personajların dili, həm də dialoqların kompozisiya quruluşu ritmik prinsiplərlə
əldə olunur .Məsələn:
“Şeyda ...Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü
kimi kənardan seyr edirsiniz; halbuki həpiniz ,əvət, həpiniz bu qanlı , bu
uçurumlu keçiddən keçməyə məcbur olacaqsınız.Əfsus ki, son fəryad heç bir
fayda verməyəcək.
Birinci mürəttib. Nə yapmalı , əfəndim, nə yapmalı? Həpimiz aciz , həpimiz
gücsüz...
İkinci mürəttib. Ah, bu istibdad qorxusu ilə keçinmək bəlası olmasaydı!...
Bu parçadan göründüyü kimi nəsrlə yazılan əsərlərin dili heç də məişət dili
deyil , onun daxili ritm quruluşu , özünəməxsus melodikası və müəyyən ahəng
qanunlarıyla yaradılan özəl arxitektonikası mövcuddur.Bu da konfliktin
ekzistensional xassəsinə güclü işarədir.
Əsərlərin nəzm və ya nəsrlə yazılma sistemliyini araşdırarkən burada da
vahid düşünülmüş prinsip aşkarlanır: faciə və dramların konfliktlərini
ekzistensional mənada qabartmaq üçün H.Cavid bir qayda olaraq nəzm üsuluna
müraciət edərək “ Şeyx Sənan”, “Uçurum”,”İblis”,”Peyğəmbər”,”Səyavuş” və”
Xəyyam” əsərlərini nəzmlə yazır.Yuxarıda verdiyimiz janr və kompozisiya
təsnifatlarına müraciət etsək , görərik ki, bu əsasən faciələr və “cüt”
kompozisiyasına malik əsərlərdir.
Göstərilən əsərləri örnək götürsək aydın görərik ki, buradakı hadisələr
(sujet) bədii zaman içində qeyri-Aristotel (qeyri-formal) məntiqiylə inkişaf edir
və bədii təxəyyülün tələbləriylə intriqa gərginliyi müxtəlif və çoxsaylı
haşiyələrlə -daxili monoloqlar,düşüncələr , fəlsəfi mübahisələr və s..növ ədəbi
priyomlarla zəiflədir.Təbii ki, bu hal peşəkar naşılıqdan doğmur : “seyr”
poetikasından fərqli olaraq “sehr” poetikası qoyulan ekzistensional məsələləri
birgə həll etməyə “ dəvət” edir.Bu iş isə tələsik görülə bilməz.” Aşağı janrlardan
“ götürülən “macəralı” fabulalar ümumi prosesi tənzimləyir, onun karkasını(əsas
çevrəsini) təşkil edir.Əsl məqsədlər isə onların “bətnində”olan üzvi bədii-
yaradıcı prosesin nəticəsində doğulmalıdır.Zamanla sərbəst mnaipulyasiyalar
ənənəvi sənət təfəkkürünün qəbul olunmuş priyomudur və nəzm strukturunda
vərdiş edilmiş psixoloji qavrayış müxanizmlərinə malikdir.Hər hansı zaman
növləri (gerçək, tarixi, əfasnəvi vəs..) burada nisbi və şərti anlayışlardır , bu
müəyyən relyativist ( nisbi) zaman-məkanda zamanın mütləq və obyektiv
səciyyələrini az qala heçə endirən yenə də ekzistensional konfliktin fəlsəfi
kateqoriallığıdır.
Məkanın dekorativ , ornamental funksionallığı Cavid romantizmindən
qaynaqlanır : qeyri –adi qəhrəmanlar təbii ki, qeyri-adi məkanlarda qeyri-adi
vəziyyətə düşə bilərlər.Bu “ qeyri –adilik” müxtəlif dərəcəli , müxtəlif formalı ola
bilər , amma bir qayda olaraq burada fiziki məkanın obyektiv göstəriciləri şərt
deyil.Başlıcası odur ki, məkan ekzistensional konfliktin realizəsinə mane
olmasın.
