalardır. Utilər (müasir
udilər), qardmanlılar və sodeylilər şübhəsiz, qarqarlar isə böyük ehtimalla Kür
çayından cənubda, Sağsahil Kür torpaqlarında - gələcək Qarabağda (yalnız dağlıq
hissədə deyil) yaşayırdılar.
Beləliklə, Albaniyada Parfiya mənşəli Arşakilər sülaləsinin hakimiyyətə
gəlməsi dövründə, təxminən I əsrin II yarısında Arazın döngəsindən tutmuş Ağstafa
zonasınadək bütün sağsahil Kür ərazisi Albaniyaya, Alban çarlığına məxsus idi.
Tarixi Albaniyanın vilayətləri olan Arsax (Orxistena), Utik (Otena), Sovdek (Sodeya,
Savdeya) və b. məhz bu ərazidə yerləşirdi. Əgər həmin ərazilərin bu və ya digər
hissəsi nə vaxtsa müvəqqəti olaraq erməni hökmdarları tərəfindən ələ keçirilirdisə, bu
hadisə I əsrdən gec olmayaraq, ermənilərin işğalçılıq müharibələri dövründə - e.ə. II-I
əsrlərdə ola bilərdi.
Ermənilərin təcavüzkarlığı hələ antik müəlliflərin diqqətini cəlb etmişdi.
Strabon yazırdı: "...əvvəlki zamanlarda kiçik ölkə olmuş Ermənistanı Artaksinin və
Zariadrinin müharibələri böyütdü... Onlar birlikdə qonşu xalqların vilayətlərinin bir
qismini kəsərək öz mülklərini genişləndirdilər: Onlar madalılardan (yəni
atropatenalılardan. - məsul red.) Kaspiananı, Favnitidanı və Basoropedanı; iberlərdən
Pariadrın dağətəyini, Xorzenanı və Kür çayının o biri sahilində yerləşən Qoqarenanı;
xaliblərdən və mossiniklərdən Karenitidanı və Kiçik Ermənistanla həmsərhəd olan və
284
yaxud onun hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı
vilayəti; nəhayət, suriyalılardan Taronitidanı zorla aldılar".
Lakin bütün bu deyilənlər yalnız I əsrədək baş vermişdir. İş burasındadır ki, "Böyük
Ermənistan" adlandırılan dövlət e.ə. II əsrin əvvəlindən e.ə. I əsrin 60-cı illərinədək
mövcud olmuşdur. E.ə. 60-cı illərdə II Tiqran özünün bütün işğallarından imtina etməli
oldu və "Roma xalqının dostu və müttəfiqi" elan edildi ki, bu isə həmin zamanın
diplomatik dilində Romadan tam asılılığın etiraf olunması demək idi, həmin asılılıq
prinsipcə eramızın IV əsrinədək davam etdi. I əsrin bütün I yarısı Ermənistan üçün
hökmdarların dəyişməsi ilə səciyyəvi idi. Həmin hökmdarlar gah Romanın, gah da
Parfiyanın səltənətə çıxardığı şəxslər olmuşlar. Numizmatik material bu dövrün
Ermənistanının siyasi taleyi haqqında çox mühüm məlumatlar verir. Həmin material
çarlığın tənəzzülünü, Ermənistanın işğal olunduğunu, Ermənistan üzərində Romanın
qələbələrinin şöhrətləndirildiyini və s. təsdiq edir. I-II əsrlər ərzində Ermənistanda Roma
qoşunları qərarlaşmışdı. Roma strateqləri özlərini ölkənin sahibi kimi aparırdılar.
Deyilənlərdən belə nəticə çıxır ki, Ermənistan göstərilən dövrdə işğalçılıq müharibələri
apara bilməzdi.
Beləliklə, artıq I əsrə doğru bütün Albaniya yuxarıda göstərilmiş sərhədlər
hüdudunda birləşdirilmişdi.
Antik Albaniyanın ərazisi sıx surətdə məskunlaşmışdı. Burada yaşamış tayfalar
haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabon hesab edir ki, Albaniyada 26
tayfa mövcud idi.
"Albanlar" adına ilk dəfə e.ə. IV əsrin hadisələri ilə əlaqədar olaraq eramızın II
əsrinin müəllifinin məlumatlarında təsadüf olunur. Lakin güman etməyə bəzi əsaslar var
ki, Kaspisahili tayfaların böyük qismi (görünür ki, onların sırasında albanlar da vardı)
erkən zamanlarda "kaspilər" adı altında tanınmışlar. Əgər bu belədirsə, onda ola bilər ki,
albanlar Kserksin qoşunlarının tərkibində Helladaya hərbi yürüş etmiş, Herodotun
xatırlatdığı "kaspilərin" sırasında olmuşlar. Bu güman sərfi-nəzər edilərsə, albanların
Qavqamelada baş vermiş məşhur döyüşdə İran qoşununun tərkibində "gözlənilmədən"
meydana gəlmələrini və həmin qoşunda kifayət qədər fəxri mövqe tutduqlarını anlamaq
çətin olar.
Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər
idi. Hələ Herodot onlar haqqında məlumat vermişdir. Utiya (Otena, Utik) vilayəti Kür
çayının sağ sahilində yerləşirdi.
Müasir udilərin əcdadları olan utilər hələ orta əsrlərdə Azərbaycanın kifayət
qədər geniş ərazisində yaşayırdılar. Udilərin Qarabağ zonasında mövcudluğu hələ XIX
əsrdə də təsdiq edilir. Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin qədim udi dili
olduğunu demək üçün əsaslar vardır.
Antik dövrdə Albaniyada aynianlar, anariaklar, parrasilər və b., yaşayırdılar. Kaspi
sahilinin cənub-qərb bucağında kaspilər, daha doğrusu onların hansısa bir qismi