daxili sxemləri, mövzuları , xarakterik tipləri və konfliktləri müvafiq formalarda
təzahürünü tapdı.
İkinci səbəb teatr terminlərinin tarixi inkişaf prosesində məna etibarı ilə
transformasiya olunması müxtəlif dövrlərdə fərqli anlaşmasıyla bağlıdır.Misal
olaraq “ dram” termin anlayışını tarixi- etimoloji transformasyalarını göstərək :
Aristotel zamanında “ dram “ yalnız “ əməl” ( deystvie ) kimi mənalanırdı.Daha
sonra “ dram” termini genişlənib, hər hansı üzücü hadisə sarsıdıcı əməl mənasını
qazandı.D.Didronun səhnə əsərləri meydana gəldikdən sonra “ dram” termini əlavə
olaraq “ üçüncü təbəqəyə mənsub insanların həyatından bəhs edən üzücü
əhvalatların səhnə variantı , dramaturji növ , üsul “ mənasını əldə etdi. Nəhayət
XIX əsrin sonunda bu termin maksimal genişlənərək “ hər hansı səhnə əsəri”
anlayışına gəldi. Bu gün biz bu termini yalnız iki mənada işlədib, hadisələrin
xassəsi və teatr janrı , növü kimi mənlandırırıq.
Əlamətdar haldır ki, pyeslərinin ajnr təyinlərində M.F.Axundov bircə dəfə
də dilimizdə ( türkcə, ərəbcə, farsca ) olan “ komediya “ terminini
ekvivalentlərindən istifadə etməyib işlətdikləri təyinlər “ təmsili - qisseyi – vaqiə
“ və “ təmsili- guzarişi - əcib” ( nəsihət üçün göstərilən qəribə, təəccüblü
əhvalat, xəbər , nəql etmə ) olub.Təbii ki, söz ustası və zəngin dil ehtiyatına
malik olan M.F.Axundov üçün “ komediya” termininə türkcə ( ərəbcə, farsca)
mənalı və dolğun ekvivalent tapmaq problem deyild. Amma bu halda müəllifin
başlıca niyyəti tam əks tərəfə yönələcəkdi : mənəvi tərbiyə məqsədləri əyləncə
məqsədləri ilı qapanacaqdı .Çünki burada da “komediaya” termin- anlayışının
fərqli mənaları tokkuşub informasiya xaosunu yaradacaqdı.Məsələ ondadır ki,
M.F.Axundov dövründə rus dilində (komediya ) anlayışı ikimənalı idi : həm “
alçaq “ janrları aid idi (” komediya del-Arte “), həm də ali janrlara ( Dantenin “
İlahi komediyası” ).Bu səbəbdən terminin semantik çalarlarını yalnız yüksək
səviyyəi düşüncə seçə bilərdi.Hər iki semantik amlandan istifadə edən
M.F.Axundov əsərlərində gülüç stixiyasını Ali dəyərlərlə nizamlayıb hər ikisini
xalqın mənəvi - əxlaqi tərbiyəsinə yönəltmək niyyəti ilə “ gülməli” deyil “ əcaib”
terminindən faydalandı ( beş əsəri bu terminlə təyin olunur ) .Müqayisə üçün
göstərək ki H.B.Qoqol öz “ Ölü canlar” satirik romanına “ poema “ janr təyinini
vermiş, A.P Çexov hamıya dramatik ( üzücü , sarsıdıcı) görünən “ Qağayı”
pyesinin janrını “komediya “ olaraq göstərmişdi.Bu üç böyük sənətkarı
birləşdirən onların “ komediya “ termin anlayışına özəl münasibətləridir : hər üçü
üçün vacib olan gülüşün özü deyil , gülüşün görə biləcəyi mənəvi- psixoloji təsirin
nəticələridir! Hər üçü “ komediya “ , “ yumor”, “ satira” termin anlayışlarını dərin
, əzəli mənalarını dərk etdikləri üçün poetikalarının təməlinə onların ilkin
funksyanal keyfiyyət və imkanlarını daxil etmişdilər .
