281
Heç şübhə yoxdur ki, alban tayfaları Kür çayının yalnız sol sahilində deyil, sağ
sahilində də yaşamışlar. Kür çayının Albaniya ərazisindən keçdiyini söyləyən
Strabonun məlumatları bunu qəti şəkildə təsdiqləyir. Antik, habelə erməni
müəlliflərinin alban tayfalarının Kür çayının sağ sahilində də yaşadıqlarını qeyd edən
məlumatları da bunu tam müəyyənliklə təsdiq edir. Doğrudur, bizim mənbələrdə (həm
antik, həm də xüsusilə erməni) bir sıra hallarda iddia olunur ki, Albaniyanın cənub
sərhədi Kür çayı boyunca keçirdi, Kür çayının sağ sahilindən guya Böyük
Ermənistanın torpaqları başlanırdı.
Belə bir nöqteyi-nəzər mövcuddur ki, işğalçılıq müharibələri dövründə
ermənilər Kür və Araz çayları arasındakı torpaqları da ələ keçirmişdilər. Başqaları
(bunlar adətən erməni müəllifləridir) hətta iddia edirlər ki, həmin ərazi Ermənistanın
şimal-şərq qismidir, "erməni" Albaniyasının bu qisminin əhalisi guya əzəldən erməni
olmuşdur. Bu müəlliflər Albaniyanın böyük qismini "Ermənistanm Şərq diyarı",
"Ermənistanın ayrılmaz hissəsi", "Əzəldən erməni torpaqları", "Əsil Ermənistan
vilayəti" və s. adlandırırlar.
Əgər Kür çayını Albaniyanın cənub sərhədi hesab etmiş Plininin, Dion
Kassinin, Plutarxın və bəzi başqa antik və erməni müəlliflərin məlumatlarına
əsaslanıb Kür çayını Albaniyanın cənub sərhədi hesab etmiş müəlliflərin nöqteyi-
nəzəri ilə mübahisə etmək mümkündürsə, ikinci nöqteyi-nəzər millətçilik hisslərindən
doğmuş və erməni etnosunun Cənubi Qafqazda avtoxton olması haqqında aşkar
şəkildə yalan nöqteyi-nəzəri hər vasitə ilə qərarlaşdırmaq arzusundan törəmişdir.
Albaniyanın cənub sərhədlərinin Kür çayı boyunca keçməsi haqqındakı
rəvayətin meydana gəlməsi onunla izah olunur ki, artıq e.ə. II-I əsrlərdə erməni
hökmdarlarının ola bilər ki, təcavüzü bəzi hallarda alban tayfalarının yaşadıqları
Sağsahil Kür torpaqlarına da yayılmışdı. Məhz bu, Kürdən cənubda olan torpaqların
Ermənistana mənsub olması haqqındakı xülyanı meydana gətirmişdir. Şübhəsizdir ki,
bu rəvayətin meydana gəlməsində və inkişaf etdirilməsində mühüm rol antik
müəlliflərin erməni informatorlarına məxsus olmuşdur. Habelə onu da qeyd etmək
lazımdır ki, Qafqazı nadir hallarda yaxşı tanımış antik müəlliflərin məlumatları çox
zaman ctibarlı olmayan mənbələrə, təsadüfi məlumatlara və s. əsaslanırdı.
Erməni müəlliflərinin özlərinə gəldikdə isə demək lazımdır ki, onların təsvir
etdikləri Ermənistanın əzəmət mənzərəsi tarixin gerçəklik mənzərəsi deyil, onların
özlərinin şəxsi idealını - zərdüştilik İranının təhlükəsinə qarşı olan vahid,
birləşdirilmiş Ermənistanı əks etdirir. Tamamilə şübhəsizdir ki, bu mənzərələr
gerçəkliyi təhrif edir [N.Qarsoyan].
