və şərtlərinə tələb yaranır və bu tələbə cavab olaraq milli dramturgiya mövcud
olan ənənəvi milli teatr düşüncəsinin poetikasını ədəbi vasitələrlə əks etdirir.Bu
səbəb -nəticə bağlılığı milli teatr düşüncəsinin dominant rolunu təsdiqləyib üzvi
və müstəqil inkişaf prosesində hər hansı milli dramaturgiyanın inkişafını və
özünəməxsusuluğunu təmin və təyin edir.Bu halda hər hansı milli teatr
düşüncəsini ənənənin içində qaynaqlarına qədər izləyib vahid , parçalanmayan
milli sənət ətəfkkürünün tarixi ilə uzlaşmada araşdırmaq mümkündür.
Bu mənada Azərbaycan milli prosesi , onun poetikasının tarixi inkişafı
müəyyən istisna təşkil edir.Çünki , məlum olduğu kimi milli sənət
təfəkkürümüzün institussional qatında teatr bir təsisat kimi hələ yaranmamış
M.F.Axundovun altı komediyasında “ olmayan” teatr üçün ədəbi örnək və onun
poetikası yaradılmışdı.Başqa sözlə , burada səbəb və nəticə yerlərini dəyişmiş və
bununla elmi- fəlsəfi , ədəbi düşüncənin dominant rolu təsdiqlənmişdir.Bu halda
bütünlüklə Azərbaycan dramaturgiyası və teatr düşüncəsinin inkişaf istiqamətini
müəyyənləşdirdi, peşəkar teatr prosesinə ədəbiyyat və sırf teatr sənətinin
kateqoriyalarının nisbət sistemliyini təyin etdi : bu günə qədər Azərbaycan
dramaturgiyasının başlıca məzmun və forma yaradan amili sözdür və teatr
sənətinin özəl strukturları sözə tabelikdə inkişf etməkdədir.bu səbəbdən əksər
hallarda özəl teatr poetikası ədəbi dram poetikasıyla eyniləşdirilir və başlıcası
– bu eyniləşdirilmə məqbul sayılmalıdır, çünki aralarındakı funksional və
tipoloji fərqlər
o dərəcədə cüzidir ki, tədqiqat zamanı nəzərə alınmaya bilər.
Məlumolduğu kimi mütərəqqi rus düşüncəsinin vasitəsiylə Dünya
mədəniyyətinə yol açan M.F.Axundov xalqın mədəni və mənəvi tərbiyəsində
teatr sənətinin misilsiz əhəmiyyətini dərk edərək təkbaşına institussional teatr
düşüncəsini yaratmağa qalxdı.Bu gün tam məsuliyyətlə deyə bilərik ki, bu
nəhəng işi Axundov görə bildi və teatr tarixinin özünəməxsus qanunlarına
baxmayaraq , məhz “ Axundov ənənəsi” teatr prosesimizdə aparıcı oldu.
Mirzə Fətəli Axundovun gerçəkləşdirdiyi misilsiz adaptasiya ,
uyğunlaşdırma əməliyyatının səciyyələrinə diqqət yetirək.