M.F.Axundovun komediya poetikasına müraciət etməsinin üçüncü
səbəbini mövcud olan siyasi- ictimai gerçəkliyin şərtlərində görürük. Çar
imperiyasının ideologiyası və ortodoksal, rəsmi İslamın mənəvi çərçivələrində
yaradıcılıqla məşğul olan və maarifçilik ideyalarını həyata keçirmək niyyətində
olan hər kəs bu üş amilin xesusiyyətlərini həssaslıqla duyub, anlayıb, onları
əzərə almalı idi. Yazılı sözün üstünlüyü ondadır ki, müxtəlif stilistik fənlərlə söz
oyunları və məcazlarla ən təzadlı fikirləri bəyan etmək mümkündür.” Seyr “
poetikasına söykənən və səhnədə realistik formada təsvir olunmaq üçün nəzərdə
tutulan hadisələri, situasiyaları, konfliktləri və onlarda əxz olunan ideyaları
təqiblərdən qorumaq üçün ən əlverişli variant bunları məişət kontekstində həll
etməkdir. Digər tərəfdən “ geniş xalq kütləsinin “ intellektual və estetik
səviyyəsini nəzərə alanda yenə də komediyadan əlverişli janr tapmaq çətindi.Şer
, publisistika və nəsr yaradıcılığında mürəkkəb dil ilə mürəkkəb məsələlərin
həllini verməyi bacaran M.F.Axundov demək olar ki, eyni məsələləri məna
etibarı ilə adekvat ( eyni), poetika ( mövzu , sujet, komflikt , dil- ifadə vasitələri
və s..) qatında siyasi- ictimai ,dini- konfessional və intellektual adoptasiyada (
uyğunlaşdırma) populyarlaşdırılmış forma və üslubda həll etməyə cəhd etmişdi.
Demək artıqdır ki, elmi əsərlərində , poeziya , nəsr , publisistik və dramaturji
yaradacılığında M.F.Axundov vahi dünya görüşü və dünya duyumu
mövqeyindən çıxış edirdi, odur ki, onun məhz Aristotelin” seyr” poetikasını
seçməsi və rassional düşüncənin nəzəri konseptual sistemiylə bağlılığı təsadüfi
deyil.
Bu mənada M.F.Axundovla M.Ə.Sabir poetikalarını müqayisə edəndə
onları əksliklərin vəhdəti və mübarizəsi sitemində araşdırmaq daha səmərəli
olardı.
Bu məsələni araşdırarkən T.Hacıye belə yazır : “ Şübhəsiz ki, bu sahədə
zərurilik dərəcəsinə görə ən az toxunulmuş məsələ M.F.Axundov və M.Ə.Sabir
xəttinə aiddir”.Müəllifin bu tezisi ilə tam şərik olaraq irəli sürdüyü məsələnin
teatr prosesimiz üçün də zəruri olmasını təsdiqləyirik.Tutarlı dəlillərlə və dəqiq
elmi araşdırma aparatının alətləri ilə hər iki sənətkarın estetik ideal
ümumiliyini, üslub və janr uyğunluğunu , şahlara münasibətini, dövrün, ətraf
mühitin təsirini çox gözəl təhlil edən. Alim sənətşünaslıq və ümumiyyətlə teatr
düşüncəmiz üçün olduqca dəyərli qənaətlərə gəlir.
Amma araşdırma predmetimizə teatr prosesimizin təzahürü olan poetika
əsasları prizmasından baxanda bu iki dahinin məğz etibarı ilə fərkli mövqelərdə
durması aşkarlanır.Belə ki, M.F.Axundovun altı komediyası gerçəkliyin
müəyyən rakursda təsviridirsə , Sabirin “ Hophopnamə”si daha əski və ilkin
ənənəyə söykənərək gerçəkliyin “ tərs üzünü “ , “ astarını “ əks etdirir
.M.F.Axundovdan fəqli olaraq Sabir üçün müsbət qəhrəman ( hal, ideya , təlim və
s..) yoxdur .Ali ideal pənah və meyar yalnız Allahdır.Bu məqam onu nəinki
M.F.Axundovdan, hətta çağdaşları olan inqlabçı demokrat əqidəli və ruhlu “
Mollanəsrəddinçilərdən “ də fərqləndirirdi. Baş vermiş tarixi hadisələr ,
inqlabların xalq və mədəniyyətlərimiz üçün acı və dəhşətli nəticələri məhz
Sabirin haklı olmasını sübut etdi.
M.F.Axundovun yaratdığı , daha doğrusu milli teatr düşüncəmizə
yaradıcı tərzdə köçürtdüyü “ seyr” poetikasının milli teatr prosesi arxasında
inkişafına və konkret üslublarında səciyyələndirilməsi məsələlərinə sonrakı
fəsillərdə diqqət yetirəciyik. Burada isə xüsusilə vurğulayaq ki, teatr sənətimizin
sonrakı fəsillərdə diqqət yetirəciyik.Burada isə xüsusilə vurğulayaq ki, teatr
sənətimizn sonrakı tarixi aşağıdakıları sübut etdi : milli sənət təfəkkürümüzdə
teatr sənəti , yaradıcı düşüncənin yaranması və inkişafı üçün münbit zəmin
olmasaydı , ənənəvi mədəniyyətin tərkibində özünəməxsus teatr- “oyun”
Dostları ilə paylaş: |