278
vilayətlərində, əlbəttə, əvvəllər də ona bənzər təlimlərin - mazdaizmin, dualizmin,
atəşpərəstliyin və bir çox başqa baxışların mövcud olduğu Cənubi Azərbaycanda da
zərdüştilik şübhəsizdir ki, e.ə. I minilliyin başlanğıc əsrlərində yayılmağa
başlanmışdı. Görünür, təxminən e.ə. I minilliyin ikinci rübündə (görünür, bu rübün
axırında) burada yayılmış zərdüştiliklə yəhudi və hellin aləmi tanış olmağa
başlamışdı. Tezliklə Zərdüşt Qərb tərəfindən "oğulluğa" qəbul edildi.
Qərbin görkəmli müasir iranşünaslarından biri zərdüştiliyin rolunu bu cür
qiymətləndirir: "Zərdüştilik dünya vəhy dinlərindən ən qədimidir və görünür, o,
bilavasitə və yaxud vasitəli şəkildə bəşəriyyətə hər hansı başqa dinə nisbətən daha çox
təsir göstərmişdir" [M e r i B o y s ] .
Zərdüştilik və onunla bağlı olan dini-fəlsəfi sistemlər, şübhəsiz, iudaizmə və
erkən xristianlığa müəyyən təsir göstərmişdir. İudaizm və erkən xristianlıq
zərdüştilikdən bir çox "hakim" konsepsiyaları əxz etmişdir. Zərdüştiliyin yunan fəlsəfi
fikrinin bir çox nümayəndələrinə də böyük təsiri olmuşdur.
Dövlət və ehkam (doqmatik) dini kimi zərdüştilik Sasanilər hakimiyyəti
dövründə qəti surətdə təşəkkül tapmışdır. Həmin dövrdə "Avesta" mətnləri
kodifikasiya (bir daha - ?) edilmişdir.
Sonrakı zərdüştilik ənənəsi iddia edir ki, Zərdüşt əslən Cənubi Azərbaycandan
idi. Orta əsrlərin bir çox müsəlman müəllifləri də Azərbaycanı inadla peyğəmbərin
vətəni adlandırırlar.
Zərdüştün vətəninin Azərbaycanda lokallaşdırılmasının səbəbini Sasanilər
monarxiyasının bu vilayətin ehkamçı zərdüştilik tarixində oynadığı mühüm rolla izah
etmək lazımdır. Müxtəlif sarsıntılara baxmayaraq, Sasanilər dövründə bütün İranın
başlıca, dövlət əhəmiyyətli müqəddəs yerləri (şahın ziyarət etdiyi Adurquşnast
atəşpərəstlik məbədi, hökmdarın və hərbçilər zümrəsinin məbədi) Cənubi
Azərbaycanda yerləşirdi. Burada habelə "yanar kömürləri" və "çoxsaylı maqları" olan
bir çox başqa məbədlər də cəmləşmişdi. Orta əsr müəlliflərinin məlumatlarına görə,
bu səcdəgahlardan çoxusu hələ "Zərdüştə qədərki dövrdə" mövcud idi. Güman etmək
olar ki, Avesta kanonunun qəti surətdə formalaşdırılması da burada baş vermişdi. Və
nəhayət, Sasanilər dövründə bu vilayət zərdüştiliyin və zərdüşti kahinliyinin dayaq
məntəqəsi idi. Bütün bunlar göstərilən dövrdə, bəlkə də erkən zamanlarda zərdüşti
Cənubi Azərbaycanın böyük rolunu və əhəmiyyətini təsdiq etsə də, lakin hər halda
bunlar Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni kimi tanımağa imkan vermir.
Zərdüştilik ərəb işğalından sonrakı 3-4 əsr ərzində də mühüm rol oynamışdır.
Pəhləvi dilindəki zərdüştilik ədəbiyyatının bir çox əsərləri, xüsusilə zərdüştiliyin
ensiklopediyası olan Denkart məhz bu zaman yazılmışdı. Zərdüştilik ideyaları
məzdəkilərin və babəkilərin ideologiyasına böyük təsir göstərmişdir. Zərdüştilik
problemləri
yeni
dövr
alimlərinin
də
əqlini
həyəcanlandırmış
və
həyəcanlandırmaqdadır.