Ən sadə səbəbdən Sağsahil Kür torpaqları heç cür "əzəli erməni torpaqları" ola
bilməzdi. Ona görə ki, alban tayfalarından fərqli olaraq ermənilər Cənubi Qafqazın
aborigenləri deyildirlər. Erməni dilinin özü bunu müəyyənliklə təsdiqləyir. Qədim
erməni dili Ermənistan yaylasının avtoxtonlarının dillərinə qohum olmadığına görə
282
mübahisəsizdir ki, bu dil həmin əraziyə onun daşıyıcıları vasitəsilə xaricdən
gətirilmişdir. Mütəxəssislərin hesab etdikləri kimi, qədim erməni xalqı Fərat çayının
yuxarı vadisində təxminən e.ə. II minilliyin sonunda - I minilliyin başlanğıcında
təşəkkül tapmışdır. Deyilənlər bütün müəyyənliyi ilə onu təsdiq edir ki, ermənilər
Cənubi Qafqazda qeyd-şərtsiz gəlmə xalqdır.
Erməni ekstremistlərinin "əzəli erməni torpağı" elan etdikləri Dağlıq Qarabağ
ərazisində də ermənilər gəlmə elementdir. Ermənilərin Qarabağın aborigenləri
olmadığını Dağlıq Qarabağ ermənilərinin diş-çənə sisteminin analizi də bütün
müəyyənliyi ilə təsdiq edir.
Alban tayfaları isə şübhəsiz Cənubi Qafqazın cənub-şərq vilayətlərinin, əlbəttə
Kür və Araz çayları arasındakı ərazinin avtoxtonları idilər. Yuxarıda qeyd olunduğu
kimi, güman etməyə əsas var ki, sonralar alban tayfa ittifaqı kimi tanınmış, tədricən
təşəkkül tapan tayfa ittifaqının konturları hələ e.ə. II minilliyin lap sonunda - I
minilliyin başlanğıcında, son tunc dövrü və dəmir dövrünün əvvəlində nəzərə
çarpırdı.
Qədim yazıçılar albanlardan danışarkən onların gözəlliyini, hündür boya,
sarışın saçlara, boz gözlərə malik olduqlarını qeyd edirlər. Güman olunur ki, bunlar
qədim aborigen əhalinin-indi də Azərbaycanın, Dağıstanın və Qafqaz bərzəxinin
başqa vilayətlərinin dağ və dağətəyi bölgələrində geniş surətdə təmsil olunan
kavkasion tipinin səciyyəvi cəhətləridir.
Albanların etnodil mənsubiyyəti haqqında danışarkən qeyd etmək vacibdir ki,
tarixi ənənə (və çox vacibdir ki, erməni ənənəsinin özü) hazırda yalnız Qəbələ
(keçmiş Qutqaşen) bölgəsində yaşayan, qədim zamanlarda və orta əsrlərdə isə
Azərbaycan ərazisində fövqəladə dərəcədə geniş yayılmış müasir udiləri qədim
albanlarla eyniləşdirir. Udilərin özləri son zamanlaradək mənşəcə alban olduqlarını
xatırlayırdılar. Belə ki, onlar I Pyotra ünvanlanmış məlum məktubda yazırdılar: "Biz
ağvanıq (yəni albanıq - məsul red.) və milliyyətcə utilərik (yəni udilərik - məsul
red.)".
Udi dilinin Şimal-Şərq Qafqaz dilləri ailəsinə mənsub olması hazırda heç bir
şübhə doğurmur. Bu belədirsə, onda alban dili (və yaxud dialektlərin kontiniumu) də
adı çəkilmiş dil ailəsinə aid olunmalıdır. Bu ona görə həqiqətdir ki, artıq bir çox
faktlar arxeoloji qazıntılar zamanı aşkar olunmuş Mingəçevir yazılarının qədim udi
mənsubluğuna dair fərziyyənin xeyrinə şəhadət verir. Əlbəttə həmin yazıların dili
yalnız alban dili ola bilərdi.
11
11
Bu yaxınlarda ölkəmizin Gürcüstan Respublikasındakı səfirliyindən Akademiyamızın prezidenti
F.Maqsudov cənablarına göndərilmiş məktubdan bəlli olmuşdur ki, Gürcüstan EA-nın ekspedisiyası
Sinaydakı Müqəddəs Yekaterina monastrında külli miqdarda alban əlyazmaları aşkar etmişdir. Professor
Z.Aleksidze bu yazıları udi dilinin köməyi ilə oxumağa başlamışdır.