Əsərlərin mövzu və tipoloji analizi göstərir ki, H.Cavidin bir aparıcı
mövzusu var idi və o, bu mövzunu müxtəlif rakurslardan, aspektlərdən
dramaturji təhlilə çəkib müxtəlif formalarda aktuallaşdırırdı.bu aparıcı mövzu
peyğəmbərlik mövzusudur ki, “ sehr “poetikasının özülünü , yaradıcı
potensiyasını müəyyənləşdirir.Cavid poetikasının müsbət qəhrəmanı elçidir-yeni
düşüncənin , yeni əqidənin , yeni mənəvi dəyərlərin və yeni münasibətlərin
elçisi .Cavid mənəvi-estetik dəyərlər sisteminin tanrısı gözəllik və sevgidir.Daha
doğrusu , gözəllik və sevgi mütləq ideya , mütləq varlığın
manifestassiyalılarıdır.Manifestassiyalılar müxtəlif formalarda özlərini
aktuallaşdıra bilir, amma hər zaman ali meyar gözəllik və sevgini yaradan mütləq
yaradıcı Allahın özüdür! Burada Cavid düşüncəsi ortodoksal islamın
konfessional konsepsiyalarıyla təzad təşkil edir və daha çox mistikaların
germetik, ezoterik (qapalı, gizli) təlimləriylə əlaqəli olduğundan xəbər verir.Baş
qəhrəmanla bağlılıqda başqa personajların tipologiyası müəyyənləşir :I tip-
peyğəmbərin qatı düşmənləri ; II tip –peyğəmbərin bilincsiz (təsadüfi)
düşmənləri ;III tip peyğəmbərə şübhə edənlər ;IV tip –peyğəmbərə loyal və
neytral olanlar ;Vtip- peyğəmbərə rəğbətlə yanaşanlar ;VI tip- peyğəmbərlərin
tərəfdarları; VII tip-peyğəmbərin həmfikirləri,VIII tip-peyğəmbərin fədailəri ;IX
tip- peyğəmbərin oxşarı və nəhayət X tip-peyğəmbərin sevgilisi.
Bu tipoloji təsnifatda ötərgi,köməkçi funksyalar daşıyan personajlar
nəzərə alınmır.Hərçənd ki,onları da Cavid bu sistemin məntiqiylə dəyərləndirir,
çünki hər halda heç bir personaj ekzistensional konfliktin cazibə dairəsindən
kənarda qalmır.Ortodoksal doktrinalara tam tərs olaraq Cavid poetikasında
“peyğəmbər” termin-anlayışı birbaşa dini-ənənəyə bağlanmır, bu yalnız
“Peyğəmbər” dramında eyniləşmiş formada mövcud olur, başqa əsərlərdə bu
şair, gözəl qadın , nəcib zadəgan ,şeyx , sərkərdə ola bilər və Cavidə görə bu
qəhrəmanların bəyan etdikləri və gerçəkləşdirməyə çalışdıqları mənəvi
dəyərlərlə “cümlə xəyanətlərə bais”insanların naqis ,mənfi ,yırtıcı ,eqoist
dünyagörüşləri arasında konfliktin yaranması labüddür.”İblis” pyesinin mifik
qəhrəmanı da elçidir – bu priyom ənənəvi düşüncədən ötrü nə qədər
gözlənilməzdirsə ,dünya sənət təfəkküründə sınanılmış üsuludur. “Faust”un
qəhrəmanı Mefistofel özünü təqdim edərək deyir:”Mən şər əməllər üçün
yaranmış ,fəqət daimə xeyir yapan qüvvəyəm...”
Cavid poetikasının qəhrəmanlarına fəlsəfi sistemli prizmasından baxanda
onların fəlsəfi alleqorik təbiəti aşkarlanır :”sehr” poetikasında ətli-qanlı , məişətə
bağlı adamlar üçün yer yoxdur ,onların hamısı personifikassiyalaşdırılmış fəlsəfi
kateqoriyalar olaraq “Əndişeyi –zat” prosesinin formal səciyyələrini
gerçəkləçdirən funksyalardır.Buna görə Cavid poetikasında xarakterlər hakkında
danışmaq düzgün olmazdı, necə ki,”Kitabi Dədə qorqud”dastanları və ya “ Leyli
və Məcnun”nın personajlarını psixoloji xarakterlər adlandırmaq elmi baxımdan
korrekt olmazdı.
“Sehr” poetikasının konflikti ekzistensional olduğuna görə burada
intellektual (diskursiv) və intuitiv qavrayışlar mürəkkəb iyerarxiya sistemini
yaradır:intellektual səviyyəsi yüksək olmayanlar intuitiv qavrayışla
kifayətlənərək içlərində yaşadıqları ekzistensional konflikti dərk edib, onun
dərin psixoloji həlli ilə əngəlsiz məşğul ola bilərlər .Amma bu konfliktin hər
üç qatını (ekzistensional , aktual və sokral) anlamaq və heç olmasa ortadan
Dostları ilə paylaş: |