279
Qədim İran inamları, etiqadları haqqında yuxarıda bütün deyilmişləri
yekunlaşdıraraq demək lazımdır ki, Atropatena zərdüştiliyi qədim İran dini təlimlərinin
tarixində mühüm mərhələlərdən biri idi. Sasanilər hakimiyyəti dövründə Atropatena bir
neçə əsr ərzində zərdüştiliyin istinadgahına çevrilmişdi.
280
IV F Ə S İ L
ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ.
TƏSƏRRÜFAT HƏYATI. ĠCTĠMAĠ MÜNASĠBƏTLƏR
VƏ SĠYASĠ QURULUġ
Qədim Albaniyanın ərazisi və əhalisi. "Albaniya" və "albanlar" tarixi
Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edən ölkənin və həmin ölkədə yaşayan
xalqın antik mənbələrdən məlum olan adlarıdır. Bir çox hallarda elmi və kütləvi
ədəbiyyatda bu ölkəni Qafqaz Albaniyası da adlandırırlar.
Antik dövrün bir qismini və erkən orta çağların bir neçə yüzilliyini əhatə etmiş
Albaniya dövrü Vətənimizin tarixində böyük və çox mühüm mərhələdir. Albanlar orta
əsrlərdə onların torpaqlarına gətirilmiş türk dilini qəbul etmiş və yeni türkdilli xalqa
çevrilmiş müasir azərbaycanlıların bilavasitə əcdadlarından biridir. Şübhəsizdir ki,
azərbaycanlılar alban mədəniyyətinin, albanlar tərəfindən yaradılmış və akkumulyasiya
edilmiş bütün dəyərlərin varisləridir.
Antik və erkən orta əsr müəlliflərinin məlumatlarına əsasən, alban tayfalarının
məskunlaşdıqları ərazi qədimlərdə cənubda Araz çayı və Talış dağlarından, şimalda Böyük
Qafqaz bərzəxinin şimal-şərq qollarınadək uzanırdı. Strabonun göstərdiyi kimi, albanlar
"iberlərlə Kaspi dənizi arasında" yaşayırdılar. Ptolomeyə görə, Albaniya "Şimalda
Sarmatiyanın bir qismi ilə, Qərbdə İberiya ilə, Cənubda Böyük Ermənistamn bir qismi
ilə" həmsərhəd idi.
Dövlətlərin siyasi sərhədlərinin sabit olmamasına və bir çox hallarda dəyişməsinə
baxmayaraq, ümumiyyətlə, hesab etmək olar ki, alban tayfalarının məskunlaşdıqları
torpaqlar hellinist-Roma zamanında, yəni Alban dövlətinin meydana gəlməsi dövründə
və mövcudluğunun ilk yüzilliklərində müasir Azərbaycan Respublikasının bütün ərazisini
və Dağıstanın cənub bölgələrini əhatə edirdi.
Albaniyanın təbii şəraiti böyük rəngarəngliyi ilə fərqlənir: dağlar, vadilər,
çəmənliklər, çoxsaylı çaylar və xırda çaylar. Ölkə məhsuldar torpaqlarla və faydalı
qazıntılarla zəngindir. Burada neft, təbii qaz, dəmir, qurğuşun, mis, daş duz, mineral
bulaqlar və bir çox
digər sərvətlər vardır.
Bitki və heyvanlar aləmi zəngindir. Burada Eldar şamı, dəmirağac, palıd, çinar
və s. mövcuddur. Meyvə bağları, saysız-hesabsız üzümlüklər, əncir vardır. Burada
zanbaq, ayıdöşəyi, qərənfil, qızılgül, zəfəran, bir çox dərman bitkiləri və s. bitir.
Burada xeyli heyvan yaşayırdı və yaşamaqdadır: ceyran, tur dağkeçisi, bezoar
keçiləri, ayı, qaban, canavar, tülkü, dovşan və s. Quşlar aləmindən kəkliyi, turacı,
qırqovulu və s. xatırlatmaq lazımdır. Kaspi dənizində və ölkənin çaylarında çoxlu
müxtəlif balıq vardı.